"Türkiyə ilə Azərbaycan arasında ticarət, enerji və müdafiə sənayesi sahələrində əməkdaşlığı dərinləşdirməyə, əlaqələrimizi daha yüksək səviyyələrə çatdırmaq əzmindəyik".
Moderator.az "Haber Global" telekanalına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə deyib.
Türkiyə lideri atılacaq yeni addımlarla bunu təmin etməyin mümkün olduğuna inandıqlarını bildirib.
Prezident Ərdoğan görüşdə İrandakı müharibəyə toxunaraq onun mənfi təsirlərinin Türkiyə və Azərbaycanın birlikdə yaşadığını qeyd edib.
O, Türkiyənin Ermənistan ilə Azərbaycan arasında davamlı sülh yolunda atılan addımları məmnuniyyətlə qarşıladığını, Türkiyənin bu prosesi dəstəkləməyə davam edəcəyini ifadə edib.