02:38
11°C
Bakı
Qarabağın musiqi ənənələri ifaçılığı, hekayəçiliyi və improvizasiyanı birləşdirərək mədəni irsin gələcək nəsillərə ötürülməsini təmin edir.
Moderator.az xəbər verir ki, bu barədə "Euronews"un hazırladığı süjetdə bildirilib.
Qeyd olunur ki, Qarabağ tarixən zəngin musiqi - muğam ənənələri ilə tanınıb və bu ənənələr daha geniş mədəni irsin tərkib hissəsidir.
Digər mühüm ənənə isə poeziyanı, hekayəçiliyi və səhnə ifasını xalq alətlərinin müşayiəti ilə birləşdirən aşıq musiqisi sənətidir.
Qeyd olunur ki, beynəlxalq festivallar və çıxışlar bu musiqi formalarının inkişafına töhfə verir. UNESCO tərəfindən muğam və aşıq sənəti qeyri-maddi mədəni irs siyahısına daxil edilib.