Overçuk Azərbaycana işgüzar səfərə gəlib
Siyasət
214
15 Apr 2026 | 22:15

Overçuk Azərbaycana işgüzar səfərə gəlib

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Azərbaycana işgüzar səfərə gəlib.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında dərc olunmuş məlumatda bildirilir.

"Aleksey Overçuk Azərbaycan Respublikasına Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 24-cü iclasında iştirak etmək üçün işgüzar səfərə gəlib. İclas aprelin 16-da keçiriləcək", - məlumatda deyilir.

A.Overçuk və Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayevin həmsədrliyi ilə tərəflər 2025-ci il avqustun 22-də Həştərxanda keçirilmiş komissiyanın 23-cü iclasının qərarlarının icrasının gedişini, həmçinin Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətlərinin inkişafına dair tədbirlər planının yerinə yetirilməsini müzakirə edəcəklər.

Görüş zamanı Rusiya və Azərbaycanın ikitərəfli və çoxtərəfli formatlarda ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığının geniş spektrli məsələlərinin nəzərdən keçiriləcəyi gözlənilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər