Paşinyan:
Siyasət
558
15 Apr 2026 | 17:20

Paşinyan: "Uşaqlar Azərbaycanla sərhəddə futbol oynayırlar"

"Ermənistan və Azərbaycan arasında möhkəm hüquqi bazaya malik sülh bərqərar olub".

Moderator.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərlik etdiyi hökumətin 2025-ci il (2021-2026) proqramının gedişi və nəticələri barədə hesabat təqdim edərkən deyib.

Baş nazir bildirib ki, sülhün məcburi hüquqi qüvvəsi var. Paşinyan əmin edib ki, Kirantsdakı məktəbin Azərbaycanla sərhəddən cəmi 50 metr məsafədə yerləşməsi artıq oradakı şagirdləri qorxutmur.

"Uşaqlar sərhəddən 50 metr məsafədə məktəbə gedib 30 metr məsafədə futbol oynayanda bu, sülhün nəticəsidir", - deyə Paşinyan bildirib.

Nikol Paşinyan sözünə davam edərək bildirib ki, artıq neçə ildir ki, sərhəddə atəş səsləri eşidilmir, heç kim ölmür və yaralanmır. Bundan əlavə, Ermənistan hökumətinin başlatdığı proqram çərçivəsində Azərbaycanla həmsərhəd ərazilərdə təxminən 3 600 fərdi ev tikilir.

Link kopyalandı!
Son xəbərlər