Vüqar Rəhimzadə: Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı
Siyasət
Oxunub: 283
19:11, Bu gün
Vüqar Rəhimzadə: Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı
Tarixi Zəfərimizin reallıqları bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açır. Dövlət başçısı İlham Əliyev yeni dövrün hədəflərindən bəhs edərkən bu fikri xüsusi qeyd edir ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq. Bu gün dünya ictimaiyyəti  siyasətimizi bəyənir və dəstəkləyir. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.
 
Təbii ki, bu hədəflər xarici siyasətimizin əsas istiqamətləri olan ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əməkdaşlığın yeni  prioritetlər üzrə inkişaf etdirilməsini bir zərurət kimi qarşıya qoyur. Ötən dövr ərzində qarşılıqlı səfərlərin dinamikası, Prezident İlham Əliyevin iştirak, eyni zamanda, çıxış etdiyi tədbirlərin say tərkibi Azərbaycanın müxtəlif ölkələrlə əməkdaşlığının yeni prioritetlər istiqamətində nə qədər maraqlı olduğunu nümayiş etdirir. Bu mühüm məqamı da xüsusi vurğulamalıyıq ki, qonşu dövlətlərlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində xüsusi yer tutur. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşu dövlətlərlə əməkdaşlığa verilən önəm özünü aydın şəkildə nümayiş etdirir. Bu günlərdə Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı. Belə ki, Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 7-8-də Rusiya Federasiyasında səfərdə oldu. Səfər çərçivəsində Prezident Vladimir Putin ilə görüşündə dövlətimizin başçısı İlham Əliyev iki ölkə arasında əlaqələrin gündəliyinin kifayət qədər geniş olduğunu diqqətə çatdırdı. Təbii ki, qarşılıqlı səfərlər gündəlikdə əksini tapan məsələlərin müzakirəsinə, ümumi mövqeyin ortaya qoyulmasına imkanlar yaradır. Təkcə cari il çərçivəsində qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirsək Azərbaycan-Rusiya münasibətlərinin hazırkı inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranar.
 
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Millət vəkili qeyd edib ki, möhkəm təməl daim davamlı uğurlara, eyni zamanda, etimad mühitinin daha da möhkəmlənməsinə  yol açır ki, bu da öz növbəsində əlaqələrin yeni  istiqamətlərinin müəyyənləşdirilməsinə çağırışlar edir. Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur.  Azərbaycan və Rusiyanın vaxtilə vahid İttifaqda  yer alması ölkələrimiz arasında münasibətlərin özünəməxsus xarakterini formalaşdırıb. Müstəqil Azərbaycan və Rusiya dövlətləri arasında diplomatik əlaqələr 1992-ci ildə  qurulub. Həmin ilin  sentyabrında  Rusiyanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin  xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə inkişaf etdirilməsinə başlanıldı. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən ilk əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyul ayında imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə” oldu. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoydu. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Azərbaycanın xarici siyasətinin keçmiş Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələsi olan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd oldu. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafının göstəricisi kimi dəyərləndirildi.
 
Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin qonşu dövlətlərlə əlaqələrinin inkişafını xarici siyasətimizin əsas tərkib hissəsi kimi diqqətdə saxlayır. Dövlətimizin başçısının 2004-cü ildə Rusiyaya ilk rəsmi səfəri münasibətlərimizdə yeni səhifənin başlanğıcı oldu.  Bu fikir hər iki ölkənin dövlət başçıları tərəfindən qeyd edilir ki, Sovetlər Birliyinin dağılmasından  sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmayıb. Bir mühüm məqamı da qeyd etməliyik ki,  Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatında əhəmiyyətli rol oynayan 10 noyabr 2020-ci il tarixi üçtərəfli Bəyanatı imzalayan üçüncü tərəf məhz Rusiya Prezidenti Vladimir Putin oldu.  Postmünaqişə dövründə  Azərbaycanın Ermənistana təkilf etdiyi sülh müqaviləsinin  reallığa çevrilməsi istiqamətində də Rusiyanın gösərdiyi səylər dövlətimiz tərəfindən təqdir edilir.
 
 Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyev  Moskvada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında da münasibətlərimizin dünəninə, bugününə  diqqət yönəldərək Rusiya Prezidenti Vladimir Putinin bu ilin avqust ayında ölkəmizə dövlət səfəri zamanı Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini, əldə olunmuş razılaşmaların həyata keçirilməsinin gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcəyini bildirdi. Bu mühüm addım da iki dost, müttəfiq ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişi kimi qeyd edildi. Belə ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.  Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunur. Burada yeni həyat başlayıb. Laçın sakinlərinə qovuşan, qayıdışın sevincini yaşayan məskənlərimiz sırasındadır. Laçın şəhəri ilə yanaşı, Sus və Zabux kəndləri də qayıdışın ünvanlarındandır. Əlaqələrin inkişafında yeni səhifə açacaq mühüm addımlardan biri kimi gələn il  Azərbaycanda III MDB Oyunlarının  keçiriləcəyini də  qeyd edə bilərik. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında bildirdi ki, Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək.
 
   Vüqar Rəhimzadə bildirib  ki, tarixi Zəfərimizdən sonra 2022-ci ildə dövlət başçısı İlham Əliyevin Rusiya Federasiyasına səfəri zamanı Azərbaycan və Rusiya prezidentləri “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə imzaladılar. Bu sənəd münasibətlərimizin gələcək inkişafının yol xəritəsi oldu, xalqlarımız arasında tarixi dostluq, mehriban qonşuluq ənənələrinə, dərin mədəni,  humanitar əlaqələrə əsaslanaraq dövlətlərarası münasibətlərimizi keyfiyyətcə  müttəfiqlik səviyyəsinə yüksəltdi. Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsini və daha da genişləndirilməsini təmin etmək məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalandı.
 
Millət vəkili onu da qeyd edib ki, dövlət başçısı İlham Əliyevin bu ilin aprel ayında  Rusiya Federasiyasına səfəri çərçivəsində Sovet İttifaqında ən nəhəng tikintilərdən biri - Ümummilli Liderin adı ilə bağlı olan Baykal-Amur Magistralının (BAM) 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsi kimi vurğulandı. Dövlətimizin başçısı İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə birgə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşündə bir daha bu əminliyi ifadə etdi ki,  Heydər Əliyev amili dövlətlərarası münasibətlərimizdə həmişə mühüm rol oynayıb və oynayacaqdır.   
 
Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyev cari ilin mühüm hadisələrindən biri kimi Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi edəcəyini də xüsusi qeyd etdi. 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndirdi. Prezident  İlham Əliyevin çıxışında xüsusi diqqət göstərdiyi məqamlardan biri də   Azərbaycanın İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasına sanballı töhfələr verməsi oldu. Bildirildi ki, 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.
 
Ümumilikdə iki ölkə arasında əlaqələrin inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı səfərlər, bu günədək imzalanan  sənədlər, mütəmadi qaydada keçirilən iqtisadi forumlar, konfranslar ikitərəfli münasibətlərin inkişafında həlledici rol oynayır. Hər bir səfər çərçivəsində gündəmə gətirilən məsələlər münasibətlərin gələcək inkişafına stimuldur.
Oxşar xəbərlər
21:05, Bu gün
“Neftçi” onu da göndərdi
21:00, Bu gün
Bayden Netanyahu ilə danışdı: təfərrüat açıqlanmadı
20:55, Bu gün
Ermənistanda Nikol Paşinyana qarşı cinayət işinin açılması tələb edilir
20:48, Bu gün
Bayramov BMT Baş katibinin müavinini qəbul edib -FOTOLAR
20:40, Bu gün
Zelenski müharibənin bitəcəyi tarixi açıqladı
20:32, Bu gün
Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı
20:31, Bu gün
Bu ölkə raketdən “divar hörəcək”
20:27, Bu gün
Bakıda intihar edən şəxs müəllim imiş
20:23, Bu gün
ABŞ-da 1700-dən çox uçuş təxirə salındı
20:17, Bu gün
Niyə pişiklər sahiblərini dişləməyi sevirlər? - Əsas səbəblər
20:17, Bu gün
""Oxotnik" dronunun vurulması Rusiya Hərbi-Kosmik Qoşunları üçün ən böyük rüsvayçılıqdır" - "Forbes"
20:09, Bu gün
AYNA-dan Ədalət Şükürova CAVAB: Əməkdar artist quruma dəvət olunur
20:08, Bu gün
Bakıda sürücü "Prius"u səki ilə sürdü - VİDEO
20:00, Bu gün
Dünyanın ən bahalı klublarının adları açıqlandı - Siyahı
19:55, Bu gün
Türkiyə ordusu daha iki terrorçunu zərərsizləşdirdi
19:48, Bu gün
“Bu ABŞ generalı olmasa, İsrail İrana qarşı bu dördsəviyyəli müdafiə sistemini qura bilməz...”  
19:45, Bu gün
Niyə kabus görürük? - Elmi şərh
19:40, Bu gün
Dəfn mərasimində tabutdan səs gəldi - nəbzi atırmış...
19:33, Bu gün
Nüvə təhlükəsinin səviyyəsi ciddi şəkildə artıb - Rusiya XİN
19:28, Bu gün
Tələbələrə ŞAD XƏBƏR - Bakalavr müddəti 3 ilə endirilə bilər
19:20, Bu gün
Gündə Bakıda 300 mindən çox taksi daşıması həyata keçirilir - RƏSMİ
19:15, Bu gün
İrəvanın niyə belə etdiyini bilmirik - Zaxarova
19:11, Bu gün
Vüqar Rəhimzadə: Azərbaycan-Rusiya əlaqələrinin tarixinə növbəti uğurlu səhifə yazıldı
19:05, Bu gün
Silikon Vadisi: Milyarderlərin yaşadığı "Ağıllı şəhər"
18:58, Bu gün
Eyfel qülləsinin taleyi sual altında: Fransa rəsmiləri fikir ayrılığına düşüb
18:50, Bu gün
Ən etibarlı beş bürc - Xəyanət onlara yaddır
18:43, Bu gün
Xorvatiya iki ildə Ukraynaya 300 milyon avro yardım göstərib
18:35, Bu gün
Qərbin Bakıya təzyiqi… - Zaxarova
18:27, Bu gün
"iPhone" istifadəçiləri "Android" işlədənlərə "pis baxır", sevgili olmaq istəmir - Maraqlı araşdırma
18:21, Bu gün
O, orqanizmdə iltihabı azaldır
18:15, Bu gün
Dəmiryol vağzalının şüşəsini sındırdı: "10 bakal pivə içmişdim..."
18:10, Bu gün
Bakıda 34 yaşlı müəllim direktor təyin edildi - FOTO
18:03, Bu gün
Milli Məclisdə yeni təyinat: Deputat seçilən məmurun yerinə o gətirildi
17:58, Bu gün
Danışıqlardan qaçan Ermənistan: İrəvanın saxta sülh ritorikası - ŞƏRH + FOOT
17:53, Bu gün
İlham Əliyev Keri Makkartini qəbul etdi - YENİLƏNİB
17:48, Bu gün
Azərbaycanda əhali təşvişdə - qəribə canlılar rayonu cənginə aldı - FOTOLAR
17:42, Bu gün
"HƏMAS simurq quşu kimi küldən yenidən doğulacaq" - HƏMAS-ın sürgündə olan lideri
17:38, Bu gün
Əhməd bəy Ağaoğlu yaradıcılığında klassik ədəbiyyat problemi
17:33, Bu gün
BDU-da “Kosmos və iqlim dəyişikliyi” adlı tədbir keçirilib - FOTO
17:27, Bu gün
Magistral su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində təmir işləri başa çatıb
17:22, Bu gün
Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək: 400-dən çox vakansiya... – FOTO
17:17, Bu gün
"Xankəndi" klubunun baş məşqçisi açıqlandı
17:12, Bu gün
Ali Məhkəmənin yeni hakimləri and içdi - FOTO
17:07, Bu gün
Ev almaq istəyənlərə ŞAD XƏBƏR: İpoteka imkanı artdı
17:03, Bu gün
Prezident daha bir qəbul keçirdi - YENİLƏNİB
16:59, Bu gün
BDU-da Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüş - FOTO
16:55, Bu gün
Dilarə Kazımovadan ETİRAF: "İstədim oranı tərk edim"
16:52, Bu gün
COP 29 bizə hansı ümidləri verir? -EKSPERT AÇIQLADI 
16:50, Bu gün
Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakteri iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək
16:46, Bu gün
Vidadi İsayev Bərdənin Kolayır kəndində səyyar qəbul-görüş keçirdi - - FOTOLAR
16:41, Bu gün
Tələbələrə ŞAD XƏBƏR - Bu ixtisaslar 4 ildən 3 ilə endirilir
16:37, Bu gün
“Laçın şəhərinin 2025-də MDB-nin mədəniyyət mərkəzi elan edilməsi tarixi hadisədir”
16:32, Bu gün
Laçın rayonu uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan gənc zabit
16:27, Bu gün
Kiprdə “Bizim sevgimiz – sizin sevginizdir” adlı VI Beynəlxalq Mədəniyyət Festivalı keçirilib
16:23, Bu gün
"Ona görə Türkiyə Respublikasını nüvə silahı yaratmağa çağırmışam" - Qüdrət Həsənquliyev
16:23, Bu gün
"Kursk əməliyyatı müharibədən çıxmağın "üçüncü yol"unu açıb" - "Foreign Policy"
16:18, Bu gün
UNEC ilə Türkiyə Rəqabət Qurumu arasında əməkdaşlıq memorandumu imzalandı - FOTO/VİDEO
16:13, Bu gün
BDU tələbələri üçün “Erkən nikahın fəsadları” mövzusunda sessiya - FOTOLAR
16:08, Bu gün
İlham Əliyev ABŞ Prezidentinin baş müşavirini qəbul etdi - YENİLƏNİB
16:04, Bu gün
Rəşad Sadıqov əməliyyat olundu
15:59, Bu gün
Nəcməddin Sadıkov aylar sonra üzə çıxdı - FOTO
15:54, Bu gün
BDU Ali Təhsildə Davamlılığın İnkişafı Assosiasiyasının tamhüquqlu üzvü seçilib
15:48, Bu gün
Sizin “qızıl vaxtınız” gələcək: bu BÜRCLƏR çox şad xəbərlər alacaqlar
15:42, Bu gün
Rusiya Ermənistandan gedir: İrəvan yaranan boşluğu hərraca çıxaracaq - ŞƏRH + FOTO
15:36, Bu gün
Brilliant Dadaşovadan cəsarətli yenilik - VİDEO
15:30, Bu gün
"Yarım saat ərzində 6 maşından yerə siqaret atdılar" - Deputat cərimələrin artırılmasından danışdı
15:25, Bu gün
Neftçalada yolların yenidən qurulması yekunlaşıb - FOTO/VİDEO
15:20, Bu gün
Kimya üzrə “Nobel” mükafatı laureatları məlum oldu
15:15, Bu gün
Dövlət Agentliyi 145 min manata “Toyota Land Cruiser” alır
15:10, Bu gün
Xatirə İslam efirə şəffaf libasda çıxdı - FOTO
15:05, Bu gün
Zaqatalada müəllim özünü asdı
15:00, Bu gün
“Mədəniyyət Nazirliyi araşdırma başladıb” - Müğənnilərdən açıqlama
14:55, Bu gün
"NATO Ukraynaya daha çox yardım etməlidir və edəcəkdir" - Mark Rütte
14:49, Bu gün
“Avropa İttifaqı missiyası şərti sərhəddən çıxarılmalıdır”
14:42, Bu gün
Putinin bir milyardlıq sarayı yerlə-yeksan edildi: Sui-qəsd planı? - FOTO/VİDEO
14:37, Bu gün
Salyanda 45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırdı, onunla... – TƏFƏRRÜAT
14:31, Bu gün
Sabah Bakıda COP29 öncəsi konfrans başlayır
14:26, Bu gün
Faciəvi şəkildə ölən tələbə qızın nişanlısından duyğulandıran PAYLAŞIM - VİDEO
14:20, Bu gün
SESRIC-lə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub - FOTO
14:16, Bu gün
TOST piramidasına qarşı əməliyyat: 5 milyon… - Video
14:10, Bu gün
ADNSU ilk dəfə “Times Higher Education World University Rankings 2025”də yer aldı - FOTO
14:05, Bu gün
Bakıda IV "Qələbə qaçışı" təşkil ediləcək
14:00, Bu gün
“Borc aldığım müğənni hamının içində məni təhqir etdi” - VİDEO
13:54, Bu gün
“İnternet istəmirik deyə telefon xəttimizi də kəsiblər” - Paytaxt sakinləri etiraz edir - FOTO
13:48, Bu gün
"Neftçi"nin yeni baş məşqçisi ilə bağlı SON XƏBƏR
13:42, Bu gün
Azərbaycanlı iş adamı Türkiyədə güllələndi - VİDEO
13:36, Bu gün
Audiovizual Şura "ATV Plus"u məhkəməyə verdi
13:30, Bu gün
“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır”
13:25, Bu gün
Azərbaycanda dronlarla bağlı yeni ixtisas yaradılır
13:19, Bu gün
ABŞ Prezidentinin baş müşaviri Bakıda
13:13, Bu gün
Prezidentdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı MÜHÜM FƏRMAN
13:07, Bu gün
“Yenidən ana olmaq istəmirəm”
13:02, Bu gün
Balaəli Hissdən danışdı: “Səhnəmizin hissiyyatı ölüb” - VİDEO
12:56, Bu gün
Bayden "Ramştayn" Təmas Qrupunun görüşünə qatılmayacaq
12:50, Bu gün
Amfibiya təyyarəmiz İzmir-Aliağada meşə yanğınlarına cəlb olundu - VİDEO
12:45, Bu gün
BDU-nun 51 yaşlı tələbəsi: “Heç vaxt heç nə üçün gec deyil, dərslər o qədər maraqlı gəlir ki...”
12:39, Bu gün
DƏMX Böyük Britaniyada keçirilən müsabiqədə növbəti beynəlxalq mükafata layiq görülüb
12:34, Bu gün
“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib - FOTOLAR
12:29, Bu gün
Bu nazirliklər bütün zənglərə cavab verib - MONİTORİNQ + FOTO
12:24, Bu gün
Britaniyalı nazir Azərbaycana gəldi
GÜNLÜK
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
00:02, Bu gün
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
08 Oct 2024 | 23:03
"Dövlət başçıları nə qədər qazanır və onlardan ən çox qazananı kimdir?" - "Forbes"
08 Oct 2024 | 21:30
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
00:19, Bu gün
Azərbaycan istehsalı olan aviabomba ASELSAN-ın lazer dəsti ilə hədəfi yüksək dəqiqliklə vurub
08 Oct 2024 | 21:16
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
08 Oct 2024 | 21:46
Bu məsələdə onların əli var - Ərdoğan
08 Oct 2024 | 22:28
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
08 Oct 2024 | 22:35
Paşinyan Putinə şikayət etdi: Bəzi Rusiya rəsmiləri…
00:08, Bu gün
Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
AYLIQ
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
00:02, Bu gün
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
08 Oct 2024 | 23:03
"Dövlət başçıları nə qədər qazanır və onlardan ən çox qazananı kimdir?" - "Forbes"
08 Oct 2024 | 21:30
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
00:19, Bu gün
Azərbaycan istehsalı olan aviabomba ASELSAN-ın lazer dəsti ilə hədəfi yüksək dəqiqliklə vurub
08 Oct 2024 | 21:16
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
08 Oct 2024 | 21:46
Bu məsələdə onların əli var - Ərdoğan
08 Oct 2024 | 22:28
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
08 Oct 2024 | 22:35
Paşinyan Putinə şikayət etdi: Bəzi Rusiya rəsmiləri…
00:08, Bu gün
Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB