Vüqar Rəhimzadə: ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir
Siyasət
Oxunub: 364
08 Oct 2024 | 18:00
Vüqar Rəhimzadə: ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir
Kiçik dövlətlərə  “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə cəhd edən bəzi dünya güclərinin özləri bu meyarlardan xəbərsizdir
 
Beynəlxalq münasibətlər sistemində etimad mühitinin möhkəmləndirilməsi,  ilk növbədə, ədalət meyarının qorunmasını bir tələb kimi qarşıya qoyur. Təəssüflər olsun ki, ədalət və beynəlxalq hüquq aparıcı dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasəti nəticəsində  maraqlara görə arxa plana keçir ki, bu da öz növbəsində  ölkələr arasında münasibətlərdə inamı, etimadı sıfıra endirir. Azərbaycan dövləti daim ən yüksək tribunalardan belə bir çağırışı səsləndirir ki, ikili standartlar dünya güclərinin siyasətində bir meyardırsa, qoy onu bəyan etsinlər. Beynəlxalq hüququn norma və prinsiplərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi üçün vahid mexanizmin olmaması problemlərə, münaqişələrin dərinləşməsinə gətirib çıxarır. Görünən budur ki, bu halın baş verməsi bəzi dünya güclərini nəinki narahat edir, əksinə onlar öz maraqlarına uyğun olaraq yeni ssenarilər cızmaqda, qərəzli addımlar atmaqda davam edirlər. Azərbaycan bəzi dünya güclərinin ikili siyasətini istər hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həllində, istərsə də demokratik inkişaf sahəsində aydın şəkildə görüb və hazırda da görməkdədir. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı yoxdur ki, 30 illik işğal, eyni zamanda, postmünaqişə dövrünün reallıqlarından bəhs edərkən bu məqamlara, bəzi dünya güclərinin riyakarlığına, ikiüzlü siyasətinə diqqət yönəltməsin. Prezident İlham Əliyevin bu günlərdə Cəbrayıl rayonuna səfəri zamanı bu məkandan səsləndirdiyi bəyanatlar sırasında məhz “Riyakarlığın, ikiüzlülüyün dərəcəsi olmalıdır, yoxsa yox?!” çağırışı xüsusi yer tutdu.
 
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
Millət vəkili  qeyd edib ki, qlobal  çağırışlar qlobal məsələlərin həlli üçün səylərin birləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Amma təəssüflər olsun ki, kiçik dövlətlərə  “ədalət və beynəlxalq hüquq” dərsi keçməyə çalışan bəzi dünya güclərinin özləri bu meyarlardan xəbərsizdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək. Antiterror əməliyyatından keçən il ərzində biz bunun şahidi olduq. Daha böyük sanksiyaların tətbiq edilməsi üçün böyük dövlətlər Azərbaycana  qarşı müxtəlif beynəlxalq platformalarda açıq hücuma keçmişdilər, soyuq müharibə başlamışdır. Bu gün də bu, davam edir.
 
 Vüqar Rəhimzadə diqqəti dövlət başçısı İlham Əliyevin “Bugünkü gün anti-Azərbaycan qüvvələr üçün yas günüdür, matəm günüdür. Yəni, necə ola bilər ki, bizim icazəmiz olmadan Azərbaycan öz hüququnu bərpa etdi, heç kimdən soruşmadan, heç kimdən qorxmadan, heç kimi saymadan. Öz gücü hesabına, öz övladlarının fədakarlığı hesabına. Bunu bizə bağışlaya bilmirlər və bu gün Azərbaycana Amerikadan sanksiya tətbiq edilir. Ondan sonra da deyirlər ki, gəlin, dostluğumuzu möhkəmləndirək. Hansı dostluqdan söhbət gedə bilər? Bizim dostumuz odur ki, bu günə sevinir” çağırışına yönəldərək bildirib ki, ABŞ 1992-ci ildə ölkəmizə  qarşı  sanksiya tətbiq etdi. Həmin dövrdə Azərbaycan haqqında məlumatsızlıq, bu fonda dünya güclərinin ikili siyasətinin daha da geniş vüsət alması  erməni yalanlarının həqiqət kimi qəbul olunmasına yol açdı. Yalan, qərəz üzərində qurulan təbliğatın, siyasətin ömrü uzun ola bilməz. Erməni diasporunun gücü sayəsində ABŞ Konqresi “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi  əlavə etdi. Ermənilər və erməni diasporu belə fikir yaratmışdılar ki, Azərbaycan Ermənistanı blokadada saxlayır. Ölkəmiz işğalçı, Ermənistan isə işğala məruz qalan tərəf kimi təqdim edilirdi. Bu, ermənilərin uzun illərdir ölkəmizə qarşı apardıqları riyakar siyasətdir. Amma ABŞ kimi dünya gücünün heç bir araşdırma aparmadan yeni müstəqillik qazanmış bir dövlətə belə yanaşma nümayiş etdirməsi ədalətsizlik, beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması idi.
 
Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyev Cəbrayıldan səsləndirdiyi çağırışda ABŞ-ın bu addımını şərtləndirən digər mühüm amillərə də diqqəti yönəltdi. Bildirdi ki, həmin sanksiya tətbiq ediləndə  torpaqlarımız əldən gedirdi. Sonra sanksiyalar 2001-ci ildə aradan qaldırıldı. Nə üçün? Çünki onların Əfqanıstandakı  işğalçılıq müharibəsi başlamışdı və bizə ehtiyacları var idi. Nə qədər ki, onlar Əfqanıstanda qalmışdılar, hər il bu sanksiya Amerika Prezidenti tərəfindən aradan qaldırılırdı. ABŞ dünyanın gözü qarşısında Əfqanıstandan qaçdıqdan sonra bu sanksiyalar yenidən bizə qarşı tətbiq edildi: “Bu nankorluğun dərəcəsi var, yoxsa yox?! Yəni, biz sizə lazım olanda sən bu sanksiyaları aradan qaldırırsan, biz sizə lazım olmayanda yenidən bərpa edirsən, nə üçün?” Təbii ki, Azərbaycanın tarixi Zəfərini, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsini, bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirməsini həzm edə bilməyən ABŞ kimi bəzi dünya gücləri sanksiyalar tətbiq etməklə öz riyakarlıqlarını, ikiüzlü siyasətlərini nümayiş etdirirlər. Hansı ki, bu dövlətlər keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək üçün yaradılan uğursuz və bu gün tarixin arxivinə atılmış ATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi.  Bugünümüzün reallıqları Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb olan amillərə bir daha aydınlıq gətirir. 44 günlük Vətən müharibəsinin gedişi dövründə də ölkəmizə qarşı sanksiyanın tətbiq edilməsinə cəhd edildi. Bunu təşkil edən uğursuz ATƏT-in Minsk qrupunun həmsədr ölkələri idi. Hansı ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hazırlanmasında və qəbulunda bu dövlətlər iştirak etmişdilər.  Bu cəhdin qarşısını alan isə BMT Baş Assambleyasından sonra ikinci ən böyük  təsisat olan Qoşulmama Hərəkatına üzv ölkələr oldu. Azərbaycan bu quruma sədrliyi dövründə ədalətin və beynəlxalq hüququn yanında olaraq atdığı qətiyyətli addımları ilə Qoşulmama Hərəkatına üzv dövlətlərin rəğbətini, etimadını qazandı.   
 
Vüqar Rəhimzadə Ermənistanın silahlandırılmasının davam etdirilməsinin də Qərbin planlarının tərkib hissəsi olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, ABŞ, Fransa kimi ikiüzlü siyasət yürüdən dövlətlər açıq-aşkar regionda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olmadıqlarını nümayiş etdirirlər. O da məlumdur ki, Amerika Konqresinin 60 ermənipərəst konqresmeni Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün Amerika hökumətinə müraciət edib. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu  müraciət  iradəmizə təsir edə bilməz. Ancaq bu, nəyi göstərir?  Ölkəmizə  qarşı olan düşmənçilik siyasəti dayanmır. Bu müraciətin  müəllifi də, ünvanı da birdir. Çünki bunun ünvanı Amerika Dövlət Departamentinin Dövlət katibidir.  Zərrə qədər şübhə yoxdur ki, bu müraciət Amerika Dövlət Departamentində də yazılır. Yəni, bizi hədələmək,  bizi ittiham etmək üçün özləri özlərinə məktub yazırlar.
 
Millət vəkili ABŞ Dövlət Departamentinin mütəmadi olaraq təqdim etdiyi insan hüquqlarına dair illik hesabatlarının da bu kimi məqamların açıqlanmasında yardımçı olduğunu bildirib. Özlərinin  müəllifliyi ilə hazırlanan həmin hesabatlarda Azərbaycanda guya insan hüquqlarının kobud şəkildə pozulduğu iddia edilir, Ermənistan kimi demokratik prinsiplərdən xəbərsiz, atdığı hər bir addımında bu dəyərləri kobud şəkildə pozan bir ölkə bir az da irəli gedərək  “nümunə” kimi qeyd olunurdu. Bu fakt inkaredilməzdir ki, ABŞ-ın yaymağa çalışdığı “demokratiya” hər zaman  bəşəriyyət üçün minlərlə insanın ölümü və xaosla nəticələnib.
 
Hər bir hesabat, müraciət həmin ölkələrin mövqeyinə, ən əsası beynəlxalq hüquqa, demokratik prinsiplərə hansı meyarlar əsasında yanaşdıqlarına işıq salır. Reallıq budur ki, bu gün beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb. Atılan hər bir addım, edilən cəhdlər Azərbaycanın uğurlarının, müstəqil siyasətinin bəzi dünya güclərinin narahatlığına səbəb olduğunu açıq-aşkar nümayiş etdirir. Azərbaycan bütün cəhdlərə baxmayaraq daim müstəqil siyasəti və onun yaratdığı  reallıqları ilə dünyanın diqqətindədir.  Heç bir dövlətin diktəsi ilə oturub- durmur, ölkəmizin daxili işlərinə müdaxilələrə yol vermir, edilən hər bir cəhdin qarşısını qətiyyətlə alır. Ölkəmizə qarşı tətbiq  edilən sanksiyalara Azərbaycanın adekvat cavabları da göz önündədir. Siyasətini ədalət və beynəlxaq hüquq prinsipləri əsasında quran bir dövləti əsassız, məqsədli böhtanlarla ittiham etmək, iradəsinə təsir etmək mümkünsüzdür. Dövlətimizin başçısı İlham Əliyevin çağırışlarında da qeyd edildiyi kimi, Cənubi Qafqazı rahat buraxsınlar, əl çəksinlər, getsinlər öz işləri ilə məşğul olsunlar, öz problemləri ilə məşğul olsunlar, öz qanlı keçmişlərini yusunlar, öz günahlarını yumağa çalışsınlar. Bu gün əzab verdikləri 100 minlərlə insanın müstəqilliyini bərpa etsinlər, müstəmləkəçilik siyasətinə son qoysunlar, xalqları əzməsinlər, hər yerə burunlarını soxmasınlar.
Oxşar xəbərlər
00:08, Bu gün
Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
00:08, Bu gün
Hadrut qəsəbəsinin işğaldan azad edilməsindən 4 il ötür
00:02, Bu gün
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
00:01, Bu gün
Netanyahu Həsən Nəsrullahın iki xələfinin aradan götürüldüyünü açıqladı
08 Oct 2024 | 23:56
İsrail Suriyada SEPAH komandirlərinin olduğu binanı hədəfə alıb
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
08 Oct 2024 | 23:03
"Dövlət başçıları nə qədər qazanır və onlardan ən çox qazananı kimdir?" - "Forbes"
08 Oct 2024 | 23:02
"Biz İsrailə İranın iradəsini sınamağı məsləhət görmürük" - İran XİN rəhbəri
08 Oct 2024 | 22:43
İsrail İran səfirliyi yaxınlığına zərbə endirdi
08 Oct 2024 | 22:35
Paşinyan Putinə şikayət etdi: Bəzi Rusiya rəsmiləri…
08 Oct 2024 | 22:28
Prezident İlham Əliyev: Biz istənilən sanksiyalara qarşı qətiyyətlə çıxış edirik
08 Oct 2024 | 22:13
Serialı final etmədən yeni işi bəlli oldu
08 Oct 2024 | 21:54
Bu maşınları almaq istəyənlər üçün vacib dəyişiklik
08 Oct 2024 | 21:46
Bu məsələdə onların əli var - Ərdoğan
08 Oct 2024 | 21:38
Gənclərimiz ATƏT-in tədbirində erməni iddialarını İFŞA ETDİLƏR
08 Oct 2024 | 21:30
Səma Abiyeva mini ətəkdə pozalar verdi - FOTO
08 Oct 2024 | 21:16
Bakıda kişi avtomobildə əyləşən qadını döydü - Hadisə yerindən GÖRÜNTÜLƏR
08 Oct 2024 | 21:08
Bu aviaşirkət İrana uçuşları ləğv etdi
08 Oct 2024 | 21:00
İraqda İŞİD lideri məhv edildi
08 Oct 2024 | 20:53
"ABŞ Qəzzada müharibə başlanandan İsrailə rekord məbləğdə hərbi yardım edib" - "Sky News"
08 Oct 2024 | 20:45
"Şimali Koreya Ukraynaya nizami qoşun yeridə bilər" - KXDR müdafiə naziri
08 Oct 2024 | 20:40
Türkiyədə son hadisələrdən sonra qalmaqallı FOTOsu gündəmə gəldi
08 Oct 2024 | 20:35
"Apple" hər il yeni cihazları buraxmağı dayandıracaq - "Bloomberg"
08 Oct 2024 | 20:30
Paket çaydan istifadə edəndə bu səhvə yol verməyin
08 Oct 2024 | 20:24
Qocalmadan ölənlər, səhiyyə problemləri... - Pensiyaçıların sayı niyə azalır?
08 Oct 2024 | 20:16
Limonlu su içmək nə zaman səhvdir
08 Oct 2024 | 20:10
“Aygün Kazımova yanacağını bilə-bilə bunu etdi” - VİDEO
08 Oct 2024 | 20:05
ABŞ bölgədə gərginlik yaratmağa çalışır
08 Oct 2024 | 19:58
MDB-nin regional birlik kimi nüfuzu artır - Putin
08 Oct 2024 | 19:50
Gimnastlarımız Zaqreb turnirində
08 Oct 2024 | 19:43
36 yaşlı idmançı gənə dişləməsi nəticəsində öldü
08 Oct 2024 | 19:35
Xərçəngdən qorunmaq üçün sadə bir qida
08 Oct 2024 | 19:30
Prezident Moskvada 9 May – Qələbə Bayramının önəmindən danışdı
08 Oct 2024 | 19:23
Ərdoğan Putinə “yaxşı türk hədiyyəsi” göndərdi
08 Oct 2024 | 19:15
Media nümayəndələri üçün “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib
08 Oct 2024 | 19:00
Prezident Moskvada geniş tərkibli mühüm iclasda iştirak edir
08 Oct 2024 | 18:58
“Ermənistan bayrağını hansı rəng, hansı simvolla bəzəyirsə bəzəsin, reallıq dəyişməyəcək”
08 Oct 2024 | 18:50
Həm havanı təmizləyən, həm də elektrik enerjisi istehsal edən süni bitki
08 Oct 2024 | 18:45
Ən sıxıcı üç bürc - Onların bir sonrakı addımını təxmin etmək çox sadədir
08 Oct 2024 | 18:40
9 ayda ölkəmizə 2 milyona yaxın turist gəldi
08 Oct 2024 | 18:35
Narı necə yemək olar - toxumlu və ya toxumsuz
08 Oct 2024 | 18:28
Müşfiqabad sakinləri 4 gündür susuz qalıb - SƏBƏB AÇIQLANDI
08 Oct 2024 | 18:20
“Niyə mənim bəxtim gətirmir?” deyənlərin 6 səhvi
08 Oct 2024 | 18:15
Yaşıl çay stressi azaldırmı?
08 Oct 2024 | 18:09
Xudu Məmmədovun kəndində repressiya edilmiş, güllələnmiş soydaşlarımız haqda kitab işıq üzü gördü…
08 Oct 2024 | 18:05
Paytaxtdakı nəqliyyat sıxlığını bu cür aradan qaldırmaq olar - YENİ TƏKLİF
08 Oct 2024 | 18:00
Vüqar Rəhimzadə: ABŞ-ın riyakar və ikiüzlü siyasəti regionda sülhə təhdiddir
08 Oct 2024 | 18:00
Putin Laçın şəhəri ilə bağlı mühüm xəbəri elan etdi
08 Oct 2024 | 17:56
Ermənistanın çobanyastığı siyasəti: Ştirlis kimi davranan Paşinyan - ŞƏRH + FOTO
08 Oct 2024 | 17:55
Hikmət Hacıyev Lavrovun müavini ilə görüşüb
08 Oct 2024 | 17:54
Lukaşenko: Belarusa hücum Ukraynanın hərbi cəhətdən süqutu deməkdir
08 Oct 2024 | 17:50
Yeni COVID variantı sürətlə yayılır - Təhlükə barədə XƏBƏRDARLIQ
08 Oct 2024 | 17:49
Ermənistan Azərbaycanla sərhəddə elə bir bayraq qaldırdı ki... - Video
08 Oct 2024 | 17:46
Süni ağardılan QƏND, saxta DÜYÜ - Partlayış baş verən "Bolluq" MMC ilə bağlı SENSASİON iddialar
08 Oct 2024 | 17:45
Şirkət direktorunun cinayət işi məhkəməyə göndərildi
08 Oct 2024 | 17:44
Ermənistandakı Aİ "müşahidəçiləri" Azərbaycanla sərhəddə aktivləşiblər
08 Oct 2024 | 17:40
Muxtar Babayev İƏT rəsmisi ilə görüşdü
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
08 Oct 2024 | 17:37
İlon Mask: "Əgər Tramp seçkini uduzsa, mən batdım"
08 Oct 2024 | 17:35
Baş prokuror geniş kollegiya iclası keçirdi - FOTOLAR
08 Oct 2024 | 17:30
Kartofu soyuducuda necə saxlamaq olar?
08 Oct 2024 | 17:27
Dünya bir pəncərədir...
08 Oct 2024 | 17:24
"Ayətüllah Xameneinin bəyanatlarında kəskin tonlar sezilmir" - ABŞ MKİ direktoru
08 Oct 2024 | 17:18
BDU-nun Prezident təqaüdçüləri: “Məqsədimiz Vətənimizə layiq hüquqşünas olmaqdır” - FOTO
08 Oct 2024 | 17:12
Komitə sədri Rövşən Rzayev vətəndaşlarla görüşdü - FOTOLAR
08 Oct 2024 | 17:06
Bakıda qanunsuz yaşayan əcnəbilər saxlanıldı - VİDEO
08 Oct 2024 | 17:00
Əhməd Əhmədovun tükürpədici ifadəsi elan olundu - MƏHKƏMƏ İŞİ
08 Oct 2024 | 16:55
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi - YENİLƏNİB
08 Oct 2024 | 16:52
“Azərişiq” Tovuzda sahibkarlarla görüş keçirdi - FOTO
08 Oct 2024 | 16:46
Bu telekanallara protokol tərtib edildi
08 Oct 2024 | 16:40
Nazirlər Şuşada bəyannamə qəbul etdilər
08 Oct 2024 | 16:34
Deputat gündəmi zəbt edən toydan danışdı: “Bunu xəbərə çevirənləri...”
08 Oct 2024 | 16:28
”Biz Amerika bayrağında 51-ci ulduz olmaq istəmirik” - Zahid Oruc
08 Oct 2024 | 16:22
Əhməd Əhmədovun məhkəməsi qapalı keçirildi - YENİLƏNİB
08 Oct 2024 | 16:16
Afətin oğlunun toyuna ən çox pulu bu məşhur YAZDIRIB - FOTO
08 Oct 2024 | 16:10
“Vətəndaşın internetdən imtina etməsi, “şərikli internet” axtarması utandırıcıdır” - Osman Gündüz
08 Oct 2024 | 16:05
Deputat: "Hakimin verdiyi qərarı kimsə ədalətsiz hesab edirsə, bunun həlli sosial mediada deyil"
08 Oct 2024 | 16:00
"Putinlə ikitərəfli danışıqlar Ukraynasız mümkün deyil" - Kamala Harris
08 Oct 2024 | 15:55
"Bir də gözümü açdım ki, Xırdalanda 13-cü mərtəbədə ev almışam"
08 Oct 2024 | 15:50
Azərbaycanda əmək müqavilələrinin sayı açıqlandı
08 Oct 2024 | 15:45
Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunublar - FOTO
08 Oct 2024 | 15:43
Çərəzləri bu şəkildə yemək ZƏRƏRLİDİR 
08 Oct 2024 | 15:38
"ASAN xidmət" təcrübəsi Rumıniyada - FOTO
08 Oct 2024 | 15:33
Dilçi alimdən nazirin fikrinə münasibət: "Pul verib elmi iş yazdırırlar" - AÇIQLAMA
08 Oct 2024 | 15:27
Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı
08 Oct 2024 | 15:23
İlham Əliyev Putinlə görüşdü - YENİLƏNİB + FOTO/VİDEO
08 Oct 2024 | 15:19
Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlandı: Üç nəfər saxlanıldı - FOTO
08 Oct 2024 | 15:15
Azərbaycanda bu YDM-lər bağlandı
08 Oct 2024 | 15:10
Maşından çölə zibil atanlar 4000 manat cərimələnəcək
08 Oct 2024 | 15:05
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçildi
08 Oct 2024 | 15:00
BDU Dünya Akademik Sammitində öz stendi ilə təmsil olunur
08 Oct 2024 | 14:55
“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı - FOTO
08 Oct 2024 | 14:50
Növbəti köç karvanı Şuşaya çatdı, mənzillərin açarları təqdim olundu
08 Oct 2024 | 14:45
ABŞ ilə sazişlərə xitam verilsə... - İLGİNC DETALLAR
08 Oct 2024 | 14:40
Beş rayonun azad edilməsi uğrunda döyüşən Vətən Müharibəsi Qəhrəmanı 
08 Oct 2024 | 14:38
“İnarə Quliyeva oteldə yox, kinostudiyada qaldı, çox incidi və Azərbaycanı tərk etdi”-İLLƏR SONRA SİRRİ AÇDI-ÖZƏL
08 Oct 2024 | 14:35
BDU tələbələri arasında esse müsabiqəsi: “105 yaşlı elm və təhsil məbədi”
08 Oct 2024 | 14:30
Sumqayıtda 21 yaşlı oğlan şagirdlə cinsi əlaqədə oldu, anası... – ŞOK TƏFƏRRÜAT
08 Oct 2024 | 14:25
Bakının mərkəzi avtomobillərə bağlanacaq - Nəhəng zonanın yaradılması üzərində iş gedir
08 Oct 2024 | 14:20
Bakı metrosunda xanım mayora xəsarət yetirildi - “Məni işarə edərək nəsə deyirdi”
GÜNLÜK
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
08 Oct 2024 | 11:59
Qarabağ Universitetində bufet qiymətləri diqqət çəkdi - SİYAHI
08 Oct 2024 | 09:59
Nar qabığında mükəmməl müalicə! - Qaynadıb içənə şəfa olur
08 Oct 2024 | 07:29
Bu içkilər insulta səbəb olur - Araşdırma
08 Oct 2024 | 08:48
C vitamini baxımından limonu üstələyən yeganə meyvə!
08 Oct 2024 | 08:10
Boşanmanı geridə qoymağın 13 yolu- ZAMAN ŞƏFA GƏTİRƏCƏK 
08 Oct 2024 | 07:59
Lukaşenko Rusiya PUA və dronlarını vurmağa icazə verdi...-"TASS"
08 Oct 2024 | 09:37
“Sən gəbərəcəksən!.. Səninlə vaxtında haqq-hesab çəkməyi bacararıq...”- Ona Azərbaycan rəhbəri belə demişdi...
08 Oct 2024 | 07:14
"İranın İsrailə sərt cavab üçün ən azı 10 ssenarisi var..."- "Tasnim"
08 Oct 2024 | 12:55
“Marsa qaçmaq sizi xilas etməyəcək”: Yerdəki həyatı nə məhv edəcək və nə qədər vaxtımız var?
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
02 Oct 2024 | 13:02
“Bu heykəlin anatomik quruluşu düz deyil, bilinmir ki, ayaq hardan çıxır" -Heykəltəraş AŞIQ ƏLƏSGƏRİN heykəlini tənqid etdi - FOTO + ÖZƏL
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
AYLIQ
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
08 Oct 2024 | 11:59
Qarabağ Universitetində bufet qiymətləri diqqət çəkdi - SİYAHI
08 Oct 2024 | 09:59
Nar qabığında mükəmməl müalicə! - Qaynadıb içənə şəfa olur
08 Oct 2024 | 07:29
Bu içkilər insulta səbəb olur - Araşdırma
08 Oct 2024 | 08:48
C vitamini baxımından limonu üstələyən yeganə meyvə!
08 Oct 2024 | 08:10
Boşanmanı geridə qoymağın 13 yolu- ZAMAN ŞƏFA GƏTİRƏCƏK 
08 Oct 2024 | 07:59
Lukaşenko Rusiya PUA və dronlarını vurmağa icazə verdi...-"TASS"
08 Oct 2024 | 09:37
“Sən gəbərəcəksən!.. Səninlə vaxtında haqq-hesab çəkməyi bacararıq...”- Ona Azərbaycan rəhbəri belə demişdi...
08 Oct 2024 | 07:14
"İranın İsrailə sərt cavab üçün ən azı 10 ssenarisi var..."- "Tasnim"
08 Oct 2024 | 12:55
“Marsa qaçmaq sizi xilas etməyəcək”: Yerdəki həyatı nə məhv edəcək və nə qədər vaxtımız var?