Azərbaycan səfiri İzmirin vali yardımçısı ilə təhsil sahəsində əməkdaşlığı müzakirə edib
Siyasət
1705
08 Nov 2023 | 21:50

Azərbaycan səfiri İzmirin vali yardımçısı ilə təhsil sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyənin İzmir şəhərinin vali yardımçısı Kamil Kötenlə təhsil sahəsində əməkdaşlığı müzakirə edib.

Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi sosial şəbəkədə məlumat yayıb.

“Səfir Rəşad Məmmədov İzmirə səfəri çərçivəsində vali yardımçısı Kamil Köten ilə görüşüb. Görüş zamanı İzmir ilə Azərbaycanın şəhərləri arasında müxtəlif sahələrdə, xüsusilə də təhsil sahəsində əməkdaşlıq müzakirə edilib”, – diplomatik missiyanın mətbuat xidməti diqqətə çatdırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər