Sonrakı PEŞMANÇILIQ... - 30 il əvvəl Ukrayna nüvə arsenalından niyə imtina etdi... - TƏHLİL
Oxunub: 5654
07 Feb 2022 | 13:23
Sonrakı PEŞMANÇILIQ... - 30 il əvvəl Ukrayna nüvə arsenalından niyə imtina etdi... - TƏHLİL

Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda bu ölkədə daha çox Kiyevin təhlükəsizlik zəmanəti müqabilində nüvə silahından imtina etməsinin səhv olduğunu deyirlər.

 

Moderator.az xəbər verir ki, bu barədə nüfuzlu “The New York Times” nəşri yazır. Bu arada, nəşrin materialında vurğulandığı kimi, bir çox Qərb ekspertləri əmindirlər ki, indi yenidən silahlanmaya doğru irəliləməyə başlayan Ukrayna Moskva ilə münaqişədə tezliklə beynəlxalq dəstəyi itirəcək.

 

Nəşr yazır ki, soyuq müharibənin sonlarında dünyanın üçüncü nüvə dövləti heç də Britaniya, Fransa və ya Çin deyildi - bu, Ukrayna idi. “Sovet İttifaqının süqutu - 1991-ci ilin dekabrında başa çatan yavaş-yavaş dağılma, hazırda müstəqillik əldə etmiş Ukraynaya əvvəllər Moskvanın onun ərazisində yerləşdirdiyi 5000 nüvə silahını miras alması ilə nəticələndi. Ölkənin hərbi bazalarındakı buraxılış qurğularında hər biri Hiroşimanı yerlə-yeksan edən bombadan qat-qat güclü olan, ona qədər termonüvə başlığı daşıyan raketlər var idi. Yalnız Rusiya və ABŞ-ın daha çox silahı var idi”, - deyə müxbir nəşrin oxucularına xatırladıb.

 

Kiyevin bu arsenaldan imtina etməsi tez-tez silahlanmaya nəzarət üçün zəfər anı kimi təsvir olunur, diplomatlar və sülh fəalları öz döyüş başlıqlarını əldə etmək istəyən ölkələr üçün Ukraynanı nümunə kimi göstərirlər, - deyə materialın müəllifi davam edir. Lakin tarix xatırlayır ki, Ukraynanın nüvə tərksilahı əslində daxili çəkişmələr, hökumət və ölkənin silahlı qüvvələri daxilində qəfil dönüşlər və nifaqla” müşayiət olunan əsl sarsıntıya səbəb oldu”, - deyə jurnalist qeyd edir.

 

Müəllif yazır ki, hətta o vaxt həm ukraynalı, həm də amerikalı ekspertlər nüvə tərksilahının həqiqətən də müdrik addım olduğuna şübhələrini ifadə edirdilər: onlardan bəzilərinin vurğuladığı kimi, öldürücü döyüş başlıqları Kiyev üçün Rusiya təcavüzünün qarşısını almaqda yeganə etibarlı vasitə idi. Bu gün Ukrayna üçün nüvə silahı istehsal etməkdə lazım olan materialları yaratmaq və ya əldə etmək üçün asan yollar qalmayıb - və bununla belə, ölkəni üzük kimi mühasirəyə alan rus qoşunlarının manevrləri fonunda, nüvə cini yenidən qurcalanmağa başlayır", - deyə müəllif xəbərdarlıq edir.

 

Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk “The New York Times” nəşrinə müsahibəsində deyib: “Biz heç nə almadan arsenalımızdan imtina etdik. Kiyevin nüvə statusundan imtinası müqabilində aldığı təhlükəsizlik təminatlarını xatırladan Zaqorodnyuk qeyd edib: “İndi nə vaxt bizə hansısa kağız parçasına imza atmağı təklif edəndə biz belə cavab veririk: “Çox sağ olun, bizdə əvvəllər artıq belə bir şey olub.

 

Bununla belə, Qərb analitikləri hesab edirlər ki, hazırda Ukraynada ölkənin “nüvə keçmişini romantikləşdirməyə” meyl var, - deyə “The New York Times”ın materialında bildirilir. "Bir sözlə, onlar deyirlər: "Bizim silahımız var idi, ondan imtina etdik və görün indi nə baş verir”. Siyasi müstəvidə bu məsələyə yenidən baxılması istiqamətində hər hansı bir hərəkət müşahidə etmirəm. Ancaq sadə xalq dilində belədir. Bu, qismən peşmançılıqdan, qismən də bir insana haqsızlıq edildiyi zaman yaranan hissdən qaynaqlanır", -  deyə Harvard Universitetinin Ukrayna üzrə eksperti Maryana Bucerin qəzetin müxbirinə müsahibəsində izah edib.

 

Nəşr yazır ki, Ukrayna müstəqillik əldə etdikdən sonra bütün sovet nüvə silahlarını öz ərazisindən mümkün qədər tez çıxarmağa çalışdı. Bombalar, artilleriya mərmiləri, minalar və qısa mənzilli raketlərə quraşdırılmış nisbətən kiçik döyüş başlıqlarının daşınması asan idi, lakin çəkisi 100 tona qədər və uzunluğu 27 metr olan uzun mənzilli raketlər artıq problemli idi. NYT müxbirinin qeyd etdiyi kimi, 1992-ci ilin yanvarında, Sovet İttifaqı dağılandan bir ay sonra, Ukrayna prezidenti və ölkənin müdafiə nazirliyinin rəhbəri hərbi rəhbərlərə və onların tabeliyində olanlara yerdə qalan silahlara nəzarəti ələ keçirmək üçün yeni ölkəyə and içməyi əmr etmişdilər, lakin çoxları bundan imtina etdi və Ukraynanın nüvə qüvvələrinə nəzarət edən hərbçilər arsenalın və onun döyüş hazırlığının  gələcək taleyi ilə bağlı kəskin çaşqınlıq dövrü keçirməli oldu.

 

Ukrayna Ali Radasına deputat seçilən Rusiya Strateji Raket Qüvvələrinin (RSRQ) keçmış diviziya komandiri Vladimir Tolubko nüvə silahından imtinanın qəti əleyhinə idi - 1992-ci ilin aprelində Radada çıxış edərək, tərksilahın Kiyev üçün "romantik və vaxtından əvvəl atılan addım" olacağını bəyan etmişdi və o, uzaqmənzilli raketlərin heç olmasa, bir hissəsini saxlamalı olduğunu vurğulayaraq, hətta belə “qalıq” raket qüvvələrinin “istənilən təcavüzkarın qarşısını almaq üçün” kifayət edəcəyini söyləmişdi, - deyə məqalə müəllifi qeyd edir. Ukraynanın nüvə tərksilahına dair təfərrüatlı tarixi oçerklərdən göründüyü kimi, deputat geniş dəstək qazanmasa da, onun mövqeyi “artıq mövcud gərginliyi” mürəkkəbləşdirmişdi.

 

NYT müxbiri vurğulayır ki, 1993-cü ilin yayında Çikaqo Universitetinin tanınmış beynəlxalq politoloqu Con Mirşaymer Ukraynanın nüvə silahı məsələsi ilə bağlı çıxış etmişdi. "Foreign Affairs" jurnalının səhifələrində ekspert əminliklə bildirmişdi ki, Ukrayna sülhü qorumaq üçün mütləq nüvə arsenalını saxlamalıdır və belə bir çəkindirmə aləti Ukrayna ilə dəfələrlə münaqişədə olan Rusiyanı Ukraynanı geri qazanmaq istəyindən çəkindirəcək". Müəllif qeyd edir ki, elə həmin 1993-cü ildə Ukrayna hökuməti hətta nüvə raketlərinə və strateji bombardmançı təyyarələrə nəzarəti ələ keçirməyi də düşünürdü.

 

“The New York Times”ın materialına görə, bu, heç vaxt baş vermədi və Ukrayna nüvə tərksilahına cavab olaraq “dəmir təhlükəsizlik zəmanəti” tələb edərək bundan imtina etdi. Belə bir mübadilə əvvəlcə 1994-cü ilin əvvəlində Rusiya, Ukrayna və ABŞ tərəfindən bağlanmış müqavilələr formasını aldı, sonra isə Moskva, Kiyev, London və Vaşinqton tərəfindən imzalanmış Budapeşt memorandumu şəklində bərkidildi. Memorandumun tərəfləri Ukraynaya qarşı güc tətbiq etməyəcək və ondan istifadə ilə Kiyevi hədələməyəcək, həmçinin ölkənin suverenliyinə və sərhədlərinə hörmətlə yanaşacaqlarına dair razılığa gəldilər. Bundan əlavə, sənəddə Ukraynaya qarşı təcavüz olacağı təqdirdə tərəflərin BMT Təhlükəsizlik Şurası vasitəsilə dərhal ona dəstək tədbirləri görəcəyi də qeyd olunub.

 

Maryana Bucerinin NYT müxbirinə söylədiyi kimi, Kiyev istədiyini, daha dəqiq desək, ABŞ Senatı tərəfindən ratifikasiya olunmuş rəsmi sazişdə təsbit ediləcək hüquqi cəhətdən məcburi təminatları almasa da, ABŞ nümayəndələri Kiyevi əmin ediblər ki, Vaşinqton Budapeşt memorandumunda verilən vədlərə əsasən həyata keçiriləcək tədirlərə hüquqi öhdəliklər qədər ciddi yanaşacaqdır. 1996-cı ilin mayına qədər Ukraynanın nüvə arsenalının son elementləri Rusiyaya köçürüldü.

 

Budapeşt memorandumu üzrə danışıqlarda iştirak edənlərdən biri və ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stiven Payferin fikrincə, bu diplomatik şücaət Vladimir Putin kimi bir adamın yaranma perspektivini nəzərə almayan Vaşinqton və Kiyevin “kollektiv səhv hesablamanın” məhvinə səbəb oldu. Payferin NYT nəşrinə verdiyi müsahibədə dediyi kimi, 2014-cü ilin əvvəlində Rusiya qoşunlarının Krıma müdaxiləsindən və Ukraynanın şərqində müharibənin başlamasından sonra cənab Putin memorandumu mahiyyətcə etibarsız elan etdi. "Onlar artıq səkkiz ildir ki, zəif gedişatlı bir müharibə aparırlar. Mağazalarda daha patron qalmayıb, bir çox mülki şəxslər isə silahlanır", - deyə nəşr Payferin sözlərini sitat gətirir.

 

Nəşrin məlumatına görə, Qərb ekspertləri, o cümlədən Maryana Bucerin əmindirlər ki, 2014-cü il hadisələrindən sonra ukraynalı siyasətçilər tərəfindən müntəzəm olaraq səslənməyə başlayan nüvə silahlarının qaytarılması ilə bağlı çağırışlar, sadəcə olaraq boş təhdidlərdir, çünki Kiyev döyüş başlıqlarını yenidən əldə etməklə sadəcə olaraq kütləvi elmi, maddi-texniki, maliyyə və geosiyasi problemlərin öhdəsindən gələ bilməyəcək. Bununla belə, analitiklər ehtiyat edirlər ki, hazırkı böhran Ukraynanı nüvə silahından imtinanın faydaları nümunəsindən daşıdığı risklər nümunəsinə çevirə və İran və Səudiyyə Ərəbistanı kimi ölkələri öz nüvə proqramlarına başlamağa sövq edə bilər.

 

“Diplomatik çıxış yolu tapılmadıqca, nüvə güclərinin belə silahlara malik olmayan ölkələri sıxışdırmağa qadir olduğu təəssüratı yaradacaq xüsusən də nüvə tərksilahı siyasətinin cəlbediciliyini azaldacaq”, -deyə Vaşinqton Silahlara Nəzarət Assosiasiyasının icraçı direktoru Derril Kimball NYT müxbirinə bildirib. Stiven Payferin fikrincə, yenidən silahlanma yoluna qədəm qoyan Ukrayna son nəticədə Rusiya ilə münaqişədə beynəlxalq dəstəyi də itirəcək, çünki heç kim nüvə silahı alacaq Kiyevin tərəfini tutmaq istəməyəcək.

 

Miraslan

Oxşar xəbərlər
20:56, Bu gün
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
20:55, Bu gün
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
20:21, Bu gün
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
19:54, Bu gün
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
19:52, Bu gün
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
19:51, Bu gün
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
19:41, Bu gün
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
19:39, Bu gün
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
19:30, Bu gün
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
19:17, Bu gün
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
19:14, Bu gün
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
18:59, Bu gün
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
18:48, Bu gün
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
18:37, Bu gün
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
18:35, Bu gün
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
18:35, Bu gün
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
18:21, Bu gün
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
18:06, Bu gün
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
18:04, Bu gün
İstidən sərinləmək üçün suya girdi
17:59, Bu gün
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
17:56, Bu gün
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
17:56, Bu gün
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
17:53, Bu gün
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
17:49, Bu gün
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
17:45, Bu gün
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
17:43, Bu gün
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
17:40, Bu gün
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
17:36, Bu gün
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
17:33, Bu gün
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
17:28, Bu gün
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
17:24, Bu gün
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
17:23, Bu gün
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
17:19, Bu gün
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
17:13, Bu gün
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
17:10, Bu gün
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
17:07, Bu gün
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
17:05, Bu gün
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
17:00, Bu gün
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
16:56, Bu gün
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
16:55, Bu gün
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
16:51, Bu gün
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
16:46, Bu gün
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
16:43, Bu gün
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
16:40, Bu gün
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
16:37, Bu gün
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16:35, Bu gün
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
16:32, Bu gün
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
16:26, Bu gün
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
16:21, Bu gün
Bu taksi şirkəti qiymətləri ARTIRDI
16:15, Bu gün
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
16:15, Bu gün
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
16:10, Bu gün
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
16:07, Bu gün
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:05, Bu gün
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
16:02, Bu gün
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
16:00, Bu gün
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
15:58, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:55, Bu gün
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
15:52, Bu gün
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
15:46, Bu gün
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
15:35, Bu gün
Peskov Putin və Paşinyanın görüşündən danışdı
15:31, Bu gün
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
15:25, Bu gün
Eddi İsrafilov “Neftçi”dən ayrılır
15:20, Bu gün
Bakıda bərbərxanada FACİƏ: ölən var
15:16, Bu gün
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
15:12, Bu gün
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
15:08, Bu gün
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
15:05, Bu gün
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
14:59, Bu gün
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
14:55, Bu gün
"Müstəqil və ləyaqətli siyasətə can atan ölkələr üçün Azərbaycan nümunəsi"
14:53, Bu gün
“Qalatasaray” mərakeşli ulduzu transfer etdi
14:49, Bu gün
"Üçtərəfli bəyanat aktuallığını qoruyur" - Rusiya XİN-dən açıqlama
14:45, Bu gün
Zelenskinin həyatına sui-qəsdin qarşısı alınıb, ABŞ münasibət bildirib
14:40, Bu gün
Lənkəranda Birinci Qarabağ müharibəsində itkin düşən şəhid dəfn edilib - YENİLƏNİB + FOTO
14:36, Bu gün
Rusiya Azərbaycan-Ermənistan XİN başçılarının görüşünü alqışlayır - VİDEO
14:32, Bu gün
“Oğlan qışqırdı ki, Şuşa işğal olundu, uzaqdan Şuşanın tüstüsü ərşə qalxdı” - FOTO + ÖZƏL
14:24, Bu gün
"Eldar, biabırçılıqdır, istefa ver" - FOTO
14:18, Bu gün
Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2024” baş tutub - FOTO/VİDEO
14:16, Bu gün
Bolqarıstan Prezidenti: “Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır”
14:14, Bu gün
"Uşaqlıqda "travma"larım olub" - VİDEO
14:10, Bu gün
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” – Şok təfərrüat
14:08, Bu gün
Rumen Radev: “Bolqarıstanla Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir”
14:06, Bu gün
Görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür 
14:02, Bu gün
Rasim Balayevdən Baş nazirə MÜRACİƏT
13:58, Bu gün
Putin Ukrayna üçün and içdi, Qərbə danışıq əlini uzatdı - TƏHLİL
13:54, Bu gün
“Azərbaycan və Slovakiya strateji tərəfdaşlara çevrilirlər” - Kamaləddin Qafarov
13:51, Bu gün
Bir sıra fərdi yaşayış evlərinin həyətlərini su basdı - VİDEO
13:48, Bu gün
Əli Əsədov Türkiyənin vitse-prezidenti ilə görüşdü - FOTO
13:44, Bu gün
Prezident: “Şərq-Qərb və əks istiqamətdə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi gücləndirəcək”
13:40, Bu gün
Günəşdə güclü partlayış: Maqnit qasırğaları həftəsonu Yer kürəsini vura bilər
13:36, Bu gün
Renat Dadaşovun çıxış etdiyi klubun stadionu dövlət tərəfindən müsadirə olunub
13:35, Bu gün
Prezident: “Azərbaycan Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır”
13:30, Bu gün
Qəbiristanlıq torpağını alver ocağına çevirənlərin ifşası - VİDEO
13:28, Bu gün
Prezident: “Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb”
13:26, Bu gün
İlham Əliyev: “Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır”
13:22, Bu gün
Sabah bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq
13:17, Bu gün
Məhkəmə Anar Məmmədlinin vəsatətini təmin etmədi
13:13, Bu gün
Azərbaycanla Bolqarıstan arasında dörd sənəd imzalandı - YENİLƏNİB
13:05, Bu gün
Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO
GÜNLÜK
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
09:38, Bu gün
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
07 May 2024 | 21:24
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
07 May 2024 | 22:18
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
07 May 2024 | 21:25
Təhsil İdarəsində yeni TƏYİNATLAR
07 May 2024 | 21:40
Vüqar Rəhimzadə: "Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir"
07 May 2024 | 21:23
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
07 May 2024 | 21:27
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
07 May 2024 | 21:21
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
07 May 2024 | 21:57
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
07 May 2024 | 23:11
ABŞ Putinə ordusunu qorumağın ən asan üsulunu məsləhət görüb