Vüqar Rəhimzadə: "ABŞ Prezidenti tarixin saxtalaşdırılmasına şərik olmaqla böyük səhvə yol verdi"
Siyasət
Oxunub: 935
25 Apr 2021 | 09:37
Vüqar Rəhimzadə:
 
“ABŞ Prezidenti Co Baydenin aprelin 24-də səsləndirdiyi bəyanatında 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətləri təhrif etməsi bir daha dünyanın ikili siyasətini, beynəlxalq hüququ özlərinin maraqlarına qurban verdiklərini təsdiqləyir. Prezident Baydenin 1915- ci il hadisələrindən 106 il sonra, indiyədək ABŞ dövlət başçılarından heç birinin haqlı olaraq dilə gətirmədiyi qondarma “erməni soyqırımı” ifadəsini işlətməsi istər-istəməz belə bir sualın gündəmə gətirilməsinə əsas yaradır: Nədən erməni yalanını həqiqət kimi qəbul edib tarixdə heç vaxt baş verməmiş uydurma “erməni soyqırımı”nın törədildiyini iddia edən ABŞ kimi dünyanın nüfuzlu dövləti çox da uzaq olmayan bir tarixdə, 30 il bundan əvvəl real həyatda baş vermiş dəhşətli faciəyə - ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdikləri XX əsrin ən qəddar soyqırımı aktına ədalətli qiymət verməkdə çətinlik çəkir? Amma qaniçən ermənilər və onların havadarları anlamalıdırlar ki, bu kimi əsassız cəhdlər əbəsdir. ABŞ Prezidentinin “erməni soyqırımı” ifadəsini işlətməsi qətiyyən Türkiyəyə təsir vasitəsi ola bilməz. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ermənilərin və erməni diasporunun apardığı bu təbliğatın nə qədər həqiqətdən uzaq, əsassız olduğunu, siyasi məqsəd daşıdığını çox yaxşı bilirlər. Tarixi faktlar da sübut edir ki, 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər qətlə yetirilməyib, əksinə türk və Azərbaycan xalqları ötən əsrin müxtəlif dövrlərində bədnam qonşularımız tərəfindən misli görünməmiş soyqırımına məruz qalıblar. Türkiyənin və Azərbaycanın şəhərləri, kəndləri erməni quldur dəstələri tərəfindən yerlə-yeksan edilib, müsəlman olduqları üçün milyonlarla günahsız insan ən vəhşi üsullarla qətlə yetirilib.
 
Amma təəssüf ki, 106 ildir bu gerçəkliyin fonunda bəşəriyyət tarixin ən çirkin, ən məkrli yalanları ilə üz-üzə dayanıb. Bu uydurmaya görə, guya Osmanlı dövləti tərəfindən Türkiyənin Şərqi Anadolu bölgəsində 1,5 milyon, bəzən isə daha böyük, fantastik rəqəmlərlə ifadə olunan sayda erməni əhalisi “soyqırımı”na məruz qalıb. Həqiqətdə o dönəmdə heç dünyada bu sayda erməni yaşamayıb. Bu cür yalanları yalnız tarixi saxtalaşdırıb artılq bir əsrdən çoxdur ki, qonşu dövlətlərə, xüsusilə Türkiyəyə və Azərbaycana qarşı əsassız torpaq iddiası ilə çıxış edən ermənilər formalaşdıra bilərlər. Dünyanın hansı guşəsində törədilməsindən asılı olmayaraq tarixin heç bir dönəmində insanların kütləvi qırğını faktını gizlətmək mümkün deyil. Çünki bu cür faciələr kütləvi məzarlıqlarla, qətliamları təsdiqləyən sənədlərlə sübuta yetirilməlidir. Ancaq vəhşi toplum olan ermənilərin və onların havadarlarının uydurduqları “soyqırımı” təsdiqləyən heç bir sənəd, iz yoxdur. Bir əsrdən artıqdır ki, təsdiqini tapmayan “erməni soyqırımı” uydurması yalan, məkrli siyasətə xidmət edir. Bəzi supergüclər tərəfindən həyata keçirilən bu çirkin siyasətin əsas səbəbi ermənilərin Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləmək, bu iki qardaş ölkəyə təzyiq göstərmək, müxətlif siyasi sövdələşmələrdən istifadə etməklə ermənilərin işğalçılıq əməllərinə göz yummaqdır”.
 
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
 
V.Rəhimzadə təəssüflə qeyd edib ki, bu yalanın ifşa olunacağı günü gözləyən həqiqətlər unudulur və erməni vəhşilikləri ört-basdır edilir: “Dünya gücləri unudurlar ki, işğalçıya, təcavüzkara, faşizm siyasəti həyata keçirən dövlətin yalanlarına şərik olmaqla özlərinə qarşı inamsızlıq mühiti formalaşdırır, beynəlxalq hüququn norma və prinsiplərinə qarşı hörmətsizlik edir, ümumiyyətlə, beynəlxalq aləmin hələ də hüquq problemini yaşadığını öz əməlləri ilə ortaya qoymuş olurlar. Tarixə nəzər salaq. Türkiyəni “soyqırımı” törətməkdə ittihan edən ABŞ Vyetnamda 4 milyon, Koreyada 3 milyon, Kambociya və Laosda 1 milyon, Əfqanıstanda 1,5 milyon, İraqda 1 milyon, Xirosima və Naqasakidə 350 min insanı, eləcə də qitənin yerli sakinləri olan 15 milyon qızıldərilini qətlə yetirmişdir.
 
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində yaratdığı yeni reallıqlarla dünyanın hansı siyasəti yeritdiyinə işıq saldıqdan sonra düşünmək olardı ki, 30 ilə yaxın dövrdə münaqişənin həllində vasitəçilik missiyasını “yerinə yetirən” ABŞ, Fransa kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvləri baş verənlərdən nəticə çıxarıb nəhayət, həqiqətlərə ədalət gözü ilə baxmaq yolunu tutacaqlar. Təəssüf ki, bu gün biz reallıqda bunun tam əksini görürük. Bu güclər belə qərəzli bəyanatlarla çıxış edəndə, heç bir araşdırma aparmadan öz maraqları naminə işğalçı Ermənistana və bütün dünyada şəbəkələşmiş erməni lobbisinə və diasporuna dəstək missiyasını yerinə yetirəndə unutmasınlar ki, tarixin müxtəlif mərhələlərində ermənilərin iştirakı ilə Türkiyənin daxilində qiyamların təşkili, Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı qətliamların törədilməsi, bu gün Ermənistan adlandırılan, əslində tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda azərbaycanlıların keçən əsrin əvvəllərindən başlayaraq kütləvi şəkildə qətlə yetirilməsi, on minlərlə soydaşımızın doğma yurd-yuvalarından zorla deportasiya edilməsi düşünülmüş daşnak siyasətinin nəticəsidir. 1918-ci ilin mart-aprel aylarında erməni-daşnak tör-töküntüləri tərəfindən Bakıda və bölgələrimizdə soydaşlarımızın kütləvi şəkildə soyqırımına məruz qalmasına hələ də dünya birliyi layiq olduğu qiyməti verməyıb. Bunun əksinə olaraq şişirdilmiş, əsası olmayan “erməni soyqırımı”nın təbliği, dəstəklənməsi, etnik təmizləməyə məruz qalan azərbaycanlılara qarşı etinasızlıq bu gün dünyada hökm sürən ikili standartların məntiqi nəticəsidir.”
 
Baş redaktor vurğulayıb ki, hər zaman bir-birinin yanında olan iki dost, qardaş ölkə - Azərbaycan və Türkiyə “erməni soyqırımı”nın uydurma mif olduğunu bütün dünyaya, xüsusilə tarixi saxtalaşdırıb ermənilərin yanında olan dövlətlərə sübut edəcəklər. Buna heç kimin şübhəsi olmasın: “Çünki hadisələrə ən böyük dəyəri zaman özü verir. Tarixi faktlara, həqiqətə əsaslanan təbliğatımızı, birgə səylərimizi davam etdirməklə inşallah, bu istəyimizə də nail olacağıq. Aprelin 24-də dövlətimizin başçısı İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında da möhtərəm Prezidentimiz bu qərarın yalnış olduğunu önə çəkərək onu tarixi səhv adlandırmışdır. Bu yanaşmanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğu xüsusi qeyd edilmişdir. Azərbaycanın hər zaman Türkiyənin, Türkiyənin də hər zaman Azərbaycanın yanında olduğu böyük məmnunluq hissi ilə vurğulanmışdır. Azərbaycan Xarici İşlər Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların bəyanatları, həmçinin siyasətçilərimizin, ziyalılarımızın, sadə vətandaşların ABŞ Prezidentinin məlum tarixin saxlaşdırılmasına şərik olan bəyanatına sərt münasibətləri də bu birlikdən, hər zaman haqqın, ədalətin yanında olmaqdan irəli gəlir. Bəyanatlarda da bu reallıqlar önə çəkilir ki, əgər məqsəd tarixi faktların obyektiv araşdırılmasıdırsa, siyasi məqsədlərə görə tarixi reallıq təhrif edilməməli və məsələ bu sahədə ixtisaslaşmış beynəlxalq tədqiqat institutlarına, həmçinin tanınmış tarixçilərə həvalə edilməlidir.”
 
“Reallıq budur ki, Türkiyə nəinki özünün, həmçinin dünya arxivlərinin açılması, tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılması təçəbbüsünü irəli sürüb” - söyləyən Vüqar Rəhimzadə bildirib ki, lakin Ermənistan hakimiyyəti belə bir gülünc bəyanatla çıxış edir ki, bu məsələ ilə tarixçilər deyil, siyasətçilər məşğul olmalıdırlar: “Elə bu yanaşmanın özü ermənilərin apardığı təbliğatın nə qədər əsassız olduğuna sübut edir. Fakt qarşısında aciz duruma düşəcəklərini çox yaxşı bilən bədnam qonşularımız bu məsələni siyasətçilərin öhdəsinə buraxmaqla əslində həqiqəti, tarixi saxtalaşdırırlar.”
 
Baş redaktor qeyd edib ki, ermənilərin ölkələrində qondarma “erməni soyqırımı” abidəsini yaratmaları, tarixin saxtalaşdırılmasına şərik olub “soyqırımı”nı tanıyan ölkələrin dərsliklərində bu yalanın yer almasına nail olmaları da onların bu məsələdən siyasi məqsədlər üçün bəhrələndiklərini açıq-aşkar nümayiş etdirir: “Bu, bir həqiqətdir ki, dünya dövlətləri “erməni soyqırımı” məsələsindən Türkiyənin Avropa İttifaqına qəbulunun qarşısının alınmasında bir vasitə kimi istifadə edirlər. Əslində, Türkiyə kimi güclü, demokratik dəyərlərə sadiq bir dövlətin Avropa Birliyində təmsil olunması qurumun özü üçün böyük şərəf olardı. Türkiyənin bu gücünü həzm etməyən dövlətlər məhz onun Avropa Birliyinə qəbulunun qarşısını almağın yolunu belə qondarma iddiaları müdafiə etməkdə görürlər. Qeyd etdiyimiz kimi, əgər məqsəd tarixi həqiqətləri ortaya çıxarmaqdırsa, yalanı deyil, reallıqları müdafiə etmək lazımdır. XX əsrdə məruz qaldığımız erməni millətçiləri tərəfindən azərbaycanlıların və türklərin kütləvi qırğını, soyqırımları ilə müşayiət olunan deportasiyalar, Xocalı qətliamı tariximizin ən qanlı və faciəli səhifələrindəndir. Ötən yüzillikdə “böyük Ermənistan” xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlıqdan kənar əməlləri xalqımızın yaddaşında qanlı izlər qoyub. Bütün bunlar tarixdir. Ermənilərin yazdıqları saxta tarixdən fərqli olaraq həqiqətləri, faktların dili ilə danışan reallıqları özündə əks etdirən tarix. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Qondarma “erməni soyqırımı”nı dəstəkləyən ABŞ, Fransa kimi dünyaya ədalət, demokratiya dərsi keçməyə çalışan dövlətlər atdıqları addımların dövlətlərarası münasibətlərdə hansı gərginliklərə yol açdığının fərqində deyildirlərsə, artıq bu, ikili siyasətin dünya üçün sağalmaz xəstəliyə çevrildiyinin təsdiqidir. Şübhəsiz, belə məqsədli bəyanatlar hansısa təsir imkanına malik deyil. Bugünümüz üçün aydın olan, həqiqətlərə bir daha işıq salan reallıq budur ki, dünyada ədalət meyarının qorunması üçün vahid mexanizm yoxdur, bu prinsiplər zamana və məkana görə tətbiq edilməklə dəyərini itirir. İki dost, qardaş ölkə olan Türkiyə və Azərbaycan zaman-zaman belə yanaşmalarla üz-üzə qalsalar da ədalətli, dəyişməz mövqelərindən bir addım da belə çəkilməyiblər, əksinə daha da güclənib, qətiyyətlə irəli gedərək dünyaya öz mesajları ilə əsl tarix və hüquq dərsi keçib, ədalətin bərpasına nail olublar.”
Oxşar xəbərlər
13:16, Bu gün
“COP29 əleyhinə kampaniya saxtadır” - Birgə məlumat
13:13, Bu gün
COP29 beynəlxalq ictimai-siyasi cəhətdən Azərbaycana nə qazandırcaq?
13:09, Bu gün
Yeni icra başçısı kollektivə təqdim edildi
13:05, Bu gün
FHN-dən uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə MÜRACİƏT - VİDEO
12:58, Bu gün
Qoparılmış başı İstanbula göndərilən “Şeytan” - Qadınların sinəsini kəsdirib...
12:52, Bu gün
Xorultunu dayandırmaq üçün yatmazdan əvvəl bunu yeyin
12:48, Bu gün
2025-ci il onlar üçün gəlir - Gələn ilin hər baxımdan ən şanslı BÜRCLƏRİ
12:44, Bu gün
Türklər hər yerdə qardaşdır: Londonda Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi - FOTOLAR
12:39, Bu gün
Ermənistan “soyqırım” yalanından İMTİNA EDİR
12:34, Bu gün
“Bu şəhərdə”yə xəbərdarlıq edildi – QANUN POZUBLAR
12:30, Bu gün
Gürcüstanı qarşıdurmaya çəkən prezident Zurabişvilidir, yoxsa?..- Analitik cavablandırır...
12:26, Bu gün
Azərbaycan XİN Serbiyaya başsağlığı verdi
12:20, Bu gün
Turistlər bu səbəbdən rayonlara getmək istəmir - ŞOK SƏBƏBLƏR
12:15, Bu gün
Evindən cəmi 2 dollar tapıblar - 16 il həbs verilən azərbaycanlının son sözü
12:09, Bu gün
Leyla Əliyeva Təbiət Tarix Muzeyində - FOTO
12:04, Bu gün
Sərhəddə gərginlik: Müharibə istəyən qüvvələr... - Seyidov detalları açıqladı
11:59, Bu gün
Maaş ve pensiya artımı ilə bağlı ŞAD XƏBƏR - İKİRƏQƏMLİ OLACAQ
11:54, Bu gün
Bakı-İrəvan danışıqlarında son nöqtə: Sərhədlərlə bağlı xəritələr masaya qoyuldu
11:51, Bu gün
"Zirə" səfərdə "Şamaxı" ilə qarşılaşacaq
11:50, Bu gün
Dostluq sadiq qalmağı bilənlər üçündür...- Jurnalist dostum Adil İrşadoğlu haqqında söz...
11:48, Bu gün
Rusiyanın bu adası yoxa çıxdı— Alimlər şokda
11:45, Bu gün
Murovdan Xankəndiyədək Zəfər yolu - FOTOLAR
11:42, Bu gün
Mütəşəkkil dəstənin üzvlərindən 31 kq marixuana götürülüb - VİDEO
11:39, Bu gün
Qulu Məhərrəmliyə 70 illik yubiley TƏBRİKİ
11:36, Bu gün
DİQQƏT! Sabah Bakının bu əsas yollarında məhdudiyyət olacaq
11:29, Bu gün
Rəşad Dağlı həbsdə şeir yazdı - Orxan efirdə səsləndirdi / VİDEO
11:18, Bu gün
Rusiya ilə Gürcüstan barışır? - Medvedev eyham vurdu
11:12, Bu gün
Ekspert Ukraynada savaşın taleyinin həllinə 100 saat qalmış ehtimal ssenarilərini sadaladı...
11:02, Bu gün
Bu mərkəzə direktor təyin edildi - FOTO
10:57, Bu gün
Yusif İldırımzadənin qardaşı cinayət məsuliyyətinə cəlb edildi
10:47, Bu gün
"Uşaqların olduğu evin uçurulması, kasıb köşklərinin necə gəldi dağıdılması, Bakıya zəhərli qazların buraxılması da təbii fəlakətdir, yəqin?.."
10:46, Bu gün
Dərmanlar ucuzlaşacaq? - Bu qərar qəbul edilərsə...
10:39, Bu gün
Bu il 60-dan çox jurnalist öldürülüb
10:30, Bu gün
Bakıda şagirdi məktəbin pəncərəsindən salladılar - Video
10:20, Bu gün
Bu meyvə qanda şəkəri salır
10:11, Bu gün
Bakıda evli kişinin dul qadınla sevgi macərası faciə ilə bitdi - TƏFƏRRÜAT (FOTO)
10:02, Bu gün
ABŞ Yaxın Şərqə əlavə qüvvələr göndərir
09:50, Bu gün
Ətin qiyməti nə qədər bahalaşacaq?- 20 manata az qaldı...
09:41, Bu gün
Kombinizin ömrünü uzatmaq istəyiriksə...
09:35, Bu gün
“Azercell” bu tarif paketlərini bahalaşdırdı - Günü- gündən bahalaşan "Azercell" TARİFLƏRİ- SİYAHI
09:26, Bu gün
Cırılmış, zədələnmiş pul harada və necə dəyişdirilir?
09:19, Bu gün
Ürək üçün ən faydalı yağlar müəyyən OLUNDU
09:11, Bu gün
Rayon qeydiyyatında olanlar Bakıya buraxılmayacaq? - RƏSMİ AÇIQLAMA
09:05, Bu gün
Narinin ailəsinin telefon danışığı Türkiyəni hiddətləndirdi - Həbsxanada zarafatlaşıb, gülürlər (VİDEO)
08:59, Bu gün
BMT: İsrailin əməliyyatının başlanğıcından Livanı təxminən 470 min insan tərk edib
08:46, Bu gün
ABŞ-da erkən səsvermədə təxminən 70 milyon amerikalı iştirak edib
08:37, Bu gün
Məhkəmə üç şagirdə təcavüz edən müəlliməyə 18 il verdi
01 Nov 2024 | 23:15
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
01 Nov 2024 | 23:10
Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...
01 Nov 2024 | 23:00
İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
01 Nov 2024 | 22:53
"Gürcü Arzu"sunun bizə yaxınlığı yoxdur - Medvedyev
01 Nov 2024 | 22:45
DİQQƏT! Bunu etsəniz, xəstələnməyəcəksiniz
01 Nov 2024 | 22:34
"Həm nəticədən, həm də oyundan razı qaldım" - Qurban Qurbanov
01 Nov 2024 | 22:26
"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"
01 Nov 2024 | 22:18
“Neftçi” “Araz-Naxçıvan”a uduzdu
01 Nov 2024 | 22:10
Obamanın qızı atasının soyadından imtina etdi
01 Nov 2024 | 22:06
Ermənistan TV-sində “Azərbaycan saatı”: Düşmənimiz deyil!
01 Nov 2024 | 22:03
Əsas üç gündür...
01 Nov 2024 | 22:00
ABŞ əczaçılıq şirkətləri Çinlə əməkdaşlığı DAYANDIRIR
01 Nov 2024 | 21:50
Şabranda bıçaqla oynayan azyaşlı boğazını kəsərək ÖLDÜ
01 Nov 2024 | 21:43
Falçılıqla məşğul olan 1500 nəfər saxlanıldı
01 Nov 2024 | 21:35
"Qarabağ"ın oyunu qolsuz başa çatdı
01 Nov 2024 | 21:30
Qəhvəyə qarşı allergiya nədir?
01 Nov 2024 | 21:10
ChatGPT istifadə edənlərə ŞAD XƏBƏR - Yeni xüsusiyyətlər əlavə edildi
01 Nov 2024 | 20:55
Postlar qurulacaq, maşınlar şəhərə fasilələrlə buraxılacaq
01 Nov 2024 | 20:48
Otellərdə yoxlamalar aparıldı, nöqsanlar aşkarlandı
01 Nov 2024 | 20:40
Fransız mətbuatı COP29-a hazırlıqdan yazdı
01 Nov 2024 | 20:30
Məcburi köçkünlərin məlumatları sistemi yaradılacaq
01 Nov 2024 | 20:23
Niyə yatmış insanların şəklini çəkmək olmaz?
01 Nov 2024 | 20:15
Noyabr 7 BÜRC üçün elə xoş sürprizlər hazırlayıb ki...
01 Nov 2024 | 20:10
Ətin qiyməti nə qədər bahalaşacaq?- İqtisadçılar həyəcan təbili çalır
01 Nov 2024 | 20:00
Noyabrın 6-da ABŞ-da nələr olacaq?
01 Nov 2024 | 19:53
İran xəbərdarlıq etdi: Nüvə doktrinası dəyişdirilə bilər!
01 Nov 2024 | 19:45
10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq
01 Nov 2024 | 19:40
Azərbaycandan "X"ə ÇAĞIRIŞ
01 Nov 2024 | 19:30
AYNA: COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək
01 Nov 2024 | 19:18
Xamneyi İsraillə bağlı əmr verdi
01 Nov 2024 | 19:10
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
01 Nov 2024 | 19:05
“Seçki dövrü bitib, seçim mərhələsi başlayıb”
01 Nov 2024 | 18:58
Azərbaycanla Ermənistan razılığa gəldi - Əsasnamə bu gündən qüvvəyə minir
01 Nov 2024 | 18:53
Çin hakimiyyəti sənayeni xarici investorlar üçün tam açdı
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 18:42
Azərbaycan COP29-la bağlı daha bir rekorda hazırlaşır: 45 saniyəlik sənəd yoxlanışı!
01 Nov 2024 | 18:30
Bakının bu ərazisində 6 saat işıq olmayacaq
01 Nov 2024 | 18:16
Cennifer Lopezdən Kamala Harrisə dəstək: Səsin sənin gücündür
01 Nov 2024 | 18:08
Çay və qəhvənin maraqlı xüsusiyyətləri
01 Nov 2024 | 18:00
Arda Gülər üçün 95 milyonluq təklif
01 Nov 2024 | 17:48
"Bakmil”ə hərəkət cədvəli dəyişdirilir
01 Nov 2024 | 17:44
COP29 zamanı yeni marşrut xətləri fəaliyyət göstərəcək
01 Nov 2024 | 17:42
Haqlının yanında olub, haqsız “etiraza” öz etirazını bildirən 12 yaşlı “Moderator”az”...
01 Nov 2024 | 17:40
Allah Zülfüqar bəyə rəhmət eləsin ki, Azərbaycan üçün belə bir sayt  yaratdı və...
01 Nov 2024 | 17:38
Əli Məsimlidən qaz limiti ilə bağlı TƏKLİF
01 Nov 2024 | 17:34
UNEC tələbəsi Bəhreyndə keçirilən Gimnaziadada qızıl medal qazanıb - FOTOLAR
01 Nov 2024 | 17:30
“Poz-Qazan”da oktyabrda 10 böyük uduş qazanılıb
01 Nov 2024 | 17:26
“ATV Plus” 5 min manat cərimələndi
01 Nov 2024 | 17:22
Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən...
01 Nov 2024 | 17:18
Xırdalanda baş verən dəhşətli yanğının sirləri...
01 Nov 2024 | 17:13
COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı - FOTO
01 Nov 2024 | 17:07
Xaçmazda 57 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB
01 Nov 2024 | 17:02
"2024-cü ildə hələ də eyvandan zibil atırlar" - VİDEO
GÜNLÜK
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 23:10
Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...
01 Nov 2024 | 23:15
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
01 Nov 2024 | 23:00
İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
01 Nov 2024 | 22:45
DİQQƏT! Bunu etsəniz, xəstələnməyəcəksiniz
01 Nov 2024 | 22:53
"Gürcü Arzu"sunun bizə yaxınlığı yoxdur - Medvedyev
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 13:45
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
AYLIQ
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 23:10
Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...
01 Nov 2024 | 23:15
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
01 Nov 2024 | 23:00
İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
01 Nov 2024 | 22:45
DİQQƏT! Bunu etsəniz, xəstələnməyəcəksiniz
01 Nov 2024 | 22:53
"Gürcü Arzu"sunun bizə yaxınlığı yoxdur - Medvedyev
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 13:45
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı