\"Makron davranışı və yürütdüyü siyasəti ilə Fransanın beynəlxalq imicinə zərbə vurdu\"
Oxunub: 1681
26 Oct 2020 | 17:45
\

Dünya da ədalətsiz və haqsız insanların özlərinə oxşayır. Təəssüf ki, 100 ildən artıqdır beynəlxalq ictimaiyyət adından az qala eyni qüvvələr çıxış edir. Onların irəli sürdüyü ədalət prinsipi isə bir çox hallarda ədalətsizliyə məruz qalır. Müstəqilliyini bərpa edəndən sonra Azərbaycan da bu haqsızlıqla üzləşib.

Əslində, indiyədək Qarabağla bağlı beynəlxalq vasitəçilərin tutduğu mövqe qərəzli olub. Bu münasibət isə münaqişənin, işğalın müddətinin uzanmasına və bölgənin təhlükəsizliyinin təhdid edilməsinə səbəb olur. Belə çıxır ki, beynəlxalq vasitəçilər Cənub Qafqazda əmin-amanlıq və təhlükəsizliyin bərqərar olunmasında maraqlı deyillər, yaxud qarşıdurma yaratmağa çalışırlar. Qarabağ münaqişəsinin tarixinə nəzər salsaq, bunu aydın görərik. İstər əsrin əvvəlində Xalq Cümhuriyyəti dövründə, istər keçmiş sovetlər zamanında, istərsə də Cümhuriyyətin bərpasından sonrakı indiki çağda Azərbaycan bu ədalətsizliklə üzləşib. 1918-ci ildə I Dünya müharibəsində iştirak edən böyük güclərin Qarabağdakı ermənilərə yardım etməsi unudulmayıb. Sovetlər dövründə Azərbaycan türklərinin Ermənistandan, öz dədə-baba yurdlarından çıxarılması, “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması və bu imperiyanın dağılmasının son illərində Kremlin atdığı addımlar yaddan çıxmayıb.

Müstəqilliyin bərpasının ilk illərində Azərbaycanın ərazi bütövlüyünü qəbul edən beynəlxalq ictimaiyyət onun təmin olunması məsələsinə çatanda ağızlarını süründürməyə başladı və məntiqsiz güzəştlərdən danışdı. Sovetlər dağılandan sonra dünyanın nizamına nəzarəti üzərinə götürən ABŞ ədalətdən danışsa da, bu məsələdə prinsipindən sapdı. ABŞ Konqresi erməni lobbisinin təşəbbüsü ilə “Azadlığı müdafiə aktı” sənədinə əsasən, Azərbaycana qarşı “907 saylı düzəliş”i qəbul etdi. Bu, demokratik prinsiplər əsasında qurulan yeni respublikaya təzyiq və qeyri-obyektiv münasibət idi. Onda ABŞ konqresmenləri belə hesab edirdilər ki, guya Azərbaycan Dağlıq Qarabağı “işğal edir” və Ermənistanı “blokada”da saxlayır. Hər iki iddianın ağ yalan olduğu hamıya aydın idi. Ancaq ötən 27 il ərzində beynəlxalq ictimaiyyət və vasitəçilər bu ağ yalanı müdafiə, onun ayaq tutmasına yardım ediblər. İndi də bu iddianı davam etdiməyə cəhd göstərilir.

Azərbaycan bütün beynəlxalq normalara, prinsiplərə və hüquqa əsasən, öz ərazi bütövlüyünü 27 ildən sonra bərpa etməyə başladı. Bundan əvvəl isə Azərbaycan Ermənistanı dəfələrlə işğal etdikləri ərazilərdən çıxmağa və beynəlxalq hüquqa hörmət etməyə çağırdı. Ancaq rəsmi Yerevan torpaqları işğaldan azad etməklə bağlı nə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, nə də beynəlxalq hüquqa məhəl qoymadı. Ermənistan havadarları və himayədarlarının yardımı ilə işğal etdikləri ərazilərdə möhkəmlənməyə, yeni yaşayış yerləri salmağa və hətta xarici ölkə vətəndaşlarını ora köçürməyə, habelə terrorçular üçün təlim düşərgəsi salmağa başladı.

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-də əks-hücum əməliyyatı ilə özünü işğaldan və işğalçıdan müdafiə etməyə başlayıb. İşğal altında olan torpaqlarını azad edir. Odur ki, dünyanın probleminə çevrilən Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin tutduğu qərəzli mövqeyə görə həll olunmur.

Son günlər beynəlxalq ictimaiyyət Ermənistandan qətnamələrin yerinə yetirilməsini, beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb etməkdənsə, yenə əvvəlki mövqeyindən çıxış edir. Torpaqlarını azad edən, Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. Həmin təzyiqlərdən biri bu günlərdə BMT Təhlükəsizlik Şurası tərəfindən edildi. Qurum 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin icrasını tələb etməkdənsə, qurumun daimi üzvləri, həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsində Azərbaycana təzyiqə üstünlük verdilər.

Oktyabrın 26-da həmin beynəlxalq ictimaiyyətin təkidi əsasında humanitar atəşkəs elan edildi. Bu vaxta qədər Azərbaycan və Ermənistan arasında oktyabrın 10-u və 17-də olmaqla iki humanitar atəşkəs barədə razılıq əldə edilmişdi. Ancaq hər iki humanitar atəşkəs Ermənistan tərəfindən pozulmuşdu. Ermənistan 1994-cü ilin mayında qəbul edilmiş atəşkəsi pozduğu kimi, bu dəfə də əldə olunmuş humanitar atəşkəsi pozur. Ermənilər bu rejimə cəmi 4 dəqiqə əməl edə biliblər. Oktyabrın 26-da səhər saat 08:00-da qüvvəyə minən atəşkəs saat 08:04 Ermənistan tərəfindən pozuldu. Halbuki bu rejimlə bağlı bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müfəssəl həlli prosesi ilə paralel getməlidir. Bu o deməkdir ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması ilə bağlı konkret vaxt cədvəli müəyyən olunmalıdır. Bəyanatda öz əksini tapmış “vaxt cədvəli” (“timeline”) ifadəsində məhz bu nəzərdə tutulur. Eyni zamanda atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir. Ancaq həmsədrlərin bəyanatında yer almış məqamların geniş surətdə müzakirə olunmasına və razılaşdırılmasına ehtiyac var.

Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan münaqişənin həllinə yenə yardım etməkdən yayınır, müharibəyə üstünlük verir. Ermənistanın baş naziri Nikol Paşinyan baza prinsiplərini rədd edib “münaqişənin diplomatik həlli yoxdur” desə də, havadarlarından yardım istəyir, “danışıqlar”, “atəşkəs” və “kompromis”dən danışır. Azərbaycanda erməniləri və onun hakimiyyətini yaxşı tanıyırlar. Ermənistan bu yolla güc toplayıb, silah-sursat əldə etmək niyyətindədir. Bu, əvvəlki iki humanitar atəşkəs zamanı baş verib. Habelə 27 illik atəşkəs dövründə də Ermənistan işğal etdiyi ərazilərdə hərbi istehkamlar qurmaqla Azərbaycan torpaqlarından çıxmaq niyyətində olmadığını sübut edib. Bu baxımdan ermənilər verdikləri sözə heç vaxt əməl etmədiklərini dəfələrlə təsdiqləyiblər.

Ermənistan atəşkəsi yeni pozur. Ermənilər müxtəlif mənbələrdən işğal altında olan Qarabağdakı ərazilərə silah-sursat və canlı qüvvə daşıyır. Beynəlxalq ictimaiyyət Ermənistana heç bir təzyiq etmir. Onu tumarlamaqla ərazisi işğal altında olan Azərbaycana təzyiqlər edirlər.

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın Xarici İşlər naziri və Ermənistan XİN başçısı ilə oktyabrın 29-da Cenevrədə görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək, razılığa gəlmək və həyata keçirməyə başlamaq üçün Azərbaycan və Ermənistan liderləri tərəfindən qəbul edilən baza prinsiplərinə uyğun olaraq yenidən bir araya gəlməyi qəbul ediblər.

Azərbaycan tərəfi münaqişənin dinc, danışıqlar yolu ilə həllinə hər zaman razılıq verib. Ancaq maraqlıdır 28 ildə münaqişənin həlli, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində heç bir irəliləyişə nail olmayan həmsədrlər bundan sonra bir neçə gün ərzində nə möcüzə yaradacaqlar? Yoxsa, işğala məruz qalan Azərbaycana yenə məntiqsiz güzəşt təklif ediləcək? Təbii ki, vəziyyət və şərait indi tamamilə fərqlidir. Heç həmsədrlər də əvvəlki kimi tərəfsiz olduqlarını iddia edə bilməz. Onlardan biri Fransa son hadisələr zamanı özünü tamamilə ifşa etdi. Bu ölkənin prezidenti Emmanuel Makron və parlamentinin üzvləri birmənalı, açıq-aşkar Ermənistanın müdafiəsinə qalxdı. Odur ki, Ermənistana silah-sursat, canlı qüvvə, diplomatiya və başqa məsələlərdə yardım edən Fransanın həmsədr kimi etibarı tükənib. Onun bu danışıqlarda iştirakı daha çox formal xarakter daşıyır. Fransa münaqişənin həllində tərəfsizliyini qoruya bilmədi. Emmauel Makron davranışı və yürütdüyü siyasəti ilə Fransanın beynəlxalq imicinə zərbə vurdu. Bu ölkə münaqişələrin həllində tərəfsiz olduğunu sübut etmək üçün uzun illər əziyyət çəkəcək. ABŞ və Rusiyada ayrı-ayrı epizodlarda bu baş versə də, həmin ölkələrin liderləri Makron kimi birmənalı mövqe nümayiş etdirmədi.

Beləliklə, Ermənistan tərəfindən pozulan atəşkəslər, davam edən işğal danışıqların hələ bir müddət yenə nəticəsiz başa çatacağını ehtimal etməyə əsas verir.

Sədrəddin Soltan, Politoloq

Oxşar xəbərlər
19:36, Bu gün
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı