«Dağlıq Qarabağ» problemində istifadə olunmuş beynəlxalq prinsiplər...
Siyasət
Oxunub: 3792
09 Aug 2020 | 19:50
«Dağlıq Qarabağ» problemində istifadə olunmuş beynəlxalq prinsiplər...
Çağdaş beynəlxalq münasibətlərdə çözülməsi nəzərdə tutulan, vaxtaşırı gündəmə gətirilən problem kimi, Ermənistanın Azərbaycana növbəti təcavüzü prosesində hədəfə alınan yuxarı Qarabağ bölgəsinin aqibəti tarixi təcrübənin araşdırılması müstəvisində həllini tapmalıdır. İlk növbədə «Dağlıq Qarabağ münaqişəsinin» yaranma mənşəyinə diqqət verilməlidir. XIX yüzilliyin əvvəllərində Rusiya imperiyasının Qafqaza yönəli xarici siyasətinin birbaşa hərbi işğalla həyata keçirilən məzmununu yerli əhalinin sıxışdırılması, etnik-dini birliyinin parçalanması, iqtisadi dayaqlarının sarsıdılması təşkil edirdi. İmperiyaların genişlənmə və işğal ərazilərində dayaqlanma prinsipləri ənənəvi məna daşıdığından köçürmə siyasəti Rusiyaya da səciyyəvi aksiya idi. Cənubi Qafqaza kütləvi şəkildə köçürülmüş ermənilərin Qarabağda da yerləşdirilməsi sonrakı iddialar üçün zəmin hazırlamaq məqsədi güdürdü. Bu prosesdə maraqlı qüvvələrin mənafeyini nəzərə almaqla ermənilərdən vasitə kimi istifadə olunması və təcavüzkarla «iş birliyi çərçivəsində» etnik-dini təəssübkeşlik nümayiş etdirilməsi kimi məsələlər aparıcı yer tutur. Qafqazla bağlı Rusiya imperiyasının Avropa dövlətləri (İngiltərə, Fransa), həmçinin qonşu dövlətlərlə (İran, Türkiyə) apardığı diplomatik mübarizə də işğal prosesinin tərkib hissəsidir. Regionda müstəqil siyasi subyektlərin yaranma prosesində eyni imperiyadan qopmuş inzibati vahidlər arasında hüdudların müəyyənləşdirilməsi yeni siyasi-hərbi mübarizə mərhələsini doğurdu. Ərazi mübahisələrində vahid prinsip göslənilmirdi: «Pompey yürüşləri dövrünədək çatan tarixi hüquq, iqtisadi şərtlər, dövlət sərhədlərinin strateji müdafiəsi, təbii sərhədlər və s.».

1918-ci il mayın 28-də Tiflisdə elan edilmiş Ermənistan Respublikası Qarabağa iddia irəli sürürdü. Baxmayaraq ki, Qafqaz ərazisində erməni dövlətinin yaradılması son ana qədər sual altında olmuşdur, bununla belə ermənilər ilk imkanda yeni ərazilərə sahib olmaq cəhdi göstərmişlər. Hələ 1918-ci ilin fevralından İrəvan quberniyasında fasiləsiz, sistemli tərzdə qırğınlar törətməklə ərazini ermənilər üçün təmizləyib, erməni muxtariyyətinə kompakt vahid yaratmaq siyasəti yeridirdilər. Türkiyənin Cənubi Qafqazın siyasi quruluşu ilə bağlı siyasətinin başlıca rəhbəri kimi Ənvər Paşa müstəqil erməni dövlətinin yaradılması üçün erməni xalqının ingilis-rus siyasəti xatirinə türklər əleyhinə öz intriqalarını dayandırmasını şərt bilmişdir.

Qafqazda erməni dövlətinin yaradılması beynəlxalq qarşıdurma münasibətləri müstəvisində gerçəkliyini tapan məsələ olmuşdur. Birinci dünya savaşında «rus imperatoruna xidmətləri müqabilində» Zaqafqaziyada muxtariyyət əldə etməyə ümidli, lakin əmin olmayan ermənilər hətta 28 may 1918-ci ildə müstəqil dövlət yaratdıqlarını bəyan etdikdə belə, azərbaycanlıların hansı addımı atacaqlarından narahat idilər. Azərbaycanın müstəqil dövlət olacağı yaxud Osmanlı dövləti ilə ilhaqı seçimini güman edən ermənilər təşviş içində Azərbaycan Milli Şurasının qərarını gözləmiş və nəticədən daha artıq şadyanalıq keçirən onlar olmuşdur. Azərbaycanın tarixi torpaqlarında dövlət əldə etmələrinə qane olmayaraq qonşularına qarşı yeni-yeni iddialarla qanlı mübarizə aparmışlar.

Azərbaycan dövləti, İstiqlal bəyannaməsində bildirildiyi kimi «Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər» prinsipinə sadiq qalaraq erməni federasiyasının təşkili üçün İrəvan şəhərini onlara siyasi mərkəz olaraq güzəştə getməli oldu. İlk əvvəl «ermənilərlə bütün mübahisələri» qurtarmış hesab edərək, onların ultimatumu qəbul edib müharibəyə son verəcəklərini güman edən hökumət başçısı Fətəli xan Xoyski düz 2 ay sonra, iyulun 31-də İstanbulda olan M.Ə.Rəsulzadəyə yazırdı ki, əgər ermənilər Qarabağa iddia ilə çıxış etsələr, o zaman İrəvanı və Qazax qəzasının bir hissəsini onlara güzəştə getməkdən imtina etsin.
Qarabağla bağlı ermənilərin iddiası Azərbaycan hökuməti tərəfindən qətiyyətlə rədd edildi. Ərazi mübahisələrinin həlli yönündə ikitərəfli danışıqlar, qarşılıqlı razılaşmalar formasında beynəlxalq təcrübə 1918-ci ilin yayında Azərbaycan hökuməti tərəfindən qonşularına münasibətdə tətbiq olunmuşdur. Etiraz, xəbərdarlıq notaları, müştərək komissiyaların təşkili beynəlxalq hüquqi təcrübəyə söykənən fəaliyyət tərzi idi.
Azərbaycana və Türkiyəyə xeyli ərazi tələbi ilə layihə və xəritə tərtib edən ermənilər 1918-ci ilin yayında demoqrafik göstərici təyinatlı prinsipdən çıxış edirdilər. Sadaladıqları bölgələrin əhalisinin 70 %-nin erməni olduğunu göstərirdilər. Diplomatik fəaliyyəti gücləndirməklə paralel olaraq ermənilər Zəngəzur qəzasının bir hissəsini tutmuş, Şuşa qəzasına keçmiş, yüzlərlə müsəlmanı qətlə yetirmişdilər. Ararat respublikasının nizami hərbi qüvvələri ilə erməni quldur dəstələrinin birlikdə azərbaycanlıları kütləvi qətlə yetirmələrini pərdələmək istəyən ermənilər, Azərbaycan tərəfi ilə danışıqlar aparmaq niyyətini nümayiş etdirirdilər. Ənvər paşaya təqdim etdikləri layihəyə görə Qarabağ da iddia siyahısında idi.
Xarici hərbi qüvvələrin Azərbaycanda həm də siyasi gücə malik olduqları mərhələlərdə ermənilər Qarabağla bağlı müvafiq mövqe nümayiş etdirmişlər. Osmanlı hərbçilərinin köməyi ilə Bakı Cümhuriyyət hakimiyyəti altına keçdikdən sonra Qarabağda erməni yaraqlılarının hakimiyyət nümayəndələrindən əfv diləyərək silahlarını təhvil verməsi müşahidə olunur. Qarabağın şəhər və kəndlərində erməni əhali Azərbaycan qoşunlarını duz-çörəklə qarşılayaraq, Azərbaycan təbəəliyini qəbul edir, silahı könüllü təhvil verir, Azərbaycan hökumət qurumlarının bütün sərəncamlarına tabe olmağa hazır olduqlarını bildirirdilər. Osmanlı dövlətinin dünya müharibəsində məğlubiyyətindən sonra regionu tərk etmək məcburiyyəti və müttəfiq qoşunlarının komandanı V.Tomsonun başçılığı ilə ingilis hərbçilərinin Cənubi Qafqazda yerləşməsi, Bakıda ingilis hərbi general-qubernatorluğunun yaradılması, xristian həmrəyliyinin yenidən dirçəlməsi ermənilərin mövqeyində özünü büruzə verdi. 1918-ci ilin dekabrında Andranik «ingilislərin Qarabağı onun ixtiyarına verməsi haqqında» şayiə yaymağa başlamışdı. Dekabrın 22-də general V.Tomson bu şayiəni təkzib etmişdi. Artıq 1918-ci ilin payızından etibarən Qarabağla bağlı xarici qüvvə faktorunun təsiri siyasi müstəvidə özünü göstərir. Siyasi və diplomatik fəaliyyətin istənilən nəticəni təmin etmək əsasından yetərli olmayacağını bildiklərindən erməni separatçıları azərbaycanlılara qarşı etnik təmizləmə – soyqırım əməliyyatını davam etdirdilər. Əhalisinin kütləvi məhvinin qarşısını almaq məqsədilə Azərbaycan Cümhuriyyətinin Daxili İşlər nazirliyi 1919-cu il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluğun yaradılmasını təklif etdi. Həmin qəzalarda müvəqqəti general-qubernatorluğun yaradılması haqqında Azərbaycan hökuməti 1919-cu il yanvarın 15-də qərar verdi. Xosrov bəy Sultanov yanvarın 29-da general-qubernator təyin olundu. Xüsusi statuslu inzibati təsisat təcrübəsi tətbiq edildi. Belə bir şəraitdə Ermənistan hökuməti Qarabağın dağlıq hissəsinə açıq iddia ilə çıxış etdi və bu Azərbaycan hökuməti üçün gözlənilməz olsa da, iddianı tamamilə əsassız hesab etmiş, yanvarın 31-də cavab notasında Qarabağın tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirmişdi. Ermənistanın Qarabağ general-qubernatorluğunun yaradılmasına etirazını Azərbaycanın suverenliyinə qəsd, onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi. 1919-cu ilin əvvəllərindən etibarən Qarabağın yuxarı hissəsi ilə bağlı 2 dövlət - Azərbaycan və Ermənistan arasında qarşılıqlı rəsmi müraciətlər forması yaranır. Azərbaycan Cümhuriyyəti xarici işlər nazirliyinin əməkdaşı A.S.Şepotyev Qarabağın bir hissəsinə erməni hökumətinin gözlənilməz iddiasının əsassızlığını şərh edən məqaləsi ilə 1919-cu ilin fevralında rəsmi dövlət qəzetində («Azərbaycan») çıxış edir. Ermənistanın «Azərbaycan hökuməti üçün gözlənilməz iddiasının» «tamamilə əsassız» olduğunu göstərmək zərurətinin erməni hökumətinin öz iddialarını demoqrafik və tarixi hüquqlara əsaslandırdıqları və bu hüquqların mübahisəsiz olduğunu bəyan etmələri səbəbindən yarandığını göstərir. Deməli, rəsmi erməni hökuməti 1919-cu ilin əvvəlində «tarixi hüquq» prinsipinin işə yarayacağını real hesab edir və hökumət hərbi hissələrinin, erməni yaraqlı dəstələrinin zorakı, qanlı qırğınlar törətməklə məqsədyönlü əməllərinin qarşısının alınacağından təşvişə düşərək qabaqlayıcı tədbirlər görürdü. Bütün Borçalı ərazisinə iddialarında uğursuzluğa düçar olan erməni hökumətinin Qarabağla bağlı mövqeyinin də tarixi, iqtisadi, etnoqrafik cəhətdən əsassız olduğu Azərbaycan hökumətinin rəsmi etirazında ifadə olunmuşdu. Erməni hökuməti Böyük Britaniyanın Qafqazdakı hərbi qüvvələrinin rəsmilərinə (Uokkerə, Tomsona və d.) müraciətlə Azərbaycana təzyiqi artırmağa çalışsa da, bütün cəhdləri nəticəsiz qaldı. Polkovnik Şatelvort Şuşaya gedərək, ermənilərin Azərbaycan Cümhuriyyəti hökumətinə tabe olmasını tələb etmişdi. Bununla belə ermənilər separatçılıq fəaliyyətini davam etdirirdilər. 1919-cu il aprelin sonunda keçirdikləri qurultayda Qarabağ general-qubernatorunun hakimiyyətini tanımaqdan imtina etmişdilər. Belə qərarların qəbul olunmasında Ermənistan hökuməti və onun Dağlıq Qarabağdakı nümayəndələrinin pozuculuq fəaliyyəti mühüm rol oynayırdı. Qafqaz respublikaları arasında meydana çıxan ərazi mübahisələrini ilk dəfə olaraq xarici vasitəçilərlə çözmək təcrübəsi yarandı. Əsasən Böyük Britaniya və ABŞ-ın fəal müdaxiləsi, xüsusi layihələrlə çıxış etmək nümunələri bəllidir. General Tomson 1919-cu il mayın 5-də bildirmişdi ki, separatçı şəxslərin sürgün edilməsi haqqında sərəncam vermişdir. İyunun 5-də qatı erməni irticaçıları ingilis komandanlığının nümayəndələrinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. İyunun 6-da Şuşanın ermənilər yaşayan hissəsində keçirilən mitinqdə ermənilər Azərbaycan hökumətini tanıdıqlarını bildirdilər. Ermənilər general-qubernatorluğun fəaliyyət prinsiplərini qəbul edərək müzakirələr aparmağa başlamışdılar. 1919-cu il avqustun 15-də ermənilər Azərbaycan hökuməti ilə saziş imzalayaraq ermənilərin yaşadığı ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. Qarabağ ermənilərinə mədəni təyini-müqəddərat nəzərdə tutulurdu. Qeyd etmək lazımdır ki, o dövrdə də Şuşaya xaricilər hər hansısa təşkilatların nümayəndələri qismində Azərbaycan hökumətinin məlumatı olmadan, yerli hökumət orqanlarına heç bir mandat təqdim etmədən səfər edirdilər. Dağlıq Qarabağ ermənilərinin Azərbaycan hakimiyyətini tanımasından sonra amerikanların müvafiq sənəd təqdim etmədən Qarabağa gəlişinə Azərbaycan XİN etiraz münasibətini bildirmişdir.
1919-cu ilin yazında ermənilər yenidən ərazi mübadiləsi prinsipi üzrə sövdələşmə cəhdi göstərirdilər. 1918-ci ilin yazında İrəvan şəhərinə sahib olmaq niyyətilə Qarabağın yuxarı hissəsinə iddia etmədikləri şərtilə Azərbaycan tərəfi ilə razılaşdıqları halda, bir il sonra həmin Qarabağı bir daha Azərbaycanınkı hesab etmək müqabilində Şərur-Naxçıvan ərazisinin Ermənistana keçməsini rəsmiləşdirmək zəmini hazırlayırdılar.
XX yüzilliyin 80-ci illərində Dağlıq Qarabağa iddia ilə erməni separatizmini Ermənistan hökuməti Qarabağ ermənilərinin öz müqəddəratını təyin etmə tələbi kimi təqdim edərək, beynəlxalq ictimaiyyəti də buna inandırmağa cəhd etmiş, hələ də özünü müdaxilə etməyən tərəf kimi pərdələməyə səy göstərməkdədir. Lakin XX yüzilliyin əvvəllərinə nəzər salanda vahid mexanizmin işlədiyi sənədlərlə təsdiqlənir. Cənubi Qafqazda müttəfiq dövlətlərin Ali komissarının müavini C.Reyin iştirakı ilə 1919-cu il noyabrın 23-də Tiflisdə Azərbaycanın hökumət başçısı N.Yusifbəyli və Ermənistanın baş naziri A.Xatisov arasında saziş imzalandı. Ermənistan hökuməti sazişin şərtlərini pozaraq, dekabrın 8-də Zəngəzura qoşun yeritmişdi. Qafqaz respublikalarının beynəlxalq səviyyədə bir-birinə qarşı ərazi iddialarını əsaslandırmaq səyləri, həm də regional konfranslar formasında, yəni xarici vasitəçilər olmadan birbaşa danışıqlar, müştərək komissiyalar yolu ilə həyata keçirilirdi. Bununla belə Ermənistan hökuməti Azərbaycan torpaqlarına iddiasını həyata keçirmək üçün silahlı hərbi müdaxilə ilə yanaşı, pul vəsaiti sərf edilməsinə də xüsusi fikir verirdi. 1919-cu ilin sonlarında Ermənistan hökuməti Dağlıq Qarabağın «azad edilməsi» üçün 19 milyon manat pul ayırmışdı. Nəticədə 1920-ci ilin yazında erməni separatizmi daha da azğınlaşdı. Ermənistan Respublikası ərazisindən hərbi qüvvələrin Azərbaycana hücumu, müsəlman əhalinin kütləvi qırğına məruz qalması Ermənistanın təcavüzkar siyasətini növbəti dəfə təsdiqləmiş oldu. 1920-ci ilin aprel ayında Azərbaycanın xarici işlər naziri F.Xoyski Ermənistan Respublikasının xarici işlər nazirinə notalar göndərdi, Ermənistan tərəfdən erməni silahlı dəstələrinin Azərbaycan ərazisinə basqını, əhalinin qətlə yetirilməsi, kəndlərin talan edilməsinə kəskin etiraz edilir, Azərbaycan ərazisinə hücumları dayandırmaq barədə təcili sərəncam verilməsi xahiş olunurdu. Ermənistanın Dağlıq Qarabağ, o cümlədən digər Azərbaycan torpaqlarını zorla ilhaq etmək cəhdləri, davamlı siyasəti, əməli səylərini təsdiqləyən onlarla sənədli faktlar vardır.
Beynəlxalq ictimaiyyəti zorakı ilhaq niyyətindən yayındırmaq istəyərək Ermənistan tərəfi (rəsmi və qeyri-rəsmi səviyyədə) «münaqişəni» (özləri tərəfindən yaradılmış) Azərbaycan ermənilərinin öz müqəddəratını təyin etmək iradəsi kimi qələmə verir. Eyni iddia ilə Gürcüstan ermənilərinin separat fəaliyyətini həmin dövlətin daxili işi, yəni oradakı ermənilərin öz iradəsini sərbəst təsbit etmək məzmununda dəyərləndirmək kursu nümayiş etdirirlər. Ermənistan Respublikası qonşu dövlətlərin ərazilərində kompakt yaşayan (bu nəticənin tarixən necə formalaşmasından asılı olmayaraq) ermənilərin milli təyini-müqəddərat hüququnu əldə bayraq etməklə (formal dəstəkləmək, əslində isə tarixi və çağdaş təcrübədən bilindiyi kimi rəvac verməklə) ətrafında müstəqil yaxud yarımmüstəqil erməni dövlət qurumları zolağı yaratmaqla sonradan ilhaq prosesini reallaşdırmaq imkanı qazanmış olur.
Hazırkı konkret mərhələdə Dağlıq Qarabağ məkanı çərçivəsində münaqişə yaradılması və iddianın vahid hədəfə istiqamətlənməsi də ənənəvi erməni taktiki gedişlərindəndir. «Dağlıq Qarabağ münaqişəsi»nin Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən kənarda çözələnməsi obyektiv məzmun daşıya bilməz. Məhz bu baxımdan müttəfiq dövlətlərin Cənubi Qafqazdakı Ali Komissarına nota göndərən Azərbaycanın XİN-i F.Xoyski yalnız Qarabağ rayonunda olmuş hadisələrin Cənubi Qafqazda baş vermiş hadisələrdən əlaqəsiz tədqiq edilməsini yanlış saymış, düzgün tədbirlər görülməsi ilə nəticələnməyəcəyini və qanlı hadisələrin təkrarlanacağından xəbərdar etmişdi.
XX yüzilliyin sonlarında yenidən Dağlıq Qarabağ iddiası zəminində qanlı hadisələr gedişatında Ermənistanda qalmış azərbaycanlıların son nəfərinədək əzəli yurdlarından zorakılıqla qovulması beynəlxalq səviyyədə diqqətdən kənarda saxlanılır. Ermənistanda (öz əzəli torpaqlarında) daha geniş coğrafiyada əsrlərlə kompakt yaşamış azərbaycanlıların vətənlərinə qayıdıb muxtar idarəçilik statusu ilə təmin edilməsi isə ümumiyyətlə danışıqlar prosesinin predmeti deyildir. Ermənistan-Azərbaycan münaqişəsinin son mərhələsi prosesinin tərkib hissəsi olduğu halda bu məsələ beynəlxalq vasitəçilərin diqqətini «cəlb etmir». Dağlıq Qarabağın statusu ilə bağlı ermənilər tərəfindən zəbt edilmiş ətraf Azərbaycan torpaqlarının (həm də Dağlıq Qarabağın Ermənistan Respublikası ilə ərazi bağlılığını geniş ərazidə təmin edən) təhlükəsizlik zolağı kimi təqdim edilməsi Ermənistanın təcavüzkar tərəf kimi etirafıdır. Kütləvi qırğınlar, zorakılıqlar ilə Azərbaycan torpaqlarını ələ keçirən erməni tərəfinə münaqişənin beynəlxalq arenada müzakirəsi sərfəlidir: məsələnin Azərbaycanın daxili işi olaraq həlli variantından daha üstün nəticələrə nail olmaq və bu mərhələdə problemin beynəlxalq normalara müvafiq tərzdə, yəni sivil qaydada həlli müstəvisində Azərbaycanın hərb etmək imkanının qarşısını almaq, həm də qanlı, qəddar davranışdan sonra beynəlxalq hüquq normalarına etimadlı imic yaratmaq.
«Dağlıq Qarabağ münaqişəsi»nin sülh yolu ilə həlli variantlarında ərazi bütövlüyünün toxunulmazlığı və öz müqəddəratını təyin etmək prinsiplərinin ziddiyyəti müzakirəyə cəlb edilmişdir. 1921-23-cü illərdə Dağlıq Qarabağın ermənilər yaşayan hissəsinin müqəddəratı ilə bağlı müzakirələr sonucu olaraq 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Sovetlər dönəmində bölgənin iki Qafqaz cümhuriyyəti arasında sövdələşmə predmeti olmasından tutmuş, statusunun müəyyənləşdirilməsi üçün rəsmi müzakirələr keçirilməsi də daxil olmaqla tarixi təcrübədən nəticə çıxarmaq imkanı vardır. Sovet muxtariyyətinin «elastikliyi» prinsipi milli dövlət quruculuğu üçün geniş imkanlar açırdı. «Elastik muxtariyyət» formalarından biri də DQMV gerçəkliyi oldu. 1921-ci il iyulun 4-də Qarabağın statusu ilə bağlı plebissit keçirilməsi formaları da müzakirə olunmuşdur. Ermənilər və onların mövqeyini dəstəkləyən rəsmilər plebissitin Qarabağ azərbaycanlılarının iştirakı olmadan yalnız ermənilərin arasında keçirilməsinin tərəfdarı idilər. Qarabağ ermənilərinin say azlığı səbəbindən bu mövqedən çıxış edirdilər. Azərbaycan tərəfi isə 1921-ci ildə Qarabağda bütün erməni və azərbaycanlı əhalisinin iştirakı ilə sorğu keçirilməsinə tərəfdar çıxaraq sorğunun yalnız Dağlıq Qarabağın erməniləri arasında keçirilməsini rədd etmişdir.
1989-cu ildə mövcud SSRİ konstitusiyasına, beynəlxalq normalara zidd olaraq DQMV Azərbaycana tabeçilikdən çıxarılaraq Xüsusi İdarəetmə Komitəsi (XİT) adlı, birbaşa Federasiya Mərkəzinə tabe qurumun nəzarətinə verildi. Dağlıq Qarabağdan azərbaycanlıların təmizlənməsi başa çatdırıldı. Növbəti mərhələ DQMV-nin Ermənistana ilhaqı və XİT-in ləğv edilməsi idi. Bu ssenarinin ilkin variantı 1920-ci ildə də irəli sürülmüşdü: «Bakı vasitəsi ilə Rusiyaya» qatılmaq. Azərbaycan tabeçiliyindən çıxdıqdan sonra Ermənistana verilməsi asan reallaşa bilərdi.
Öz müqəddəratını təiyn etmək prinsipi heç də onun ən yüksək pillədə həllinin mütləq «himayəçi» dövlətlə ərazi bağlılığının təmin olunması demək deyildir.
Dağlıq Qarabağla bağlı irəli sürülən prinsiplərin tətbiqinə tərəflərin mövqeyi, mənafeyinə müvafiq məzmun daşıyacaqdır. Regionun hərbsizləşdirilməsi, referendum, Dağlıq Qarabağın müvəqqəti statusu prinsipi, sülh məramlı qüvvələrin yerləşdirilməsi, birgə komissiyanın yaradılması, zor və hədələrdən imtina etmək və s. 1918-1923-cü illər arasında məhz Qarabağın dağlıq hissəsi ilə bağlı hallandırılmış, müvafiq qərarlar qəbulu ilə nəticələnmiş prinsiplərdir. Son 100 il ərzində irəli sürülmüş bu prinsiplər fərqli, mərhələrlə təkrarlanan zəngin təsnifatı ortaya qoyur. Tarixi tətbiq olunmuş prinsiplərin eyni regiona, oxşar motivə söykənərək aid edilməsi hadisələrin sonrakı gedişatını və nəticələrini proqnozlaşdırmaq baxımından diqqətə alınmalı amildir.

Firdovsiyyə Əhmədova, tarixçi professor
Oxşar xəbərlər
20:36, Bu gün
Fransanın XİN başçısı Benyamin Netanyahu ilə görüşüb
20:34, Bu gün
İranda məcburi hicaba görə xəstəxana bağlanıb
20:22, Bu gün
Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ
20:21, Bu gün
Ermənistan prezidenti: “Azərbaycanla sərhədlərin delimitasiyası gələcəyə və davamlı sülhə yönəlib”
19:49, Bu gün
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
19:35, Bu gün
Ukrayna ABŞ-dan hərbi yardım gözləyir, Rusiya isə cəbhə xəttini yarmağa çalışır - NYT
19:29, Bu gün
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
19:25, Bu gün
Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
19:09, Bu gün
Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
19:09, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz ələ keçdi - VİDEO
19:07, Bu gün
Nəzakət Teymurovanın qızı evlənir?
19:00, Bu gün
Mirzoyan: “Ermənistan Azərbaycan və Türkiyə ilə kommunikasiyaların açılmasına hazırdır”
18:59, Bu gün
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
18:59, Bu gün
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər”  - İDDİA
18:53, Bu gün
Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı AÇIQLANDI
18:51, Bu gün
Tələbə saqqalı universitetə gələ bilərmi?
18:06, Bu gün
“Dronlar Rusiyanı dağıda bilməz..."
18:04, Bu gün
Azərbaycan ordusuna xidmət etmək istəyən psixoloqların NƏZƏRİNƏ
18:02, Bu gün
Elan saytlarında saxta məlumatlar yerləşdirərək vətəndaşlardan “beh” alan dələduz saxlanıldı - VİDEO
17:58, Bu gün
İlham Əliyev qəbul keçirdi - FOTO
17:55, Bu gün
Azərbaycanda 1700-dən çox alim olduğu halda niyə yeni kəşflər YOXDUR? - AÇIQLAMA
17:50, Bu gün
25 yaşlı XTQ-nin təlimindən möhtəşəm görüntülər - FOTO/VİDEO
17:47, Bu gün
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
17:43, Bu gün
Emin Əmrullayev “Maarifçi”lərlə görüşdü - FOTO
17:39, Bu gün
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
17:36, Bu gün
Hökumət və xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirildi
17:33, Bu gün
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
17:30, Bu gün
İlham Əliyev fərman imzaladı
17:27, Bu gün
Sumqayıtda avtomobili narkotiklərin təsiri altında idarə edən sürücülər aşkar olunublar - FOTO/VİDEO
17:24, Bu gün
Fransızlar Avroparlamentə seçkilərdən Makrona qarşı narazılıqlarını bildirmək üçün istifadə edəcək - SORĞU
17:20, Bu gün
Nazim İbrahimovun qardaşının həbs müddəti uzadıldı
17:16, Bu gün
Ermənistan Azərbaycanla sərhəddəki kəndi minalardan təmizləyib
17:12, Bu gün
Azərbaycanın dünya mədəniyyətinə töhfəsi: növbəti Mədəniyyətlərarası Dialoq Forumu - ANALİZ + FOTO
17:08, Bu gün
Stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçiriləcək
17:05, Bu gün
Bakıda COP29-a həsr olunan Beynəlxalq Təşkilatların III Zirvə görüşü keçiriləcək
17:02, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstəriləcək
16:58, Bu gün
Ceyhun Bayramov Əhməd Attafla görüşdü
16:54, Bu gün
KİV: Macarıstan Aİ Sülh Fondundan Ermənistana bir milyon avroluq yardımı Azərbaycana görə bloklayır
16:50, Bu gün
Əməliyyat keçirilən qurumun rəisi kimdir?
16:49, Bu gün
Şuşaya DÖNÜŞ başladı
16:44, Bu gün
Əli Mirəliyev parik taxmasının səbəbini açıqladı - SƏHNƏARXASI VİDEO
16:38, Bu gün
Növbəti köç karvanı Laçına çatdı, açarlar təqdim olundu - YENİLƏNİB +FOTO
16:26, Bu gün
"Süni intellekt" dərsliyi 4 dildə
16:22, Bu gün
Bu məktəblərin şagirdləri 300 bal topladı - SİYAHI
16:18, Bu gün
Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib
16:14, Bu gün
Bakının mərkəz küçəsinin bir hissəsində təmir yekunlaşdı - FOTO/VİDEO
16:09, Bu gün
Fransız səfir geri qayıtdı, münasibətlər normallaşacaq, yoxsa?..
16:06, Bu gün
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
16:02, Bu gün
Fransa daxili işlər nazirinin Azərbaycana qarşı iddiaları əsassızdır - XİN
15:59, Bu gün
Bu ərazilərdə yeni məktəb tikiləcək
15:55, Bu gün
"Azərbaycanın enerji siyasəti bir çox ölkə üçün örnək təşkil edir" - Tamam Cəfərova
15:50, Bu gün
Bakıda 27 alternativ qeydiyyat mərkəzi yaradılıb
15:45, Bu gün
May ayında hava necə olacaq?
15:42, Bu gün
Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
15:40, Bu gün
İranda şəxsi təyyarə qalmaqalı - VİDEO
15:37, Bu gün
Psixoloq həyəcan təbili çaldı: “Yeniyetmələr arasında aqressiya artıb” - VİDEO
15:35, Bu gün
Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ
15:30, Bu gün
Tanınmış xanəndə vəfat etdi - VİDEO
15:25, Bu gün
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
15:22, Bu gün
Ötən gün ölkə üzrə qızılcaya yoluxma hallarının STATİSTİKASI
15:20, Bu gün
Ceyhun Bayramov livanlı həmkarı ilə görüşdü - FOTO
15:15, Bu gün
Kral Çarlz xərçəng açıqlamasından sonra ilk dəfə ictimaiyyətə göründü - AZƏRTACIN EKSKLÜZİV kadrları - VİDEO
15:10, Bu gün
"Ukrayna iyul sammitində NATO-ya dəvət edilməyəcək" - Stoltenberq
15:05, Bu gün
Doha Bəyannaməsi qəbul edildi: Ermənistanla normallaşma prosesi...
15:00, Bu gün
Ceyhun Bayramov Qətərdəki forumda nələrdən DANIŞDI... - YENİLƏNİB + FOTO
14:55, Bu gün
Paşinyan bir stəkan suyla ermənilərə ağıl öyrətdi - VİDEO
14:50, Bu gün
Qəza mənbəyinə çevrilən mal-qara - Oğuzda sahibsiz buraxılan heyvanların yaratdığı TƏHLÜKƏ + FOTO
14:45, Bu gün
Azərbaycanda xəttə buraxılacaq elektrikli avtobusların sayı AÇIQLANDI
14:40, Bu gün
Azərbaycanlıları haqlı çıxaran əfsanəvi “qanuni oğru” kimdir? - SİRLİ HƏYAT
14:35, Bu gün
Zibil qutusundan qumbaralar tapıldı - VİDEO
14:30, Bu gün
Azərbaycanı Göygöldə keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək
14:26, Bu gün
Nazirliyin qurumunda korrupsiya əməliyyatı: Saxlanılanlar var - YENİLƏNİB
14:24, Bu gün
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir: Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH + FOTO
14:19, Bu gün
“E-Şikayət” sistemində poçt xidmətləri üzrə şikayətlərin də qəbuluna başlandı
14:17, Bu gün
ADNSU-da 30 aprel faciəsinin ildönümü münasibətilə ağacəkmə aksiyası keçrildi - FOTOLAR
14:14, Bu gün
BDU-nun 105 illik yubileyinə həsr olunan Karyera Festivalının açılışı olub - FOTOLAR
14:10, Bu gün
“NKVD” başçısını kabinetindən qovan birinci katib – onun haqqında SON QƏRARI Stalin verib
14:05, Bu gün
"Ukraynanın məğlubiyyəti Qərbə trilyonlarla dollara başa gələcək" - Britaniyanın sabiq müdafiə naziri
14:02, Bu gün
Ceyhun Bayramov Qətərin baş naziri ilə görüşdü - FOTO
14:00, Bu gün
Əhaliyə ŞAD XƏBƏR – Bu evlərə “kupça” veriləcək
13:56, Bu gün
Maaşların artmasını gözləyənlərə xəbər var: Azərbaycanda minimum əməkhaqqı 500 manata...
13:52, Bu gün
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ilk gününün proqramı açıqlandı - FOTO
13:50, Bu gün
Azərbaycana gələn turistlər Bakıdan sonra buraya gedir- STATİSTİKA
13:46, Bu gün
“Qarabağ” - “Neftçi” oyununun stadionu dəyişdirildi
13:42, Bu gün
Məhkəmə Elnarə Qasımova barədə qərar verib
13:38, Bu gün
Azərbaycanlı model koreyalıya ƏRƏ GETDİ - FOTO/VİDEO
13:33, Bu gün
Hava ilə bağlı xəbərdarlıq: Güclü külək əsəcək
13:32, Bu gün
Birinci Qarabağ müharibəsində itkin düşmüş 73 nəfərin adı açıqlandı - SİYAHI
13:30, Bu gün
“Ermənistanda hadisələrin bu cür inkişafı Azərbaycan üçün iki təhlükə doğurur...”
13:25, Bu gün
Daha bir Vətən müharibəsi qazisi “Azəriqaz” İB-də işlə təmin olundu - VİDEO
13:21, Bu gün
Əhməd İsmayılov Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüşüb
13:17, Bu gün
AMEA-da doktorantura və dissertanturaya ayrılan yerlərin sayı açıqlanıb
13:13, Bu gün
Azərbaycan ABŞ-də keçirilən multikultural festivalda təmsil olunub - FOTO
13:10, Bu gün
“İtkin düşmüş şəxslərlə əlaqədar ekspertiza yalnız ölkə daxilində aparılır” - Baş Prokurorluq
13:06, Bu gün
Dövlət Komissiyası: “Ermənistan itkinlərlə bağlı məlumat vermir”
13:02, Bu gün
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı - FOTO
13:00, Bu gün
Fransa səfiri Azərbaycana QAYITDI
12:58, Bu gün
“WhatsApp”dan vacib ÇAĞIRIŞ: Bu versiyanı silin! - ƏKS HALDA…
12:54, Bu gün
Avropa Şurasının Baş katibi delimitasiya prosesini ALQIŞLADI
12:50, Bu gün
Mayın ilk gününün havası AÇIQLANDI
GÜNLÜK
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO
29 Apr 2024 | 21:03
Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır
29 Apr 2024 | 21:04
Türkiyədə “Threads” sosial şəbəkəsinə giriş bağlandı
29 Apr 2024 | 22:02
İrana uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reyslərin ləğvi müddətini uzadıb
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
AYLIQ
29 Apr 2024 | 21:07
Qüdrət Həsənquliyev: "Vəziyyəti dəyişmək isə birbaşa hakim partiyadan asılıdır"
29 Apr 2024 | 22:40
Göyçay sakini qətlə yetirilib, şübhəli şəxs qismində oğlu saxlanılıb
29 Apr 2024 | 22:08
Oğlundan xəbər ala bilməyən atanın boş məzar təsəllisi - FOTO
29 Apr 2024 | 21:03
Səudiyyə Ərəbistanı ABŞ ilə müdafiə paktı bağlamağa yaxındır
29 Apr 2024 | 21:04
Türkiyədə “Threads” sosial şəbəkəsinə giriş bağlandı
29 Apr 2024 | 22:02
İrana uçuşlar həyata keçirən yeganə Qərb aviaşirkəti reyslərin ləğvi müddətini uzadıb
29 Apr 2024 | 23:51
Evlilik sevgini öldürür? - Arxa pəncərədən görünənlər
29 Apr 2024 | 23:28
Elmar Baxşıyev: “Rəşad Sadıqovla heç bir prinsip yoxdur”
29 Apr 2024 | 23:30
İmişlidə yol qəzası olub, 4 nəfər yaralanıb
29 Apr 2024 | 23:42
"Bizim vətəndaşlarımız  Rusiyada döyülür": Tacikistan XİN Rusiya səfirinə etiraz notası təqdim edib