"Bu ittihamlar ya sübut edilməli, ya onları irəli sürənlər qanun qarşısında cavab verməlidirlər"
Oxunub: 4042
04 Jul 2020 | 17:45
İrəvan şəhərinin 1918-ci ildə ermənilərə güzəştə gedilməsinə dair AMEA Tarix İnstitutu “Azərbaycan Xalq Cümhuriyyəti tarixi” şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarovun 19 və 26 iyun tarixlərində “Spase” televiziya kanalının “Sadə həqiqətlər” verilişindəki müsahibələri geniş İctimaiyyət - elmi dairələrin nümayəndələri, sosial şəbəkə izləyiciləri,  eləcə də xaricdəki soydaşlarımız  arasında kəskin müzakirələr doğurmuşdur. Bu müzakirələrin gedişində Vasif Qafarovun efirdə səsləndirdiyi mübahisəli fikirlərə və nümunə gətirdiyi tarixi sənədlərə ölkənin tanınmış tarixçi alimləri, mütəxəssislər, ziyalılar, Vətən tarixi, o cümlədən Cümhuriyyət tarixi ilə dərindən  maraqlanan gənclər tərəfindən əsaslı və ətraflı elmi cavablar verilmişdir. Burada məqsəd məsələnin elmi-tarixi tərəfi olmadığı üçün onların üzərində dayanmağa ehtiyac görülmür.
   
Belə ki, Vasif Qafarov 26 iyun tarixli müsahibəsində ciddi elmi müstəvidən kənara çıxmış, onun tarixi prosesləri siyasiləşdirmək, nəticədə Cümhuriyyət tarixini təhrif etmək, liderlərini isə ümumi qınaq obyektinə çevirmək cəhdlərinə etiraz edən tarixçi alimləri hədəf götürmüşdür. Adlarını çəkdiyi alimlərinin professional keyfiyyətlərinə “qiymət” verməklə (“bilikləri məktəb şagirdləri səviyyəsindədir”, “yarımçıq tarixçilər”, “savadları çatmır” və s.) başlanan təhqir və aşağılama ifadələrindən sonra Vasif Qafarov əndazəni aşaraq onu yalnız tənqid etmiş tarixçi alimlərə qarşı artıq siyasi və hüquqi xarakterli ittihamlar irəli sürmüşdür.
   
Heç bir siyasi fəaliyyətlə məşğul olmayan dörd tanınmış alim və müəllim hakimiyyətə müxalif mövqedə duran Milli Şuranın “ştatdan kənar” üzvləri kimi qələmə verilmişdir. Biz, həmin alimlər, tam əminliklə bildiririk ki, əgər hər hansı siyasi partiyanın, ya qurumun üzvü olmaq niyyətimiz olsaydı bunu açıq şəkildə edərdik. Bizim indiyədək cəmiyyətdə qazandığımız nüfuz, hər hansı  ictimai əhəmiyyətli məsələdə tutduğumuz müstəqil mövqe, fikrimizi açıq bildirmək cəsarətimiz bunu deməyə tam əsas verir.
    
Bizə “gizli müxalifətçi” damğası vurmaq cəhdi, eləcə də tarixçi kimi cavablandırmağa gücü çatmadığı keçmiş müəllimi, professor Cəmil Həsənlinin adını alim kimi deyil, Milli Şuranın sədri kimi siyasi müstəvidə  hallandırması bir daha Vasif Qafarovun qeyri-elmi, məhz siyasi motivlərdən və konyukturaçı mövqedən çıxış etdiyini göstərir.
   
Vasif Qafarov müsahibədə adını çəkdiyi alimləri “İrəvanı Azərbaycan torpaqları saymayan”, onun ermənilərə verilməsinə “haqq qazandıran”, “erməni tarixçilərinə dəstək verən”, “Azərbaycan dövlətinin, Vətənin mənafeyində durmayan”, “Azərbaycan Prezidentini dəstəkləməyən”, əksinə, qonşu düşmən dövlətin başçısının “yanında duran”   “Vətən xainləri” adlandırır. Bu zaman həmin dövlətin hökumət başçısının adı dəfələrlə xatırlanır, onun mənafeyinin və maraqlarının “Azərbaycan millətinin nümayəndələri” tərəfindən müdafiə edildiyi kimi fikirlər səsləndirilir.  
    
Bu müsahibədə adı çəkilən Azərbaycan tarixçilərinin və alimlərinin hər birinin uzun illər elmi fəaliyyəti, kitabları, eləcə də Cümhuriyyət tarixinə dair yazdıqları əsərləri göz qabağındadır və bu əsərlərdə İrəvanın güzəştə gedilməsi məsələsinə münasibət də sırf tarixi-elmi şəkildə ortaya qoyulmuşdur. Lakin bütün bu ittihamlar həmin alimlərin İrəvanın verilməsi məsələsi daxil olmaqla  Cümhuriyyət tarixinə dair yazdıqları çoxsaylı əsərlərindən, televiziya kanalları və sənədli filmlərdəki çıxışlarından, eləcə də sosial şəbəkələrdəki maarifçi  yazılarından hər hansı  nümunələr gətirilməklə deyil, yalnız özlərindən daha “savadlı” Vasif Qafarovla “razılaşmadıqları” səbəbindən irəli sürülür və bu səbəb Qafarov tərəfindən açıq etiraf edilir ?!
    
Daha sonra müsahibədə İrəvanın verilməsi ilə heç bir əlaqəsi olmayan başqa bir mövzu ortaya gətirilir. 1918-ci ildə erməni-bolşevik  silahlı qüvvələrinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınları, talan və qarətləri araşdırmaq məqsədilə Cümhuriyyət hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərini toplular halında nəşr etmiş və bu mövzuda monoqrafiyalar yazmış (bu bəyanatın müəlliflərindən biri) tarixçi  Solmaz Rüstəmova-Tohidi həmin kitabların başlığında “soyqırımı” (genosid) deyil, “qırğınlar” (poqromı) kəlməsi işlətdiyinə görə “Azərbaycana xəyanətdə” günahlandırılır. Bu “ittiham” özlüyündə V.Qafarovun arxiv sənədləri ilə işləmək və onları təqdim etmək sahəsində qeyri-peşəkar olduğunu bir daha sübut edir. Belə ki, dünya tarixşünaslığında “poqromlar tarixi” kimi xüsusi istiqamət olduğunu bilməyən bir tarixçi təbii ki,  «poqromun»un sübutu olmadan “soyqırımı” – siyasi qiymət verilməyinin, özündə “poqrom” anlayışını – kütləvi qırğınlar, talanlar və qarətlər kimi fiziki aktları –  ehtiva və təsdiq edən sənədlər toplularının “soyqırımı” adı ilə nəşr olunmasının qeyri-elmiliyini dərk etmir.      
   
Burada başqa bir məqama da diqqət yetirilməlidir.  Solmaz Rüstəmova-Tohidinin tərtibçisi və müəllifi olduğu sənədlər topluları və həmin hadisələrin soyqırımı olduğu sübut edilən monoqrafiyaları, eləcə də 1918-ci il hadisələrinə dair  Fransadan, Ə.M.Topçubaşovun arxivindən tapıb gətirdiyi 102 foto-sənəddən ibarət kitab-albomları  2009- 2013-cü illərdə Azərbaycan Respublikası  Əsir və girov götürülmüş, itkin düşmüş vətəndaşların işi üzrə Dövlət Komissiyası  (3 dildə, 5 kitab), 2013-cü ildə isə Heydər Əliyev Fondu (4 dildə, 9 kitab) tərəfindən məhz “Poqromlar” adı ilə nəşr edilib. İndi V.Qafarovun məntiqinə görə adı çəkilən bu qurumlar da “Azərbaycana xəyanətdə” ittiham olunurlarmı?
   
Azərbaycanın tanınmış, nüfuzlu alimlərinin televiziya ekranından dönə-dönə öz vətəninə, dövlətinə xəyanətdə, qonşu düşmən dövlətin maraqlarına xidmət etməkdə ittiham olunması olduqca ciddi məsələdir, ölkənin bu günki siyasi-ictimai, ideoloji-mənəvi həyatına mənfi təsir göstərən yolverilməz presedentdir.
   
Həmin verilişdən keçən 10 gün ərzində bu hadisəyə müvafiq dövlət orqanları tərəfindən hər hansı münasibət bildirilmədiyi geniş ictimaiyyətdə və ilk növbədə ittiham olunan alimlər və onların həmkarları arasında böyük narahatlıq və suallar doğurur. Nə baş verir?     
    
Vaxtilə vətəndaşları olduqları böyük bir ölkənin nümunəsində görkəmli ziyalıların hakimiyyətə müxalif siyasi düşərgəyə “işləmək” kimi ittihamlarla başlayan və “Vətən xaini” kimi qondarma damğaların vurulmasına gətirən bir dövrün abu-havasını başqalarından daha yaxşı bilən tarixçilər yaranmış bu presedenti necə qiymətləndirməlidirlər?
    
Şəxsi ambisiyalarını və elmdən kənar maraqlarını ortaya qoymuş bir tarixçinin, eləcə də  reytinqini qaldırmaq məqsədilə “Sadə həqiqət” adı altında “siyasi şou” qurmuş “Spase” tele-kanalının rəhbərinin məsuliyyətsiz və düşünülməmiş addımı kimi ? Yaxud  məqsədli şəkildə idarə olunan bu şəxslərin dili ilə Azərbaycanın dövlət maraqlarına qarşı yönəldilmiş təxribat hadisəsi kimi? Verilişin canlı efirdə olmadığı, montaj edildiyi halda alimlərə qarşı səsləndirilən ittihamların saxlanılması məqbul bilindiyi  və “aparıcı”  tərəfindən birmənalı dəstəkləndiyini, dəfələrlə anons edilib, təkrarlanmasını nə ilə izah etmək olar ?
 
Azərbaycandan xaricdə də baxılan televiziya məkanından səslənən həmin fikir və ifadələrin sabah təcavüzkar dövlətin rəsmi leksikonunda milli maraqlarımıza qarşı istifadə oluna biləcəyinin fərqinə varılırmı?!  
   
Qonşu düşmən ölkənin hökumət başçısının dəfələrlə adı çəkilməklə azərbaycanlı alimlərə qarşı irəli sürülən bu  ittihamlar Azərbaycan torpaqlarına iddialarını hər vasitə ilə “əsaslandırmağa” çalışan işğalçı dövlətin təbliğat şəbəkəsinə “qiymətli bir hədiyyə”, əslində birbaşa Azərbaycanın milli və informasiya təhlükəsizliyinə yönəlmiş təxribatdır.
    
“Vətən xaini”, “ Dövlətə xəyanət” ifadələri ağır ittihamlardır, cinayət tərkibi olan məsuliyyətdir.
     
Bu ittihamlar qarşısında susmaq, “fikir verməmək”, “boş buraxmaq”, “ciddiyə almamaq” onları qəbul etmək, onlarla razılaşmaq deməkdir. İllərlə qazandığımız ziyalı və alim nüfuzunu, özümüzə və bir-birimizə hörməti itirmək deməkdir.  
     
Bu ittihamlar ya sübut edilməli, ya onları irəli sürənlər qanun qarşısında cavab verməlidirlər.
     
Vətənə, Dövlətə xəyanətdə ittihama məruz qalmış Azərbaycan alimlərinin hüququ, şərəf və ləyaqəti  ilk növbədə dövlət tərəfindən qorunmalıdır və biz, bu müdafiəni öz Dövlətimizdən gözləyirik.
     
Stalinizm rejiminin tarixi təcrübəsinin təkrarı kimi qiymətləndirilə biləcək bir hadisənin – bir qrup  tanınmış ziyalının, alimin öz Vətənləri ilə müharibə vəziyyətində olan işğalçı dövlətin “maraqlarına xidmət etməsi” kimi uydurulmuş, böhtan xarakterli “presedentin” – ilk növbədə ölkəmizin milli maraqlarına və beynəlxalq imicinə zərər vuracağını nəzərə alaraq biz, humanistlik nümayiş etdirib həmin ittihamları irəli sürmüş tarixçi Vasif Qafarovun  26 iyun tarixli müsahibəsində adlarını çəkdiyi Azərbaycan alimlərindən söylədiyi böhtanlara görə eyni telekanalda və eyni verilişdə üzr istəməsini və dediklərini təkzib etməsini tələb edirik.
   
Əks təqdirdə biz vətəndaşı olduğumuz Vətənimizin və Dövlətimizin maraqlarını, həmçinin öz Şərəf və Ləyaqətimizi hüquqi müstəvidə qoruyacağıq.  
    
Bildirmək istəyirik ki, bundan sonra yarana biləcək vəziyyətə görə, biz deyil, məsələni həmin  səviyyəyə çatdırmış qarşı tərəf  məsuliyyət daşıyacaqlar.
 
Solmaz Rüstəmova-Tohidi,
 tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi,
Qulu Məhərrəmli,
filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist
Firdovsiyə Əhmədova,
tarix üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim
Boran Əziz,
tarix üzrə elmləri doktoru, dosent
Oxşar xəbərlər
19:22, Bu gün
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:20, Bu gün
Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirib
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib