Azərbaycan FETÖ-sunun xronikası və anatomiyası...
Oxunub: 2194
03 Jul 2020 | 15:57
Azərbaycan FETÖ-sunun xronikası və anatomiyası...
Ölkədə islahatlara mane olan məmurlardan danışanda çoxları düşünür ki, söhbət onlarla və ya yüzlərlə hakimiyyətdən incimiş adamlardan gedir ki, onlar elə hey deyinirlər, ancaq çətin ki prezidentin iradəsi əleyhinə bir şey edə bilərlər.Bu hakimiyyəti içəridən tanıyan bir adam kimi mənim üçün heç də belə deyil. Mən, sadəcə, bilirəm ki, islahatlara qarşı çıxan “köhnə qvardiya” əslində “dövlət içində dövlət” deməkdir. Bu qüvvə Heydər Əliyevin idarəçiliyi dövründə və hazırda İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə real olaraq dəfələrlə prezidentə, həmçinin dövlət maraqlarına qarşı çıxaraq meydan oxuyub. Onun gücünü və təsirini qardaş Türkiyədə məşhur FETÖ ilə müqayisə etmək olar. Orada da dövlət çevrilişi cəhdi baş verənə, yüzlərlə mülki şəxsin qanı tökülənə qədər çoxları bu təşkilatın təhlükəli olmasının şişirdildiyini hesab edirdi. Türkiyədə FETÖ bütün dövlət və ictimai institutlara öz köklərini elə dərindən atıb ki, indiyədək dövlət orqanlarının bu təşkilatın üzvlərindən təmizlənməsi davam edir və bu prosesin sonu görünmür.

Məncə, Azərbaycan FETÖ-sü türkiyəli “həmkarı”ndan daha təhlükəlidir. Orada FETÖ dövlət orqanlarına illərlə aşağıdan daxil olmuşdu və yenicə yüksək dövlət vəzifələrinə üz tuturdu. Türkiyə analoqundan fərqli olaraq, Azərbaycanda bu qeyri-formal, lakin çox sıx və sərt nəzarət olunan şəbəkə Prezident Administrasiyası, onun bəzi bölmələrində, bir çox nazirliklərdə, xüsusilə hüquq-mühafizə blokunun başında durub, parlamentdə böyük “fraksiya”ya malik olub, KİV-in böyük hissəsinə rəhbərlik edib, faktiki olaraq, yerli icra hakimiyyətini nəzarətində saxlayıb. R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri olarkən başçılıq etdiyi “köhnə qvardiya”nın nəzarətində olmayan azsaylı dövlət orqanlarını onun nəzarətində olan təşkilatlardan daha rahat sadalamaq olardı.

Dövlət idarəçiliyi sistemində dərin kök salmış bu xərçəng şişinin analizinə keçməzdən öncə, yaxın tarixdə gözlərimin önündə baş vermiş bir epizodu gətirmək istərdim ki, oxuculara aydın olsun. Söhbət, sadəcə, mülahizələrdən və siyasi nəzəriyyələrdən yox, real və çox sərt siyasi gerçəklikdən gedir.

Az müddət öncə, dövlət orqanlarının təmizlənməsinə başlamazdan əvvəl prezident İlham Əliyev öz televiziya çıxışında dedi ki, məmurların regionlardan təqdim etdikləri məlumatlar reallığı əks etdirmir və o, regionlara gedərkən tamamilə başqa mənzərə görür. Mən diqqət etdim ki, bir çoxları prezidentin sözlərini şübhə altına aldı ki, bəs prezidenti belə aldatmaq mümkündürmü?

1998-ci ilin payızı, ölkədə prezident seçkiləri idi və namizədlər bölgələrə getməyə başladılar. Prezidentin kabinetində seçki məsələlərinə dair müşavirədə Heydər Əliyev soruşdu: “Müxalifətdən olan namizəd E.Məmmədov bu gün Gəncədə kampaniyaya başlayıb, orada nə baş verib, nə məlumat gəlir?”

Aparat rəhbəri R.Mehdiyev məruzə edir:“E.Məmmədov Gəncədə demək olar ki, rüsvay oldu, Gəncə xalqı onu qəbul etmədi, görüş baş tutmadı, bütün xalq sizi dəstəkləyir, arxayın ola bilərsiniz.” R.Mehdiyevə yaxın bir neçə məmur deyilənləri dəstəkləyir. Prezident məmnundur və başqa məsələlərə keçir.

Axşam E.Məmmədov MSK-nın ona ayırdığı vaxta əsasən AzTV-də birbaşa efirə çıxır və söhbətə ondan başlayır ki, Gəncədə seçicilərlə görüşündən olan videokaseti göstərməyi xahiş edir, sonra isə çıxışına davam edəcəyini deyir. Və bütün ölkə görüşlərdə çəkilən mənzərəni görür – zal insanlarla dolu, boş yer olmadığından binanın qarşısında böyük izdiham yaranıb və səs gücləndiricilərin bir hissəsi pəncərələrə qoyulub ki, zala yerləşməyənlər namizədin çıxışına kuçədə qulaq asa bilsinlər. E.Məmmədov hakimiyyəti sərt tənqid edir, camaat əl çalır və onu alqışlayır.

Ertəsi gün prezident Heydər Əliyev yenə də həmin məmurları toplayır və sual verir: “Dünən burada siz dediniz ki, E.Məmmədovu az qala Gəncədən qovdular. Amma axşam mən bu videonu izlədim. Orada vəziyyət sizin dediyiniz kimi deyil. Bəs digər namizəd Nizami Süleymanov necə, o da bölgələrə getməli və təşviqata başlamalı idi?”

Yenə də R.Mehdiyev ayağa qalxır və məruzə edir: “Bəli, cənab prezident, N.Süleymanov Göyçaya gedib, amma İcra Hakimiyyətinin başçısı mənə məruzə etdi ki, orada demək olar ki, heç kim onunla görüşə gəlməyib. Əlbəttə, kim gələcək ki, o kimdir ki, hamı sizi dəstəkləyir...” Elə həmin gün axşam AzTV-də çıxış növbəsi N.Süleymanova çatır və o da E.Məmmədovun üsulundan istifadə edir- öncə onun regiondakı görüşünün videoyazısını göstərməyi xahiş edir... Və yenə də çoxlu adam, alovlu nitqlər, hakimiyyətin tənqidi və alqışlar.

Növbəti gün prezident yenə də həmin məmurları toplayır və artıq heç bir sual vermir və aparat rəhbərinə deyir: “Deməli, İcra Hakimiyyəti başçıları sizi aldadırlar, siz də məni aldadırsınız!”

Bundan sonra prezident qərara alır ki, ölkə regionlarına şəxsən səfər etsin ki, yerlərdə insanları dinləsin və öz kampaniyasını aparsın. Bu iki hadisəni iyirmi ildən çox zaman ayırır. Və 2020-ci ildə prezident İlham Əliyev 1998-ci ildə Heydər Əliyevin dediyi sözləri təkrarlamalı oldu və 20 il bundan öncə atası kimi bölgələrə getməyə, sakinlərlə görüşməyə, bu məmurların başı üzərindən ictimaiyyətə birbaşa müraciət etməyə başladı. Prezidentin təşəbbüs və qərarlarının eyni ssenari ilə sabotaj olunmasına dair bu kimi çoxlu misal gətirmək olar.

İlham Əliyev dövlət aparatının yuxarı hissəsinin təmizlənməsinə başlamadan öncə bəyan etdi ki, onun təyin etdiyi yeni kadrlara qarşı hakimiyyət daxilində qarayaxma, KİV-də ləkələmə kampaniyaları gedir. Mən çox misal gətirə bilərdim ki, Heydər Əliyevin dövründə həmin adamlar eyni çirkin işlərlə məşğul olurdular və mərhum prezident hətta Təhlükəsizlik Şurasının bir iclasını çağırmalı, Azərbaycan FETÖ-sünün prezident komandasının üzvlərinə, dövlət məmurlarına qarşı həmin çirkin təxribatların bir sıra icraçılarını cəzalandırmalı olurdu.Belə misallar onlarla, yüzlərlədir, və bu “siyasət”in mərkəzində hər zaman eyni adam – Prezident Administrasiyasının keçmiş rəhbəri R.Mehdiyev dururdu. Ancaq anlamaq lazımdır ki, söhbət yalana patoloji sevgidən və ya sadəcə, onların xoşuna gəlməyən adamlara qarşı böhtandan getmir. Bu, kifayət qədər məkrli və konkret məqsədə yönəlmiş siyasət idi. Azərbaycan FETÖ-sünə həmişə zəif prezident və ondan mümkün qədər çox ölkə vətəndaşının narazı olması lazım olub. Bununla da bu məmurlar prezidenti xalqdan, müxalifətdən, qeyri-hökumət təşkilatlarından “xilas edənlər” rolunda çıxış edərək özlərinə bunun müqabilində daha çox siyasi və iqtisadi imtiyazları tələb edə bilərlər.

Azərbaycan FETÖ-sünə xalq içində populyar prezident lazım deyil, bunu onlar özlərinə böyük təhlükə hesab edirlər, belə olan halda özlərinin dövlət quruculuğunda heç bir şeyə yaramayan, sadəcə, lazımsız və artıq məxluq kimi aşkara çıxarılmasından qorxurlar. Buna görə də onlar insanları narazılığa təhrik edərək və ələ alınmış bəzi “müxalifət” partiyalarının liderləri ilə manipulyasiya edərək uzun illər dövlətə və prezidentə birbaşa təzyiq göstərirdilər. Təsadüfi deyil ki, müxalifətin böyük mitinqlərinin çoxu Azərbaycan FETÖ-sünə lazım olan zamanda məhz sifarişlə baş verirdi və R.Mehdiyev, Ə.Həsənov hakimiyyətdən uzaqlaşdırılandan sonra bütün bu fəal, hətta icazəsiz mitinqlərə, polislə toqquşmalara can atan partiyalar və liderlər birdən-birə susdular və heç bir mitinq fəallığı göstərmirlər.

Azərbaycan FETÖ-sü hələ Heydər Əliyev idarəçiliyinin son illərində dövlət aparatının bir hissəsində formalaşmağa başlayıb. Prezidentin xəstəliyindən və uzun müddət müalicəsindən istifadə edərək o, gələcəkdə nəzərəçarpacaq dərəcədə möhkəmlənib, öz adamlarını bir çox dövlət müəssisələri, hüquq-mühafizə orqanları və parlamentdə yerləşdirərək, ictimai sektoru və media məkanını nəzarətə götürərək nüfuzlu xarici havadarlarının dəstəyi ilə2003-cü ildən sonra artıq açıq şəkildə siyasi ambisiyalarla çıxış etməyə, politologiyada “hökmranlıq edir, lakin idarə etmir” adlandırılılan tezisi, başqa sözlə, faktiki “ikihakimiyyətliliyi”prezidentə və cəmiyyətə qəbul etdirməyə inadkarlıqla can atıb.

Bu şəbəkəyə daxil olmayan və onların məkrli planlarına müqavimət göstərən dövlət məmurları onların nəzarətində olan KİV-lər vasitəsi ilə hücumlara və ləkələnməyə məruz qaldılar. Onların barəsində kompromatlar və yalan donoslar toplanırdı ki, onların istefasına nail olsunlar və yerlərinə öz adamlarını gətirsinlər. Sonra bəzi partiya liderlərinin ələ alınması yolu ilə öz şəbəkə orbitinə müxalifət partiyalarının bir hissəsini də cəlb edə bildilər. Bundan sonra müstəqil KİV və müstəqil qeyri-hökumət təşkilatlarının total əzilməsi dövrü başlandı, yaranan boşluqlar da Azərbaycan FETÖ-sünün nəzarətində olan yüzlərlə dekorativ QHT və KİV ilə dolduruldu. Bunlardan isə dövlətin ayırdığı büdcə vəsaitlərinin mənimsənilməsi üçün daha çox istifadə olunurdu. Bununla yanaşı Azərbaycan FETÖ-sü aydın görünən xarici siyasət prioritetləri və xarici dəstəyin olması şübhə doğurmur. Azərbaycanın Qərbə inteqrasiyasına tərəfdar olan bütün ictimai təşkilatların total şəkildə dağıdılması və bunu həyata keçirən azərbaycanlı məmurların Kremldə RF orden və medalları ilə açıq şəkildə mükafatlandırılması bunun bariz nümunəsidir. Hətta Türkiyə ilə qardaşlıq münasibətlərinin inkişafı onlarda nifrət və kinli reaksiya doğururdu. 90-cı illərin ortalarında Türkiyədə çoxsaylı insan tələfatı ilə nəticələnən güclü zəlzələ baş verəndə müstəqil Azərbaycan KİV-də qardaşlarımıza yardım etmək çağırışı ilə kampaniya başlamışdı. Bu kampaniyaya ilk reaksiya verənlər o zaman SOCAR-ın vitse-prezidenti İlham Əliyev və Azərbaycan Müdafiə Nazirliyi oldu. Bu barədə elan ediləndə Prezident Administrasiyasının rəhbəri R.Mehdiyev qəfildən MN-ə zəng etdi, bu təşəbbüsü dəstəklədiyinə görə naziri kəskin şəkildə danladı və dövlət orqanlarına bu kampaniyada iştirak etməyi qadağan etdi. Guya ki, Türkiyə Azərbaycandan daha varlıdır, biz niyə ona kömək elməliyik? Heydər Əliyev müdaxilə etməli oldu və hamının yanında R.Mehdiyevi danladı ki, məsələ pulda deyil, məsələ qardaş xalqlar və dövlətlər arasında münasibətdədir, məsələ çətin anda qardaşlara kömək və dəstək göstərməkdədir.

20 ildən artıq bir müddətdə Azərbaycan FETÖ-sü tərəfindən ölkənin dövlət və milli maraqlarına vurmuş olduğu ziyanın hamısını bir məqalə çərçivəsində ətraflı sadalamaq mümkün deyil. Bunu etmək üçün bir və bəlkə də daha çox kitab lazımdır. Bu qarşıdurmada dönüş yalnız son illərdə, Mehriban Əliyevanın birinci vitse-prezident kimi təsdiqlənməsindən, həmçinin Prezident Administrasiyası rəhbərliyinin dəyişməsindən, sosial-iqtisadi blok nazirliklərinin rəhbərliyində ciddi islahatların həyata keçirilməsinə yönəlmiş gənc kadrların təyin edilməsindən sonra baş verdi. Lakin düşünmək lazım deyil ki, Azərbaycanda bir neçə böyük məmurun vəzifədən çıxarılması ilə bu problemi bir dəfəyə həll etmək mümkün oldu.

Hətta pandemiya böhranı zamanı yoluxanların, ölənlərin sayının artması şəraitində belə yeni partiya mərkəzlərinin yaranması, gözlənilməz siyasi blokların və ittifaqların formalaşması prosesinin necə paralel getdiyini görürük. Və bu təsadüfi deyil: cəmiyyətə həddindən artıq irimiqyaslı islahatlar təklif olunub, hakimiyyətin yuxarı eşelonlarında həddindən artıq ciddi kadr dəyişiklikləri baş verib, siyasi və iqtisadi maraqlara, “toxunulmaz” olan fiqurlara, qruplara, klanlara çox güclü zərbə vurulub. Onlar hakimiyyəti və imtiyazlarını itirsələr də hələ böyük maliyyə, hakimiyyət orqanlarında qalan çoxsaylı əlaltılarının hesabına inzibati resurslara, Azərbaycanda sabitliyin pozulmasında və ölkənin zəifləməsində maraqlı olan xarici dairələr tərəfindən siyasi dəstəyə, eləcə də artıq çoxdan onların “himayəsində” olan bəzi “müxalifət” partiyalara, nəzarətlərində olan KİV-lərə, yəni əlavə siyasi və media resurslarına malikdirlər. Mahiyyətcə prezidentin və birinci vitse-prezidentin təklif etdiyi irimiqyaslı, sistemli islahatlar kursu həm hakimiyyət, həm müxalifət, həm də cəmiyyətin daxilində yolayırıcı xətt oldu. Məhz bu meyarın (təklif olunan islahatlara münasibət) əsasında daxili siyasi sahənin yenidən qurulması prosesi gedəcək və biz gələcəkdə ən gözlənilməz və hələ bir neçə il öncə qeyri-mümkün görünən siyasi müttəfiqləri və birlikləri görəcəyik. Və biz artıq görürük ki, özünü ən “prinsipial”, “barışmaz” müxalifət adlandıran insanlar hakimiyyətin korrupsiya sisteminin öz vəzifələrini itirən keçmiş “sütunları” ilə necə ruh yüksəkliyi ilə iş birliyi qurmağa başlayırlar.

Bu proses hələ ilkin mərhələdədir (köhnə sistem hələ sonadək dağıdılmayıb, yenisi isə hələ tam qurulmayıb) və əminliklə demək olar ki, bu proses ətrafında əsas mübarizə hələ irəlidədir. Politologiyanın məlum qanunu var – islahatçı üçün daha çətindir, nəinki inqilabçı üçün. Çünki inqilabçı yalnız hakimiyyətlə mübarizə aparır, islahatçı isə iki cəbhədə – həm müxalifətlə, həm də dövlət aparatının islahatlara qarşı olan bir hissəsi ilə mübarizə aparır. Ona görə də islahatçıların heç də hamısı uğur qazanmır, yalnız öz komandasını qətiyyətlə yeniləyənlər, effektiv fəaliyyət göstərən hakimiyyət formalaşdıranlar uğur qazanırlar. Bu təhlükələrin və risklərin düzgün qiymətləndirilməsi başlanan islahatlarin taleyində həlledici rol oynayır. (turan.az)

Eldar Namazov, Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin direktoru
Oxşar xəbərlər
19:20, Bu gün
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
19:09, Bu gün
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
19:06, Bu gün
Dördüncü kurs tələbəsi vəfat etdi
18:31, Bu gün
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
18:22, Bu gün
Bu dərmanı içəndə tərəvəz yeməyin
18:20, Bu gün
Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirib
18:18, Bu gün
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:55, Bu gün
Tanınmış futbolçu milli karyerasını başa vurub
17:53, Bu gün
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
17:53, Bu gün
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
17:49, Bu gün
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
17:45, Bu gün
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
17:41, Bu gün
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
17:35, Bu gün
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
17:30, Bu gün
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
17:25, Bu gün
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
17:20, Bu gün
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
17:15, Bu gün
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
17:10, Bu gün
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
17:05, Bu gün
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
17:00, Bu gün
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
16:57, Bu gün
Şərura dolu düşüb - FOTO/VİDEO
16:54, Bu gün
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
16:50, Bu gün
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
16:45, Bu gün
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
16:41, Bu gün
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
16:40, Bu gün
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
16:34, Bu gün
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
16:28, Bu gün
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
16:24, Bu gün
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
16:22, Bu gün
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
16:16, Bu gün
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
16:10, Bu gün
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
16:05, Bu gün
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
16:00, Bu gün
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
15:55, Bu gün
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:50, Bu gün
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
15:45, Bu gün
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
15:40, Bu gün
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
15:35, Bu gün
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
GÜNLÜK
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib