ABŞ geopolitikasının nəhəglərindən olan Zbiqnev Bjezinskini mat qoyan Ağsaqqal...
Oxunub: 1870
01 Jul 2020 | 16:47
ABŞ geopolitikasının nəhəglərindən olan Zbiqnev Bjezinskini mat qoyan  Ağsaqqal...
Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Mahmud Kaşqari adına Beynəlxalq Fondun başqanı Elxan Zal Qaraxanlının Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Abişeviç Nazarbayevin 80 illik yubileyi ilə bağlı “Türk dünyasının Ağsaqqalı” adlı geniş məqaləsi Qazaxıstanın bir çox nüfuzlu qəzetlərində nəşr olunub. 

Məqalənin Azərbaycan dilində olan versiyasını təqdim edirik.

Nursultan Nazarbayev 80 -Türk dünyasının Ağsaqqalı

İyulun 6-da Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Abişeviç Nazarbayevin 80 yaşı tamam olur. O, müasir dövrün ən parlaq siyasi xadimlərindən biri olmaqla yanaşı, uzun illər bu qardaş ölkəyə rəhbərlik etmiş tarixi miqyaslı bir şəxsiyyətdir. N. Nazarbayev siyasi səhnədəki fəaliyyəti dövründə həmişə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına böyük töhfələr vermiş, Azərbaycanın ümummilli lideri Heydər Əliyev ilə dostluq münasibətlərində olmuş və indi də bu dostluq onunla Prezident İlham Əliyev arasında davam edir. Onun rəhbərlik etdiyi Qazaxıstan Respublikası müstəqilliyin ilk günlərindən həmişə Azərbaycanın yanında olub, ölkələrimiz bütün beynəlxalq platformalarda birlikdə fəaliyyət göstərib. Biz iki qardaş ölkə kimi, bir çox böyük iqtisadi layihələri birlikdə həyata keçirmişik. Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin inkişafına verdiyi böyük tövhələrə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə Nursultan Nazarbayev "Heydər Əliyev"ordeni ilə təltif edilmişdir. Xalqı isə hələ sağlığında ona Elbaşı, Milli lider adı verib.
Azərbaycan kimi, Qazaxıstan da uzun müddət Rusiya imperiyasının və Sovet İttifaqının tərkibində olub. İttifaq dağıldıqdan sonra Qazaxıstan da öz müstəqilliyini elan elədi. Müstəqilliyin ilk günündən, 16 dekabr 1991 - ci ildən 2019-cu ilin mart ayına qədər, təxminən otuz il ərzində ölkəyə Nursultan Abişeviç Nazarbayev rəhbərlik etdi. Müstəqilliyin ilk illərinndə ölkə böyük çətinliklərlə üzləşmişdi. Çoxillik əlaqələrin bir anda dağılması iqtisadiyatı sözün əsl mənasında iflic etmişdi. Həmin çətin anları N.Nazarbayev öz “Qazaxstan yolu” kitabında gözəl bir sürərdə sənədləşdirib. Biz (Qənirə Paşayeva və Elxan Zal) bu kitabı Azərbaycan dilində nəşr etdiyyimzdən, həmin anları gözəl təsəvvür edirik. O vaxtlar Qazaxıstanda müharibə, millətlərarası toqquşmalar olmasa da, belə bir görüntü var idi ki, ölkə hansısa dağıdıcı, viranedici müharibə yaşayıb. Vahid Sovet iqtisadiyyatının ümumi durğunluğu nəticəsində istehsalın sürətlə azalması, gündən - günə artan işsizlik, pensiyaların və müavinətlərin ödənilməsi üçün pul qıtlığı, normal tibbin olmaması, elektrik enerjisinin verilməsi, istilik, qaz, su kəsilməsi-bütün bunlar insanların həyatını dözülməz edirdi. Gənc dövlətdə yaranmış vəziyyət o qədər acınacaqlı idi ki, böyük ərazisi və çoxmillətli etnik tərkibi olan ölkə parçalanma təhlükəsi ilə üz-üzəydi, hər halda, çoxları belə düşünürdü. Lakin respublikanın başçısı Nursultan Nazarbayev qısa müddət ərzində dövlətin dayaqlarını möhkəmləndirməyə, Qazaxıstan iqtisadiyyatını yeni relslər üzərinə qoymağa nail oldu. O müdrik bir rəhbər kimi, xalqın quruculuq potensialını nəcib və xeyirxah işlərə səfərbər edə bildi və bununla da müstəqillik reallığa çevrildi. Çox millətli Qazaxıstan cəmiyyətini vahid xalq kimi toparlamaqla,o qazaxların çoxəsrlik arzularını həyata keçirdi. Böyük çölün genişliyində, Avrasiyanın ürəyində qədim ənənələri olan və gələcəyə can atan, yüksək zəkaya malik ağıllı bir liderin yönəltdiyi bir ölkə baş qaldırdı dünya səhnəsinə. Böyük insanlar böyük hadisələrdə yaranır və böyük hadisələri böyük insanlar yaradır. Qazaxıstanın da bəxti onda gətirdi ki, onun müstəqilliyinin lap əvvəlindən dövlət sükanı Nursultan Nazarbayev kimi müdrik bir siyasətçinin əlində oldu. Onun böyük dövlət ağlı, möhkəm iradəsi, müdrikliyi, ölkəsinə və xalqına sədaqəti sayəsində Qazaxıstan Respublikası toparlanaraq, dünya səhnəsində özünəməxsus yerini tapa bildi. Çoxəsrlik müstəmləkə siyasəti ilə parçalanmış bir cəmiyyəti ümummilli ideologiya ətrafında birləşdirərək, çox çətin bir vaxtda, ağır geosiyasi vəziyyətdə o bu ərazidə yaşayan xalqların ortaq taleyi olan bir ölkə yarada bildi. Bu, onun xalq və tarix qarşısında ən böyük xidmətidir, baxmayaraq ki, onun başqa xidmətləri heç də az deyil. Uzun illər ərzində hakimiyyət sükanını yönəltdikdən sonra dövlət başçısı postunun demokratik surətdə ötürülməsini gerçəkləşdirən N.Nazrbayev göstərdi ki, uzun illik hakimiyyət ona ölkəsini müasir dünya nizamının tarixi səhnəsində gedən amansız rəqabət şəraitində duruş gətirə biləcək bir dövlət yaratmaq üçün lazım idi. Və onda alındı. Bu gün Qazaxıstan Respublikası müasir dövrdə Avrasiya məkanında böyük regional dövlət statusuna malikdir, beynəlxalq münasibətlər sistemində fəal rol oynayır, dinamik inkişaf edən bazar iqtisadiyyatına, böyük iqtisadi, sənaye, elmi, mədəni potensiala və yeni innovativ texnologiyalara malik ölkədir.

Sürgün olunmuş xalqlar məkanının dirçəlişi

XX əsrin 20-30-cu illərindəki böyük aclıqdan sonra, Qazaxıstan əhalisinin böyük bir hissəsi aclıqdan həlak olduqdan sonra, sovet rəhbərliyi onilliklər boyu bu torpağı sürün edilmiş xalqların məskəninə çevirirdi. Buraya kim gəldi sürgün olunurdu - "xalq düşmənləri” və "düşmən xalqlar”. Sürgün edilənlər arasında azərbaycanlılar da az deyildi. Bundan başqa, İkinci Dünya müharibəsi zamanı müəssisələrlə birlikdə Qazaxıstana həmin müəssisələrin işçilərini də köçürdülər. 1950 - ci illərdə isə digər respublikalardan çoxlu sayda insan xam torpaqları mənimsəmək üçün Qazaxıstana göndərildilər. Belə bir siyasət min illərlə bu torpaqlara sahib olmuş qazaxları öz vətənində milli azlığa çevirdi. Respublikanın şimal vilayətlərində rusdilli xalqlar – ruslar, ukraynalılar, belaruslar, Volqa boyu almanları və s.məskunlaşdığından, İttifaq dağıldıqdan sonra rus millətçiləri, onların arasında Nobel mükafatı laureatı yazıçı Aleksandr Soljenitsın də vardı, Rusiya Federasiyasını bu torpaqları ələ keçirməyə çağırırdılar. Hətta ABŞ geopolitikasının nəhəglərindən olan Zbiqnev Bjezinski də "Böyük şahmat taxtası" kitabında Qazax dövlətinin amorf qurum olduğunu və bu ölkənin tezliklə dağılacağını proqnozlaşdırırdı. Adətən Z. Bjezinski miqyasında olan insanlar öz qənaətlərində və hesablamalarında nadir hallarda yanılırlar. Bəlkə də o məşhur kitabını yazanda heç də səhv etmirdi. Sadəcə, Amerika geosiyasətinin patriarxı və analitikləri o zaman qazax xalqını və onun liderini layiqincə qiymətləndirə bilməmişdilər. Ölkənin Birinci Prezidenti Nursultan Nazarbayev bu hakimiyyətin ona heç də boş yerə verilmədiyini göstərdi. O, milli ənənələrə əsaslanan, eyni zamanda, müasirliyin bütün nailiyyətlərini özündə cəmləşdirən bir dövlət modeli qoydu ortaya. Çin ilə Rusiya arasında, Qərb dövlətlərinin maraq zonasında yerləşən, böyük ərazisi, rəngarəng milli tərkibi və zəif iqtisadiyyatı, lakin böyük təbii sərvətləri olan gənc dövlət, bu güc mərkəzləri arasında tarazlıq yaratmaq üçün öz xüsusi yolunu tapmalı idi. Və Nursultan Nazarbayev bu yolu tapa bildi...

Qazaxıstan yolu

O, güclü prezident hakimiyyətinin tərəfdarı idi. Bakıda da nəşr olunan "Qazaxıstan yolu" kitabında o yazırdı ki, Dövlət modelini seçərkən onu iki prezidentin - Sinqapur "möcüzəsinin banisi Li Kuan Yu və Beşinci respublikanın memarı Şarl de Qollun uğurları xüsusilə ilhamlandırırdı, çünki onlar öz ölkələrini xarabalıqlardan dirçəltmiş və tərəqqiyə gətirib çıxarmış liderlər idilər. Hər iki lider öz ölkələrində güclü prezident hakimiyyəti qurmuşdu. N. Nazarbayev də böyük idarəçilik təcrübəsi olan bir insan kimi yaxşı başa düşürdü ki, gənc Qazax dövləti kimi kövrək bir qurumu dağılmaqdan qorumaq üçün ölkəyə nüfuzlu lider və güclü hakimiyyət lazımdır. Onilliklər ərzində müstəmləkə olmuş ölkəni dirçəltmək üçün ölkələr və xalqlar arasında qəddar rəqabətin davam etdiyi bir dünyada, rəqabətqabiliyyətli ölkə yaratmaq lazım idi. Dövlətçiliyin təşəkkülünün bu çətin mərhələsində hakimiyyətin bir əsas institutda cəmləşməsi lazım idi. Ölkəyə güclü rəhbər lazım idi. Güclü prezidentin rəhbərliyi altında qazanılan nailiyyətlərə bir göz gəzdirək: - Qazaxıstan könüllü olaraq nüvə arsenalından imtina edib, Semipalatinsk poliqonunu bağlayıb və bütün dünyada nüvə silahsızlaşrırılmasının lideri olub; - ölkədə sosial sülh, etnik və dini zəmində sülh qorunub saxlanılıb.; - Qazaxıstan Mərkəzi Asiyanın regional lideri, xarici siyasi proseslərin nüfuzlu və tamhüquqlu iştirakçısı kimi tanınıb; - ölkə dünyanın 50 ən rəqabətqabiliyyətli ölkəsi siyahısına daxil edilib; - ölkə öz rəqabətədavamlılığını sübut edərək, son iki dünya iqtisadi böhranından uğurla çıxıb; - ölkənin iqtisadi uğurları və xalqların hüquq bərabərliyi prinsiplərinin bərqərar edilməsi əsasında milli birlik təmin edilib; - ölkə vətəndaşlarının rifahının sürətli inkişafına nail olunub, orta sinif və milli sahibkarlıq formalaşıb.

Əvvəl iqtisadiyyat, sonra siyasət

Müstəqilliyin ilk illərində ölkə rəhbərliyi qarşısında, islahatlar ardıcıllığının müəyyənləşdirilməsii, inkişaf prioritetlərinin seçilməsi kimi çətin işlər dururdu. Ölkənin siyasi həyatındakı islahatlarla paralel olaraq, N. Nazarbayev İqtisadi İnkişaf məsələsini siyasi dəyişikliklərdən önə qoyaraq, iqtisadiyyatda islahatlar aparmaq yolunu seçdi. N. Nazarbayevin "əvvəlcə iqtisadiyyat, sonra isə siyasət" formulu postsovet məkanında uğurlu islahatlar metodologiyasının klassik ifadəsinə çevrildi. Onun böyük dövlət zəkası, möhkəm iradəsi, öz ölkəsinə və xalqına sədaqəti sayəsində Qazaxıstan Respublikası inkişaf mərhələsinə qədəm qoydu, hazırkı dünyada yerini tapa bildi. Qazaxıstan, tarixi ölçülərə görə çox qısa müddət ərzində müstəqil, siyasi və iqtisadi cəhətdən asılı olmayan bir dövlət oldu. Müstəqillik illərində ölkə iqtisadiyyatına $200 mlrd. - dan çox sərmayə qoyulub və bu investisiyaların yarısı xarici sərmayələrdir, onlardan təxminən $50 mlrd. - a yaxını ABŞ tərəfindən yatırılıb. Əgər 1994-cü ildə Qazaxıstanda adambaşına düşən ÜDM 700 ABŞ dollarından bir qədər artıq idisə, 2018-ci ilin sonuna o, 16 dəfədən çox artıb və 11 min dolları ötüb. Yeni şəraitdə ölkəyə xarici şirkətlər, onlarla birlikdə isə yeni texnologiyalar da gəldi. Yeni texnologilaların mənimsənməsi üçünsə ölkəyə yeni kadrlar lazım idi.

“Bolaşaq” proqramı

Qazaxıstanda dövlətin əsaslarının möhkəmləndirilməsi və onun iqtisadi qüdrətinin gücləndirilməsi üçün, seçilmiş istedadlı gənclər dünyanın ən yaxşı universitetlərində təhsil alma prosesinə cəlb olundular. Həm də onlar Qazaxıstanın müxtəlif bölgələrini təmsil edirdilər. 1992-ci ildə birinci prezident Nursultan Nazarbayevin Fərmanı ilə yaradılmış təhsillə bağlı "Bolaşak" proqramı, haqlı olaraq bu gün Qazaxıstanın uğurla həyata keçirilən sıçrayış layihələrindən biri sayılır. Bu proqram Birinci Prezident Nursultan Nazarbayevin elan etdiyi sosial modernləşmə kursunun həyata keçirilməsində mühüm rol oynayır. Proqramın məzunları vasitəsilə Qazaxıstanda dünyanın qabaqcıl ölkələrinin qabaqcıl təcrübəsi tətbiq edilir. Gələcək milli elita da bu gənclər tərəfindən formalaşdırılır. 2005 - ci ildən başlayaraq - hər il dünyanın 27 Universitetində istedadlı Qazaxıstan gəncləri sırasından 3000 nəfər Qazaxstanlı gənc təhsil alır.

Qazaxıstan xalqlarının Assambleyası

Qazaxıstanın Birinci Prezidentinin - millətin liderinin siyasətində millətlərarası münasibətlər sahəsi də xüsusi yer tutur. Qazaxıstan, 130 etnos və bir çox konfessiyaların nümayəndələrinin yaşadığı çoxmillətli ölkədir. Lakin, Qazaxıstanda çoxmillətlilik amili, indi respublikanın əsl sərvətinə çevrilə bilib. Nursultan Nazarbayevin ölçülüb-biçilmiş və çevik siyasəti nəticəsində bu respublikada keçid dövrünün çətinliklərini dəf etdi və millətlərarası zəmində münaqişələrin qarşısını aldı. Qazaxıstan xalqlarının Assambleyası-əsas məqsədi milliyyətindən, dilindən, dinə münasibətindən, sosial qruplara mənsubiyyətindən asılı olmayaraq respublika vətəndaşlarının hüquq və azadlıqlarının bərabərliyini təmin etmək olan bu qürum, dövlət başçısı yanında Məşvərət orqanıdır. Qurumun əsas özəlliyi Konstitusiya statusuna malik olmasıdır. Assambleya Senatda və Məclisdə (parlamentin aşağı palatası) təmsil olunmaq hüququna malikdir- Məclisinin 9 üzvü Assambleyadan seçilir, Senat deputatlarının bir hissəsi isə Assambleya ilə məsləhətləşmələrdən sonra təyin edilir. Assambleyaya Millətin Lideri-Elbaşı özü rəhbərlik edir. Məqsəd –qazax xalqının birləşdirici rolunu saxlamaqla ölkədə vətəndaş dövlətinin qurulmasıdır. Hələlik Qazaxıstan postsovet məkanında etnik qarşıdurmaların olmadığı yeganə ölkədir.

Nur Sultan – türk çölünün inanılmaz şəhəri

Nursultan Nazarbayevin fəaliyyətinin tarixi zəfərinin əsas simvollarından biri Qazaxıstanın incisi olan Nur - Sultan (keçmiş Astana) şəhəridir. Bu şəhərin salınması ilə bağlı N. Nazarbayevin yazdığı "Avrasiyanın ürəyində" adlı kitab var, bu kitab Azərbaycanda da nəşr olunub. Ona görə də paytaxtın köçürülməsi ilə bağlı bu ölkənin rəhbərliyinin hansı çətinliklərlə üzləşdiyini yaxşı bilirik. Qazaxıstanın tarixində bir neçə paytaxt olub, lakin Nur - Sultan şəhəri həqiqətən böyük çölün genişliyində əsl möcüzə oldu. Bu, qədimliklərin dərinliyində ərimiş köçəri imperiyaların arzularından materiallaşdırılmış nağıllar şəhəridir. Bayterek, - türklərin qədim düşüncələrinin Dünya ağacı -Bay dirəyin ətrafında tikilmiş bir şəhər. Burada keçmiş də, bu gün də iç-içədir -Ak orda, xan çadır, qədim dövrün böyük qəhrəmanları, yeni görkəmdə piramida, onlarla yanaşı ultramüasir binalar və göydələnlər. Bu sözün hərfi mənasında çiçəklənən bir şəhərdir. Burada hayana baxırsan, güldür, çiçəkdir. Maraqlıdır ki, bu qışda da belə olur. Yəqin ki şəhərin yaşıllaşmasına baxanlar xüsusi sort toxumlardan istifadə edirlər. Bu şəhər ağlasığmaz dərəcədə qısa müddət ərzində - haradasa on ildə tikilib. Sözsüz ki, baş arxitektor və memar Nursultan Nazarbayevdir özüdür. Hər halda o öz kitabında belə yazır. O, yeni paytaxt tikmək qərarına gələndə təkcə öz arzularını deyil, bütün xalqın arzularını da həyata keçirdi. Bütün bunlar hansısa 20-25 ildə baş verdi. Bu şəhərdə bir-birinə bənzər binalar çox azdır. Elbaşının (N.Nazarbayevin) göstərişi ilə burada binalar elə tikilir ki, onların hər biri şəhərin memarlıq sənətində analoqu olmayan yeni bir nümunə olmalıdır. Nur-Sultanda türk xalqlarının taleyində olduğu kimi, Şərq və Avropa memarlıq üslubları ahəngdar şəkildə bir-birinə qarışıb, bu da şəhərə xüsusi cazibə verir. Geniş prospektlərin, meydanların, parkların, göydələnlərin, memarlıq ansambllarının, inzibati komplekslərin, yaşayış binalarının sehirli aurası ətrafında isə insan istiliyinin və ruhunun dalğaları yürüyür. Bu da əbəs deyil. Axı dünyanın aparıcı dövlətlərinin böyük paytaxtları sırasında məhz Nur-Sultan bütün dinlərin, mədəniyyətlərin və sivilizasiyaların dialoqu mərkəzi rolunu oynayır.

Bütün dinlərin mənəvi mərkəzi

Qazaxıstan bu gün dünyanın ənənəvi dinlərinin və konfessiyalarınin liderlərini bir masa ətrafında toplaya bilən nadir ölkələrdəndir. 2003-cü ildə Qazaxıstanın paytaxtında Nursultan Nazarbayevin təşəbbüsü ilə Ənənəvi milli dinlərin qurultayı keçirilib. Qurultayda dünyanın ən nüfuzlu ruhani liderləri iştirak edirdilər, onların bir çoxu əks fikirlərə, hətta düşmən baxışlara malik idilər, lakin buna baxmayaraq, onlar bütün fikir ayrılıqlarını aradan qaldıraraq, dünyada münaqişəli vəziyyətlərin həlli üçün təmas nöqtələrini tapmaq üçün bir araya gələ bildilər. N. Nazarbayevin bu təşəbbüsü artıq ənənəvi xarakter alıb və vaxtaşırı həyata keçirilir. Bu forumların keçirilməsi təcrübəsindən irəli gələn başlıca nəticə onu göstərir ki, bütün dinlərin nümayəndələri, aralarındakı ziddiyyətlərə baxmayaraq, sülh və tolerantlığa can atırlar və dinlərin bir - birinə yaxınlaşması istəyində qarşısıalınmaz maneələr yoxdur- sadəcə bu nəcib məqsədi həyata keçirmək üçün siyasi rəhbərlərin xoş iradəsi lazımdır .
Bu gün Qazaxstan həm də ATƏT-in dövlət başçılarının zirvə görüşünün keçirildiyi dünya mərkəzlərindən biridir, burada "EKSPO-2017"- Ümumdünya sərgisi kimi möhtəşəm tədbirlər keçirilir. Bütün bu hadisələrin gerçəkləşməsində ölkənin Birinci prezidenti-Elbaşı Nursultan Nazarbayevir xidmətləri danılmazdır.

Türk dünyasının ağsaqqalı 

Nursultan Nazarbayevin siyasətçi kimi fəaliyyəti təkcə Qazaxıstanla məhdudlaşmır. Onun daxili siyasətdə "harmoniya" formulu xarici siyasətdə "sülhsevərlik" prinsipi ilə çox üzvü surətdə uzlaşır. O, bir çox regional və dünya tədbirlərinin təşəbbüskarıdır. Onun təşəbbüsü ilə Avrasiya İqtisadi İttifaqı, Avrasiya Gömrük İttifaqı, Türkdilli Dövlətlərin əməkdaşlıq Şurası kimi təşkilatlar yaradıldı. Qazaxıstanın paytaxtında Suriyada sülh prosesinin əsasını qoyan “Astana” sürəci başladı. 2019 avqust ayının sonunda N. Nazarbayev yeni təşəbbüslə çıxış etdi - Nur-Sultanda "nüvə Klubu"nun dövlət başçılarının sammitinin keçirilməsi. Biz onun Qarabağ münaqişəsinin ilk günlərindən göstərdiyi barış təşəbbüsü cəhdlərini də yaxşı xatırlayırıq. Genlərində qədim türk ənənələrini yaşadan bir rəhbər kimi, onu təkcə öz ölkəsinin deyil, bütün bəşəriyyətin taleyi narahat edir. Nursultan Nazarbayevin böyüklüyü də bundan ibarətdir. Mübaliğəsiz demək olar ki, onu bütün dünyada sevənlər və hörmət edənlər var. Onu tanıyırlar, ona hörmət edirlər, onun fikri ilə hesablaşırlar. Türk xalqları isə onu hörmətlə Ağsaqqal adlandırırlar. Türk Dövlətləri Şurasının liderləri Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin əməkdaşlıq Şurasının ömürlük fəxri sədri statusu verilib. O, Avrasiya Ali İqtisadi Şurasının da fəxri sədridir. Bu gün Qazaxıstan yeni seçilmiş prezident Kasım-Jomart Tokayevin rəhbərliyi altında “Qazaxıstan yolu" ilə gələcəyə " doğru inamla addımlayır. Siyasi varislik davam edir.

Oxşar xəbərlər
15:30, Bu gün
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
15:25, Bu gün
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
15:24, Bu gün
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
15:20, Bu gün
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
15:15, Bu gün
Keçmiş məhkumlar narkotiklə tutuldular
15:15, Bu gün
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
15:10, Bu gün
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
15:05, Bu gün
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
15:01, Bu gün
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
14:57, Bu gün
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
14:52, Bu gün
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
14:46, Bu gün
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
14:40, Bu gün
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
14:36, Bu gün
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
14:31, Bu gün
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
14:29, Bu gün
Azərbaycanda zəlzələ olub
14:28, Bu gün
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
14:25, Bu gün
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
14:20, Bu gün
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
14:14, Bu gün
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
14:11, Bu gün
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
14:09, Bu gün
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
14:05, Bu gün
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
13:59, Bu gün
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
13:55, Bu gün
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
13:50, Bu gün
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
13:47, Bu gün
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
13:45, Bu gün
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
13:44, Bu gün
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
13:39, Bu gün
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
13:35, Bu gün
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
13:33, Bu gün
Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək…
13:29, Bu gün
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
13:29, Bu gün
Əli Əsədov Türkiyəyə gedəcək
13:25, Bu gün
Yorn Auqestad: “Qarabağda və Şərqi Zəngəzurda biz Azərbaycanın tarixi ilə daha yaxından tanış olduq”
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
03 May 2024 | 16:17
May niyə “vay ayı” hesab olunur? - İLGİNC DETALLAR
03 May 2024 | 16:12
Məskunlaşma bu tarixdə başa çatacaq: Keçmiş köçkünlər üçün MÜJDƏ
03 May 2024 | 16:22
Birinci instansiya məhkəmələrində inzibati xətalara dair baxılan işlər - RƏQƏMLƏR
03 May 2024 | 16:02
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə dəstək verək! - VİDEO
03 May 2024 | 16:44
Baş prokuror Tərtərdə vətəndaşları qəbul etdi - FOTOLAR
03 May 2024 | 16:33
Suqovuşan su anbarına balıq körpələri buraxıldı