“Köhnə dünyaya qayıtmamalıyıq, yeni və dayanıqlı bir dünya inşa etməliyik...”
Oxunub: 1852
09 May 2020 | 14:11
“Köhnə dünyaya qayıtmamalıyıq, yeni və dayanıqlı bir dünya inşa etməliyik...”

Dünyaca məşhur iqtisadçı, Nobel Sülh Mükafatı Laureatı, prof. Məhəmməd Yunus post-pandemiya dövrü üçün yenidənqurma konsepsiyasını açıqlayıb. 

Bununla bağlı O, Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) ünvanladığı məktubda qeyd edir: 

“Əziz Umud, Dakkadan salamlar. Ümid edirəm pandemiya dönəmində sağlamlığınızla əlaqədar hər şey qaydasındadır. Bu gün bu məktubumda sənə “Geriyə yol yoxdur” başlığı altında dünyanın hələ koronavirusdan öncə həm iqtisadi, həm sosial, həm də ətraf mühit cəhətdən fəlakətə doğru yol aldığını əks etdirən yazımı göndərirəm. Bildirmək istəyirəm ki, pandemiya bitdikdən sonra belə, biz artıq köhnə dünyaya qayıtmamalıyıq. Əksinə yeni və dayanıqlı bir dünya inşa etməliyik.”

Məhəmməd Yunusla dostluq əlaqələrimiz iki mininci illlərin əvvəllərindən başlayır. 2016-cı ilin iyununda bu ünlü şəxsin ölkəmizə səfəri də BAMF-ın təşəbbüsü, ADA və UNEC-in dəstəyi ilə reallaşdırılmışdır. Səfərin ilk günündə prof. Məhəmməd Yunus ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən, rəsmi qəbul edilmişdir. Cənab Prezident və prof. Məhəmməd Yunusun ölkədə sosial biznesin təşviq edilməsi, sosial məsuliyyət prinsiplərinin gücləndirilməsi istiqamətində fəaliyyətlərin dəstəklənməsi məqsədi ilə aparılan müzakirələr həm nazirliklər və müxtəlif dövlət qurumları, həm də vətəndaş cəmiyyəti, kommersiya təşkilatları üçün ciddi bir çağırış oldu. Nobel Sülh mükafatı Laureatı professor Məhəmməd Yunusun ölkəmiz haqqında səmimi fikirləri, ölkə rəhbəri və Birinci vitse-prezidentin həyata keçirdiyi sosial islahatların uğurlu dinamikası haqda mülahizələri, video müraciətləri diqqətlə qarşılanmışdır. O, Azərbaycanda sosial biznes fəlsəfəsinə göstərilən yüksək anlayışa görə minnətdarlıq hisslərini, Azərbaycana xüsusi diqqət və marağını beynəlxalq arenada da heç zaman gizlətmədi. Bu gün O, dünyanın yeni münasibətlər sisteminin formalaşdığı bir dönəmdə hamının ondan gözlədiyi fikirləri Azərbaycan oxucusuna çatdırmağı bizdən xahiş edir.

“İstərdim fikirlərimin ictimaiyyətə geniş şəkildə çatdırılması üçün yazımın Azərbaycandakı tanınmış qəzetlərdə yayımlanmasına kömək edəsiniz”, -deyə Prof.  Məhəmməd Yunus  mənə ünvanladığı məktubda yazır.  

Oxucuların diqqətinə bir daha çatdırım ki, Professor Məhəmməd Yunus 20 ölkə universitetinin 50-dən artıq  fəxri dərəcəsinə, 26 ölkənin 112 mükafatına, o cümlədən 10 ölkənin dövlət mükafatına layiq görülmüşdür. O, Nobel Sülh Mükafatı Laureatı, Birləşmiş Ştatlar Prezidentinin Azadlıq Medalı və ABŞ Konqresinin Qızıl Medalını almış yeddi şəxsdən, BMT Baş Katibinin dünyanın 15 ünlü “Sülh Carçısı”ndan  biridir. Bakıya səfəri zamanı ona Beynəlxalq Avrasiya Mətbuat Fondunun Ali Mükafatı və UNEC-in Fəxri Doktor diplomu təqdim edilmişdir.

Məhəmməd Yunus, “3 sıfır- 0 kasıblıq, 0 işsizlik, 0 karbon emissiyası” nəzəriyyəsinin, sosial biznes ideyasının, mikromaliyyənin nəzəri əsaslarının müəllifidir. M. Yunusun bizə ünvanladığı “Koronovirusdan sonrakı Yenidənqurma Proqramı” da müasir dünyanın üzləşdiyi problemlərin təhlili və konseptual analizi, eləcə də dünyanın gələcək düzəni ilə bağlı dövlətlərin istinad edə biləcəyi unikal bir sənəddir.

Aşağıda Nobel Sülh Mükafatı Laureatı, professor Məhəmməd Yunusun beynəlxalq arenada geniş maraq doğuran proqramını oxucularımıza təqdim edirik.

Umud Mirzəyev

BAMF-ın prezidenti

 

Post-pandemiya dövründə  “Yenidənqurma Proqramı”

Geriyə yol yoxdur

Prof. Məhəmməd Yunus

Koronavirus pandemiyasının davamlı olaraq dünyamıza vurduğu ziyanın miqyası insanı heyrətə gətirir. Lakin, dəyən zərər nə qədər böyük olsa da, onun bizim üçün yaratdığı imkanlar da misilsizdir.

Hazırda bütün dünyanı maraqlandıran böyük bir sualın cavab verilməlidir. Bu sual iqtisadiyyatın yenidən necə bərpa edilməsi ilə bağlı deyil. Xoşbəxtlikdən cavab bizə məlumdur. Çünki biz bərpa prosesinin idarə olunması istiqamətində yaxşı təcrübə toplamışıq. Cavab verməli olduğumuz əsas sual isə bundan ibarətdir. Biz dünyanı koronovirusdan əvvəlki dönəməmi qaytarmalıyıq? Yoxsa  dünyanı yenidən qurmalıyıq? Qərar təbii ki, bizdən asılıdır.  

Koronavirusdan öncə dünyamızda mövcud olan çatışmamazlıqları bir  daha xatırlatmağa ehtiyac yoxdur. Hələ pandemiya xəbəri bütün dünyaya yayılmazdan qabaq, insanlar baş verən digər dəhşətli hadisələrdən dolayı fəryad edirdi.     

Sanki iqlim fəlakəti nəticəsində tamamilə məhv olacaq planet qalan günlərini saymaqda idi. Dünya əhalisinin bir hissəsi süni zəkanın yaratdığı kütləvi işsizlikdən ciddi şəkildə əziyyət çəkir, digər hissəsi isə dünyadakı sərvətləri öz əlində cəmləşdirməklə vəziyyəti partlayış həddinə çatdırmaqda idi.

Sanki dünyanın sonu imiş kimi, bir-birimizə dəfələrlə qarşıdakı on illiyin son şans onilliyi olduğunu xatırladırdıq. Bu on ildən sonrakı səylərimizin planetimizi xilas etmək üçün qeyri-adekvat olan marginal nəticələrə səbəb olacağını düşünürdük.

İndi həmin dünyaya gerimi qayıtmalıyıq? Seçim bizimdir.

Koronavirus bir anda dünyanın məğzini və mizanını dəyişdirdi. O əvvəllər mövcud olmayan geniş imkanlara yol açdı. Bir anda beyinlərimizdə hələ də, xarici aləmin təsiri altına düşməmiş təmiz bir səhifə açıldı. Artıq istədiyimiz istiqamətə doğru rahatlıqla yönələ bilərik. Necə də inanılmaz bir seçim azadlığıdır!

Əvvəla mövcud iqtisadiyyatı dirçəltmək barədə düşünməzdən öncə hansı formada bir iqtisadiyyat qurmalı olduğumuz barədə razılığa gəlməliyik. Hər şeydən əvvəl iqtisadiyyatın bir vasitə olduğunu qəbul etməliyik. Bu, qarşımıza qoyduğumuz hədəflərə çatmağımızı asanlaşdırır.

İqtisadiyyatın  hər hansı “ilahi güc” tərəfindən yaradılaraq bizi öldürücü tələyə salmasına imkan verməməliyik. Bir anlıq unutmamalıyıq ki, bu, bizim hazırladığımız bir vasitədir.

Ümumi xoşbəxtliyin yüksək səviyyəsinə nail olana qədər biz bunu birlikdə yaratmağa, yenidən qurmağa, hazırlamağa  davam etməliyik.

Əgər hər hansı bir məqamda bütün bunların bizi istədiyimiz yerə aparmadığını hiss etsək, dərhal anlayacağıq ki, istifadə etdiyimiz üsul və proqramlarda hansısa bir xəta var.

Edəcəyimiz yeganə iş bunu bərpa etməkdir. “Üzr istəyirəm üsul və proqram imkan vermədiyi üçün biz qarşıya qoyulan hədəflərimizə çata bilmədik” deməklə özümüzə haqq qazandıra bilmərik. Bu bağışlanmaz bir bəhanə olar.  

Əgər sıfır karbon emissiyasına malik dünya yaratmaq istəyiriksə, biz düzgün üsul və proqramlar qurmalıyıq. Sıfır işsizliyə nail olmaq istəyiriksə eyni qaydada davranmalıyıq. Əgər dünya sərvətinin bir yerdə toplanmasını istəmiriksə yenə də doğru düzgün üsul və proqramlar ərsəyə gətirməliyik. Bütün bunlar yalnız  sağlam üsullarla, doğru və düzgün proqramlarla bağlıdır.

Ən əsası budur ki, yeni bir başlanğıc üçün koronavirus böhranı bizə sonsuz imkanlar yaratdı. Artıq bu imkanlardan yararlanaraq üsul və qaydalarımızı  demək olar ki, təmiz bir səhifədən hazırlaya bilərik.

Pandemiyadan sonrakı dönəmin yenidənqurulması sosial və ətraf mühit anlayışına əsaslanmalıdır

Yenidən keçmişə qayıtmamaq üçün qlobal səviyyədə yekdil bir qərar bizə son dərəcə yardım edə bilər. Biz bərpa adı ilə bir daha eyni alovun içinə atılmaq istəmirik və bunu heç “Bərpa” proqramı adlandırmaq da düzgün deyil.  

Məqsədimizi daha aydın göstərmək üçün bunu “Yenidənqurma” proqramı adlandıra bilərik. Bizneslər bu proqramın reallaşdırılmasında əsas rola malik olacaqdır. Post-pandemiya  zamanı yenidənqurma proqramı bütün qərarların mərkəzində sosial və ətraf mühit anlayışını əsas götürməlidir.

Hökumətlər digər bütün seçimilərlə müqayisədə cəmiyyətin sosial və ətraf mühit məsələlərinə maksimum fayda gətirəcəyinə əmin olmayacaqları təqdirdə heç kimə bir dollar belə təklif edilməyəcəyinə qarant durmalıdırlar. 

Yenidənqurma ilə bağlı bütün görülən tədbirlər ölkə və eləcə də bütün dünya üçün sosial, iqtisadi və ekoloji anlayışlara əsaslanan iqtisadiyyatın yaranmasına istiqamətlənməlidir.

İndi əsl vaxtdır

Biz “yenidənqurma” paketinə ictimai şüuru hərəkətə gətirən plan və fəaliyyətlərdən başlamalıyıq. Böhran içində olduğumuzu nəzərə alsaq, bütün planlar günü bu gün hazır olmalıdır.

Çünki böhran aradan qalxdıqda, pas atıb qalmış köhnə fikir və üsullar yenidən meydana çıxacaq.

Yeni təşəbbüslərin sınanmamış siyasət olduğunu bəhanə gətirməklə onlara qarşı güclü müqavimət göstəriləcək. (Bundan öncə, Olimpiya Oyunlarının sosial müəssisələr kimi dizayn edilə biləcəyini təklif etdikdə, rəqiblər bir çox arqumentlər ortaya çıxarmağa başladılar. İndi Paris Olimpiya 2024, böyük bir həyəcanla bizim təklifimiz əsasında tərtib olunur.)  Köhnə fikirlər oyanmadan biz onları üstələməliyik. İndi əsl vaxtdır!

Sosial Biznes

Kompleks yenidənqurma planında mən, aparıcı rolun biznesin yeni forması olan sosial biznesə verilməsini təklif edirəm. Bu, investorun ilkin sərmayəni geri götürmək hüququ istisna olmaqla, əlavə şəxsi mənfəət güdmədən insanların problemlərinin həllinə yönələn biznes sahəsidir. İlkin sərmayə geri qayıtdıqdan sonra bütün sonrakı mənfəət yenidən həmin biznesə yatırılır.

Sosial biznes müəssisələri öz üzərlərinə daha çox yenidənqurma öhdəlikləri götürdükləri zamanı hökumət onları təşviq edəcək, prioritetləşdirəcək və onlar üçün imkanların yaradılması istiqamətində işlər görəcək.

Eyni zamanda hökumətlər sosial biznes müəssisələrinin onlara lazım olan təqdirdə hər yerdə, istənilən vaxtda və ölçüdə meydana gəlməsini gözləməməlidirlər. Hökumətlər ənənəvi rifah proqramları vasitəsilə yoxsul və işsizlərə qayğı göstərməli, səhiyyə sistemini gücləndirməli eləcə də, bütün zəruri xidmətləri təkmilləşdirməsi yolu ilə sosial biznes seçimlərinin zəif olduğu biznes sahələrinə dəstək proqramına start verməlidir.

Sosial biznes müəssisələrinin meydana gəlməsini sürətləndirmək üçün hökumətlər mərkəzdə və yerlərdə Birgə Sosial Biznes Kapital Fondları yarada və ya özəl sektor, fondlar, maliyyə qurumları, şirkətlər və investisiya fondlarını təşviq etməklə bunu həyata keçirə bilər. 

Bundan əlavə, həmin şirkətlər öz partnyorlarını və korporasiyaları da təşviq etməklə öz sosial bizneslərini quraraq sosial iş ortaqları ilə birgə müəssisə yarada bilər.

Yenidənqurma proqramı çərçivəsində hökumətlər, sosial biznesi maliyyələşdirmək üçün onları ala bilər və ya ehtiyacı olan şirkətləri sosial müəssisələrə çevirmək üçün onlarla müştərək fəaliyyət göstərə bilər. Mərkəzi bank, digər müəssisələr kimi sosial müəssisələrə də, maliyyə bazarlarından fond bazarlarına investisiya qoymaq üçün maliyyələşmə imkanı verə bilər.

Yenidənqurma mərhələsində bir çox imkanlar meydana gələcək. Bunun üçün hökumətlər mümkün qədər bütün sosial müəssisə sahiblərini bu təşəbbüsə cəlb etməlidir.

Sosial Biznes investorları kimlərdir?

Sosial biznes investorlrı kimlərdir? Onlara harada rast gəlmək olar?

Onlar hər yerdədir. Biz sadəcə onları görmürük, çünki bizim hazırki iqtisadi dərsliklərimiz onların mövcudluğu haqda məlumatlardan bəhs etmir. Nəticədə bu dərs sistemi bizim gözlərimizi onları görməməyə alışdırıb. Yalnız son zamanlarda İqtisadiyyat kurslarında Grameen Bankı və mikrokreditə olan qlobal heyranlıqdan dolayı sosial biznes, sosial sahibkarlıq, təsir investisiya, qeyri-kommersiya təşkilatları və s. kimi mövzularda bəzi müzakirələr dərsliklərə daxil edilib.

Nə qədər ki, iqtisadiyyat yalnız mənfəət artımı üçün bir elm olaraq qalır, biz sosial və ekoloji şüuru əsas götürən yenidənqurma proqramına tamamilə etibar edə bilmərik. İqtisadiyyat inkişaf etdikcə, bütün strategiyamız sosial biznesin ümumi iqtisadiyyatdakı payının artırılması olacaqdır.

Sosial biznesin müvəffəqiyyəti nəinki iqtisadiyyatın geniş hissəsini əhatə edəcək, həm də eyni  biznes növü ilə məşğul olan sahibkarların sayında sürətli artımın müşahidə olunmasını təmin edəcək.

Bu, sosial və ekoloji şüurun aparıcı rola malik olduğu iqtisadiyyatın yaranmağa başlamasından xəbər verir.

Hökumət siyasəti sosial biznes sahibkarlarını və investorları nəzərə aldıqca, onlar bu tarixi fürsətin tələb etdiyi mühüm sosial rolu oynamağa həvəslə irəli duracaqlar. Sosial biznes sahibkarları kiçik bir xeyriyyəçi əməl sahibi olan icma üzvləri deyil. Bu, qlobal və yerli sosial biznesin maliyyələşdirilməsi və idarə olunması sahəsində uzun illər təcrübəsi olan nəhəng çoxmillətli şirkətlər, böyük sosial biznes fondları, bir çox istedadlı rəhbərlər, korporativ qurumlar, fondlar və müəssisələri özündə cəmləşdirən əhəmiyyətli bir qlobal eko sistemdir.

Sosial biznes müəssisələrinin konsepsiyası və təcrübələri hökumətin diqqətini cəlb etdikcə, bir çox böyük şəxsi gəlir əldə edən iş adamları uğurlu sosial biznes sahibkarları olmaq üçün, eləcə də iqlim, işsizlik, və s. kimi problemlərin həllində sosial rol oynamaqdan ötrü qeyri-adi istedadlarını həvəslə üzə çıxartmağa çalışacaqlar.

İnsanlar iş axtaran kimi deyil, Sahibkar kimi dünyaya gəlir

Yenidənqurma proqramı vətəndaşlarla hökumət arasında ənənəvi iş bölgüsünü aradan qaldırmalıdır. Vətəndaşların rolu yalnız ailələrinə qayğı göstərmək və vergi ödəməkdən ibarət olmamalıdır. Əslində iqlim, iş yerləri, səhiyyə, təhsil, su və sair bu kimi ümumi problemlərin həlli hökümətin (və müəyyən dərəcədə qeyri-kommersiya sektorunun) məsuliyyətidir.

Yenidənqurma proqramı bu səddi aradan götürməli və bütün vətəndaşları irəliyə gəlməyə və sosial müəssisələr yaratmaqla öz istedadlarını problemlərin həllinə yönəltməyi təşviq etməlidir. Onların gücü təkcə təşəbbüsə görə deyil, saylarına görə də nazərə alına bilər. Çoxlu sayda kiçik təşəbbüslər birləşəndə böyüyərək əhəmiyyətli ümumilli aksiyaya çevrilir.

Sosial biznes sahibkarlarının dərhal həll edə biləcəyi problemlərdən biri iqtisadiyyatın çökməsi nəticəsində yaranan işsizlik problemi olacaqdır. Sosial biznes investorları sosial biznes müəssisələri yaratmaqla işsizlər üçün iş yerləri yarada bilərlər. Eyni zamanda, onlar işsizlərin sahibkarlara çevirməklə nümayiş etdirəcəklər ki, insanlar işsiz kimi deyil, sahibkar kimi doğulurlar. Sosial biznes müəssisələri hökumətlə əməkdaşlıq çərçivəsində etibarlı bir sağlamlıq sisteminin yaradılmasında da iştirak edə bilərlər.

Sosial biznes investorunun fərdlərdən ibarət olması mütləq deyil. Bunlar investisiya və əmanət fondları, sosial biznesi idarə etmə şirkətləri və təşkilatlar ola bilər. Bu qurumların bir çoxu şirkətlərin ənənəvi sahibləri ilə mehriban şəkildə necə işləməyi çox yaxşı bilirlər. Post-koronavirus dövründə yaranan çarəsiz, çətin bir durumda hökumətin düzgün çağırışı əvvəllər heç kəsə məlum olmayan fəaliyyətlərin artmasına, problemlərin sürəkli çözülməsinə səbəb ola bilər. Bu, istər kişi, istər qadın, istər cavan, istər yaşlı nəslin sırasından çıxacaq, dünyanın heç kimə məlum olmayan şəkildə yenidən qurulmasına ilham verən bir liderlik üçün sınaq olacaq.

Gizlənməyə yerimiz olmayacaq

Post-Pandemiya dövründə idarə etməli olduğumuz sosial və ekoloji şüur proqramını həyata keçirə bilməsək, koronavirus bəlasından daha ağır bir fəlakətə düçar olacağıq. Evimizdə koronavirusdan gizlənə bilərik, ancaq qlobal məsələlərlə bağlı yaranan problemləri həll edə bilməsək, “Ana Təbiət” və dünyadakı kütlələrin qəzəbindən gizlənməyə yerimiz olmayacaq.

Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
06 May 2024 | 07:29
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb