Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının
(BAXCP) qərargahında Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 75
illiyi ilə əvvəlcədən elan edilən “Əbülfəz Elçibəy və Milli Azadlıq Hərəkatı”
mövzusunda keçirdiyi müsabiqənin nəticələri ilə bağlı tədbir keçirilib
Moderator.az-a xəbər verir
ki, tədbiri giriş sözü ilə açan BAXCP-nin sədr müavini, “Xalq Cəbhəsi”
qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, BXCP idarə heyəti Milli
Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illiyi ilə bağlı müsabiqə elan
edib. Onun sözlərinə görə, müsabiqəyə Əbülfəz Elçibəyin ruhunu əziz tutanlar,
onun barəsində danışmaqdan, karyera xatirinə onun barəsində yazmaqdan
çəkinməyənlər yazı verib: “Biz də öz imkanlarımız çərçivəsində həmin yazıları
dəyərləndirmişik. Dəyərləndirmə ilk növbədə yazının bədii və daşıdığı
informasiya yükünə görə olub. Müraciət edən dostlarımızın heç birini bu
prosesdən kənarda qoymamışıq”. Daha çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev
Əbülfəz Elçibəyin hələ gənc yaşlarından azadlıq yolunda mücadilə etdiyini
tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, Əbülfəz
Elçibəy ömrü boyu apardığı mübarizə ilə bugünkü gənclərə böyük bir qoyub:
“Elçibəydən ayrı-ayrı partiyalar yaralanmağa çalışıb. Amma biz onun ideyalarını
birləşdirərək bugünkü təbliğ edirik və Elçibəyin böyük türk oğlu olmasını
cəmiyyətə aşılayırıq. Çox təəssüflər olsun ki, özünün davamçısı saydığı
insanlar bu gün maraqları üçün Əbülfəz Elçibəydən siyasi konyunktura naminə
istifadə edirlər. Belə insanların aşkar edilməsində və cəmiyyətdə ifşa
olunmasında bizlər əlimizdən gələni etməliyik”. Sonra isə müsabiqənin qalibləri
açıqlanıb. Birinci yeri “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, 2-ci
yeri “Ədalət” qəzetinin müxbiri Ədil Ədilzadə, 3-cü yeri müstəqil jurnalist
Elnur Eltürk tutub. “Bakuinfo.az” saytının əməkdaşı Seymur Həsənli isə
həvəsləndirici mükafata layiq görülüb. Mükafatlandırma mərasimindən sonra
partiya funksionerləri Əbülfəz Elçibəylə bağlı öz fikirlərini bölüşüblər.