Dünyada altıncı xəstədə İİV infeksiyasının azalması qeydə alınıb
1485
20 Jul 2023 | 20:00

Dünyada altıncı xəstədə İİV infeksiyasının azalması qeydə alınıb

Həkimlər dünyada altıncı insanda İİV infeksiyasının azalmasını qeydə alıblar. O, beş il əvvəl sümük iliyi transplantasiyası əməliyyatı keçirmiş 49 yaşlı pasientdir. Bu barədə Fransanın İİV, Hepatit və Digər Yoluxucu Xəstəliklər üzrə Araşdırmalar Agentliyinin direktoru, professor Yazdan Yazdanpan bildirib.

Onun sözlərinə görə, bu, xəstəliyin altıncı zəifləmə halıdır.

“Son 20 ay ərzində xəstə heç bir müalicə almasa da, virus özünü göstərməyib”, - deyə Yazdanpan əlavə edib.

 

Qeyd edək ki, xəstə əvvəllər Cenevrədə, sonra isə Lui Paster Paris Universitetində müalicə olunub.

Mənbə: Rambler

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər