“Türkiyədə zəlzələdən sağ çıxan 503 uşağın şəxsiyyəti məlumdur” - Fuad Oktay 
684
12 Feb 2023 | 21:43

“Türkiyədə zəlzələdən sağ çıxan 503 uşağın şəxsiyyəti məlumdur” - Fuad Oktay 

Dağıntılar altından sağ çıxarılan 574 uşaqdan 503-nün şəxsiyyəti məlumdur.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidentinin köməkçisi Fuad Oktay deyib.

Onun sözlərinə görə, qalanlarının şəxsiyyətinin müəyyən olunması istiqamətində iş gedir.

"Bu uşaqlardan 76-sı ailələrinə təhvil verilib. Xəstəxanada 380 uşağın müalicəsi davam edir. Sığınacaqlarda isə hazırda 118 uşaq var. Dövlət olaraq, valideynlərini və yaxınlarını itirən bütün uşaqların hər zaman yanında olacağıq",- deyə Oktay qeyd edib.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər