“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
İdman
140
18 Apr 2026 | 23:17

“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı

Xəbər verdiyimiz kimi, Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçirilən mərkəzi qarşılaşmada "Qarabağ" öz meydanında 0:1 hesabı ilə "Sabah"a uduzub.

Moderator.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb.

- Elvin Cəfərquliyevə demişdiniz ki, düzəlməsən, səni komandadan göndərəcəyəm. İndi də əvəzedici heyətə göndərdiniz. Onun problemi nədir? Nəyə görə bu dəfə belə qərar verdiniz?

- Sevindirici tərəfi odur ki, nə var, onu deyib. Söhbətimiz olmağı, filan... İstənilən futbolçunun arxasındayam. Bu günə qədər olmayıb ki, hansısa futbolçunun inkişafını düşünməyim, yaşam tərzini, gələcəyini düşünməyim. Ən zəif oynayan futbolçunu belə, gələcəyini düşünmüşəm, söhbətləşmişəm. Səbəb olaraq bunu ortaya atmıram. İnsanların müəyyən yaş vaxtı olur, onda futbolçu daha möhkəm, xarakterli olmalıdır. Elvin üçün orada oturma, burada otur, o çağırsın-bu çağırsın, verilişlər və s. Çox danışılır. ÇL-də turun oyunçusu oldu. Futbolçulara hər zaman deyirəm, bir oyun o demək deyil ki, missiyan tamamlandı.

Bu, "Qarabağ" klubudur. 1-2 oyun udursan, bir xal sənə mane olur. O demək deyil ki, ÇL-də 3 oyun yaxşı oynamışam, vacib matçda intizamsızlıq edim. Bağışlanmağa gəldikdə, proses davam edir. Digər klublar məni düzgün başa düşsün, bəlkə hansısa klubda nəyəsə göz yummaq olar, amma klubun adı "Qarabağ"dırsa, buna göz yuma bilmərik. Cəzalar klubdaxili bir şeydir. Futbol elə oyundur ki, burada stabil olmaq lazımdır. Futbolçularımın əziyyətini yerə vura bilmərəm. Daim özlərinə də bu haqda danışmışam, iclaslarda bildirmişəm. Narahat olduğum nədir? ÇL-dəki uğurları düşünərək, çempionatı belə yola verməli deyilik. Bu gün mən oyundan razı qalmadım. Uduzduğumuz əvvəlki matçdan da razı qalmışdım. Bugünkü oyun üçün 4-5 məşq birlikdə etmişdik. Bəlkə oyunçularımı daha da incələməliyəm, yaşam tərzini, ya hərtərəfli...

- Sami Mmae "Dinamo"ya geri qayıdıb?

- Onu əvəzedici heyətə göndərmişdik. Klubu ilə razılığa gəliblər. Zaqrebə hələ qayıda bilməz. Razılığa gəldik ki, izim əvəzedici heyətdə məşq etməyə də bilər. Qarşılıqlı imza atılıb ki, bir-birimizə etirazımız yoxdur.

Link kopyalandı!
Son xəbərlər