"Ermənistan nümayəndəsini AŞPA-dan qovdular" -Səməd Seyidov
Oxunub: 1882
08 Oct 2015 | 20:50
AŞPA məruzəçilərinin Ermənistana, Dağlıq Qarabağa buraxılmamasının mənfi tərəfi olduğu kimi, müsbət tərəfi də var.
Moderator.az xəbər verir ki, bu sözləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov apa-ya müsahibəsində bildirib.
 
- AŞPA-nın payız sessiyası bitdikdən sonra Ermənistanın AŞPA-dakı nümayəndə heyəti yerli mətbuata Azərbaycanla bağlı mənfi xarakterli açıqlamalar verməyə başladı. Xüsusilə Azərbaycanın rüşvət verərək bəzi parlamentariləri ələ aldıqlarını iddia edirlər...
 
- AŞPA-nın bu yaxınlarda sessiyası keçirildi. Siyasi komitənin iclasında Ermənistan nümayəndə heyətinin rəhbərini qeyri-konstruktiv mövqeyə görə iclasdan qovdular. Bu, hamının gözünün qabağında oldu. Dağlıq Qarabağ üzrə məruzəçinin, həmçinin Sərsəng su anbarı ilə bağlı məruzəçinin Dağlıq Qarabağa buraxılmaması birbaşa olaraq AŞ-nın qanun-qaydalarını pozmaq deməkdir. AŞPA məcburən çox ciddi şəkildə Ermənistan nümayəndə heyətinə iradlarını bildirib. Amma ya Ermənistan mətbuatında, ya da Avropa Şurasının xəbər bölməsində bunu gördünüzmü? Əksinə Ermənistan mətbuatı yalan-böhtan yazır. Guya iclaslarda azərbaycanlıları yerlərinə oturdublar. Bu sessiyada qərar qəbul edildi ki, Dağlıq Qarabağ üzrə məruzəçi Dağlıq Qarabağa buraxılmadığı halda məruzə hazırlansın və AŞ-ya təqdim olunsun. Robert Volter və Militsa Markoviç Azərbaycanda olub, təmas xəttinə baş çəkiblər. Xanım Markoviç iclasda konkret olaraq bəyan etdi ki, Ermənistana buraxılmadığı halda belə məruzəni hazırlayacaq və AŞ-ya təqdim edəcək.

- AŞPA məcburən çox ciddi şəkildə Ermənistan nümayəndə heyətinə iradlarını bildirib. Amma ya Ermənistan mətbuatında, ya da Avropa Şurasının xəbər bölməsində bunu gördünüzmü?

Azərbaycan nümayəndə heyəti ilə bağlı deyim ki, bu sessiyada Rafael Hüseynovun məruzəsi dinlənildi, qəbul olundu. Bizim xanım deputatlarımız məruzəçi təyin olundular. Səməd Seyidov Monitorinq Komitəsinin sədr müavini seçildi. Bir fakt da Ermənistanla bağlı olsun. Onların fəaliyyəti o dərəcədə bərbad idi ki, qışqır-bağırdan başqa yol tapa bilmirdilər, daha kəskin şəkildə anti-Azərbaycan qüvvələrini işə salmağa çalışırdılar.
 
Rüşvət məsələsi isə uzun illərdir, ermənilər tərəfindən ortaya atılıb. Əslində, rüşvətlə iş görmək, kimlərisə Dağlıq Qarabağa aparıb orada b qeyri-qanuni əməllərlə məşğul olmaq onların fəaliyyət növüdür. Əllərində bircə fakt belə olsaydı, anti-Azərbaycan qüvvələri dərhal ortaya qoyardılar. Ona görə ki, bizim əleyhimizə olan məsələlərə bu qədər həssas yanaşırlar. Onlar bir faktı belə ortaya çıxara bilmirlər və bilməyəcəklər. Belə olan halda isə qışqır-bağır salırlar. Bu, tamamilə böhtan və yalandır. Reallığa uyğun nəsə olsaydı, həmin qüvvələr konkret adlarla, məsələlərlə ortaya qoyardılar. Halbuki özləri bu işlə məşğuldurlar və ört-basdır edirlər. Bəzi deputatlar məhz onların fəaliyyəti nəticəsində anti-Azərbaycan mövqeyinin daşıyıcısına çevriliblər.
 
- Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda keçirilən seçkilərə müşahidə missiyası göndərməkdən imtina etdi. Buna münasibətiniz necədir?
 
- Bir müddət əvvəl Avropa Parlamenti Azərbaycana qarşı əsassız, qərəzli, yalan və böhtanla dolu qətnamə qəbul etdi. Biz bu qətnaməyə öz sözümüzü bildirdik. Konkret olaraq Azərbaycan birbaşa bəyan etdi ki, biz öz mövqeyimizdən, yolumuzdan dönməyəcəyik. O qətnamədə bir çağırış da var idi ki, Azərbaycana seçki müşahidə missiyaları getməsin.

AŞPA-da Azərbaycana müşahidə missiyası göndərilməsi ilə bağlı qərar artıq verilsə də, bu məsələni yenidən gündəmə gətirdilər. Əslində isə belə etmək qadağandır. Məsələ təkrar gündəmə gətirildi, lakin Azərbaycanı beynəlxalq təşkilatlardan təcrid etmək cəhdi iflasa uğradı.

O qətnamədən dərhal sonra ATƏT DTİHB Azərbaycana gəlməyəcəyini bəyan etdi. Daha sonra ATƏT PA bu bəyanata qoşuldu. Zəncirvari proses getdi. Onlar düşündülər ki, bütün beynəlxalq təşkilatlar imtina edəcək. AŞPA-da Azərbaycana müşahidə missiyası göndərilməsi ilə bağlı qərar artıq verilsə də, bu məsələni yenidən gündəmə gətirdilər. Əslində isə belə etmək qadağandır. Məsələ təkrar gündəmə gətirildi, lakin Azərbaycanı beynəlxalq təşkilatlardan təcrid etmək cəhdi iflasa uğradı. AŞPA nümayəndə heyətinin gəlişi təsdiqləndi və bu təxribat alınmadı. Bu, parlament seçkilərindən istifadə edərək Azərbaycana təzyiq göstərmək niyyəti, koordinasiya olunmuş və sonra iflasa uğramış cəhdlər idi. Biz Azərbaycana hansı qüvvələrin təsir göstərdiyini bilirik. Səbəb birdir. Azərbaycanın müstəqil siyasət yeritməsi, beynəlxalq təşkilatlarda öz siyasətini Azərbaycan xalqının maraqlarından çıxış edərək həyata keçirməsi bəzi qüvvələrin xoşuna gəlmir. Azərbaycan beynəlxalq təşkilatlarda fəaliyyətini həmin təşkilatın üzvü olmaq naminə həyata keçirmir. Yenə də cənab Yaqlandın bəyanatına qayıdıram. Biz Yaqlandın nümayəndəsinin işçi qrupunun tərkibində olması naminə işçi qrupu yaratmamışıq. Biz işçi qrupunun yaradılmasını Azərbaycanda insan haqları ilə bağlı məsələlərin daha da yüksək səviyyədə həll olunması istiqamətində aparılması naminə yaratmışıq. Yaqlandın addımı Avropa Şurasına təsir edəcək, onun nüfuzunu, təsir imkanlarını aşağı salacaq. Azərbaycan Avropa Şurası ilə münasibətlərini ikitərəfli formada davam etdirir. Bu qərar sadəcə təxribat xarakterli hərəkətlərdən biridir. Onun səsi var, amma nəticəsi yoxdur. Anti-Azərbaycan qüvvələr bundan istifadə edib dünyaya hansısa mesajlar göndərmək və Azərbaycanın imicinə xələl gətirmək məqsədi güdürlər.
 
- AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçiləri Ermənistana və Dağlıq Qarabağa buraxılmır...
 
- Məruzəçilər Dağlıq Qarabağa buraxılmır. Bu AŞ-nin bütün prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Ermənistan buraxmır, amma məruzəçilər öz işlərini davam etdirməlidirlər. Axı onların Ermənistana və Dağlıq Qarabağa buraxılmaması o demək deyil ki, məruzələri hazırlaya bilməyəcəklər. Hər iki məruzəçi Azərbaycanda olub, cəbhə xəttinə gedib.

Onlar bütün lazım olan məlumatları götürüblər və təəssüflər olsun ki, nə Ermənistana, nə də Dağlıq Qarabağa gedə biliblər. Lakin bunun mənfi tərəfi olduğu kimi, müsbət tərəfi də var. Deməli, erməni tərəfinin gizlətməyə nəyisə var.

Onlar bütün lazım olan məlumatları götürüblər və təəssüflər olsun ki, nə Ermənistana, nə də Dağlıq Qarabağa gedə biliblər. Lakin bunun mənfi tərəfi olduğu kimi, müsbət tərəfi də var. Deməli, erməni tərəfinin gizlətməyə nəyisə var. Biz nəyi gizlətmək istədiklərini bilirik. Orda qeyri-qanuni proseslər gedir. Ermənistan ordusu birbaşa Dağlıq Qarabağın - Azərbaycan ərazilərinin içərisindədir. Dağlıq Qarabağdakı separatçı rejim heç vaxt öz ordusuna malik olmayıb. Bunları görməyə imkan yaratmamaqla, erməni tərəfi özü bu məsələlərin altından imza çəkdi ki, bu, həqiqətən də belədir. Böyük ehtimalla noyabr-dekabr aylarında bu məruzələrin layihələri müzakirə üçün AŞPA komitələrinə təqdim olunacaq. Bunların qarşısını almaq, Azərbaycanda keçiriləcək seçkilərlə bağlı başqa ab-hava yaratmaq üçün təxribatlara başlayıblar. Seçkilərə müşahidə missiyasının göndərilməsi qərarı verildikdən sonra qərara yenidən baxılması, Yaqlandın anti-Azərbaycan qüvvələrinin təzyiqi ilə bəyanat verməsi bu təxribatların bir hissəsidir. Bu təxribatlar alınmasa da, biz onların başqa təxribatlarına hazır olmalıyıq.
 
-  AŞPA seçki müşahidə missiyasının Azərbaycanda fəaliyyəti hansı formada olacaq?
 
- Artıq 40 nəfərlik nümayəndə heyəti formalaşıb. Bunlar Avropa Şurasının bütün siyasi partiyalarını təmsil edən şəxslərdir. Onlar seçkiqabağı missiyanı artıq həyata keçiriblər. İndi isə seçki missiyasını həyata keçirəcəklər. Təxminən seçkiyə 2 gün qalmış hamısı Azərbaycana gələcək. Onların hara getməsi, hansı rayonlarda olması müşahidə missiyasının işidir, biz onlara müdaxilə edə bilmərik. Azərbaycan bütün müşahidə missiyalarına açıqdır.
 
- AŞPA müşahidə missiyasının tərkibində anti-Azərbaycan qüvvələrin təmsil olunması nə dərəcədə mümkündür?
 
- Dediyim kimi, heç də düşünməyin ki, bir təxribat alınmayanda, digərini işə salmayacaqlar. Onların məqsədi nə hansısa formada seçkiləri müşahidə etmək, nə də insan haqları ilə bağlı məsələləri inkişaf etdirməkdir. Onlar təxribat axtarırlar. Vəziyyəti gərginləşdirmək istəyirlər, bundan da özlərinə hansısa müsbət nəticələr çıxarmaq fikrindədirlər. Biz hər şeyə hazırıq. Azərbaycanda seçkilərin yekun nöqtəsini qoyan Azərbaycan xalqıdır. Seçki xalqın rəyi və mövqeyi ilə formalaşdırılır, keçirilir, təsdiqlənir. Bu, hansısa beynəlxalq təşkilatın rəyi əsasında olmur. Biz beynəlxalq təşkilatlara görə seçki keçirmirik, millətin rəyini əsas götürürük.

Oxşar xəbərlər
22:00, Bu gün
Makron "Avropanı müdafiə etmək üçün" radikal addım atmağa hazırdır
21:55, Bu gün
“Uçuşdan öncə baqajınızın şəkillərini çəkib özünüzdə saxlayın”- ekspertdən vacib müraciət-FOTO+ÖZƏL
21:51, Bu gün
Dövlət Komitəsi xalq artisti Əlixan Səmədovu 60 illik yubileyi münasibətilə təbrik edib
21:48, Bu gün
DGKA və BMU-nun təşkilatçılığı ilə “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçirilib
21:15, Bu gün
“Hər dərdə, təhqirə dözərəm, amma boyuma sataşanın cavabını verərəm”
21:12, Bu gün
İsDB-nin illik toplantısı çərçivəsində "COP29-a doğru" dəyirmi masada müzakirələr aparılıb
21:09, Bu gün
Əməkdar artist dayanacaqlardan şikayət etdi: “Maaşımızın yarısı gedir” - VİDEO
21:06, Bu gün
"İsrail yaxın zamanlarda Rafahda əməliyyata başlayacaq" - Mahmud Abbas
21:01, Bu gün
Qarabağın koloritini yazan yazıçı İsi Məlikzadə - FOTO
20:50, Bu gün
“Modern Diplomacy”: “Ermənistan Rusiyaya Qərb sanksiyalarından yan keçməyə kömək edir”
20:49, Bu gün
Tiflisdə müxalifət yenidən mitinq keçirir
20:38, Bu gün
Zəngəzurda iranlı turistlərin ölümünə və xəsarət almasına səbəb olan sürücü saxlanılıb
20:33, Bu gün
"Kimsənin Krım körpüsündə şəkil çəkdirmək imkanı olmayıbsa, indi bunun əsl zamanıdır..."
20:30, Bu gün
Paşinyan Blinkenlə delimitasiyanı müzakirə etdi
20:29, Bu gün
Abid Şərifov yeganə oğlunun ölümündən danışdı - VİDEO
20:25, Bu gün
Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var 
20:03, Bu gün
Ermənistanda etirazçılar İrana gedən magistral yolu bağlayıblar - VİDEO
19:57, Bu gün
Roma Papası gəncləri mobil telefondan istifadəni məhdudlaşdırmağa çağırıb
19:56, Bu gün
İsrail Baş Qərargah rəisi Qəzzada müharibənin davam etdirilməsi planlarını təsdiqləyib
19:54, Bu gün
"Böyük Britaniya Qəzza bölgəsinə qoşun göndərə bilər" - "The Guardian"
19:52, Bu gün
Neftçalada 46 yaşlı kişi süni göldə batıb - VİDEO
19:51, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq
19:50, Bu gün
Britaniya deputatları Sunakı vəzifəsindən uzaqlaşdıra bilər
18:55, Bu gün
Rusiyada itkin düşən uşağın meyiti öz evindəki paltaryuyan maşından tapıldı
18:49, Bu gün
Ermənistanda delimitasiyaya etiraz edən polkovnik saxlanılıb - YENİLƏNİB
18:44, Bu gün
Ermənistanın Aİ-dəki səfiri: Rusiyanın Qafqazdakı maraqlarını pozmaq intihardır
18:42, Bu gün
"Netanyahunu öldürmək, İsraili yox etmək lazımdır!.."
18:29, Bu gün
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
18:05, Bu gün
"Putin fevralın 16-da Navalnının qətlinə əmr verməyib" - "The Wall Street Journal"
17:50, Bu gün
Kreml Polşanın ərazisində nüvə silahı yerləşdirməyə hazır olmasına münasibət bildirib
17:49, Bu gün
Putinin sözçüsü: Zelenskinin legitimliyi tezliklə şübhə altına düşəcək
17:43, Bu gün
Azərbaycanda partlayış: 2 nəfər öldü - SON DƏQİQƏ
17:41, Bu gün
“Yuventus”un yeni baş məşqçisi bəlli oldu
16:50, Bu gün
Xalq artistinin əməliyyatdan sonra görmə qabiliyyəti tamamilə zəifləyib: Estetik cərrahı yenə məhkəməyə verdi
16:15, Bu gün
Bu dərman içkiyə və qumara həvəsi ÖLDÜRÜR
16:13, Bu gün
NÖVBƏTİ XƏBƏRDARLIQ! Aprelin 29-da...
16:09, Bu gün
Bu havalarda ilanlar aktivləşir - Ekspert
16:03, Bu gün
Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü tikiləcək
16:03, Bu gün
Bugünkü imtahanın cavablarını BURADAN yoxlaya bilərsiniz - LİNK
16:00, Bu gün
Gənc seçicilər Baydendən üz döndərə bilərlər
15:59, Bu gün
Biokimyaçı məşhur kremlərdən danışdı: Dəri xərçənginə səbəb olur
15:53, Bu gün
Vətənlə alver etmirik, sərt cavab veriləcək - Zaxarova
15:53, Bu gün
Tovuzda dərədə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edildi - VİDEO
15:49, Bu gün
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
15:43, Bu gün
Qarabağın yenidən qurulmasına bu qədər vəsait xərcləndi
15:38, Bu gün
Tələbə yataqxanalarının qiymətləri AÇIQLANDI: "1 nəfər üçün aylıq..."
15:31, Bu gün
"Kəpəz"in üç futbolçusu "Qəbələ" ilə oyunu buraxacaq
15:27, Bu gün
Putinin andiçmə mərasiminin yayım tarixi açıqlandı
15:21, Bu gün
Fatiməni məhkəməyə verdilər
15:16, Bu gün
Mətbəxdə etdiyimiz səhvlər bizi zəhərləyib öldürür
15:11, Bu gün
Magistraturaya II cəhd qəbul imtahanı keçirilib - YENİLƏNİB
15:04, Bu gün
Taciklərə Rusiyaya girişdə dəhşət yaşadılır, Rusiyanın Düşənbədəki səfiri XİN-ə dəvət edilib
15:03, Bu gün
Daha bir idmançımız Olimpiadaya vəsiqə qazandı
14:59, Bu gün
Zelenski nəyi gizlədir? - ŞOK İDDİA
14:53, Bu gün
İranın edam etmək istədiyi reperə görə etiraz aksiyaları keçirildi
14:49, Bu gün
Bu qidaları çox yeməyin  - Sızanaq yaradır
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
14:37, Bu gün
Ermənistan XİN: Türkiyə ilə sərhəd məntəqəsi istismara hazır vəziyyətdədir
14:31, Bu gün
İqtisadiyyat naziri DİF-in rəhbəri ilə COP29 çərçivəsində tərəfdaşlığı müzakirə edib
14:23, Bu gün
Mələkxanım Eyubova yeni DƏBDƏBƏLİ VİLLASINI nümayiş etdirdi - VİDEO
14:20, Bu gün
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı
14:12, Bu gün
Barat Yusubov: "Xəstəxanalarda bu cizahları işlədə biləcək mütəxəssis yoxdursa..."- VİDEO
14:05, Bu gün
Bu ölkə əhalisinə çağırış etdi: Rusiyaya getməyin! 
13:59, Bu gün
Tibb bacısının özünə vurduğu iynədən sonra komaya düşməsi ilə bağlı TƏFƏRRÜAT - VİDEO 
13:53, Bu gün
İrandan gələn avtobus Zəngəzurda dərəyə aşdı: 5 nəfər öldü
13:49, Bu gün
İsveçdə daha bir Quran yandırma hadisəsi baş verib
13:44, Bu gün
Fermerlərin uşaqlarının Kəlbəcərə gedişinə icazə veriləcək? 
13:39, Bu gün
Sürücülərin NƏZƏRİNƏ! 
13:31, Bu gün
"Əlican" keçid məntəqəsi hazırdır: Türkiyə-Ermənistan quru yolu açıla bilər 
13:24, Bu gün
Ermənistanı QORXUDAN XƏRİTƏ: Qeqamyan niyə narahatdır?
13:19, Bu gün
Faiq Ağayev: "Mənə intim təkliflər edib, əmr verirlər" 
13:12, Bu gün
Qızardılmış ət və kabab bədxassəli şişlərin əmələ gəlməsini  sürətləndirir - Onkoloq
13:07, Bu gün
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
13:01, Bu gün
Həftənin ilk iş gününün HAVA PROQNOZU
12:59, Bu gün
“Titanik” sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb
12:57, Bu gün
Mikayıl Cabbarov “Saudi Aramco”nun prezidenti ilə görüşüb - FOTO
12:53, Bu gün
Emin ilk dəfə Bakıya gələn erməniəsilli müğənnilərdən danışdı
12:53, Bu gün
"Ukrayna cəbhədə sabitlik yaradacaq və əkshücuma keçəcək" - ISW
12:49, Bu gün
Bu meyvənin tumu botoks effekti verir
12:48, Bu gün
Qeyri-adi vəziyyətdə su çənində ilişib qalan şəxsin xilas edilmə görüntüləri - VİDEO
12:33, Bu gün
Bürcünə görə ən çətin kişilər: Sizi sevib-sevmədiyini özü də bilmir
12:28, Bu gün
Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ: Ən aşağı faiz…
12:11, Bu gün
Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?
11:59, Bu gün
“Avroviziya” klipimiz təqdim edildi - Video 
11:53, Bu gün
Mikayıl Cabbarov Səudiyyədə keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
11:39, Bu gün
Bu məhsul da ucuzlaşdı - VİDEO
11:36, Bu gün
“Mançester Yunayted” Çempionlar Liqasında oynamayacaq - SƏBƏB
11:32, Bu gün
Yıldız Tilbenin yeni GÖRÜNTÜSÜ- FOTO
11:28, Bu gün
Bayden Tramp barədə: “Altı yaşlı uşaqla rəqabət aparıram” - VİDEO
11:27, Bu gün
Yevlaxda avtoxuliqanlıq edən şəxs HƏBS EDİLDİ
11:21, Bu gün
2,5 mindən çox qumar oyunları saytı bloklandı
11:16, Bu gün
Maaşlar yenidən artırıla bilərmi? - Video
11:08, Bu gün
Paytaxtda yeni plana düşən küçələr - Açıqlama / Video
11:00, Bu gün
Mayın 1-dən qadağan olunacaq...
10:49, Bu gün
Rusiyada xüsusi rejim elan edildi
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
10:38, Bu gün
“Hara istəyirsən şikayət et, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı təhdid edir
10:33, Bu gün
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın doğum günüdür
10:31, Bu gün
Ermənistan ordusu ilə bağlı SENSASİON FAKT - Qadınlar buna görə çağırılır
10:25, Bu gün
Wi-Fi və Bluetooth-u niyə söndürməliyik?- SİZİ İZLƏYİRLƏR...
GÜNLÜK
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
22 Apr 2024 | 12:00
Dərdlərə dərman aspirin hansı ağacdan hazırlanır?
23 Apr 2024 | 23:45
Türkiyə ilk dəfə S-400-ü işə salır – Vurulacaq hədəf AÇIQLANDI
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
27 Apr 2024 | 23:24
Özbəkəsilli əsgər Ukrayna dronunu kartofla vurdu - HEYRƏTAMİZ VİDEO
27 Apr 2024 | 22:45
Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI
10:18, Bu gün
Aprelin sonuna qədər ciddi problemlərlə üzləşəcəklər: 4 bürcə XƏBƏRDARLIQ
27 Apr 2024 | 22:59
Bu qan qrupuna aid olan insanlara XƏBƏRDARLIQ
27 Apr 2024 | 23:06
Həkimlərin maaşı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO
27 Apr 2024 | 23:17
Moskvada Rusiya raket-kosmik korporasiyasının top-meneceri həlak olub
27 Apr 2024 | 22:51
Rusiya Müdafiə Nazirliyinin daha bir əməkdaşı həbs edilib
27 Apr 2024 | 22:47
Tacikistan vətəndaşlarına Rusiyaya səfər etməmək tövsiyə olundu
14:42, Bu gün
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
10:42, Bu gün
SON DƏQİQƏ! Məşhur tiktoker evinin qarşısında ÖLDÜRÜLDÜ - FOTO