“1 dəqiqəlik efirə 3540 manat tələb etmək...”
Cəmiyyət
Oxunub: 2314
07 Oct 2015 | 12:20
“1 dəqiqəlik efirə 3540 manat tələb etmək...”
Media eksperti Ələsgər Məmmədli İctimai televiziya və radio yayımları şirkətinin parlament seçkilərində pullu təşviqatın qiymətləri ilə bağlı açıqladığı rəqəmlərə münasibət bildirib.

Moderator.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert qeyd edib ki, açıqlanan qiymətlərə görə, reklamın bir dəqiqəsi 3540 manata (ƏDV daxil olmaqla) prime-time qiymətidir: “ Ən aşağı qiymət isə saat 11:50-də olan qiymətdir, onun da dəqiqəsi 1416 manatdır. İctimai Teleradionun yaranmasındakı məqsədi gərək onu idarə edənlər (Baş Direktor və onun direktorlar Şurası) və nəzarət edənlər (Yayım Şurası) tam dərk etsinlər. Bunu dərk etmədən, ictimai yayım yaratmaq və yaşatmaq olmaz. Hazırda İctimai yayım ağır böhran keçirir. Niyə siyasi təşviqatın ödənişli vaxtının qiyməti astronomikdir? Bu qiyməti kim, hansı kriteriyaya görə müəyyən edib? İctimai Yayımın istədiyi qiyməti müəyyən etmək hüququ varmı, bu legitim sayıla bilərmi? Qiymət yaratmaq üçün hansı kriteriyalar nəzərə alına bilərdi?”.

Ekspert bildirib ki, ictimai televiziya və radio yayımının məqsədi Azərbaycan Respublikası əhalisinin - bütövlükdə cəmiyyətin, habelə onun ayrı-ayrı təbəqələrinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələri əks etdirməyə yönəlmiş, doğru məzmunlu, tarazlaşdırılmış informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır: “Siz məqsədlər arasında “yaxşı pul qazanmaq”, “kommersiya ilə məşğul olmaq”, “efiri satmaq” bəndlərinə haqlı olaraq rast gələ bilməzsiniz. Çünki, ictimai yayımın belə bir məqsədi yoxdur və ola da bilməz. Həmin qanunun 3-cü maddəsində 9 yayım prinsipi sayılıb.

3.0.1. müstəqillik;
3.0.2. informasiyanın tərəfsizliyi, qərəzsizliyi və doğru-dürüstlüyü;
3.0.3. plüralizm və dözümlülük;
3.0.4. açıq siyasi maraqlardan uzaqlaşma;
3.0.5. ümumi maraqların uzlaşdırılması və təmin edilməsi;
3.0.6. milli özünüdərkin inkişaf etdirilməsi;
3.0.7. universallıq;
3.0.8. rəngarənglik;
3.0.9. başqalarından fərqlənmə.
Bu 9 prinsipin hər hansı birində “gəlir əldə etmək”, “mənfəət güdmək” kimi prinsiplər yoxdur. Amma əvəzində həsrət qaldığımız “plüralizm”, “informasiyanın tərəfsizliyi”, “başqalarından fərqlənmə” prinsipləri var.

Minimum əmək haqqı 105 manat olan ölkədə vətəndaşının 43200 dəqiqəsinə 397 manat (1 dəq=0,009 qəpik) aylıq orta əmək haqqı ödənən ölkədə 6 illik lisenziyanı 1000 manata əldə edən televiziyaların 1 dəqiqəlik efirə 3540 manat tələb etməsi normaldırmı? Xüsusilə, Qanunun 5-ci maddəsinə görə (maddə 5. İctimai yayım fəaliyyətinə dövlət tərəfindən müddətsiz və ödənişsiz lisenziya verilir və tezlik ayrılır)- bir qəpik lisenziya və tezlik üçün xərci çıxmadan əbədi bu haqqa sahib olan yayımçı belə davranmalıdırmı?

Bəlkə, kimsə durub deyə bilər ki, 6-cı maddədə “reklam fəaliyyəti ilə məşğul olmaq”-bir hüquq kimi yayımçıya verilib, bunda nə var ki! Bəli, bu hüquq verilib. Amma birincisi, bunun olması normal deyil. İctimai yayımın maliyyə təminatı qanun gərəyi dövlət tərəfindən təmin edilib. İkincisi, reklam əmtəə və xidmətin tanıdılmasıdır. Parlamentə seçilmək istəyən şəxs nə özünü əmtəə kimi satmağı, nə də gəlir gətirəcək xidmət təklif etməyi hədəfləmir. Namizəd sadəcə özünü, gələcək platformasını, siyasi baxışlarını, görmək istədiyi ölkəni seçicisinə anlatmaq istəyir. Bunun adı ictimaiyyətin bilgiləndirilməsi və doğru seçim etməsinə köməkdir. Bu prosesdə məhz İctimai yayıma ciddi yük düşür. Necə ki pulsuz efir vaxtı bu məqsədlə ayrılır, cüzi ödənişli efir vaxtı da müəyyən edilərək, marjinal düşüncələrin cəmiyyətə çatmasında və zamanında siyasi məqamlara yolunun bağlanmasında ictimai yayım vasitə olmalıdır .İctimai yayım öz efirini müxtəlif baxışlı siyasilərin gizlətmək istədikləri tərəflərini cəmiyyətə çatdırmaqda ciddi rol almalıdır. Namizəd özünü, düşüncələrini gizlətmək istəsə belə, məhz jurnalistlər bunu açığa çıxarmaqda vasitəçi olurlar. Demokratik dünya təcrübəsini görmək yetərlidir”

Ekspert İctimai yayımın efir qiymətinin necə müəyyən edilməsinə də aydınlıq gətirib. O bildirib ki,
Bunun üçün birinci yol İctimai Yayımın efirinə qoyulan dövlət qiymətidir: “Məhz dövlət illik bir dəyər müəyyən edərək, onun xərclərini əhatə edir. “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.7.2.3. bəndindən görürük ki, 2015-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkətinə verilən mərkəzləşdirilmiş xərclər adı altında maliyyə yardımının miqradı 16 milyon 552 min 800 manat olub. Yəni 24 saat yayımlanan bir televiziya və 24 saat yayımlanan bir radionun bir il ərzində efirdə olduğu saniyələrin miqdarı 63 milyon 115 min 200 saniyədir. Deməli hər saniyəyə dövlət 26,2 qəpik pul ödəyir. Əgər bu meyar əsas götürülsə, ən yüksək qiymət bir dəqiqə üçün 15 manat 74 qəpiyi keçməməlidir. Amma, unutmaq olmaz ki, bu dəqiqələrin dəyərini onsuz da dövlət ödəyir. Deməli, burda televiziyanın məqsədi gəlir qazanmaq yox, xərcləri kompensasiya etmək olmalıdır. Belə olan halda, həmin müddətin maya dəyəri çıxarılaraq, qiymət müəyyən edilməsi də doğru addım olar. Maya dəyəri dövlət tam kompensasiya etdiyindən, teleradio siyasi çıxışlar üçün dəqiqəsi 1 manat müəyyən edilsə belə, bu mənfəətli olacaq.

İkinci yol, illik reklam gəlirlərinin qanunvericiliyə görə reklam vaxtına bölünməsi ilə alınan rəqəm ola bilər. Bir il ərzində televiziya maksimum 104 min 904 dəqiqə reklam üçün vaxt ayıra bilər. Televiziya illik reklam gəlirlərini bu vaxta bölərək, dəqiqənin qiymətini müəyyən edə bilər. Təəssüf ki, İctimai yayımın rəsmi səhifəsində keçən il ərzində teleradionun reklam gəlirlərinə dair heç bir məlumata rast gəlmədim. Odur ki, Teleradioya bir informasiya sorğusu göndərdim. Ümid edirəm ki, 7 iş günü ərzində bu rəqəmi də mənə açıqlamış olacaqlar. Amma bu rəqəm olmasa da, indi açıqlanan qiyməti reklam vaxtına vurmaqla müəyyən ehtimal əldə etmək olar. Əgər İctimai Yayımın rəhbərliyi belə bir qiyməti havadan qoymadıqlarını, hansısa maliyyə əməliyyatlarına görə hesabladıqlarını deyirlərsə, deməli illik 104 min 904 dəqiqəlik reklam vaxtını dəqiqəsi 1416-3540 manatdan satmaqla ildə 148 milyon 544 min 064 mantla - 371 milyon 884 min 680 manat arası reklam gəliri əldə edirlər. Bu gəlirdən imtina etməmək üçün yenə bu qiyməti qoyublar”.
Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər