“Azərbaycan müharibə şəraitində olan bir dövlətdir. Lakin təəssüf ki, bu, cəmiyyətin əhval-ruhiyyəsində özünü əks etdirmir”.
Bunu Moderator.az-a açıqlamasında
Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər bildirib.
Politoloqun sözlərinə görə, cəmiyyətdə bütün parametrlər üzrə çoxşaxəli ədalətsizlik
hökm sürür:
“Hakimiyyət və bütövlükdə
Azərbaycan cəmiyyəti müharibə ab-havasını lazımi kimi hiss etmir. Çünki müharibə
şəraitində olan bir ölkədə bu qədər sosial ədalətsizlik olmamalıdır. Bu qədər
korrupsiya olmamalıdır. Iqtisadiyyatda bu qədər inhisarçılıq olmamalıdır. Əgər
müharibə şəraitində olan bir ölkədə büdcə talanırsa, korrupsiya bu səviyyədədirsə,
təbii ki, digər sahələrdə də xoşagəlməz vəziyyət yaranacaqdır. Bu, ordudan
tutmuş təhsilə, səhiyyəyə qədər bütün sahələri əhatə edəcək”.
Seymur Əliyev