Siyasi məhbusların azadlığı üçün...
Oxunub: 3654
05 Oct 2015 | 23:55
Siyasi məhbusların azadlığı üçün...
Son bir ildə hakimiyyətin vətəndaş cəmiyyəti institutlarına, ictimai- siyasi fəallara qarşı apardığı repressiyalar özünün kulminasiya nöqtəsinə çatıb. Məhz keçən ilin avqust ayından başlanan növbəti həbs dalğası tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunusun, İntiqam Əliyevin, Rəsul Cəfərovun, jurnalist Rauf Mirqədirovun, sonrakı mərhələdə Xədicə İsmayılın, ictimai fəal Elvin Abdullayevin, hüquq müdafiəçisi Taleh Xasməmmədovun və digərlərinin həbsi ilə davam etdi. Azərbaycan hakimiyyəti beynəlxalq təşkilatları, xüsusən donor təşkilatları ölkədən qovduqdan sonra vətəndaş cəmiyyətini tam susdurmaq üçün müstəqil QHT- lərin bank hesablarına həbs qoydu, onları əsassız vergi yoxlamalarına cəlb etdi. Bir sıra QHT rəhbərləri haqqında cinayət işi açdı, onların ölkədən çıxşını yasaqladı, bəzilərini ölkəni tərk etmək məcburiyyəti ilə üz- üzə qoydu. Ölkənin sərvətlərini, milyonlarını talan edib mənimsəyən məmurların talançılığına göz yumduğu halda QHT- lərin qəpik- quruşunu saymağa başladı. Əslində bütün bunlar yuxarıda qeyd olunduğu kimi Azərbaycanda müstəqil vətəndaş cəmiyyətini məhv etmək, hakimiyyətin dili ilə desək “5- ci kolon”-u tam sıradan çıxarmaq üçün atılan silsilə addımlar idi. 

Seçkidən imtina- siyasi məhbuslara dəstək...

Hazırda ölkədə azad mətbuat, müstəqil vətəndaş cəmiyyəti institutları sıradan çıxarılıb. Bir çox ictimai fəallar, hüquq müdafiəçiləri, jurnalistlər qanunsuz həbs həyatı yaşayır. Ölkəmiz dünyanın ən çox siyasi və vicdan məhbusları olan ölkələrindən biridir. Rəsmi məlumatlara görə onların sayı 80 civarında olsa da əslində bu rəqəm daha çoxdur. Hətta Avropanın son avtoritar ölkələrindən hesab olunan Belorusiyada dövlət başçısı Lukoşenko öz sərəncamı ilə axırıncı 6 siyasi məhbusu da azadlığa buraxdı. Amma Azərbaycanda siyasi məhbus problemi nəinki həll olunmur, əksinə onların həbsdən çıxan həmkarlarının yerinə yeniləri şərlənib həbsə atılır. Yeri gəlmişkən qeyd edək ki, ölkədə ifadə azadlığının boğulduğu, anti- demokratik mühitin hökm sürdüyü, vətəndaş cəmiyyətinin qətlinə fərman verildiyi indiki məqamda siyasi məhbusların azadlığa buraxılmadığını əsas gətirən Demokratik Qüvvələrin Milli Şurası qarşıdan gələn 1 noyabr parlament seçkilərində iştirakdan imtina barədə qərar qəbul edib. Bu qərar reallıqdan doğan düzgün qərar olmaqla siyasi baxışlarına görə şərlənərək həbs olunmuş şəxslərin azadlığı ugrunda aparılan mübarizəyə göstərilən ən böyük ehtiram və dəstəkdir. Avropa Parlamentinin 10 sentyabr tarixli məlum qətnaməsi, eləcə də ATƏT- in DTİHB- nun seçkilərin müşahidəçiliyindən imtina qərarı və bu qərarın ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənməsi Milli Şuranın mövqeyinin doğru olduğunu bir daha ortaya qoydu. 
Azərbaycanda insan haqlarına, söz- mətbuat azadlığına, demokratik inkişaf üçün Avropa Parlamentinin timsalında beynəlxalq dəstəyin ifadə olunduğu hazırki dövrdə demokratik qüvvələrin üzərinə düşən əsas vəzifə avtoritarizmə qarşı xalqın milli müqavimət gücünü artıraraq onu mübarizəyə ruhlandırmaq və öz ardınca aparmaqdır. 
Görüləcək əsas işlərdən biri yerli və beynəlxalq ictimaiyyətin diqqətini vətəndaş cəmiyyətinə qarşı olan respressiyalara, siyasi məhbuslara və onların azad olunmasına yönəltməkdir. Etiraf etmək lazımdır ki, bu gün cəmiyyətdə bir çox problemlərə, o cümlədən siyasi məhbus probleminə qarşı ümumi bir süstlük, laqeydlik var. Təkcə bir fakt deyək; 01 noyabrda Milli Məclisə keçiriləcək seçkilərlə bağlı hazırda seçki kampaniyasının nəzəri baxımdan qızğın vaxtıdır. Amma ölkədə hər hansı ciddi seçki abı- havası hiss olunmur. Təbii ki, bu vəziyyəti, hər bir xalqın taleyində mühüm rol oynayan seçkilərə laqeyd münasibəti iqtidar yaradıb. Antı- demokratik seçki mühitinin mövcud olduğu  indiki məqamda bundan artıq seçki abı- havası da gözləmək mümkün deyil. Vəziyyəti dəyişdirmək, xalqı öz haqqı ugrunda mübarizəyə qaldırmağın ən önəmli üsüllarından biri toplumun arasında  siyasi maarifçilik işi aparmaq, xalqı bu mübarizəyə inandırmaqdır. Məhz hakimiyyət bu işin aparılmasından qorxduğu üçün narazı xalq kütlələrinin arasına ictimai fəalların çıxmasını istəmir və həmişə bunu müxtəlif yollarla əngəlləməyə çalışır. Biz bu halı 2013- cü ildə İsmayıllı hadisələri zamanı İlqar Məmmədov və Tofiq Yaqublunun hətta məlum hadisədən sonra adı çəkilən rayona səfər etmələri, eləcə də bir neçə ay öncə Mingəçevirdə polis şöbəsində qətlə yetirilən gəncin ölümünə etiraz əlaməti olaraq insanların küçələrə çıxması və bu hadisələr zamanı hakimiyyətin təlaş və qorxu içində göstərdiyi zorakı adekvat reaksiyada gördük. 

Birgə İşçi Qrupun bir ili...

Siyasi məhbusların azadlığa buraxılması üçün artan beynəlxalq təpkiləri səngitmək məqsədi ilə hakimiyyət bir il bundan öncə İnsan haqları ilə bağlı Birgə İşçi Qrup yaratdı. Qrupa Prezident Adiminstrasiyasının, bəzi nazirlik və komitələrin nümayəndələri ilə yanaşı, Milli Məclis üzvləri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri də təyin olundu. Hələ o zaman bildirdik ki, siyasi məhbusların azad olunması üçün bu kimi qrupların yaradılmasına ehtiyac yoxdur. Belə qurumların yaradılması hakimiyyətin manevr və imitasiya imkanlarını genişləndirməyə xidmət edir. Çağırış etdik ki, heç olmasa vətəndaş cəmiyyəti təmsilçiləri adı altında bəzi hüquq müdafiəçiləri hökümətin bu imitasiya oyununda iştirak etməsinlər. Əksinə həmin insanlar bildirdilər ki, imkan və vaxt verin biz bu problemləri həll edəcəyik. Ötən bir il göstərdi ki, həqiqətən İnsan haqları ilə bağlı yaradılan Birgə İşçi Qrup geniş səlahiyyətli kontigentə malik olmasına baxmayaraq ölkədə siyasi məhbus probleminin həll edilməsi, eləcə də insan haqlarının müdafiəsi ilə bağlı hər hansı ciddi iş görə bilmədi. Düzdür quruma daxil olan bəzi ayrı- ayrı şəxslər problemin çözülməsi istiqamətində müəyyən təşəbbüslər göstərdilər. Lakin bu təşəbbüslər qarşıya qoyulan missiyanın yerinə yetirilməsi üçün yetərli olmadı. Çünki həmişə dediyimiz bu fikri yenə təkrarlayaraq bildirək ki, Azərbaycanda siyasi məhbus probleminin mövcudluğu bu hakimiyyətin mahiyyəti, varlığı ilə sıx bağlıdır. Güclü təsirlərin fonunda siyasi iradə nümayiş olunmasa ən yüksək səviyyələrdə belə yaradılmış qurumlar ölkədə insan haqları, siyasi məhbuslarla bağlı problemi həll edə bilməz.

Siyasi məhbuslara qarşı qisasçı və amansız münasibət...

Hakimiyyətin siyasi məhbuslara göstərdiyi münasibət ortadadır. Hakimiyyət etmədiyi cinayətə görə ictimai fəalları şərləyərək həbs edir, onlara qarşı cinayət məcəlləsinin ağırlaşdırıcı maddələri ilə cinayət işi açır. Ədalətsiz məhkəmə hökmü ilə fantastik və ağır cəza təyin edir. Amma anoloji cinayəti törədən digər insanlara, xüsusən dövlət əmlakını və büdcəsini mənimsəyən vəzifəli korrupsioner şəxslərə, hətta adam ölümü ilə nəticələnən məmur övladlarının məsuliyyətsiz hərəkətlərinə görə ya yüngül, ya da şərti cəza təyin olunur. Dövlət başçısı tərəfindən imzalanan əfv sərəncamlarında isə daha çox bu katqoriyadan olan məhkumlar azadlığa buraxılır. Yeri gəlmişkən sonuncu dəfə imzalanan əfv sərəncamı 7 ay bundan öncə olub. Cəmi bir neçə siyasi məhbusun adının yer aldığı həmin əfv siyahısında 101 məhkumun yarıdan çoxu (59 nəfər) ağır cinayət törətməkdə ittiham olunaraq Bakı və regionlarda yerləşən Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunublar (bax; //www.president.az/articles/14580). Onların bir çoxları haqqında məhkəmə hökmü yeni idi- 2013 və 2014- cü il... Yəni o şəxslər heç cəzalarının 1/3- ni, 1/4- ni belə çəkməyiblər. Hakimiyyət siyasi məhbuslara qarşı açıqca ayrı- seçkilik, kəskin qisasçı və amansız rəftar nümayiş etdirir. Təkcə 60 yaşlı ahıl qadın, tanınmış hüquq müdafiəçisi Leyla Yunusa verilən işgəncələr, onun səhhətinə olan laqeyd münasibət bu rəftarın səviyyəsini və dərəcəsini göstərə bilər. Və yaxud Ermənistan müxalifətinin Qriqoriyan adlı geydirmə liderini, hansısa erməni dığasını təm- taraqla Bakıya gətirib, sığınacaq verən, onu evlə, yeməklə təmin edib təhlükəsizliyini qoruyan Azərbaycan hakimiyyəti Tofiq Yaqublunun, Asif Yusiflinin timsalında ermənilərə güllə atan Qarabağ qazilərini- öz vətəndaşlarını həbsxanada çürüdür. Onlara gen dünyanı dar edir, ugrunda canını qoyduğu ölkədə ailəsi ilə birgə adam kimi yaşamağa imkan vermir.

Siyasi məhbusların azadlığı üçün...

Siyasi məhbuslar toplumun bir hissəsidir. Onları xalqdan ayrı təsəvvür etmək qeyri- mümkündür. əksinə onların böyük əksəriyyəti ictimai dəyərlər ugrunda apardıqları mübarizəyə görə şərlənərək həbs olunublar. Onların azadlığa çıxması həm də toplumun ümumi maraqlarına uyğundur. Yəni onların azadlığı məsələsi toplumun marağında olmalıdır. Amma gəlin kiçik bir rəy sorğusu keçirək, görək ölkə əhalisinin neçə faizi hazırda həbsdə olan siyasi məhbusları tanıyır. Kimsə iddia edə bilər ki, siyasi məhbuslar cəmiyyətə kifayət qədər tanıdılmır. Amma etiraf etmək lazımdır ki, cəmiyyət də onları tanımağa kifayət qədər maraq göstərmir. Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, toplum hələ onun maraqlarına uyğun məsələlərə və şəxslərə kifayət qədər adekvat deyil. Toplumun siyasi cəhətdən maariflənməsinə ehtiyac var. Azad olmayan və özünü azad edə bilməyən cəmiyyətin onun maraqlarını müdafiə edən hansısa təbəqəni və ya şəxsləri azad etməsi çox çətindir. Ona görə də toplumun azad olunması ön plana çıxır. Toplumun azad olunması həm də siyasi məhbusların azad olunmasıdır. Toplum özü qorxu və əsarət yükündən azad olunanda dərk edə bilər ki, Azadlıq böyük nemətdir. Onu da dərk edəcək ki, onun azadlığa uğrunda indiyə qədər mübarizə aparanların önəmli və əhəmiyyətli bir hissəsi də bu gün həbsdə olan siyasi məhbuslardır. Toplum azadlığın nə olduğunu dərk edəndə onun mövcudluğu və qorunması ugrunda daha qətiyyətli mübarizə aparacaq. İndiki halda bizim əsas vəzifələrimizdən biri toplumu həqiqi azadlığa çatdırmaq, onun nə qədər vacib və əhəmiyyətli bir nemət olduğunu ona dərk etdirməkdir. Toplum azad olanda ölkədə siyasi məhbus problemi də olmayacaq. Çünki azadlıq əldə edən toplumda, cəmiyyətdə süni şəkildə insan azadlığının məhdudlaşdırılması kimi problemlərin mövcudluğu çətin olacaq. Ona görə də siyasi məhbusların azadlığına gedən yol həm də toplumun azadlığından keçir. Toplumun azadlığına gedən yol isə siyasi maarifçilikdən və təşkilatçılıqdan keçir. 
...Siyasi məhbusların azadlığı ugrunda mübarizə aparmaq hər bir insanın həm də vicdan borcudur. Çünki onlar başqalarının haqqı və azadlığı ugrunda mübarizə apararkən öz azadlıqlarını qurban veriblər. Onların azadlığa çıxmağı həm də bizlərin apardığı mübarizənin effektindən və gücündən, toplumun maariflənməsindən və təşkilatlanmasından asılıdır. Gəlin siyasi məhbusların azadlığı ugrunda mübarizəmizi birləşdirək və gücləndirək! Bu problem bizdən sonrakı nəsilə buraxmayaraq. Unutmayaq ki, “siyasi məhbuslarsız Azərbaycan”- da yaşamaq həm də normal, demokratik, sivil cəmiyyətdə, ölkədə yaşamağın əsas şərtlərindən biridir.

Oqtay Gülalıyev, hüquq müdafiəçisi

Oxşar xəbərlər
13:21, Bu gün
Külək əsəcək, yağış yağacaq - Sabahın HAVA PROQNOZU
13:18, Bu gün
Gürcüstan yenə çalxalanır - Qərb növbəti “rəngli inqilab”a nail olacaqmı?
13:15, Bu gün
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
13:13, Bu gün
ADNSU-da Aşqarlar Kimyası İnstitutunun nümayəndələri ilə görüş keçirilib - FOTO
13:07, Bu gün
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
13:03, Bu gün
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
12:58, Bu gün
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
12:54, Bu gün
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
12:51, Bu gün
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
12:47, Bu gün
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
12:41, Bu gün
Mənfur üçlük Paşinyana qarşı: ermənilər səhv edərsə...
12:39, Bu gün
Tramp Ukraynada sülh yolu ilə həll planı hazırlayır
12:32, Bu gün
Tanınmış müəllim vəfat etdi - FOTO
12:27, Bu gün
Sumqayıtda ana övladları ilə birlikdə itkin düşüb
12:22, Bu gün
Gənc bioloqlar "Biz irəlidəyik" adlı ekoloji aksiya keçirdi - FOTO
12:14, Bu gün
Qaxdan Sumqayıta gətirilən qadın xəstəxanada öldü
12:08, Bu gün
Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir - FOTO
11:59, Bu gün
ABŞ-dəki səfirliyimiz Hyustonda yaşayan vətəndaşlarımıza müraciət ünvanladı - FOTO
11:55, Bu gün
Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanıldı - FOTO
11:50, Bu gün
Nazirlikdən gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT
11:47, Bu gün
UEFA-dan AVRO-2024 ilə bağlı mühüm dəyişiklik
11:42, Bu gün
“Aygün Kazımovanın yerini heç kim tuta bilməz” - Xatun Əliyeva
11:39, Bu gün
ADB-nin icraçı direktoru: “COP29 Azərbaycanla səmərəli əməkdaşlıq üçün bir fürsətdir”
11:38, Bu gün
Xankəndidə son bir həftədə 33 avtomat tapılıb
11:36, Bu gün
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - “Kaspi”nin ARAŞDIRMASI + FOTO
11:35, Bu gün
Yeni təhsil proqramlarının açılması Qaydaları təsdiq edildi
11:31, Bu gün
Aybəniz Haşımova: “Bir də Maldivə getmərəm, kərtənkələlər məni dəli etmişdi” (VİDEO)
11:25, Bu gün
Azərbaycan - sülh, mədəniyyət, tolerantlıq körpülərinin memarı...
11:14, Bu gün
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
10:55, Bu gün
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? (VİDEO)
10:53, Bu gün
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
10:51, Bu gün
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
10:50, Bu gün
İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ
10:47, Bu gün
Böyük Qayıdışın son tarixi - axırıncı köçkünün geri dönəcəyi gün
10:45, Bu gün
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
10:38, Bu gün
Bakıda təhlükəli manevrlər edən sürücü qəza törətdi - ANBAAN VİDEO 
10:34, Bu gün
Bu gün Müsavat Partiyası özünə yeni başqan seçir - FOTOLAR, VİDEO
10:32, Bu gün
Türkiyə şəhid verdi
10:30, Bu gün
Astarada bələdiyyə sədrinin MACƏRASI: Çobanın arvadına tamah saldı / VİDEO
10:24, Bu gün
“Əks halda dollar dəyərini tamamilə itirəcək” - Xəbərdarlıq etdi
10:23, Bu gün
Adil Əliyevin ailəsinə ağır itki...
10:21, Bu gün
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
10:18, Bu gün
BDYPİ sürücülərə çağırış etdi - VİDEO
10:11, Bu gün
Deputat cinsi təcavüzdə ittiham olunur
10:10, Bu gün
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
10:08, Bu gün
Bu gün “Green card” müraciətlərin nəticələri açıqlanacaq
10:06, Bu gün
NATO-dan Rusiyaya daha bir xəbərdarlıq
10:03, Bu gün
“Google”dan YENİLİK
09:58, Bu gün
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
09:49, Bu gün
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi
09:48, Bu gün
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
09:41, Bu gün
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
09:31, Bu gün
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
09:22, Bu gün
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
09:19, Bu gün
Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - VİDEO
09:12, Bu gün
“Yalı çapkını“na vida etdi - FOTO
09:01, Bu gün
“Məktəblilər arasında hərbi bilik yarışının keçirilməsi ona görə vacibdir ki...”
09:00, Bu gün
Ölkədə bu xəstəlikdən əziyyət çəkən 100 nəfər var -  Gün işığına çıxa bilməyən bacı-qardaşın hekayəsi
08:50, Bu gün
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
08:30, Bu gün
Həkim qəbulunda etdiyimiz  SƏHVLƏR
08:12, Bu gün
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
07:45, Bu gün
TBMM sədrindən Fransa Parlamentinə CAVAB
07:30, Bu gün
Son illər dünyada təbii fəlakətlər niyə  ARTIB?
07:11, Bu gün
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
06:59, Bu gün
Şri-Lankada avtobus qəzasında 33 nəfər xəsarət alıb
06:42, Bu gün
Qızılcadan ölənlərin sayı 40-a çatdı
06:09, Bu gün
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
00:41, Bu gün
Belçikada 10-dan çox adamı qətlə yetirmiş keşiş vaxtından əvvəl azadlığa buraxılıb
00:41, Bu gün
"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."
03 May 2024 | 23:38
"Jurnalistika Yer kürəsinin heç bir yerində cinayət olmamalıdır"
03 May 2024 | 23:23
Zığ dairəsi – Hava Limanı yolunda sürət həddi endirilib
03 May 2024 | 23:03
Britaniya XİN rəhbəri Kreml üçün qorxunc bəyanat verib, Zaxarovanın "gözləri kəlləsinə çıxıb"...
03 May 2024 | 22:23
“Onlar insanla cansız əşyaya fərq qoymayıb” – "İnsanlıq belə vəhşilik görməyib!”
03 May 2024 | 22:22
Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”
03 May 2024 | 22:04
AK rəsmisi ekologiya və nəqliyyat nazirləri ilə COP29 və minatəmizləməni müzakirə edib
03 May 2024 | 21:38
İsrail HƏMAS-a bir həftə vaxt verdi
03 May 2024 | 21:18
"Prezident Kuboku 2024"ün bağlanış mərasimi keçirilib
03 May 2024 | 21:16
Ermənistanda Azərbaycan Silahlı Qüvvələri ilə bağlı cinayət işinə xitam verildi
03 May 2024 | 21:13
Məktəb direktoruna yüksək vəzifə verildi
03 May 2024 | 21:00
29 yaşlı aktyor evində ölü tapıldı
03 May 2024 | 20:59
İstanbulda məktəbin ərazisində 30 mərmi tapıldı - VİDEO
03 May 2024 | 20:57
Sudan prezidentinin oğlu Türkiyədə öldü
03 May 2024 | 20:16
Keniyada yağış qurbanlarının sayı 200 nəfəri keçib
03 May 2024 | 20:15
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 20:06
Azərbaycanda sabiq rəisin bəraəti ləğv edildi
03 May 2024 | 20:01
Həbsdə olan MTN generalının müraciəti geri qaytarıldı
03 May 2024 | 19:59
Klopp Salahın “Liverpul”da qalıb-qalmayacağı sualına cavab verib
03 May 2024 | 19:56
"Bəzi güc mərkəzləri keçmiş münaqişəni yenidən alovlandırmağa çalışırlar, lakin..."
03 May 2024 | 19:52
11-ci sinif şagirdi vəfat etdi
03 May 2024 | 19:45
“Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq
03 May 2024 | 19:44
Nigerdə ABŞ və Rusiya hərbçiləri eyni aviabazanı bölüşməyə məcbur qalıblar
03 May 2024 | 19:43
MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə: Aldığımız pulun 8-10 faizini “otkat” kimi qaytarırdıq
03 May 2024 | 19:37
Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi
03 May 2024 | 19:34
Uşaq Birliyinin rəhbərinin intihar iddialarına RƏSMİ CAVAB - FOTO
03 May 2024 | 19:18
Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib
03 May 2024 | 19:17
SOCAR metan emissiyalarının azaldılması öhdəliyi üzrə OGMP 2.0 proqramına qoşulacaq
03 May 2024 | 19:16
Azərbaycan Premyer Liqası: “Qarabağ” - “Neftçi” görüşünün hakimi bəlli oldu
03 May 2024 | 18:40
Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar
03 May 2024 | 18:29
“Azərbaycanın bu qədim unuversitetində 500 müəllim 7000 tələbəyə dərs deyirdi...”-Tariximizə fərqli baxış
03 May 2024 | 18:25
Şəhid anası ilə kobud rəftar edən həkim üzr istədi - VİDEO
GÜNLÜK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO
HƏFTƏLİK
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 09:58
Ürəyi 20 il cavanlaşdıran qidaların  SİYAHISI AÇIQLANDI
AYLIQ
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 13:49
Dilan Polat həbsxanada intihara cəhd edib
03 May 2024 | 13:40
DGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirdi
03 May 2024 | 13:45
"Bunu medianın üstünə atmayaq, günahkar aşıqlardır" - VİDEO
03 May 2024 | 13:35
“Azərbaycan neokolonializmə qarşı mövqeyini bir daha nümayiş etdirdi” - Kamaləddin Qafarov
03 May 2024 | 13:30
Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı
03 May 2024 | 13:54
Xırdalanda bağça müdirinin “fond pulu” tələb etdiyi iddia olunur - VİDEO