“Bəzi ziyalılar bir tumara görə xalqın durumunu gorməzliyə vururlar”
Oxunub: 4632
04 Oct 2015 | 22:37
“Bəzi ziyalılar bir tumara görə xalqın durumunu gorməzliyə vururlar”

Jurnalist Sərdar Əlibəyli Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevdən müsahibə alıb. Azadlıq” qəzetinə göndərilən müsahibəni təqdim edirik.

 

”“ Eldəniz müəllim, ildən-ilə ölkə əhalisinin həyat şəraiti, sosial durumu ağırlaşmaqdadı və vəziyyət cəmiyyətin aparıcı qüvəsi olan ziyalıların susqunluğu ilə müşayiət olunur. Sanki ziyalılar ölkədə gedən bütün proseslərdən təcrid olunublar.

 

”“ Düzgün qeyd elədiniz ki, müstəqil ziyalılar ölkədə baş verən iqtisadi-siyasi, psixoloji hadisələrin əksəriyyətindən təcrid olunublar və məncə, bu, düşünülmüş şəkildə edilir. Əgər, sözün əsl mənasında, ziyalı ləyaqətli, nəcib bir insandirsa, o,təbii ki, öz olkəsinin gələcəyi haqqında, onun,inkişafı, çiçəklənməsi yönündə daha düzgün, daha vicdanlı yollar göstərməyə borcludur. Təəssüf ki,hazırki diktaturuya meyilli,avtoritar üsul-idarə sahibləri belə mütərəqqi fikirli insanlarin ölkənin qlobal məsələlərində iştirakini arzu etmir vəhətda bundan aşkarcasına cəkinir. O ki qaldi ziyalıların susmağına”¦bu fikirdə bir həqiqət var və belə suallar tez-tez səslənir. Ziyalı sözü, ağsaqqal məsləhəti bizim cəmiyyətimizdə hər zaman hava-su qədər vacib olub. Bizim mental şüurumuz da, tariximiz, adət-ənənələrimiz də göstərir ki, biz öz yaşam tərzimizi patriarxal qadağalar üzərində, islami-əxlaqi dəyərlər üzərində isə ”“ öz taleyimizi qurmağa üstünlük vermişik.Və həmişə də ağsaqqal məsləhəti, ziyalə sözü əsas tutulub. Bu gün mənim özüm üçün də təəccüblüdür ki, ölkə bu qədər problem icində ola-ola, ziyalılar niyə susurlar? Əslində bu bir nonsensdir. Dünya tarixində, elə uzağa getməyək, Rusiya tarixində də bütün imtiyazlardan imtina edərək haqsızlığa qarşı çıxan, sürgunlər görən, min bir əziyyətə qatlaşan ziyalılar olub. İndinin özündə də var. Amma bizimkilər ancaq bir tumara, bir fəxri ada, mənzilə, yüksək maaşa görə xalqın durumunu gorməzliyə vururlar. Onlar real vəziyyət haqqında danışmamaqla, lallığa, real vəziyyəti eşitməməklə- karlıga üstünlük verirlər. Bu, özlüyündə, boyük təəsüf hissi doğuran eksentrik situasiyadır.

 

”“ Bununla belə əsil ziyalılar hər zaman müxtəlif ictimai siyasi xarakterli çabalar göstərirlər. Bu çabaların ictimailəşməsi məsələsini necə həll etmək olar?

 

”“ Bilirsiniz, ən sivil, böyük hərbi arsenala malik olan super-dövlətlərdə də topdan, tüfəngdən, hətta atom bombasından daha artıq, siyasi elitanin çəkindiyi ictimai rəy, fikir olub. Lakin bu gün biz yalniz ictimai rəyə işləyirik. Bu halda da, nə muxalifət, nə iqtidar olmayan, ancaq xalqın mənafeyini güdən insanlar, hər iki tərəfin təziq və təsirlərinə məruz qalırlar. Ancaq hər iki tərəf unudur ki, əli hər şeydən üzülmüş, inamı sarsılmış insanlar Azərbaycanən azı doxsan faizini təşkil edir.Hesab edirəm ki, bu insanlarin ictimai rəyə hesablanmış işləri təqdir olunmalıdır.

 

”“ Bu gün işğal olunmuş ərazilərimiz, milyondan artıq qacqınlarımız var. Böhran da iqtisadi səfalətlə həyat normasına çevrilib. Bütün bunlar azmış kimi mənəviyyat sahəsində ciddi aşınmalar müşahidə olunur. Ancaq itirilmiş mənəviyyatın geri qaytarılmasi çox müşkül məsələdi. Sizcə, bu məsələdə axırımız necə olacaq? Və aşınan mənəviyyatımızın, hec olmasa bundan sonra, qalan hissəsini qorumaq ücün nə etmək lazımdır?

 

”“ Həqiqətən də mənəvi aşınmaların olduğu və hər gün bir az da çoxaldığı aydın şəkildə hiss olunur. Bu isə o deməkdir ki, azərbaycanlı toplum bir etnos, bir millət kimi faciəyə doğru gedir. Əslində, qeyri-mümkün hec nə yoxdur. Siz düz buyurdunuz. İqtisadiyyatı dağılıb çökmüş bir məmləkət nə vaxtsa öz iqtisadiyyatını dirçəldə bilər. Amma mənaviyyatı aşınmaya məruz qalmış bir xalq onu çətinliklə bərpa edə bilər.Və bu gün həmin aşınmaya məruz qalmış mənəviyyatımızın, pozulan əxlaqımızın, milli- mənəvi dəyərlər sistemimizə qarşi təhdidlərin səbəblərinə sinə gərməsək, qorunmasaq”¦ acı, çox acı nəticələrlə üzləşəsiyik. Bir də, bu yöndə mühüm məsələ kimi deməliyik ki, başımıza gələn bir çox bəlaların əsas səbəbi elə mənəviyyatsızlıqdır. Biz deyirik ki, Qarabağ faciəsi, Qarabağ acısı, itirilmiş torpaqlar, erməni separatçılığı, nə bilim, rusların köməyi ilə torpaqlarımızın işğalı və sair, amma yaddan çıxarırıq ki, bunun səbəblərindən, özü də əsas səbəblərindən, biri də içimizdə olan mənəviyyatsızlıqdı.

 

”“ Satqınlıq, dönüklük”¦

 

”“ Düzü mənim bu sözlərdən xoşum gəlmir, amma satqınlıq, əqidə dönüklüyü də elə mənəviyyatsızlığın tərkib hissəsidir; milli şüur, mental və mənəvi dəyərlərin mifologenləri qorunmasa, vətənsevərlik duyğuları aşılanmasa,- “qızıl teşt” fenomeni üzə çıxır. Tutaq ki, hər şey gözəldi, yaxşıdı, pozitivdi, amma mənəviyyatı olmayan bir toplumun varlığı “neynirəm o qızıl teşti ki, içinə qan qusacağam” misalına bənzəməyəcəkmi? Yəni bu gün hər bina öz özülü üzərində duruş gətirdiyi kimi, istənilən dövlət də, dövlətçilik də, ilk növbədə onu yaradan xalqın mənəviyyatı üzərində qurulmalıdır. Səmimi sözümdü, mənəviyyat üzərində qurulmayan hər hansı ailə və dövlət, geci-tezi məhvə məhkumdur.

 

”“ Siz özünüz də yazıçı və cəmiyyətimizdə sayılıb-seçilən ziyalılardan təmsil olunan bir təşkilatın rəhbərisiniz. Bəziləri deyirlər ki, ədəbi mühitimizdə bir boşluq var. Bu boşluğu müxtəlif aspektlərdən izah edirlər, yəni keçici, ötəri bir proses kimi. Bir sıra yazarlar da peyda olublar ki, özlərini bəzən modernist, bəzən də postmodernist adlandırırlar. Onlar iddia edirlər ki, indiyədək Azərbaycan ədəbiyyatı olmayıb, əsl ədəbiyyatı biz yazmağa başlayırıq. Bütün bunlara münasibətiniz necədir?

 

”“ Mən sizin bu sualınıza bir neçə kəlməylə cavab verə bilərdim ki, böyük səhv eləyirlər”¦ Ancaq dərindən düşünsək, daha düzgünü bu olardı ki, o cavanların içində, əlbəttə ki, istedaddan məhrum olmayan yazarlar, şairlər də var. Hərçənd çox vaxt onlar adicə bir həqiqəti unudurlar: sabahı dünənsiz yaratmaq mümkün deyil. Bu gün sən sabahı qurmaq istəyirsənsə, dünən mütləq şərt kimi ortada olmalıdır. Çünki tarixdə bir həqiqət var: Real olan dünəndir ”“ nə sabah, nə də bu gün real deyil. Bu günün nəyinisə analiz və dərk eləyə bilmək üçün, əsas istinad nöqtəsi dünəndir. Düzdür, mən bir az obrazlı şəkildə deməyə çalışdım, amma indi həmin o yeni yazarlar ”“ əlbəttə, hamısını nəzərdə tutmuram, ”“ dəvəquşu kimidilər, başlarını soxublar quma, quyruqları bayırda”¦ İnanın ki, onların çoxu ədəbiyyatdan, bədii həqiqətdən, ruhdan, Allahın pıçıldadığı Səsdən, Sözün müqəddəsliyindən xəbərsizdilər. Əgər anlasaydılar ki, ilk əvvəl Söz yaranıb, onda onların bunca məsuliyyətsizlikləri də olmazdı. Onlıarın istedadlı yazıçılara, şairlərə, hücumlarını da oxumuşam və çox vədə təəssüf hissi keçirmişəm. Mənim üçün bir fakt var: ortaya bir əsər qoymamış, tarixə çevrilmiş insanlar haqqında nifrin dolu, kin-küdurət dolu monoloqlar tirajlamaq heç kimə baş ucalığı gətirmir, ələlxüsus cavanlara.

 

”“ Bundan sonra ədəbiyyata gələnlərin ədəbiyyatımıza bu cür yanaşmasına necə baxırsınız?

 

”“ Mən ümumiyyətlə ehkamların əleyhinəyəm. Tutaq ki, “Fizuli, Nəsimi, Nizami, Xətai və sair mutəfəkkirlərə mütləq şəkildə səcdə eləməliyik” fikrinin mən də əlehinəyəm. Amma bu da faktdır ki, onlar əbədi ədəbiyyat yaradıblar, bir xalqın ruhunu təmsil eliyiblər. Onlar olmasaydı da, bəlkə Azərbaycan olardı, amma tamam başqa cür: sifətlərdəki gülüş azalardı, xeyrxahlığımız, insaniyyətliyimiz azalardı.Sevgilərin,istəklərin rəngi-ruhu bozarardı.Onda bizim, dediyiniz sinəsinə döyən gəng yazarlar da olmazdı heç. Yəni bu, inkar olunmaz bir həqiqətdir. Bu, toplu halında milli Azərbaycan ədəbiyyatıdır və sən ədəbiyyatda nə isə eləmək istəyirsənsə, kosmosdakı kimi, çəkisizlik şəraitində heç nə yarada bilməzsən. Əgər sənin əlini tutmağa, istinad etməyə, ayağını qoymağa bir yer,dayaq yoxdursa, heç nə eləyə bilməyəcəksən. Və o cavan yazarların tam əksəriyyətinin iddiaları heç yerdən yapışa bilməmləridir. Onlar nə əllərini, nə ayaqlarını qoya bilmədikləri, qoymaq isətəmədikləri üçün, nəticədə, başlarıyla da heç nə eləyə bilmirlər. Əlqərəz, Azərbaycan ədəbiyyatı olub, var və heç şübhəsiz ki, bundan sonra da olacaq. Amma eyni zamanda, psevdo ədəbiyyat da olub, var və bütün bunlar, hətta haqqında danışdığımız o cavanların öz qəzetləri, məqalələri və cəfəng köşə yazıları ilə bir yerdə, nəhayyətdə, ciddi sənət üçün bir stimuldur. Biz həmişə nümunə göstərə bilmərik ki, sən belə olmalısan. Bir çox hallarda nümunə ”belə olmaq düzgün deyil” formasında da təzahür eləməlidir.

 

”“ Ziyalı fikrinin yenidən ictimai fikrin ancaq inkişafı üçün təkanverici qüvvəyə çevrilməsində telekanalların mətbuatın istəyi olsa, təşkilatınız və şəxsən özünüz də əməkdaşlığa gedərsinizmi?

 

”“ Çox qəribədir, təbii ki, ziyalı işıqdır və qaranlığın bitdiyi tükəndiyi bir anlamdır. Amma eyni zamanda, ziyalı təkcə işıq da deyil. O, daha çox işığın fəaliyyətidir. Bu mənada, ziyalı həmişə öz ləyaqəti,nüfuzu və bütün varlığı ilə milli mənafedən çıxış edən, xalqın ağrı-acısını özünə hopduran alicənab bir insandır. Belə bir deyim də var: “Allah-Təala hər bir ziyalı insanı mələk yaradıb, sadəcə,- insan formasında.” Bu haqda düşünmək lazımdı. O ki qaldı sizin sualınıza, KİV-lər, ələlxüsus televiziyalar, çox böyük təsir dairəsinə malikdir, amma heyif ki, baxmayaraq ekrandan, yəni hamının evində,işində olan o qutudan işıq gəlir, ancaq o özü parlaq bir işığa möhtac qalan sahədir. Televiziyaların bu gün mənəviyyatımıza, milli dəyərlərimizə, əxlaqımıza(qəsdən və ya bilmədən) vurduğu zərəri, yüz adam yığışıb yüz ilə vura bilməz.Bu arada sizə çox vacib bir məqamı açıqlayım.Heç bir televiziya yiyəsinə, hətta yiyəsinin yiyəsinə belə, ixtiyyar verilmiyib ki, hər bir evə icazəli-icazəsiz “təşrif buyuran” bu “qonağa” o imkanları yaratsın ki, əxlaqımıza, yaşam tərzimizə, mənəviyyatımıza xələl gətirsin. Bunları nəyə görə deyirəm? Çünki çox vacib bir nüans: torpaq, hava, göy üzü,arzu,istək və sair ”“ hamıya mənsub olan anlayışlar var. Onlar təkcə bir nəfərə ya bir millətə yox, hamıya məxsusdur,eyni zamanda, hər millətin də bütün fərdlərinə mənsub olan xüsusi dəyərləri var, ”“ məsələn, dövlətçilik, azadlıq, bərabərlik”¦ Bunlardan biri də ”“ televiza efiridir. Və heç bir televiziya yiyəsinə icazə verilmir ki, hamımızın olan efir məkanından öz kefi istədiyi kimi istifadə eləsin. Bu,mənim sənin bizim hüquqlarımıza təcavüz, bəlkə də cinayətdir. Əgər bunlar, bir çox hallarda düşünülmüş şəkildə əxlaqa zidd siyasət yürüdürsə, bunun başqa adı yoxdur. Bir çox TV kanalları elə bil ki, qəsdən, bilərəkdən milləti toplum olaraq manqurtlaşdırmaqla, onun genetik kodlarını korlamaqla, zehinlərə yalan virusu yeritməklə məşğuldur. Və bu, çox böyük bəladır. Sizə bir misal deyim. Bir dəfə “Mənəviyyatımızı qoruyaq” adlı tədbir keçirirdik və bütün televiziya kanallarını dəvət etmişik. Bizdən əvvəl həmin Beynəlxalq Mətbuat Mərkəzində başqa bir tədbir keçirilirdi. Biz gözlədik və onlar çıxdılar. Hamısı yarımçılqap qızlar, qadınlar idi. Bunların dalınca ATV, ANS, İctimai, AzTV, bir sözlə, bütün kanallar əllərində kameralar, mikrafonlar çıxdılar. Öyrəndik ki, şou-biznes nümayəndələri və “populyar” müğənnilərin prodüserləri mətbuat konfransı keçirirmişlər. Sonra həmin zala biz girdik. Ağsaqqallar, ziyalılar, təmiz əqidəli müstəqil ictimai xadimlər,xalq üçün nə isə xeyirli bir iş görmək istəyən insanlar idi. Amma bizim tədbirə bircə dənə də olsun televiziya kanalı qatılmadı”¦ Bu nədən xəbər verir? Millətin mənəviyyatını, etikasını, tarixini ədəbiyyatını əlindən al-vəssalam,-həmin millət yox olacaq. Cəmiyyətin milli dəyərlər və əxlaq sistemi çürüyəndə, dövlət və dövlətçilik sistemi də dağılır. Bu gün ağızdolusu deyirik ki, ölkədə çoxlu körpü inşa edilir! Amma di gəl ki, addım başı insanlar arasında ünsiyyət körpüsü dağılır. Bəla bundadır. Məni ağrıdan budur ki, mədəni irsimizə, mənəviyyatımıza olan bu sayqısızlıq elə-belə baş vermir. Belə çıxır ki, bu vəziyyət ya ölkədə mövcud olan ideoloji boşluqdan, ya da hansısa qüvvələrin məkirli niyyətlərindən qaynaqlanır. San ki kimlərsə bu millətdən plastilin xalq düzəltmək istəyir. Niyə bu qənaətdəyəm? Çünki mədəni dayaqları və mənəviyyatı çiliklənmiş bir millətin milli sərvətini talamaq və o milləti istədiyin kimi idarə eləmək asan olur. Yəni sən onun tarixi yaddaşını oğurla, onu ancaq bir qarın çörəyə möhtac qoy, qorxaq, gözüqıpıq elə, təbii instinklər səviyyəsinə çatdır”¦ bundan sonra onu sürü kimi otarmağa nə var ki? Biz qətiyyətlə belə hallara qarşı dirəniş göstərməliyik. Və ölkənin müstəqil adlandırılan televiziya kanalları, sədd heyf ki, bu təhlükələrə qarşı çıxmaq əvəzinə, bəzən əksinə, ”“ köməkçi rolunu oynayırlar. Yavaş-yavaş, addım-adım faciəyə çevrilən problemin buynuzu olmur ki!..Mən özüm də televiziya işçisi olmuşam, 25 ildən artıq kino sahəsində işləmişəm. ABA televiziyasının qurucularından biri olmuşam və vaxtında da oradan uzaqlaşmışam. Bir də, mən demirəm ki, biz senzura qoyaq, amma məhdudiyyət mütləq olmalıdır. Gəlin, məhdudiyyətlə senzuranı qarışdırmayaq. Əgər bir insanın taleyinə neqativ təsirlər olacaqsa, onun gələcək həyatına televiziya vasitəsilə çirkinlik gələcəksə, dünyaduyumu korlanacaqsa, deməli, məhdudiyyət qoyulmalıdır. Bir sözlə, biz övladımızın, evimizin, doğma torpaqlarımızın, xalqımızın, dövlətçiliyimizin şərəf və namusunu qoruduğumuz kimi, ondan beş qat artıq mənəviyyatımızı qorumalıyıq. Qorumasaq, bu, son deməkdir. Özü də sonun başlanğıcı yox, elə sonun özü deməkdir.

 

”“ Eldəniz müəllim, istəsək də, istəməsək də bəzi siyasi yönlü suallardan qaça billmərik. Siz, həm Ziyalılar Forumunun, həm də Milli Şuranın yaranmasında yaxından iştirak etmisiz. Bu qurumların fəaliyyəti barədə fikirləriniz maraqlı olardı.

 

”“ Ziyalılar Forumu, necə deyərlər, vaxtında və yerində yaradılmışdı. Hörmətli Rüstəm İbrahimbəyovun təşəbbüsü və iştirakıyla çox qısa zaman ərzində geniş fəaliyyətə başladıq. Rafiq Əliyev,Ramiz Rövşən,Gültəkin Hacıbəyli,Eldar Namazov,Elçin Şıxlı, Əkrəm Əylisli, Cəmil Həsənli,Musa Yaqub, eləcə də digər dəyərli ziyalılar bir araya gəldilər.Ortaya, sözün əsl mənasında ziyalı mövqeyi qoyuldu ”“ xalqın səsini, sözünü dedilər; ölkənin çoxsaylı problemlərini həll etmək, dərd-sərinə, ağrı-acısına sahib çıxmaq üçün bir sıra mütərəqqi addımlar atıldı.İnsanlar gördülər ki,ziyalılar susmayıb,onlar kor,kar da deyillər. Gördülər ki, bu nəcib şəxsiyyətlər öz əsas missiyalarını yerinə yetirmək,öz xalqının vicdan simvolu olub, heç nədən qorxub-çəkinmədən Onun məsuliyyətini daşımaq üçün öndədirlər. Ən azından, bu işlərin vacibliyinin fərqindədilər.

 

”“ Mən bilən, elə Milli Şura ideyası da, ilk olaraq Ziyalılar Forumunda səsləndirildi.

 

”“ Elədir. O vaxt qarşıdan Prezident seçkiləri gəlirdi və başda Rüstəm İbrahimbəyov olmaqla, əksər dostlar ölkə üçün önəmli əhəmiyyət daşıyan bu hadisədən kənarda qalmağı düzgün saymadılar. Beləliklə ZF-dan bəzilərimiz Milli Şuranın təşəkkül tapmasının optimal yollarını aradıq. Onun doktrinasını,real ictimai-siyasi güc mərkəzinə çevrilməsi üçün, strateji prinsiplərini, formatını və prioritet hədəflərini müəyyənləşdirdik. Ölkə vətəndaşları demokratik dəyişikliklər istəyirdi. İnsanlar avtoritar üsul-idarənin fəsadlarından bezmişdilər. Ölkə idarə olunan xaos içərisindəydi.Məhz elə bu səbəblərdən xalq Milli Şuraya üz tutdu. Milli Şuraya güvəndi, inandı. İnandı və dəstək verdi. Elə bil, hamı anladı ki, Milli Şura onun iradəsini əks etdirir və Milli Şurada təmsil olunanlar Milli Şüur daşıyıcılarıdır. Yəni qanı qanından, əti ətindən olan insanlardı”¦ və bunlar heç bir halda Onu-xalqı yarı yolda qoymayacaq!

 

”“ Amma sonradan”¦

 

”“ Gəlin, sonrasını sonra müzakirə edək,olarmı?.. Çünki bu, geniş açıqlama tələb edən çox ciddi söhbətin mövzusudu.

 

”“ Tamam. Siz AXCP-nin bu günlərdə keçirilən qurultayında iştirak etdiniz,hətta orada çıxış da yapdınız.

 

”“ Bəli, Sərdar bəy. AXCP Milli Şurada təmsil olunur və biz bir YOLun yolçularıyıq. Sözün düzü, mən, “möhtəşəm”, “əzəmətli” və sair bu kimi ifadələrdən qaçmağa çalışıram,amma bu dəfə deməliyəm ki, AXCP-nin son qurultayı həqiqətən də möhtəşəm keçdi. Sevindim və qürur duydum. Əli Kərimlinin proqram xarakterli hesabatı çox mütərəqqi, tutumlu, səmimi və dəyərli çıxış idi. AXC, daha sonra isə AXCP tariximizi qoruyan,tarix yazan və elə tarixin özünü yaradan saf niyyətli siyasi qurumdur. Bəlkə də bu gün yeganə partiyadır ki,cəmiyyətin azadlıq arzularının, müqavimətinin və onun immun sisteminin məhv edilməsinə qarşı çıxıb da, ləyaqətlə mübarizə aparır. Fədakar cəbhəçilər bütün əzab-əziyyətlərə, məhrumiyyətlətə,təqib-təzyiqlərə, şantaj və həbslərə baxmayaraq, yenə də ayaqdadılar.Bunu inkar eləmək, ən azından Allahsızlıq olar. Bu gün AXCP Milli Şurada təmsil olunan ziyalılar, inanclı kəsim,ictimai xadimlərlə bir yerdə, çiyin- çiyinədir və bu BİRLİK Azərbaycan xalqının “Məhəng daşı” funksiyasını daşıyır.

 

Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır