Dəqiq və sarsıdıcı: Azərbaycan ordusu düşmən hədəflərini necə vurur
Oxunub: 2331
03 Oct 2015 | 20:20
Dəqiq və sarsıdıcı: Azərbaycan ordusu düşmən hədəflərini necə vurur
Təmas xətti boyu sentyabrın sonlarında bir neçə gün davam edən şiddətli atışmalar dövründə Ermənistan hərbi-siyasi rəhbərliyi əvvəllər olduğundan daha aqressiv və hədələyici ritorika nümayiş etdirirdi.

Məsələn, Azərbaycan ordusunun dəqiq zərbələrlə Ermənistan işğalçı qüvvələrinin Tərtər-Goranboy istiqamətində, təmas xəttinin taktiki dərinliyində yerləşən təlim düşərgəsini vurduğu, azı 4 erməni əsgərinin öldüyü, 16-nın yaralandığı döyüşdən sonra prezident Serj Sərkisyan mümkün qədər sərt ifadələr seçməyə çalışaraq qisas bəyanatları verdi.

Bu zaman Sərkisyan Dağlıq Qarabağı “Ermənistanın ayrılmaz hissəsi” adlandırmaqla xeyli uzağa getmişdi.


Ermənistan prezidentinin sifətini ona xas tərzdə əyilməyə məcbur edən həmin hadisənin özəlliyi onda idi ki, Azərbaycan ordusu düşmənin təmas xəttində deyil, təmas xəttindən Sərkisyanın dediyi kimi, 5 kilometr aralıda yerləşən hərbi obyektini - çağırışçı əsgərlərin təlim keçdiyi düşərgəni vurmuşdu.

Azərbaycan ordusunun düşmənin nəzarətində olan ərazilərin taktiki dərinliklərinə zərbə endirməsi birinci dəfə deyil.

Məsələn, bir neçə ay əvvəl təmas xəttindən təxminən 8-10 km dərinlikdə Azərbaycan ordusunun diversiya qrupunun yerləşdirdiyi partlayıcıların işə düşməsi nəticəsində Ermənistan ordusunun əsgərlərini daşıyan iki yük maşınından birinin necə sıradan çıxarıldığı, bir neçə erməni əsgərinin öldüyünü, yaxud yaralandığını əks etdirən, pilotsuz kəşfiyyat təyyarəsindən çəkilmiş videogörüntülər internetdə yayılmışdı.


Yaxud belə videogörüntülərin birində Ermənistan ərazisində yola yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində düşmənin bir neçə nəfərlik diversiya qrupunun necə sıradan çıxdığı görünürdü.

İndi isə söhbət diversiya əməliyyatından yox, düşmən hədəflərinə birbaşa artilleriya zərbələrindən gedir. Sərkisyan tamamilə əmin ola bildi ki, Azərbaycan ordusu mümkün irimiqyaslı hərbi əməliyyatlar zamanı dəqiq və uzaqvuran silahların köməyi ilə hətta erməni ordusunun müdafiə xəttini yarıb keçmədən təmas xəttinin nəinki 5, hətta 50 və 100 km dərinliyində yerləşən hərbi infrastrukturunu məhv edə bilər.

Bir növ bu döyüş mümkün irimiqyaslı müharibə zamanı hərbi əməliyyatlar teatrında hadisələrin necə cərəyan edəcəyini təxmin etmək üçün nümunə idi.



Və Sərkisyanın qəzəblənib özündən çıxması üçün əsaslar var idi. Sonradan erməni KİV-lərinin həmin təlim bazasından yaydığı fotolardan məlum oldu ki, Azərbaycan ordusunun endirdiyi reaktiv artilleriya zərbələri (söhbət hələ iriçaplı və dəhşətli dağıdıcı gücə malik reaktiv yaylım atəşi sistemlərindən deyil, Türkiyədən alınan kiçik TR-107 reaktiv mərmiləri ilə endirilən zərbələrdən gedir) düz hədəfə dəyib. Yəni söhbət kortəbii və kütləvi zərbələrdən deyil, hədəfi dəqiq nişan alan zərbələrdən gedir.

Bəs Azərbaycan ordusu silahlanmasında olan daha dağıdıcı və iriçaplı, daha uzaqvuran (100 kilometrə yaxın) reaktiv yaylım atəşi sistemlərindən, artilleriya qurğularından (məsələn, 203 mm-lik “Pion” özüyeriyən artilleriya qurğusundan və ya “Smer甝 kompleksindən) bu cür dəqiq və kütləvi zərbələr endirsə, nə olacaq?


Sərkisyan yaxşı bilir ki, nə olacaq. Erməni ordusunun Qarabağda təmas xəttindən hətta ən arxada yerləşən hərbi  infrastrukturu - kazarmalar, silah anbarları, təchizat bazaları və s. bir neçə saat ərzində sıradan çıxacaq. Eyni vaxtda yüzlərlə, hətta minlərlə topdan, minaatanlardan, reaktiv artilleriya sistemlərindən, odsaçanlardan və digərlərindən kütləvi zərbə - buna müharibədə hücumdan əvvəl düşməni panikaya salmaq , onun sıralarını pozmaq taktikası deyirlər.

Ermənistan hərbi-siyasi rəhbərliyi isə sərt, hədəliyici ritorikanı davam etdirirdi. Bir-birinin ardınca müdafiə naziri Seyran Ohanyan, xarici işlər naziri Edvard Nalbəndyan, deputatlar, nazirlər, o cümlədən Dağlıq Qarabağdakı qondarma rejimin təmsilçiləri Azərbycana “misli ilə” cavab veriləcəyi, qisas alınacağı, yaxud alındığı barədə səs-küylü bəyanatlarla çıxış edirdi.  

Məsələn, erməni tərəfi Azərbaycan ordusunun son döyüşlərdə verdiyi itkilərin qat-qat çox olduğuna dair məlumatlar yaymağa başladı, daha da “ağıllı” tərpənib bir neçə azərbaycanlı ad-soyadını açıqladı və onların “təkcə bir döyüşdə öldürülən əsgərlər olduğunu” bildirdilər.

Azərbaycan Müdafiə Nazirliyi isə orduda bu ad-soyadda əsgərlərin xidmət etmədiyini açıqlayaraq erməni tərəfinin bu məlumatının əslində öz itkilərini ört-basdır etməyə yönəlmiş təbliğat olduğunu vurğuladı.


Yaxud Ermənistan Müdafiə Nazirliyi bəyan etdi ki, bundan sonra onlar da Azərbaycan ordusunun təmas xəttində və təmas xəttinin taktiki dərinliklərində yerləşən mövqelərini, hərəkətdə olan və olmayan istənilən obyektini raket-artilleriya zərbələrinə məruz qoyacaqlar.  

Bu, tamamilə boşboğazlıq idi.  Ermənistan ordusu onsuz da indiyədək təmas xəttində müxtəlif çaplı minaatanlardan, digər ağır silahlardan istifadə edirdi və cavabını misilləməsi ilə alırdı. Çünki müdafiə naziri Zakir Həsənovun ön xəttdə yerləşən qüvvələrə daha yüksək komandanlığın əmrini gözləmədən düşmənə misilləməsi ilə zərbə endirmək səlahiyyəti verən xüsusi əmri var.


Nəhayət, düşmən tərəf aqressiv ritorikanı bir qədər də təkmilləşdirərək iki gün əvvəl bir qrup jurnalisti Müdafiə Nazirliyinə çağırdı, erməni ordusunun generalları jurnalistlərə cəbhədə yaranmış vəziyyət barədə guya “out of record” şərti ilə brifinq verdilər.

Məlumat verildi ki, brifinqdə jurnalistlərə Azərbaycan ordusunun mövqelərinə endirilən, “xeyli itkilərə səbəb olan” dağıdıcı zərbələrin pilotsuz kəşfiyyat təyyarələrindən çəkilmiş görüntüləri də təqdim edilib.

Virtualaz.org saytı Azərbaycan Müdafiə Nazirliyindən düşmən tərəfin bu təbliğati gedişinə dair şərh almağa cəhd göstərsə də nazirlikdən eyhamla məsləhət gördülər ki, “səbr etmək lazımdır”.


Ermənistan Müdafiə Nazirliyinin jurnalistlərə hansı videokadrları nümayiş etdirdiyi məlum deyil. Eləcə də həmin kadrlarda hadisələrin nə vaxt və harada cərəyan etdiyi haqda məlumat yoxdur.

Lakin necə ola bilərdi ki, Azərbaycan Müdafiə Nazirliyinin də sərəncamında düşmən mövqelərinə endirilən zərbələrin əks olunduğu, pilotsuz kəşfiyyat təyyarələrindən çəkilmiş videogörüntülər olmasın? Əgər belə görüntülər varsa, o zaman niyə Azərbaycan tərəfi təbliğat müharibəsində passiv davranır və jurnalistlərə həmin görüntülərdən bəzi epizodları təqdim etmir?

Axı Azərbaycanın pilotsuz kəşfiyyat təyyarələri baxımından imkanlarını Ermənistanla müqayisədə qat-qat artıqdır.

Çox keçmədi ki, sosial şəbəkələrdə əvvlcə ermənilərin özləri tərəfindən yayıldığı bildirilən və Ermənistan ordusunun mövqeyinə endirilən minomyot zərbələrini əks etdirən təxminən 1 dəqiqəlik videokadrlar ortaya çıxdı.


Pilotsuz kəşfiyyat təyyarəsindən çəkilmiş bu kadrlarda nə görürük?

Onu görürük ki, Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinin ön xəttdəki postuna eyni anda bir neçə dəqiq və sarsıdıcı minomyot zərbəsi endirir. Və belə demək mümkünsə düşmən ordusunun mövqeyində hər şey darmadağın olur.


Kadrlardan belə qənaətə gəlmək mümkündür ki, həmin zərbələr minomyot batareyasının bütün arsenalından eyni anda, yəni yaylım atəşi formasında endirilib. Və bütün mərmilər tam hədəfə dəyib. Bu isə həm yüksək peşəkarlıq, həm mükəmməl nişangah sistemləri deməkdir.

Qeyd edək ki, xaricdən alınan müxtəlif çaplı minomyotlarla yanaşı Azərbaycanın özünün hərbi sənayesi də minomyotlar istehsal edir, hətta onları beynəlxalq silah sərgilərində nümayiş etdirib xarici alıcılar da tapır. Bu minomyotlar İsrail istehsalı olan nişangahlarla təchiz edilib və Ermənistan ordusunun mövqeyinə sentyabrın 28-də endirilmiş həmin dəqiq zərbələrə əsasən onların keyfiyyəti haqda fikir yürütmək olar.

Bu gün internetdə yayılan həmin qısa videogörüntülərdən sonra qondarma “DQR müdafiə nazirliyi” bəyanatla çıxış edərək kadrların həqiqiliyini təsdiqləyib. Bəs necə? 

Hər gün səhərdən axşama qədər “amansız qisas” və “dağıdıcı zərbələr” haqda alovlu bəyanatlar vermək asandır, ancaq ortaya təkzibedilməz fakt çıxanda onu təsdiq etməyib nə edəsən?



Və bəyanatda deyilir ki, internetdə yayılmış bu videogörüntülər Azərbaycan silahlı qüvvələrinin müxtəlif çaplı minomyotlar və reaktiv sistemlər tətbiq etdiyinə dair sübutdur. (bəlkə erməni tərəfi hesab edir ki, Azərbaycan silahlı qüvvələri onlara Rusiyanın “Babayevsk” şirniyyat fabrikinin istehsalı olan “Əyripəncə ayı” konfetləri atmalı idi?!).



Erməni tərəfi həmin zərbələrdən nə qədər itki verdiyini bildirmir, ancaq bu dəfə də “qisas” və “amansız cavab zərbələri” haqda ritorikaya sadiq qalır. Cəbhə boyu gedən, beynəlxalq ictimaiyyətin diqqətini regiona cəlb edəcək qədər şiddətlənən döyüşlər haqda aras-sıra üzə çıxan bu cür epizodlar isə Qarabağda yeni müharibənin hansı dağıdıcı miqyas ala biləcəyini bir daha göstərir.

Virtualaz.org
Oxşar xəbərlər
12:27, Bu gün
Mehriban Əliyeva Pasxa bayramı ilə bağlı paylaşım edib - FOTO
12:23, Bu gün
Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanılıb
12:16, Bu gün
Zaxarova: "Baltikyanı ölkələrlə diplomatik münasibətlər dayandırılıb"
12:04, Bu gün
Azərbaycanda qadınlarla bağlı ŞAD XƏBƏR
11:59, Bu gün
İnsanlar üçün daha böyük TƏHLÜKƏ gəlir
11:53, Bu gün
Azərbaycanda məşhur müğənni ağır qəzaya düşdü: 17 yaşlı oğlu öldü - FOTO 
11:49, Bu gün
“Barselona” Levandovskini “Liverpul”un ulduzu ilə əvəz edə bilər
11:45, Bu gün
Zelenski: Rusiyanın Su-25 təyyarəsi vurulub
11:44, Bu gün
Azərbaycanda bu məhsul bahalaşdı - VİDEO
11:40, Bu gün
Cənubi Koreya ABŞ-ın kiber təlimlərində iştirak edəcək
11:31, Bu gün
Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər
11:23, Bu gün
Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?
11:19, Bu gün
Azərbaycanda ən çox hansı əməliyyatlara ehtiyac var?
11:15, Bu gün
ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
11:10, Bu gün
Bakıdakı məşhur körpü qəzalı durumda - söküləcək?
11:00, Bu gün
KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər
10:55, Bu gün
Ən zərərli tərəvəz açıqlandı
10:49, Bu gün
Qəzəbli insansınızsa, deməli... - Şok araşdırma
10:41, Bu gün
Vanqanın 2024-cü il üçün verdiyi dəhşətli proqnoz gerçəkləşdi
10:38, Bu gün
Uşaqpulu ilə bağlı açıqlama: Ayda hər ailəyə 100 manat…
10:32, Bu gün
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2024” start götürüb
10:29, Bu gün
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur?
10:22, Bu gün
Bakıda kişi həkim həyat yoldaşına DƏHŞƏT YAŞATDI: 14 dəfə...
10:19, Bu gün
May beş bürcə böyük xoşbəxtlik gətirəcək
10:11, Bu gün
Bakıda məişət tullantıları yanan ərazidən meyit tapıldı
10:00, Bu gün
Yağış yağacaq - Faktiki hava AÇIQLANDI
09:55, Bu gün
Krım körpüsünü vurduq: nə qazanacağıq? - Krivolap
09:46, Bu gün
Sağa-sola baxmadan yolu keçən piyadanı maşın vurdu - DYP görüntüləri yaydı / VİDEO 
09:38, Bu gün
Ermənilər etiraf etdilər: İrəvan Azərbaycan şəhəridir! – FOTOFAKT
09:23, Bu gün
Səhər saatlarında DƏHŞƏTLİ xəbər GƏLDİ: 1 nəfər öldü, 4 nəfər yaralandı - VİDEO
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
GÜNLÜK
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 12:47
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
04 May 2024 | 13:07
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
04 May 2024 | 13:15
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
04 May 2024 | 13:03
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 12:51
Bakının tıxac probleminə daha bir SƏBƏB: Zibil qutuları niyə yol kənarındadır?-RƏSMİ
04 May 2024 | 12:54
Zavodda ağlasığmaz olay - Gecə növbəsində işləyən qadın...
04 May 2024 | 12:58
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 12:47
Qorbaçova verilən mükafat Navalnıya da veriləcək - SENSASİON FAKTLAR
04 May 2024 | 13:07
Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
04 May 2024 | 13:15
İranın dövlət televiziyasına kiberhücum olub - VİDEO
04 May 2024 | 13:03
Norveçli səyahətçi: “Qarabağda və Şərqi Zəngəzurda bərpa işlərinin sürətindən təsirləndim”