Berlinin
İdman
1348
13 Apr 2026 | 23:35

Berlinin "Union" klubundan sərt mövqe: Qadın məşqçiyə qarşı seksizmə cavab verildi

Futbol üzrə Almaniya çempionatının "Union" klubu komandanın baş məşqçi postuna qadın mütəxəssisin təyin olunmasından sonra sosial şəbəkələrdə səsləndirilən seksist fikirlərə münasibət bildirib.

Moderator.az xəbər verir ki, klub bu cür yanaşmaları qəbuledilməz sayaraq baş məşqçinin hər zaman dəstək görəcəyini vurğulayıb.

Qeyd edək ki, Marie-Louise Eta aprelin 12-də mövsümün sonunadək komandanın sükanı arxasına keçib. Bu təyinat Avropanın beş aparıcı liqasında ilk belə hal kimi tarixə düşüb.

Sosial şəbəkələrdə futbolçuların qadın məşqçinin göstərişlərini ciddi qəbul etməyəcəyi ilə bağlı fikirlərə klub sərt reaksiya verərək bunu açıq şəkildə seksizm adlandırıb. Həmçinin "Union" rəqib məşqçilərlə bağlı səsləndirilən bənzər fikirləri də eyni şəkildə qiymətləndirib.

Klub rəhbərliyi xatırladıb ki, Eta uzun müddətdir komandanın məşqçilər heyətində çalışır, əvvəl baş məşqçinin köməkçisi olub və gənclər komandasını da idarə edib.

Bildirilir ki, o, mövsümün sonuna qədər əsas komandanı çalışdıracaq, yaydan etibarən isə qadınlardan ibarət komandanın baş məşqçisi kimi fəaliyyət göstərəcək.

Xatırladaq ki, Marie-Louise Eta 2023-cü ildə Almaniya yüksək liqasında baş məşqçi köməkçisi olan ilk qadın kimi tarixə düşüb, 2024-cü ildə isə baş məşqçinin diskvalifikasiyası zamanı komandaya rəhbərlik edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər