ABŞ nüvə başlığı daşımayan
2392
04 Mar 2026 | 18:05

ABŞ nüvə başlığı daşımayan "Minuteman III" raketini hədəfə buraxdı

Amerika Birləşmiş Ştatlarının (ABŞ) silahlı qüvvələri nüvə başlığı daşımayan "Minuteman III" tipli qitələrarası ballistik raketin (ICBM) qabaqcadan nəzərdə tutulmuş sınaq uçuşunu reallaşdırıb.

Moderator.az TASS-a istinadən verir ki, sözügedən sınaq barədə informasiya ABŞ Kosmik Qüvvələrinin Kaliforniya ştatında yerləşən Vandenberq hərbi bazasının rəsmi bəyanatında öz əksini tapıb.

Sınaqdan keçirilən raket iki ədəd döyüş başlığına malik olub. Yayılan açıqlamada xüsusi olaraq qeyd edilib ki, "GT 255" kodu altında həyata keçirilən bu buraxılış illər öncə qrafikə salınıb və hazırkı qlobal hadisələrə reaksiya xarakteri daşımır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər