ABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək?
Dünya
337
08:50, Bu gün

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi harada keçiriləcək?

ABŞ və İran arasında danışıqların növbəti mərhələsi Cenevrə və ya İslamabadda baş tuta bilər.
 
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi mənbələrə istinadən məlumat yayıb.
 
Nəşrin məlumatına görə, tərəflər Pakistanın paytaxtında yenidən görüş keçirmək imkanını müzakirə edirlər. Bununla yanaşı, ABŞ administrasiyasının rəsmiləri yeni danışıqlar mərhələsinin mümkün məkanı kimi Cenevrənin də adını çəkirlər. Qeyd olunur ki, hələlik İran və ABŞ nümayəndələrinin görüşünün vaxtı və yeri dəqiq müəyyənləşdirilməyib, lakin danışıqların növbəti mərhələsinin artıq aprelin 16-da keçirilməsi ehtimalı var.
 
Xatırladaq ki, aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıb. İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Tehran və Vaşinqtonun verdiyi məlumata görə, tərəflər bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli həlli məsələsində razılığa gələ bilməyiblər. Mümkün yeni danışıqlar mərhələsinin təfərrüatı hələlik məlum deyil.
 
Link kopyalandı!
Son xəbərlər