Attestasiya, yoxsa manipulyasiya?
Oxunub: 4266
12 Sep 2015 | 15:29
Attestasiya, yoxsa manipulyasiya?
Bir vaxtlar mənə hədsiz dərəcədə doğma görünən attestasiya anlayışı son vaxtlar nədənsə məndə allergiya yaratmağa başlayıb. Yəni, vaxtılə attestasiyann yekunlarına əsasən “ali kateqoriylı müəllim” dərəcəsi alan bir şəxs kimi indi, bu uzun müddət sınaqdan çıxmış prosedurun tilsimə düşməsinə təəsüflənməyə bilmirsən. Axı, nə vaxta qədər aksioma ilə teoremanı səhv salaraq, sübuta ehtiyacı olmayan bir şeyi kiməsə sübüt etməyə cəhd göstərmək olar?

“Müəllimlərin attestasiyası məsələsi gündəmdədir. Amma bu, başqa bir məsələdir ki, biz attestasiyaya hazırıqmı?”; “Attestasiyaya ən tez halda, ölkənin bütün regionlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdıqdan sonra başlamaq olar.Yaxud bunlar paralel də ola bilər”; “Məsələn, artıq Bakıda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib. Bakıda bəlkə də attestasiyaya başlamağı fikirləşə bilərik”; “Biz ən azından real vəziyyəti bilməliyik”; “Gərək müəllimlərə ixtisasartırma üçün kurslar təklif olunsun, yəni onlara şans verilsin. Çünki bu gün biz attestasiya etsək, nəticə yəqin ki, elə də ürəkaçan olmayacaq”; “Attestasiyadan fərqli olaraq, bu gün müəllimlik fəaliyyətinin lisenziyalaşdırılması məsələsi gündəmdə durmur: Amma bu gün müəllim işləmək istəyən şəxs ilk növbədə mərkəzləşdirilmiş qaydada imtahan verməli, ondan sonra diaqnostik qiymətləndirilmədən keçməlidir. Sonra da sertifikasiya prosesi olmalıdır”.

Indi də bu açıqlamalarla Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev gündəmə gəlib. Onu da əlavə edim ki, elə qısa bir müddət öncə, elə həmin İlham Nağıyevin müəllimləri daha bir sınaq gözləməsi ilə bağlı bəyanatları da gündəmi zəbt etmişdi. Sən demə Azərbaycanda 2016-cı ildən tətbiq ediləcək məktəbəqədər və ümumi təhsil sahəsi üzrə pedaqoji və idarəetmə heyyətinin sertifikatlaşdırılması mexanizminin hazırlanması üçün artıq Təhsil Nazirliyində ışçi qrupu yaradılıb, ilkin sənədlər hazırlanıb.”Burada pedaqoji və idarəetmə heyyətinin sertifikatlaşdırılması nəzərdə tutulur ki, bunlar da ayrı-ayrı sahələrdir.Yəqin ki, proses əvvəlcə umumtəhsil, daha sonra məktəbəqədər təhsil sahəsində tətbiq ediləcək... Bu proses ən yaxşı təhsilverənlərin müəyyənləşdirilməsinə, tədrisin keyfiyyətinin qaldırılması üçün minimal səviyyədə bir standartın tətbiq edilməsinə imkan verəcək... Sertifikasiyanın ilk növbədə könüllü

olması planlaşdırılır, amma bir müddətdən sonra onun da müəyyən formada məcburi olması nəzərdə tutulur... Bəzən sertifikasiya ilə attestasiyanı səhv salırlar, sertifikasiya aattestasiya deyil... Sertifikasiya alan müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbıq edilə bilər... Hazırda ölkədə müəllimlərə əmək haqqı yalnız onların təhsil səviyyəsinə və stajına uyğun verilir. Amma differensial əmək haqqı tətbiq olunarsa-bunun adı üzərində iş gedir-artıq müəllimə təhsilinə və stajına görə deyil, onun bilik və bacarığına, yəni, sertfikasiya imtahanında göstərdiyi qabiliyətə uyğun əmək haqqı verilməsi planlaşdırılır... Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin də sertfikasiyaya cəlbi nəzərdə tutulur”.

Hörmətli oxucum, Siz bir şey başa düşdünüz? Bəlkə mən kərəni kürə başa düşmüşəm? Amma qəti əminliklə deyə bilərəm ki, hələ adı üzərində iş gedən bir məsələ haqqında dolaşıq fərziyyələrlə milləti məşğul etmək, qabaqcadan pedaqoji ictimaiyyətdə xof yaratmaqdan başqa bir şey deyil.Bunu bir kənara qoyaq. Deyək ki, “sertfikasiya imtahanında göstərdiyi qabiliyyətə uyğun əmək haqqı verilməsi” ifadəsi istənilən kəs tərəfindən istənılən şəkıldə yozula bilər.Bir də ki, qabiliyətsizin sertifikasiya imtahanında nə işi ola bilər.

Hazırda müllimlərə əmək haqqı “təhsil səviyyəsinə”, bundan sonra “bilik və bacarığına” görə veriləcək nə deməkdir.Əgər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin də sertfikasiyaya cəlbi nəzərdə tutulursa, onda yayın qızmarında 30 min müəllimi sınaq imtahanına cəlb etməyə nə ehtiyac var idi? “Biz attestasiyaya hazırıqmı” sualı görəsən kimə ünvanlanıb? “Biz ən azından real vəziyyəti bilməliyik” deməklə görəsən kim günahlandırılr?.Real vəziyyəti bilmədən labirintə girməyə ehtiyac varmı? “Sertifikasiya alan müəllimə onun bilik və bacarığına müvafiq olaraq, differensial əmək haqqı da tətbıq edilə bilər” mesajından belə çıxmırmı ki, tətbiq edilməyə də bilər.Bu halda həmin müəllimə sertifikat niyə verilməlidir?

“Attestasiyaya diaqnostik qiymətləndirilməsi başa çatdıqdan sonra başlamaq olar”, “yaxud bunlar paralel də ola bilər”, “differensial əmək haqqı da tətbıq edilə bilər”, sertifikasiyanın ilk növbədə könüllü olması planlaşdırılır, amma bir müddətdən sonra onun da müəyyən formada məcburi olması nəzərdə tutulur”,”Bakıda bəlkə də attestasiyaya başlamağı fikirləşə bilərik” və s. və i.a abstrakt bəyanatlar deyəsən, onsuz da qayğılarla çarpışan çoxminli müəllim ordusunu bir az da qayğılandırmağa hesablanıb. “Bəzən sertifikasiya ilə attestasiyanı səhv salırlar”. Səhv salmayıb neyləsinlər ki, bu qədər əndrəbadi açıqlama və bəyanatların içərisində müəllim hətta hansı peşə sahibi olduğunu da unudar.

Nə olmuş, nə imiş... bu müəllimlərin suçu?

Müəllimlərə gah attestasiya aparılacağı, gah lisenziya, gah sertifikat veriləcəyi, gah da könüllü attestasiya keçiriləcəyi barədə vədlər verib, sonradan, sınaq imtahanlarının attestasiyaya hazırlıq mərhələsi olduğunu bəyan etmək, daha sonra buna diaqnostik qiymətləndirmə adı verərək bir qrup müəllimin əmək haqqında müəyyən dəyişiklıklər aparmaq, böyük əksəriyyətinni müddəti bəlli olmayan təsəlli ilə ümidləndirməklə manipulyasiya etməyə, başqa sozlə, karusel əməliyyatına nə vaxt son qoyulacaq?

Əgər sertifikasiya imtahanı da müəllimin bilik bacarığını müəyyənləşdirmək vasitəsidirsə və əmək haqqına təsir edirsə, onda attestasiya nə deməkdir? Bəlkə, Nəqliyyat Nazirliyindən nümunə götürüb, lisenziya məsələsini ortalığa atmaqla müəllimləri taksi sürücülərinin aqibətinə sürükləmək fikrinə düşmüşük? Bəlkə iradə nümayiş etdirib, bu attestasiya labirintindən birdəfəlik çıxaq ? Yəni, nə ediriksə edək, təki onun bir adı olsun, attestasiyamı, sertifikasiyamı, lisenziyamı, diaqnostikamı və ya sınaq imtahanı, bir halda ki, məqsəd birdir: müəllimləri imtahana çəkmək və onun əmək haqqını differensiallaşdırmaq.

Təhsil qanunvericiliyinə əsasən təhsil “sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənımsənilməsi prosesi və onun nəticəsi” ni özündə ehtiva edən bir sistem kimi xarakteriza olunur və bu proses idarə olunmalıdır. Onu ehtimallarla, fərziyələrlə, abstrakt mülahizələrlə idarə etmək özünü və çevrəndəkiləri aldatmaqdan başqa bir şey deyildir.

Sonda nazirlik yetkilisinə xatırlatmaq istərdim ki, hələ1999-cu ildə Dövlət Komissiyası tərəfindən hazırlanmış və mərhum Prezidentimiz tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramında “rəhbər və pedaqoji kadrların attestasiya sisteminin yaradılmasına, onların əməyinin obyektiv qiymətləndirilməsinə, yaradıcı, böyük ustalığa malik müəllim və tərbiyəçilərin maddi və mənəvi stimullaşdırılmasına, əmək haqqının ödənilməsinə differensial yanaşmanın tətbiqinə lazımiı diqqət yetirilməməsi” barədə müddəalar xüsusi olaraq vurğulanmış və və bunun həll olunacağı müddətlər belə müəyyən olunmuşdu.

Bununla əlaqədar, Nazirlər Kabineti “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının təsdiq edilməsi barədə“ 23 may, 2001-ci il tarixli, 97 â„–-li qərar da vermişdi. Sabiq təhsil naziri Misir Mərdanovun 21 oktyabr, 2002-ci il tarixli, 987 â„–-li əmrinə əsasən, təhsil sistemində fəaliyyət göstərən rəhbər və pedaqoji kadrların attestasiyasının keçirilməsi ilə əlaqədar bütün hazırlıq və sənədləşmə işlərinin dekabr ayına qədər yekunlaşdırılması, əvvəlcədən müvafiq qaydada təsdiq olunmuş qrafiklər əsasında 2003-cü ilin yanvar ayından etibarən başlanılması nəzərdə tutulmuşdu.Bu məqsədlə attestasiyanın Qaydaları hazırlanmış, Təşkilat komitəsi belə yaradılmışdı. Mərdanov öz missiyasını yrımçıq qoyaraq, “Qoy hələ həkimlər attestasiyadan keçsin, biz də onların təcrübəsinə baxaq“ gözləntisi ilə təhsillə vidalaşdı.

Maraqlı cəhət ondan ibarətdir ki, “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nı, Nazirlər Kabinetinin Qərarını, Təhsil Nazirliyinin əmrini arxivə göndərmışık, barı qüvvədə olan Təhsil haqqında Qanunun“1.0.6. attestasiya ”“ hər bir təhsil pilləsində və səviyyəsində təhsilalanların təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi prоseduru“ dur müddəasına əməl edək, Pespublikamızın tanınmış təhsil mütəxəssisləri Şahlar Əsgərovun, Əjdər Ağayevin müəllimlərin attestasiyasının keçirilməsinin zəruriliyi ilə bağlı fikirlərinə hörmətlə yanaşaq.Gec olsun, güc olsun deyib müdriklər.

Nadir israfilov
Oxşar xəbərlər
23:17, Bu gün
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
22:39, Bu gün
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
22:31, Bu gün
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
22:05, Bu gün
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
22:04, Bu gün
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
22:03, Bu gün
Çində mutant Ebola virusu yaradıldı
22:02, Bu gün
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
21:38, Bu gün
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
21:23, Bu gün
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
21:18, Bu gün
HƏMAS İsraillə atəşkəsə razılaşdı
20:35, Bu gün
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
20:04, Bu gün
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
20:02, Bu gün
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
19:49, Bu gün
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
19:38, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
19:34, Bu gün
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
19:32, Bu gün
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
19:27, Bu gün
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
19:27, Bu gün
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
19:24, Bu gün
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
19:22, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
19:21, Bu gün
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
19:20, Bu gün
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
19:19, Bu gün
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
19:18, Bu gün
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
19:16, Bu gün
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
19:13, Bu gün
Rusiya XİN Qərbə xəbərdarlıq edib
19:11, Bu gün
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
18:55, Bu gün
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
18:54, Bu gün
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
18:49, Bu gün
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
18:43, Bu gün
Putin Paşinyanla görüşəcək
18:09, Bu gün
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
18:05, Bu gün
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
18:00, Bu gün
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
17:56, Bu gün
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
17:52, Bu gün
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
17:48, Bu gün
Hesablama Palatası DSMF-də yoxlama aparır
17:44, Bu gün
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
17:40, Bu gün
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
17:36, Bu gün
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
17:30, Bu gün
Bakı dünyanın “İdman paytaxtı” seçildi
17:25, Bu gün
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
17:23, Bu gün
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
17:20, Bu gün
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
17:17, Bu gün
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
17:16, Bu gün
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
17:15, Bu gün
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
17:10, Bu gün
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
17:05, Bu gün
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
17:00, Bu gün
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
16:55, Bu gün
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
16:50, Bu gün
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
16:45, Bu gün
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
16:40, Bu gün
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
16:34, Bu gün
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
16:28, Bu gün
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
16:23, Bu gün
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
16:22, Bu gün
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
16:16, Bu gün
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
16:10, Bu gün
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
16:05, Bu gün
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
16:00, Bu gün
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
15:56, Bu gün
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
15:50, Bu gün
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
15:46, Bu gün
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
15:40, Bu gün
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
15:35, Bu gün
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
GÜNLÜK
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
00:20, Bu gün
DİN valideynlərə müraciət etdi
06:00, Bu gün
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA