Xanlarovadan Həsənovadək...
Oxunub: 2913
14 Aug 2015 | 11:44
Xanlarovadan Həsənovadək...
Xanlarovadan Həsənovadək...


"Facebook"dakı "Deputat 2015" səhifəsində son günlərini yaşayan 4-cü çağırış Milli Məclisin (MM) üzvləri ilə bağlı müzakirələr davam edir. Hətta, dəfələrlə səhifənin yaradıcıları tərəfindən bəzi fb istifadəçilərinə (userlərə) xəbərdarlıq edilməsinə baxmayaraq, müzakirələr yenə də və əsasən təhqir, söyüş, qarğış müstəvisindən o yana keçmir. Deputatlığın nə demək  və onun hansı funksiyanı yerinə yetirməli olduğunu bilməyənlər tanıdıqları,  çox zaman da  seçicisi , fəaliyyəti ilə tanış olmadıqları deputatlar haqqında haqsız və əsassız "fikirlərini" sırımağa çalışırlar. Ona görə də (20 ilə yaxın müddətdə parlament jurnalisti kimi fəaliyyət göstərirəm) həmin səhfədə daha bir neçə nəfər deputatla bağlı yazdığım şərhlərimi oxucularla bölüşmək qərarına gəldim.


-Musa müəllim - Musa Urud Azərbaycan parlamentinin və Azərbaycan siyasətinin tanınmış simalarındandır, sadiq və sədaqətli Əliyevçilərdəndir, gündüzləri iqtidar, gecələri müxalifət olanlardan, nala-mıxa vuranlardan deyil, bir sifətlidir, əqidəlidir. İstər plenar iclaslarda, istərsə də sədr müavini olduğu Sosial siyasət komitəsinin iclaslarında çox fəal və çox aktivdir. Daim maraqlı və sadə insanlar üçün vacib əhəmiyyətli təkliflərlə çıxış edir. Azərbaycanı beynəlxalq təşkilatlarda da, konkret olaraq, QDİƏT PA-da çox uğurla və ləyaqətlə təmsil edir. Cəmiyyətə, mediaya da çox yaxın və açıq olan millət vəkilidir. Ona bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram!

-Malik Həsənov heç bir fəallığı, aktivliyi olmayan, mətbuatdan uzaq qaçan deputatdır. Bu günə kimi bircə dəfə olsun belə hər hansı məsələ ilə bağlı nə plenar, nə komitə iclasında çıxış edib. Konkret olaraq, qardaşına görə irəli çəkilənlərdən, etimad göstərilənlərdəndir. Seçiciləri ilə əlaqələrinin nə yerdə olmasından isə məlumatsızam...Təki əlaqələri yaxşı olsun...


 -Elton Məmmədov plenar iclaslarda fəallıq göstərir, müxtəlif məsələlərlə bağlı çıxışlar edir...Amma seçiciləri ilə münasibətlərinin nə yerdə olmasından xəbərsizəm...Mətbuatla əlaqələrə də o qədər maraqlı görünmür...


-İmamverdi müəllim mətbuatda daha çox fəallığı ilə seçilir - xüsusilə, "525" və "Azərbaycan"da tez-tez maraqlı siyasi, ədəbi- bədii yazılarla çıxış edir...İnsan kimi də sadə, mehriban, zarafatcıl, deyib-gülən insandır...


-Sabir bəy-Sabir Hacıyev deputat seçilməzdən öncə mətbuatda, siyasətdə fəal olan siyasilərdən idi...Amma çox təəssüflər olsun ki, bu aktivliyini nədənsə parlamentdə görmədik... Amma insan kimi çox mədəni və çox sadə insandır...


 -Flora xanım çox sakit, çox mədəni xanımdır...Parlamentdəki və mətbuatdakı çıxışlarında da seçicilərinin problemlərini dilə gətirməyə çalışır...Həyat yoldaşı da (mərhum Şirin Mirzəyev) Azərbaycanın qəhrəman, igid oğullarındandır, şəhiddir, Milli Qəhrəmandır...

-Fəzail bəy-Fəzail İbrahimli  mədəni, sakit, səmimi insandır, tanınmış tarixçidir. 2000-2005-ci illərdə parlamentin ən fəal (ilk üçlükdə yer alan) və ən aktiv deputatlarından idi...Düzdür, komitə iclaslarında fəallığını və aktivliyini davam etdirsə də, amma 2005-2015-ci illər arasında plenar iclaslarda əvvəlki aktivkliyini və fəallığını müşahidə etmədik...Mətbuata, cəmiyyə açıq olan insandır...


 -Aqil müəllimi-Aqil Abbası elə bilirəm ki, Azərbaycanda tanımayan kəs yoxdur... O, hamını tanıyır, hamı da onu... O, hamımızdan, bizlərdən, sadə insanlardan, xalqdan biridir...Gözəl, səmimi, sadə, mehriban, şən-şux, zarafatcıl, vətənpərvər, milli ruhlu və həyat dolu bir insan, dəyərli jurnalist-publisist, istedadlı yazıçı, millətinə vəkillik edən Millətinin Vəkillərindəndir! Parlamentdə az, lakin saz danışanlardan biridir...Loru, sadə el dilində danışır və hamının qəlbindəkiləri ifadə edir... Ona bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram. Uğurlarınız bol, yolunuz açıq olsun, Aqil müəllim. Amin!


 -Azay müəllim parlamentin ən fəal və ən aktiv deputatlarındandır. Bunu parlament jurnalistləri arasında keçirilən sorğular da təsdiq edir. Azərbaycanı beynəlxalq qurumlarda da--ATƏT PA-da və "Avronest" PA-da da uğurla təmsil edir. Mediaya da, cəmiyyətə də açıq olan millət vəkilidir. Səmimi, sadə, savadlı, mədəni insandır. Ona bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram!

-Azər müəllim--АзəÑ€ Бадамов çox səmimi, çox mehriban, çox mədəni, çox təvazökar, çox sakit təbiətli, çox sadə insandır. Özünü bəzi siyasətdən bixəbər "siyasətçilər", deputatlıqdan qat-qat uzaq "deputatlar" kimi dartanlardan, özünü qaldırıb dağ başına qoyanlardan, sıravi, sadə insanlara yuxarıdan aşağı ədayla baxanlardan deyil. Deputat-yüksək statuslu olmasına baxmayaraq xalqdan, bizlərdən biridir. Mən bu sözləri də kiməsə xoş gəlmək, bəy tərifi üçün, hansısa məqsədlə deyil, həqiqət, obyektivlik naminə deyirəm. Onu şəxsən yaxından tanıyan, fəaliyyətini izləyən və işıqlanıran (xüsusilə də, son iki ildə) zəhmətkeş bir qələm əhli kimi deyirəm. Azər müəllim həm də bir parlamentari kimi öz üzərində işləyən, çalışan, yerində saymayan, aktiv və fəal millət vəkillərindəndir (xüsusən də son iki il-iki il yarım ərzində). İstər parlamentdəki-həm plenar. həm komitə iclaslarında, istərsə də mətbu çıxışlarında tez-tez təmsilçisi olduğu dairənin-rayonun seçicilərinin problemlərini dilə gətirir, onların həll olunmasını aidiyyatı qurumlar qarşısında qaldırır. Bunun da şəxsən özüm şahidiyəm, kimsə mənə bunun əksini söyləyə bilməz. Mediaya da çox açıq deputatdır və bu, əslində bir siyasətçi, bir deputat kimi onun üstünlüyüdür. Bir sözlə, fəaliyyəti təqdirəlayiq deputatlardandır. Ona bundan sonrakı fəaliyyətində, işlərində də bir dost, bir qardaş kimi böyük uğurlar arzulayıram və arzulayıram ki, növbəti parlament seçkilərində də iştirak edib uğur qazansın!

-Fəzail bəy--Fəzail Ağamalı parlamentin ən aktiv və ən fəal deputatlarındandır. Demək olar ki, bütün plenar iclaslarda- istər çari məsələlərlə, istərsə də gündəliyə salınan qanunvericilik aktları ilə bağlı-, həm də üzvü olduğu komitənin iclaslarında mütəmadi çıxış edir, təkliflərini irəli sürür. Tez-tez təmsilçisi olduğu dairənin seçicilərinin də problemlərini dilə gətirir, ən azı özüm buna şahidəm. Həmçinin, cəmiyyətə və mediaya da açıq olan deputatdır.


-Rafael müəllim--Rafael Huseyn bu millətinin ən istedadlı və ən parlaq simalarından, ziyalılarındandır. Gözəl, səlis natiqlik qabiliyyətinə malikdir. Onun kimi Azərbaycan (türk) dilində səlis danışan, nitq söyləyən, öz fikirini istənilən auditoriyaya çox rəvan və hamının anlaya, qavraya biləcəyi tərzdə çatdıran çox az insan, ziyalı olar. O, hansı məsələ olursa-olsun, onun haqqında elə gözəl, elə şirin, elə ləzzətli və elə savadlı danışır ki, sadəcə, zövq alırsan, mənən və ruhən dincəlirsən. Ona qulaq asmaqdan, onu saatlarla dinləməkdən əsla və əsla yorulmursan. Rafael müəllim, parlamentin həm də ən fəal və ən işgüzar deputatlarındandır. Plenar iclaslarda az danışmağa, az çıxış etməyə üstünlük versə də, sədr müavini olduğu Mədəniyyət komitəsinin iclaslarında ən çox danışan, ən çox çıxış edən, yəni, ən çox və bir-birindən maraqlı, vacib əhəmiyyətli təkliflərlə, təşəbbüslərlə çıxış edən məhz odur. Bəlkə də sözügedən komitə üzvləri, bütövlükdə millət vəkilləri arasında ondan çox təklif irəli sürən, bir-birindən vacib və əhəmiyyətli qanun layihələri hazırlayıb təqdim edən ikinci bir millət vəkilinə rast gəlinə bilməz, olsa da, cəmi bir-iki nəfər millət vəkili istisna olmaqla...15 illik deputatlıq fəaliyyəti dövründə Rafael müəllim bəlkə də onlarla qanun layihəsi hazırlayıb təqdim edib və ya onları hazırlamağı öz öhdəsinə götürüb...Onlardan qəbul olunanlar da var, qəbulunu gözləyənlər də...Mediaya, cəmiyyətə də hər zaman açıq olub, çünki siyasətə, millət vəkilliyinə yolu həm də mediadan keçib...O, həm də peşəkar qələm əhlidir, qələminə, yaradıcılığına, yazdıqlarına söz ola bilməz. Hamısı mükəmməl bir əsərdir! O, həmçinin 15 il ərzində Azərbaycanı beynəlxalq aləmdə, xüsusilə, AŞPA-da çox uğurla və çox ləyaqətlə təmsil edir. Azərbaycan, Qarabağ həqiqətlərini tutarlı faktlar və arqumentlərlə dilə gətirir, anti-Azərbaycançı qüvvələri öz dəmir məntiqi ilə susdurur, yerində otuzdurur, geri çəkilməyə məcbur edir...Bir sözlə, onun fəaliyyəti haqqında saatlarla, günlərlə danışmaq olar. Rafael Huseynə - Rafael müəllimə bundan sonrakı fəaliyyətində də uğurlar, zəfərlər arzulayıram. Uğurları bol, yolu acıq, canı sağlam olsun. Amin!


- Arif müəllim adı olub, özü olmayanlardan, varlığı ilə yoxluğu bilinməyənlərdəndir...Guya ki Abşeronun  deputatıdır, amma bu 5 ildə nə üzünü görən, nə də səsini eşidən olub... Kaş onun yerinə bizim (daha doğrusu, Abşeronun) deputatı  Mehriban Əliyeva-Mehriban xanım olaydı...Çox arzu edərdim ki, heç olmasa, bu dəfəki seçkilərdə Abşeronun millət vəkili çox hörmətli və dəyərli Mehriban Əliyeva olaydı...O zaman Abşeronun, xüsusilə, Qobunun, Güzdəkin (və sair) canı problemlərdən qurtararadı...

-Rəbiyyət xanım Azərbaycan xalqının dəyərli övladlarındandır. Həm savadlıdır, həm istedadlıdır, həm bir xanım kimi gözəldir, cazibədardır, həm də kübardır. 15 illik deputatlıq fəaliyyətində də hər zaman öndə gedən millət vəkillərindən olub. Hər zaman aktivliyi, fəallığı, prinsipiallığı, mübarizliyi, fədakarlığı ilə seçilib, fərqlənib. Jurnalistlər arasında keçirilən rəy sorğularında da hər zaman öndə olub, yəni, fəaliyyəti təqdir olunub, müsbət qiymətləndirilib. Siyasətçi, parlamentari üçün medianın, jurnalistlərin rəğbətini qazanmaq vacib amillərdəndir və bu, heç də hər kəsə nəsib olmur. Amma Rəbiyyət xanım daim jurnalistlər arasında sevilib, dəyərləndirilib. Hətta, haqqında olmazın təhqirlər və böhtanlar yazılmasına baxmayaraq, heç zaman medianı məhkəmə ilə hədələməyib, əlində olan imkanlardan yararlanıb onları susdurmağa cəhd etməyib, əksinə, çox təmkinli və soyuqqanlı davranıb. Bunu heç də hər kəs bacara bilməz. Amma Rəbiyyət xanım öz aristokratlığı ilə bunu bacara bilib. Rəbiyyət xanım həm də Azərbaycanı beynəlxalq aləmdə, ATƏT PA-da çox uğurla və layiqincə təmsil edib, Azərbaycan, Qarabağ həqiqətlərini dilə gətirib, öz tutarlı arqumentləri ilə anti-Azərbaycançı qüvvələrə layiqli cavablarını verib. Bütün bunlardan sonra yenə də bəzilərinin onun,haqqında-özü də tanımadan və bilmədən-qurşaqdan aşağı ifadələr işlətməsi əsla və əsla düzgün deyil, bəlkə də günahdır. Nə isə...Hər kəsə özü bilər...Kiməsə ağıl öyrətmək fikrində deyiləm və bu, mənim həddim də deyil... Son olaraq Rəbiyyət xanıma bundan sonrakı fəaliyyətində də-harada olursa-olsun- növbəti uğurlar, zəfərlər arzulayıram! 


-Ziyad müəllim sadə, mədəni, abırlı, təmkinli, işgüzar, yerini bilən, savadlı və ziyalı insandır. Kimsənin də kimsənin, o cümlədən Ziyad müəllimin şəxsiyyəti, ləyaqəti ilə oynamağa, onu təhqir etməyə, aşağılmağa haqqı yoxdur. Ziyad müəllimə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram!


-Leyla xanım- Leyla Abdullayeva olduqca mədəni, sadə, səmimi, mehriban və mərd İnsandır. Xüsusilə, son iki illik fəaliyyətində də aktivliyi, fəallığı, maraqlı təklif və çıxışları ilə seçilib, fərqlənir. Onun yaxından və birbaşa iştirakı ilə "Milli mətbəx mədəniyyəti haqqında" olduqca vacib və maraqlı qanun layihəsi hazırlanıb və qəbulunu gözləyir. Ona bundan sonrakı fəaliyyətində də uğurlar arzulyarıam!



-Hörmətli yoldaşlar, cənablar və xanımlar, heç kimin şəxsiyyətini alçaltmağa, aşağılamağa, onun fiziki qüsurunu üzünə vurmağa, qardaşlarımız demişkən, onunla alay etməyə heç kimin və heç kimin əsla və əsla haqqı yoxdur. Məsəl var, söymə nökər atamı, söyməyim bəy atanı! Bir gün küfr etdikləriniz, söylədikləriniz özünüzə qayıda bilər və qayıdacaq. Bunu bilin və agah olun! İkincisi də Tahir müəllim peşəkar deputatlardan, siyasilərdəndir. Hər zaman da aktivliyi, fəallığı ilə fərqlənib. Xüsusilə də bələdiyyələrlə bağlı məsələdə hər zaman prinsipial mövqedən çıxış edib, onları sərt şəkildə edib və konstrukitiv təkliflərini verib. Ona görə də Tahir müəllimə bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram. Uğurlar olsun, Tahir müəllim! 



-Novruzəli müəllim-Novruz Aslan son dərəcə gözəl, səmimi, sadə, xeyirxah, təmənna güdməyən, minnət qoymayan və mehriban İnsandır. Parlament fəaliyyətində də-xüsusilə, üzvü olduğu Aqrar siyasət komitəsində maraqlı fikirləri, təklifləri ilə tanınıb, fərqlənib. Həm də gözəl bəstəçidir. Ona bundan sonrakı fəaliyyətində də uğurlar arzulayıram. Yolunuz hər zaman açıq, uğurlarınız daim bol olsun, Novruz müəllim. Amin!


-Rövşən müəllim olduqca mərd, təmənnasız, xeyirxah, mərhəmətli, sadə, səmimi, mədəni və vətənpərvər İnsandır. Millətinə Vəkillik edən millət vəkillərindən-Millətinin Vəkillərindəndir. İstər parlament fəaliyyətində fəallığı ilə seçilir, istər Azərbaycanı beynəlxalq qurumlarda olduqca ləyaqətlə təmsil edir, istərsə də mediaya hər zaman xoş münasibəti, açıqlılığı ilə seçilir. Ona bundan sonrakı fəaliyyətində də böyük uğurlar, nailiyyətlər arzulayıram və istəyirəm ki, 4-cü dəfə Millətinin Vəkili seçilsin!


-Abel müəllimi bir çox deputalar və siyasətçilərdən (həmçinin, rektorlardan) fərqli olaraq, mediaya, cəmiyyətə açıq olan sadə insanlardan biri kimi tanıyıram...Heç zaman mətbuatın hətta, ən kəskin suallarından belə qaçmayıb, yayınmayıb, səhv deyib, düz deyib, bu, ayrı məsələ, ancaq nəyi necə düşünübsə, o cür də deyib, fikrini bildirməkdən çəkinməyib...Dəfələrlə şəxsən özüm müsahibələr almışam və müsahibələri də hər zaman maraqlı, oxunaqlı, yenilikçi olub... Həm də mehriban və mədəni insandır. Ona fəaliyyətində uğurlar arzulayıram! 


-Qüdrət bəy--Qüdrət Həsənquliyev parlamentin ən fəal və ən aktiv deputatlarındandır. Bu, quru tərif, adi söz yığını deyil, bu, həqiqət və reallıqdır. Bunu danmaq, görməmək, qiymətləndirməmək və etiraf etməmək insafsızlıq olardı. O, elə bir iclas olmur və olmayıb ki, istər cari məsələlərlə, istərsə də gündəlikdəki məsələlərlə-qanun layihələri ilə bağlı çıxış etməsin və ya öz təkliflərini verməsin. Qüdrət bəy istər plenar iclaslarda, istərsə də üzvü olduğu Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclaslarında öz aktivliyi və fəallığı ilə fərqlənir. Çıxışlarında da hər zaman xalqı, seçiciləri maraqlandıran, narahat edən məsələləri, problemləri gündəmə gətirir. Mətbuata da olduqca açıq və yaxın bir insandır. Onun fəaliyyətində ən başlıca və təqdirəlayiq məqamlardın biri də Türkçü olmasıdır!


-Aydın müəllim-Aydın Abbasov, qardaşdı! Mərd, təmənnasız, xeyirxah Kişilərdəndir! Səmimi, sadə,mehriban İnsandır! Ona bundan sonrakı fəaliyyətində də uğurlar, nailiyyətlər arzulayıram. Qardaşım, əziz dostum, yolunuz hər zaman açıq, uğurların daim bol olsun. Amin!


-Jalə xanım fəal və aktiv deputatlardandır. Sadə, mədəni, sakit təbiətli və mehriban xanımdır. Hər zaman da cəmiyyətə, mediaya açıq siyasətçi, millət vəkilidir!

-Canım, ürəyim Zeynəb xanım-Zeynəb Xanlarova! Millətimizin, Azərbaycanımızın, Türk Dünyamızın fəxri Zeynəb xanım! Xanımların xanımı Zeynəb xanım! Allah Sizi bizlərə, Azərbaycanımıza, Türk Dünyamıza çox görməsin. Allah hər zaman üstünüzdə Yar olsun. Min kərə Amin!


-Nizami müəllim- Nizami Cəfərov parlamentdə orijinallığı, özünəməxsusluğu, şirin, duzlu-məzəli söhbətləri ilə seçilən, səmimi, mehriban və aktiv millət vəkillərindəndir!

Oxşar xəbərlər
16:52, Bu gün
İlham Əliyev KAICIID-in Baş katibini qəbul etdi - YENİLƏNİB + FOTO
16:47, Bu gün
BDU-da Yerusəlim İbrani Universiteti ilə imzalanmış ikili diplom proqramına dair infosessiya - FOTO
16:42, Bu gün
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
16:37, Bu gün
Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı
16:35, Bu gün
İlham Əliyev İraq Parlamentinin sədrini qəbul etdi - FOTO
16:32, Bu gün
Hansı hallarda kirayəyə ev verənləri ağır cəza gözləyir? - VİDEO
16:27, Bu gün
“Azerbaijan Fish Farm” şirkəti BDU-da “Beynəlxalq satış üzrə mütəxəssis” mövzusunda “workshop” keçirib - FOTO
16:22, Bu gün
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH + FOTO
16:20, Bu gün
Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
16:17, Bu gün
“Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə görüş keçirilib - FOTO
16:15, Bu gün
“Böyük Qayıdışın daha da möhtəşəm olması üçün hər kəs əlindən gələni etməlidir” - VİDEO
16:12, Bu gün
Bu ilin meteor yağışı ilə bağlı proqnozlar açıqlandı
16:07, Bu gün
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib
16:05, Bu gün
Rusiya Dövlət Dumasında məmurların seksual oriyentasiyasını yoxlamaq təklif edildi
15:58, Bu gün
Ağdamda qəza: Ölən və xəsarət alanlar var - FOTO
15:53, Bu gün
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul etdi - YENİLƏNİB + FOTO
15:49, Bu gün
Şöbə müdiri televiziya rəhbəri təyin olundu
15:45, Bu gün
Tovuzda yük maşını körpüdən çaya aşıb - FOTO
15:41, Bu gün
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul etdi - YENİLƏNİB
15:37, Bu gün
Nəfəs: "İllərlə kirayə qaldım..." - VİDEO
15:33, Bu gün
"Mənə dedi ki, gül kimi qız idi, niyə boşadın onu?"
15:28, Bu gün
Prezident bir qrup dini rəhbəri qəbul etdi - YENİLƏNİB + FOTO
15:23, Bu gün
Bu obyektlərin su təchizatı üçün ödəniş müəyyənləşdi
15:19, Bu gün
Ramallahda fələstinli tələbələr Almaniya səfirinə hücum edib
15:14, Bu gün
İlham Əliyev bu qanunu təsdiqlədi
15:09, Bu gün
Azad edilmiş ərazilərdə 332 mina aşkarlandı
15:05, Bu gün
Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır - SƏBƏB
15:02, Bu gün
Prezident sərəncam imzaladı
15:00, Bu gün
Hərbi attaşelər DİN DQ-nin Ali Hərbi Məktəbini ziyarət ediblər - FOTO
14:55, Bu gün
Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü
14:50, Bu gün
“Hökumət evi”nin antihökumət sakinləri – Üç min nəfərin yaşadığı İofan kompleksinin sirləri  
14:45, Bu gün
Azərbaycan ədəbi dilinə akademik baxış
14:40, Bu gün
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - FOTO
14:37, Bu gün
Kəlbəcərdə yük maşını aşdı - Ölən var
14:35, Bu gün
“Gənc istedadlar” liseyinin şagirdləri IX Ekoloji Forumun startap müsabiqəsində qalib gəliblər - FOTO
14:32, Bu gün
Bayramov UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü
14:30, Bu gün
Kamal Abdullaya “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim olundu - FOTO
14:25, Bu gün
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alındı - VİDEO
14:20, Bu gün
Mingəçevir Dövlət Dram teatrı fəaliyyətində yeni bir mərhələnin təməlini qoyur - FOTO
14:15, Bu gün
Tbilisi polisi "Rusiya qanununa" qarşı etirazları amansızcasına yatırdı... - FOTO/VİDEO
14:10, Bu gün
Çıxışına “stop” qoyulan 495 nəfər ölkədən gedə bilmədi
14:06, Bu gün
Qız məscidin həyətində sevgilisi ilə görüşdü, tövlədə isə... – Cəlilabadda ŞOK OLAY
14:00, Bu gün
Netanyahu ilə Blinken arasında QAPALI GÖRÜŞ
13:56, Bu gün
Prezident bir qrup rektoru təltif edib
13:52, Bu gün
İvanişvilinin bəyanatının gizlinləri: Gürcüstan sınaq qarşısında - TƏHLİL
13:47, Bu gün
“Zəngəzur dəhlizi Rusiya iqtisadiyyatı üçün dünya bazarına çıxış yoluna çevrilməli idi...”
13:42, Bu gün
Əli Əsədov Muharrem Kılıçla görüşdü
13:37, Bu gün
Oğuzda silahlı şəxs saxlanıldı - FOTO
13:32, Bu gün
Gürcüstan parlamentində qalmaqal: Deputatlar arasında dava düşdü - VİDEO
13:27, Bu gün
Şarl Mişeldən ETİRAF: “Bəzən Brüsseldə ikili standartlar müşahidə olunur”
13:22, Bu gün
BMT Baş katibinin müavini: "Azərbaycan sülhə, yumşaq gücə önəm verir"
13:17, Bu gün
Bakıda yüksəksürətli yolda yerüstü piyada keçidinin inşasına start verilib - FOTO
13:12, Bu gün
Azərbaycanda dini qurumların sayı artıb
13:07, Bu gün
Parkinqə pul verməmək üçün qayda pozurlar - AÇIQLAMA + FOTO
12:58, Bu gün
Ləğv edilmiş MTN-in tutduğu narkobaron həbsdə öldü
12:54, Bu gün
MSK sabah Ramin Məmmədovun deputat mandatından məhrum edilməsi məsələsinə baxacaq
12:50, Bu gün
Tovuzda qadının üzərinə benzin tökərək yandıran şəxs həbs edildi
12:47, Bu gün
“Allergiyası olanlar bu qidaları yeməsinlər - çiyələk yeyən uşaqlar şoka düşə bilər” - ARAŞDIRMA + ÖZƏL
12:42, Bu gün
“Balaban ermənilərə aid deyil, amma düdük adı ilə bu alətin istehsalına başlayıblar, bizdə isə fabrik yoxdur” - FOTO + ÖZƏL
12:37, Bu gün
Sabahın hava proqnozu AÇIQLANDI
12:30, Bu gün
Əli Məsimli Böyük Dəhnə kəndində seçiciləri ilə görüşdü, vətəndaş qəbulu keçirdi - FOTO
12:25, Bu gün
Xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun vaxtı uzadılıb
12:20, Bu gün
TƏBİB-də yeni təyinat
12:15, Bu gün
AMB-dən yeddi milyard dollarlıq PROQNOZ
12:10, Bu gün
Daha 6 mikro sahibkara “Startap” şəhadətnaməsi verildi
12:00, Bu gün
Forum başladı: İlham Əliyev tədbirdə iştirak etdi - YENİLƏNİR + FOTO/VİDEO
11:58, Bu gün
“Delimitasiya və demarkasiya işləri hər hansı vasitəçi olmadan aparılır”
11:55, Bu gün
Uşaq evdən 45 min manat oğurlayıb bağda gizlətdi
11:50, Bu gün
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
11:46, Bu gün
““HƏMAS” liderləri ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazasının olduğu Qətərdə oturur...”
11:44, Bu gün
Prezident: “İndi biz sülhə doğru gedirik”
11:41, Bu gün
TikTok-la bağlı ŞOK - Azərbaycanlıların 75 faizi...
11:37, Bu gün
Bu ölkə qovrulur: Bir həftə ərzində 10 nəfər ölüb
11:35, Bu gün
“Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi”
11:31, Bu gün
Azərbaycanda yeni telekanal açıldı
11:25, Bu gün
Prezident: "İndi rolumuzu körpülərin salınmasında görürük"
11:20, Bu gün
STM-də Qətərin Milli İnsan Hüquqları Komitəsinin sədriylə görüş keçirilib - FOTO
11:14, Bu gün
BDU tələbəsi faciəvi şəkildə öldü
11:05, Bu gün
I siniflərə sənəd qəbulu başladı - YENİLƏNİB
11:00, Bu gün
Prezident: “İmkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın”
10:55, Bu gün
Azərbaycan Prezidenti: “Biz çoxtərəfliliyə qəti şəkildə sadiqik”
10:52, Bu gün
BDU-da Karyera Festivalı davam edir
10:49, Bu gün
"Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub" - İlham Əliyev
10:45, Bu gün
Cənub bölgəsi yeni turizm mövsümünə necə hazırlaşır? - ARAŞDIRMA
10:40, Bu gün
Çempionlar Liqasında yarımfinal həyəcanı: “Dortmund” - PSJ dueli
10:36, Bu gün
Qazaxda gənc qız 15 gündür itkin düşüb
10:34, Bu gün
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu - FOTO
10:32, Bu gün
Rövşən Rzayev vəfat etdi -FOTO
10:22, Bu gün
Əməkdar artist “Privet, Andrey” verilişindən danışdı: “Rəşid Behbudovu, Müslüm Maqomayevi, Polad Bülbüloğlunu...”
10:18, Bu gün
"Elza deyilik ki, stollarda oxuyaq" - VİDEO
10:05, Bu gün
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - SƏBƏB + VİDEO
09:55, Bu gün
Vəkillər Kollegiyası Gədəbəydə pulsuz hüquqi dəstək göstərəcək
09:29, Bu gün
Küləkli hava nə vaxtadək davam edəcək?
09:21, Bu gün
Üzünüzü yumazdan əvvəl iki dəfə düşünün!
09:12, Bu gün
"Putin ənənəvi dəyərləri müdafiə edən siyasi liderdir" - Duqin
09:08, Bu gün
Doğru bilinən yanlışlar – Bu üsulların heç bir faydası yoxdur!
08:59, Bu gün
Azərbaycanda bu qadağa qüvvəyə minir
08:59, Bu gün
Ukrayna səmasında qeyri-adi mavi parıltı göründü...-FOTO
08:50, Bu gün
Oğuzda FACİƏ: 77 yaşlı qadın özünü belə öldürdü
07:48, Bu gün
"Koronavorusa qarşı bu peyvənd ciddi travmalara və hətta ölümə səbəb olan tromblar yaradır..."
GÜNLÜK
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı
HƏFTƏLİK
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
26 Apr 2024 | 10:30
“Paşinyan yenə də öz bildiyini, daha doğrusu, Putinin ona dediyini edir...”
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
28 Apr 2024 | 18:29
Stilist 87 yaşlı Zeynəb Xanlarovanı elə bəzədi ki... - FOTOLAR
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
25 Apr 2024 | 11:20
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
29 Apr 2024 | 15:17
TƏBİB-dən Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
AYLIQ
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
30 Apr 2024 | 18:59
Başgicəllənmə görün hansı xəstəliklərin əlamətidir - DİQQƏT! 
30 Apr 2024 | 19:29
Diqqət! Uşaqda bu simptomlar ŞƏKƏRLİ DİABETdən  xəbər verir
30 Apr 2024 | 18:51
Tələbə saqqalı universitetə gələ bilərmi?
30 Apr 2024 | 17:39
BDU tələbələri istehsalat bacarıqlarını yüksəldirlər - FOTO
30 Apr 2024 | 17:47
Depardye Parisdə saxlanıldı - Dindirilmədən sonra həbs oluna bilər
30 Apr 2024 | 19:49
Yüksək təzyiqi salmaq üçün bu toxumu yeyin
30 Apr 2024 | 22:03
Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ - VİDEO
30 Apr 2024 | 17:33
"Qərb radikal İslama qarşı üçüncü dünya savaşının qızğın çağındadır" - İsrail XİN rəhbəri
30 Apr 2024 | 17:30
İlham Əliyev fərman imzaladı