Türkiyənin məşhur ulduz cütlüyü evliliklərinə son qoydu - FOTO
1656
05 Jun 2025 | 12:08

Türkiyənin məşhur ulduz cütlüyü evliliklərinə son qoydu - FOTO

Türkiyənin məşhur aktyor cütlüyü Pelin Akil və Anıl Altan haqqında uzun müddətdir dolaşan boşanma iddiaları bu dəfə təsdiqlənib. Cütlük 9 illik evliliklərini rəsmi şəkildə bitirdiklərini elan edib.
 
Oxu.az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, ayrılıq xəbəri Pelin Akil tərəfindən televiziya proqramında açıqlanıb.
 
"Ər-arvad kimi yollarımızı ayırdıq, amma onun xaricində həmişə bir yerdə olacağıq. Çünki uşaqlarımız var və biz bir-birimizi hələ də çox sevirik. Sadəcə bu münasibət artıq başqa bir formada davam edir. Bu, fərqli şəkildə yozulmasın", - deyə aktrisa bildirib.
 
Pelin Akil və Anıl Altan "Arka Sıradakiler" serialının çəkiliş meydançasında tanış olmuşdular. Dostluqla başlayan münasibətləri zamanla sevgiyə çevrilmiş, cütlük 2016-cı ildə nikah masasına oturmuşdu. Üç il sonra isə onlar əkiz qızlarını - Alin və Linanı qucaqlarına alaraq valideynlik sevinci yaşamışdılar.
 
Qeyd edək ki, son illərdə cütlük tez-tez boşanma xəbərləri ilə gündəmə gəlirdi.
Link kopyalandı!
Son xəbərlər