Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyədə hərbçiləri daşıyan mikroavtobus hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
Oxu.Az-ın "Haber Global" telekanalına istinadla verdiyi xəbərə görə, yol-nəqliyyat hadisəsi nəticəsində 12 əsgər yüngül xəsarət alıb.
Hadisə Hakkari-Çukurca yolunda baş verib. Yaralı hərbçilər xəstəxanaya çatdırılıblar.
Fakt üzrə təhqiqat başlayıb.