İsrail Trampın Livanla bağlı qadağa iddiasına görə ABŞ-dən açıqlama istəyib
Dünya
183
11:50, Bu gün

İsrail Trampın Livanla bağlı qadağa iddiasına görə ABŞ-dən açıqlama istəyib

İsrail ABŞ Prezidenti Donald Trampın İsrailin Livanda hava zərbələri endirməsinin “qadağan edildiyi” ilə bağlı paylaşımına aydınlıq gətirilməsi üçün Ağ Evə müraciət edib.

Moderator.az bildirir ki, bu barədə ABŞ rəsmisi və məsələdən xəbərdar olan digər mənbə "Axios"a bildirib.

Məlumata görə, sözügedən bəyanat ABŞ Dövlət Departamentinin açıqladığı İsrail-Livan atəşkəs razılaşmasının mətninə zidd olduğuna görə İsrailin Baş naziri Benyamin Netanyahu və onun müşavirləri Trampın bu paylaşımına təəccübləniblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər