Nəhənglərin mövqe savaşı...
Oxunub: 3340
27 Jun 2015 | 01:08
Nəhənglərin mövqe savaşı...
Ermənistanda elektrik enerjisinin qiymətinin artması səbəbi ilə baş verən hadisələr tədricən siyasi xarakter almaqdadır. Məhz bu baxımdan düşmən ölkədə yaşananlar xeyli ziddiyyətli görünür. Ziddiyyətli məqam ondan ibarətdir ki, iqtisadi sıxıntıların getdikcə daha çox yaşandığı, sosial durumun ağırlaşdığı Ermənistanda tariflər rusun sahiblik etdiyi şirkətin təklifləri (Ermənistanın forpost olduğunu nəzərə alsaq, əslində, tələbləri ”“ N.M) əsasında, özü də Qərbin bu ölkəni Rusiyanın təsiri altından çıxarmaq üçün çox ciddi səy göstərdiyi bir vaxtda qaldırılır.
Göründüyü kimi, ortada çox böyük paradoks var. Təsəvvür edirsinizmi, regionda özünün jandarm rolunu oynayan, maraqlarının təmin edilməsi, mənafelərinin qorunub saxlanması üçün istifadə etdiyi Ermənistanı heç bir vəchlə əldən buraxmaq istəməyən, bundan ötrü ölüm-qalım savaşına girməyə hazır olan Rusiya bu ölkədə qarşıdurma yaradır (Hər halda Ermənistandakı rus şirkətinin belə həssas məsələ ilə bağlı rəsmi Moskvanın razılığını almadan tarifləri qaldırması inandırıcı görünmür ”“ N.M). Yəni Qərbin uzun illərdir marıqda dayanıb ən kiçik fürsətdən belə yararlanmağa çalışdığının fərqində olan Kreml atdığı addımların bugünkü hadisələrlə nəticələnə biləcəyini doğrudanmı gözləmirdi? 
Şübhəsiz ki, bu da ağlabatan deyil. Əks halda problemi yerindəcə həll edərdi. Narazılığa əvvəlcə oturmaqdan başlayan, daha sonra hər iki mənada ayağa qalxan ermənilərin, yenə bütün mənalarda arxasında Qərb barmağının olduğu barədə səslənən fikirlər də məhz yuxarıdakı ziddiyyətdən qaynaqlanır.
Şübhəsiz ki, əsrlərdir Ermənistanın arxasında dayanan Rusiyanın öz mövqelərini könüllü şəkildə tərk etməsi mümkünsüzdür. İrəvandakı üsyanı amansızlıqla yatırmaq üçün Moskvanın istənilən vasitəyə əl ata biləcəyi də heç kəsdə şübhə doğurmur. Bir şərtlə ki, proseslər doğrudan da Qərbin dəstəyi və nəzarəti altında getsin. Əks halda Serj Sərkisyanın hakimiyyətdən uzaqlaşdırılaraq başqa bir rusofilin iqtidara gətirilməsi erməni əhalisinin tarixə düşəcək nifrətini qazanmamaq üçün Kremldən ötrü ən əlverişli seçim olardı. 
Əlbəttə, Ermənistan iqtisadiyyatının, infrastrukturunun, müdafiə sisteminin Rusiyadan asılılığı, bağlılığı Qərbin bu tezliklə İrəvanda oturmasına birmənalı şəkildə imkan vermir. Bir qədər primitiv yanaşma olsa da, hadisələrin arxasında dayanmaq Rusiyaya, sadəcə, Ermənistandakı Qərbyönlüləri tam şəkildə aşkara çıxarmaq üçün lazım ola bilərdi. Bəs ümumiyyətlə, Qərbin yaxın gələcəkdə Ermənistan, Azərbaycan və Belorusda möhkəmlənməsi ehtimal olunandırmı? Bu məsələni birmənalı dəyərləndirmək çətin olsa da, hər halda Ukrayna və elə Gürcüstanla bağlı da yaşananlar inandırıcı fikir söyləməyə əsas verir. 
Bəli, nə qədər ki, ABŞ və Avropa Birliyi Gürcüstanı qoruya bilməyibsə və hadisələr Ukrayna probleminin davam etməsi fonunda baş verirsə,  Şərq Tərəfdaşlığı çərçivəsində assosiasiya sazişini imzalamaq üçün Azərbaycana təzyiq göstərməyə artıq onların nə mənəvi, nə də hüquqi əsasları yoxdur. Əgər Ukraynanı qoruya bilməyiblərsə, onun iqtisadiyyatı çökürsə, ərazi bütövlüyü pozulubsa, onda assosiasiya sazişini imzalamaqdan, Rusiya və onun yaratdığı qurumlardan imtina etmək üçün Azərbaycanın və digərlərinin əlinə çox ciddi əsaslar vermiş olur. Ən azı bu baxımdan, hətta Qərbin dəstəyi ilə baş vermiş olsa belə Ermənistandakı hadisələrin Rusiyanın bu ölkədən qovulmasına gətirib çıxaracağına ümid bəsləmək sadəlövhlük olardı.
Lakin bir anlığa təsəvvür edək ki, Qərb Ermənistanı bu gün, ya sabah Moskvanın orbitindən çıxarıb, özünün təsir dairəsinə salır. Bu halda nə baş verərdi? Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanı nələr gözləyə bilər? 
Əvvəlcə onu xatırladaq ki, ABŞ və Qərb ölkələri heç bir beynəlxalq qanunlara məhəl qoymadan (Hərçənd BMT-nin Təhlükəsizlik Şurasına 5 daimi üzvün seçilməsi və onlara veto hüququnun verilməsinin özü ən böyük ədalətsizlikdir) İraqın, Əfqanıstanın, Liviyanın ərazilərini işğal edib. İşğal etmədikləri ölkələrin isə sərvətləri sorulub aparılır. Artıq birmənalı şəkildə demək olar ki, Qərbdə demokratiya, insan hüquqları məsələsi əksər hallarda formal xarakter daşıyır. Və bu, ölkələrin siyasi maraqlarını təmin etmək üçün ortaya atılır
Bütün bunları nəzərə alaraq artıq birmənalı şəkildə deyə bilərik ki, istənilən prizmalardan baxanda Qərbin təsiri altındakı Ermənistan, Rusiyanın forpostu olan Ermənistandan daha təhlükəli görünür. AŞPA-nın plenar iclasında ümumi səsvermə ilə Qarabağın işğal faktının qətnamə layihəsindən çıxarılması və BMT baş katibi Pan Gi Munnun assambleya iştirakçıları qarşısında çıxışı zamanı “işğal” sözünü işlətməməsi də bunu bir daha göstərdi. Bu baxımdan Ermənistanda Qərbyönlü hakimiyyətin formalaşması ehtimalına sevinənlər tələsməməlidirlər. 
Qərb də, Rusiya da necə deyərlər, eyni medalın müxtəlif üzləridir. Xristian həmrəyliyi açıq-aşkar ortadadır. Qərb bizi nə Avropa Birliyinə, nə də nə vaxtsa NATO-ya Ermənistandan ayrıca qəbul etməyəcək. Avropa Şurasına üzvlüyümüz heç nəyi dəyişmədiyi kimi, digər Avropa qurumlarına üzvlüyümüz də heç nəyi dəyişməyəcək. Yəni Qarabağ məsələsinə yanaşmada uzun illərdir Qərblə Rusiyanın hansısa fərqi müşahidə edilibmi? Əsla. Onların heç biri problemin Azərbaycanın xeyrinə, ərazi bürövlüyümüz, suverenliyimiz çərçivəsində ədalətli həllini istəmir. Bunu anlamaq üçün daha neçə illər keçməlidir ki?
Doğrudur, belə düşünənlər də var ki, Azərbaycan Qarabağda savaşa başlayacağı halda Rusiya cəbhə bölgəsinə özünün əsgəri qüvvəsini yerləşdirsə də, Qərb bunu etməz. Ola bilsin ki, belədir. Amma əsgəri qüvvədən istifadə etməsə də, Qərbin hər halda savaşı əngəlləmək üçün başqa vasitələrdən istifadə edəcəyi şübhəsizdir. Və düşünürəm ki, Qərb Ermənistanda qələbə çalacağı təqdirdə yenə də “demokratiya”dan istifadə olunacaq, Azərbaycana “demokratik Ermənistan hakimiyyətinə güzəştə getməyi” təklif edəcək. Onlar bizim başqa cür düşünməyimiz üçün indiyə qədər heç bir əsas verməyiblər.

Nəriman Mahmud
Yazıçı-publisist
Oxşar xəbərlər
09:15, Bu gün
Bakıda 23 yaşlı gənci qanına qəltan etdilər - SON DƏQİQƏ 
09:02, Bu gün
Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? - Açıqlama
08:51, Bu gün
""Azpetrol"dan benzin vurdum, maşın titrəməyə başladı, elə bildim, dizel doldurublar..."
08:44, Bu gün
Hansı su daha sağlamdır?  - Qazlı, mineral, yoxsa...
08:22, Bu gün
Bu gün ümumi orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçiriləcək
08:10, Bu gün
Bakıda 23 yaşlı gənc bıçaqlanıb
08:00, Bu gün
Yeniyetməlik dövründə yeyilən bu qidalar beyinə  qalıcı ziyan vurur - DİQQƏT
07:43, Bu gün
Amerikada 18-29 yaşlı gənclərin yalnız 41 faizi İsrailə müsbət münasibət bəsləyir...
06:29, Bu gün
Geomaqnit qasırğası olan günlərdə nə etmək lazımdır? - Həkimdən TÖVSİYƏ
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
GÜNLÜK
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 09:48
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
04 May 2024 | 10:51
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
04 May 2024 | 10:45
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
04 May 2024 | 09:22
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
04 May 2024 | 09:31
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 09:48
Ukraynalı qaçqınlara kömək edən rus şərləndi və təcrudxanada ölü tapıldı...-FOTOLAR
04 May 2024 | 10:51
“Xarici agentlər” qanunundan öncə “KQB” arxivləri açılmalı deyilmi?..-Analitik izah edir
04 May 2024 | 10:45
Azərbaycanlı aktrisanın klubdakı rəqsi kişilərin ağlını BAŞINDAN ALDI - ŞOK VİDEO 
04 May 2024 | 09:22
Ərdoğan Putinin xətirinə bu görüşü təxirə saldı - Arkov
04 May 2024 | 09:31
Orqanizmi xərçəngdən qoruyan VİTAMİN