Əslində, bu, Gürcüstan hakimiyyətinin tezisini gücləndirir ki, əgər onlar dövlətin başında qalsalar, sülh olacaq, amma iqtidarda qalmasalar, mütləq müharibə olacaq”, - deyə Kopçak izah edib.
Ekspert qeyd edib ki, Gürcüstanda əhali hazırkı hakimiyyətin xarici siyasətlə bağlı hərəkətlərini, xüsusən də Moskvaya doğru dönüşü dəstəkləmir. İqtidar sona qədər bu çərçivədə qalacaq, lakin gürcülərin özləri bu mövqeyi dəstəkləmirlər. Gürcülər çox irrasional cəmiyyətdir. Onlar xarici agentlər haqqında qanuna cavab veriblər, amma mənim fikrimcə, daha “qaynar” olan digər işlərə reaksiya vermədilər.
Vizasız gediş-gəlişin ləğvi və xarici agentlər haqqında qanunun Rusiya qanunu olması ilə bağlı ipucu gələn kimi 200 min insan küçələrə axışdı. Əgər bu adamlar hansısa formada toplanıb yenə yönlənsə, nəticə bəlli olacaq”, - deyə o əlavə edib.
"Xatırladaq ki, bundan əvvəl Rusiya Federasiyası Federasiya Şurasının sədr müavini Andrey Klimov bildirmişdi ki, Rusiya mümkün etirazları yatırmaq və “Gürcü Arzusu” partiyasına hakimiyyəti saxlamağa kömək etmək üçün Gürcüstana öz qoşunlarını göndərməyə hazırdır. Bundan əlavə, Gürcüstanın İvanişviliyə sui-qəsd hazırladığını elan edərək, Ukraynanı da bura qatdıqlarını daha əvvəl xəbər vermişdik", -deyə Ukrayna nəşri əlavə edir.
S.Laçın