Vətəndaşlara qarşı kütləvi qırğın silahı...
Oxunub: 4526
21 May 2015 | 20:08
Vətəndaşlara qarşı kütləvi qırğın silahı...
"Yarıtmaz idarəçilik, səriştəsizlik hər birimizin həyatına öz damğasını vuracaq. Geci, ya tezi var. Xətai rayonunda üzərinə sağlamlıq üçün zərərli və təhlükəli plastik örtük çəkilmiş bina yandı və 60 mənzil külə döndü, 60 ailə küçədə qaldı. Bu dəfə, xoşbəxtlikdən, xəsarət alan olmayıb, ancaq şəhərdə bu tipli "üstü bəzək, altı təzək" binaların çoxluğunu nəzərə alsaq, gələcəkdə belə halların olması da istisna deyil. Məsələ ondadır ki, belə ucuz və keyfiyyətsiz üzlüklər hədsiz dərəcədə tez alışıb yanmaq xüsusiyyətinə malikdir, buna görə də çox təhlükəlidir və onlardan müasir inşaatda istifadə olunmur. Lakin bunu düşünən kim idi? Əsas o idi ki, büdcədən ən rahat pul silməyin yollarından birini tapmışdılar. Nəticədə, insan faciələri yaşanır. Mən hələ binaların üzərinə vurulmuş "aqlay" daşların nə vaxtsa qopub piyadaların başına düşəcəyindən də çox qorxuram, çünki əminəm ki, onları yapışdıran zaman da texnologiyalara və standartlara tam əməl edilməyib. Allahın ümidinə qalmışıq..." Bu statusu mən 11 aprel tarixində, birinci bina yananda yazmışam. O zaman xoşbəxtlikdən insan itkisi olmadı, lakin ikinci dəfə tale bizə bu şansı tanımadı. Cəmi bir ay öncə onlarla insan dedi, yazdı, həyəcan təbili çaldı, ancaq eşidən olmadı. Çünki, artıq ölkə rəhbərliyi səviyyəsində etiraf edildiyinə görə, çox yüksək vəzifəli bir məmurun ailə üzvləri bu işdən milyonlar qazanıb. İki yaşlı Ayxanın məsum görünüşlü cəsədinin yanğınsöndürənlər tərəfindən çıxarıldığı anı həkk edən o ürəkdağlayan fotonu çoxunuz görmüsünüz. Yazıq deyildimi o körpə? Yazıq deyildimi 3 yaşlı Fərəh, 5 yaşlı Ayan, yaş yarımlıq Ömər?! Bunu edənlər vicdansızdır, Allahsızdır, dinsizdir, anladıq. Bəs Bakı Şəhər İcra Hakimiyyəti hara baxırdı? Bəs FHN-yi niyə tədbir görməyib? Bəs Baş prokurorluq nə ilə məşğul olurdu, ancaq üzə adam qoymaqla, işverənlərin verbovkası iləmi? Niyə 16 nəfərin diri-diri yanmasına, 64 nəfərin ağır yanıq xəsarətləri almasına və zəhərlənməsinə, yüzlərlə insanın həyatının burnurdan gəlməsinə şərait yaradılıb? İndi məlum olub ki, binaların sağlamlıq və həyat üçün təhlükəli materialla üzlənməsi FHN-nin razılığı olmadan, yerli icra hakimiyyəti ilə razılaşdırılmadan həyata keçirilib. Azərbaycan reallığını bilən hər kəsə bu iddia lətifə kimi görünəcək! Axı az qala vətəndaşların öz şəxsi mənzillərində apardıqları təmirə müdaxilə edən strukturlar ölkənin bütün böyük şəhərlərində, Bakının isə az qala hər yerində həyata keçirilən bu "minalanma" əməliyyatından necə xəbərsiz ola, ona necə göz yuma bilərdilər? Axı söhbət insan talelərindən gedir. Niyə bu kütləvi qətlin qarşısı bu qədər xəbərdarlıqlardan sonra da vaxtında alınmadı?! Axı Baş prokuror Zakir Qaralov özü də etiraf edib ki, sonuncu, Xətai rayonundakı hadisə də daxil eyni səbəbdən bir neçə daha kiçikmiqyaslı yanğın hadisəsi baş verib. Göründüyü kimi, bu birinci belə hal deyil və bu sintetik üzlüklərin böyük faciələr törədəcəyi ilə bağlı hakimiyyət orqanlarına çoxsaylı müraciətlər, xəbərdarlıqlar edilmişdi. Bunu bilə-bilə, niyə dövlət səviyyəsində hansısa bir məmurun harınlamış ailə üzvlərinə günahsız insanları diri-diri yandırmaq, kütləvi şəkildə məhv etmək haqqı tanınıb? Axı hətta çox qüdrətli bir məmurun kommersiya maraqları vətəndaşlarımızın həyatından və dövlət təhlükəsizliyi maraqlarından üstün tutula bilməz! Bəli, Zakir Qaralov zəhmət çəkib bu cinayət əməlini düzgün tövsif etsin- bu iki və daha artıq şəxsin qəsddən öldürülməsidir, kütləvi qətliamdır! İnsanların benzindən tez alışan örtüklərlə üzlənmiş binalarda hər an ölümün girovluğunda olduğunu bilə-bilə, kiminsə milyonlar qazanmaq üçün binaları üzləməsinə şərait yaratmaq, buna göz yummaq bu xalqa qarşı düşmənçilik deyilsə, nədir?! Hacıbala Abutalıbov 1000 manat kompensasiyadan necə də pafosla, qürrələnə-qürrələnə danışır?! Ayıb deyilmi?! O kompensasiya ilə Ülkəri geri qaytaracaqsınız ya Ayxanı? Bəlkə, Fərəhin valideynlərinin dərdini ovudacaq 1000 manat? Müəllimin, həkimin 150-200 manat maaş alıb səfalət içində süründüyü bir məmləkətdə yüzlərlə binaya vurulmuş və bir kvadrat metri büdcəyə 150 manata başa gəlmiş bu ölümsaçan üzlüklərin pulunu kim ödəyəcək? Bu, əslində, qəpik-quruş dəyərində olan "kütləvi qırğın silahına" büdcədən bir milyarda yaxın vəsait silinib. Xərclənməyib, məhz silinib. İşə baxın ki,
 
vətəndaşlarımıza qarşı istifadə olunan "kütləvi qırğın silahını" elə vətəndaşlarımızın özü maliyyələdirməli olub. Müəllimin, həkimin, mədəniyyət işçisinin, tələbənin, pensiyaçının, Qarabağ əlilinin cüzi maaşından, təqaüdündən, pensiyasından, müavinətindən kəsib bir qrup möhtəkirə bir milyard vəsait veriblər ki, "şəhərlərimizin siması gözəlləşsin". Bu dəhşətli faciədən sonra büdcədən, yəni, yenə də vətəndaşlarımızın cibindən bir xeyli vəsait xərclənib o ölümsaçan üzlükləri sökməli və təhlükəli tullantı kimi məhv etməlidirlər. Görünür, bu da həyatın və Azərbaycan reallığının acı istehzasıdır. İndi də bu üzlükərin ekspertizasından danışırlar. O ekspertizanın tüstü-dumanını nəinki Azərbaycan, bütün dünya görmədimi? Daha neçə bina yanmalı, neçə insan həyatla nakam vidalaşmalıdır ki, harın məmurlarımızın gözü doysun?! Yubanmadan, təcili qaydada bütün potensial təhlükə mənbəyi olan üzlüklər sökülməli, kimliyindən asılı olmayaraq günahsız insanlarımızın, məsum körpələrimizin dəhşətli ölümünə səbəb olan, varlanmaq ehtirası ilə vətəndaşlarımızı diri-diri yandıran hər kəs (tək tikinti şirkətinin rəhbərinin həbsi ilə gözdən pərdə asmaq mümkün olmayacaq!) cinayət məsuliyyıtinə cəlb edilməli və qanunun bütün gücü ilə cəzalandırlılmalıdır. Xalqa qarşı biganəliyə, ona yuxarıdan aşağı baxmağa, xalqın faciəsi üzərində milyonlar qazanmaq siyasətinə son qoyulmalıdır!
 
Və zənnimcə, ən mühüm məqam. Bu qədər düşmənlə əhatə olunmuş bir ölkədə bircə kibrit çöpü, bircə qığılcımla alışıb yanan və özü ilə yüzlərlə, minlərlə, bəlkə on minlərlə günahsız insanı məhv edə bilən belə bir "kütləvi qırğın silahının" hansı potensial təhdid, təhlükə və diversiya mənbəyi, hansı destabilizasiya faktoru olduğunu əlaqədar strukturlar anlayırmı görəsən? Həmin strukturlarda bu hadisənin Riqa Sammiti öncəsi təxribat olmadığı ilə bağlı əminlik varmı? Şəxsən məndə belə bir əminlik yoxdur. 19 may faciəsi sakinlərin işdə, dərsdə olduğu gündüz vaxtı deyil, gecə saatlarında baş versəydi, yanğınsöndürənlərin müdaxiləsi olmasaydı, qurbanların sayı heç şübhəsiz daha çox olacaqdı. Bəs Allah eləməsin, oxşar hadisə eyni zamanda şəhərin müxtəlif istiqamətlərində, bir yox, beş-on binada, özü də gecə saatlarında təkrarlansa, FHN-nin bu miqyasda təhlükəyə operativ reaksiya vermək, bu sayda insanı xilas etmək imkanı olacaqmı? Cavab birmənalıdır. Odur ki, ən qısa zamanda bütün potensial təhlükə ocaqları məhv edilməlidir. Bunu millətimizin və dövlətimizin yaşam və təhlükəsizlik maraqları tələb edir.

Gültəkin Hacıbəyli
Oxşar xəbərlər
00:15, Bu gün
Şahruddin “Adana Demirspor”un heyətində ən yaxşılardan biri oldu - FOTO
04 May 2024 | 23:45
107 yaşlı veteranın uzunömürlük sirri
04 May 2024 | 23:29
Uşaqlıq fotosunu paylaşdı
04 May 2024 | 23:23
“Real Madrid” İspaniya çempionu olub
04 May 2024 | 23:05
İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər
04 May 2024 | 22:52
Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm
04 May 2024 | 22:50
"Putin Ukraynada uğur qazanarsa, Rusiya qoşunları Polşa sərhəddində olacaq" - Borrel
04 May 2024 | 22:26
13-cü mərtəbədən yıxılan altı yaşlı uşaq sağ qaldı
04 May 2024 | 22:25
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 | 21:44
"Putinin həbsinə verilən order ilə Zelenskinin "axtarışa verilməsi" arasında fərq nədən ibarətdir?
04 May 2024 | 21:34
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - YENİLƏNİB
04 May 2024 | 21:13
İsrail Türkiyənin ticarət blokadasına kompleks cavab hazırlayıb
04 May 2024 | 21:12
“Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB
04 May 2024 | 21:05
"Adi" dron əməliyyatı, yoxsa dövlət büdcəsinə açılan atəş?
04 May 2024 | 20:53
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 | 20:52
Astarada velosipedçi körpüdən çaya düşərək ölüb
04 May 2024 | 20:50
Sadiq Xan üçüncü dəfə Londonun meri seçilib
04 May 2024 | 20:48
“Piyadalar elə piyada keçidlərinin yaxınlığında vurulur, bu da onların səhlənkarlığını göstərir”-ÖZƏL +BŞDYPİ-nin baş inspektoru
04 May 2024 | 20:46
Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO
04 May 2024 | 20:43
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 56-ya çatıb
04 May 2024 | 20:36
Boks əfsanəsinin villası hərraca çıxarıldı - VİDEO
04 May 2024 | 20:35
Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər
04 May 2024 | 20:34
Əfqanıstanın yeganə qadın diplomatı İSTEFA VERDİ
04 May 2024 | 20:33
Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 | 20:31
Almaniya Budesliqası: “Borussiya Dortmund” qalib gəldi, “Bavariya” məğlub oldu
04 May 2024 | 19:54
Rusiya ordusu Xarkovu atəşə tutub: İstehsalat zavodunda güclü yanğın baş verib - VİDEO
04 May 2024 | 19:36
İsrail əleyhinə etirazlar bütün dünyanı cənginə alıb, estafet Avropa və Avstraliyaya keçib
04 May 2024 | 19:22
“Postsovet ölkələrində “KQB” arxivlərinin açılmaması Rusiyanın təzyiqi ilə də bağlıdır...” 
04 May 2024 | 19:20
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 | 19:20
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
04 May 2024 | 19:09
İranda hicabsız ana və qızın avtomobilinə hücum olub - VİDEO
04 May 2024 | 19:06
Dördüncü kurs tələbəsi vəfat etdi
04 May 2024 | 18:31
Nazpəri Dostəliyevadan efirdə aparıcıya SƏRT SÖZLƏR: "Həddini aşma..." - VİDEO
04 May 2024 | 18:22
Bu dərmanı içəndə tərəvəz yeməyin
04 May 2024 | 18:18
Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
04 May 2024 | 17:55
Tanınmış futbolçu milli karyerasını başa vurub
04 May 2024 | 17:53
Yevgeni Kopatko: “Ermənistandakı etirazlar siyasi qərarlara təsir etməyəcək” - RƏY
04 May 2024 | 17:53
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
04 May 2024 | 17:49
İllər sonra ərinin xəyanət etdiyini etiraf etdi: "Öz dostunun evində gözlərimlə gördüm ..." - FOTO
04 May 2024 | 17:45
Azərbaycan və Türkiyə XİN başçılarının görüşü oldu
04 May 2024 | 17:41
Türkiyə tərəfindən İsrailin ticarət blokadası nə qədər davam edəcək?
04 May 2024 | 17:35
Assanjın həyat yoldaşı: “Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram”
04 May 2024 | 17:30
Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qaldı
04 May 2024 | 17:25
İsa Qəmbər yenidən başqan postuna seçildi - YENİLƏNİB
04 May 2024 | 17:20
Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır
04 May 2024 | 17:15
Türkan Vəlizadə: "Ağzın böyükdür" deyirdilər, dodağımı kiçiltdim" - VİDEO
04 May 2024 | 17:10
Baş direktorun İrana gözlənilən səfəri: Tehranın nüvə faylı fonundakı narahatlıqlar - TƏHLİL
04 May 2024 | 17:05
Şahmatçımız Sloveniyada qızıl medal qazandı
04 May 2024 | 17:01
Nadir Adilov: 200 mediatorumuz Türkiyədə təcrübə mübadiləsi proqramında iştirak edəcək
04 May 2024 | 17:00
TƏBİB-dən Gəncə xəstəxanasındakı nöqsan və hüquqpozmalara MÜNASİBƏT
04 May 2024 | 16:57
Şərura dolu düşüb - FOTO/VİDEO
04 May 2024 | 16:54
Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO
04 May 2024 | 16:50
Britaniya Böyük Sülh sammitinə Rusiya ilə açıq döyüşlərə girməklə gedir – ŞOK PLAN
04 May 2024 | 16:45
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
04 May 2024 | 16:41
Rusiyanın Daxili İşlər Nazirliyi Zelenskini axtarışa verdi - FOTO
04 May 2024 | 16:40
Biri vardı, biri yox... - Bu gün onun anım günüdür
04 May 2024 | 16:34
Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır
04 May 2024 | 16:28
Xarici klubların maraqlandığı futbolçu “Qarabağ”da qalacaq
04 May 2024 | 16:24
"Rusiya Ukraynada 500 min itki verib, onlardan 150 min nəfəri həlak olub" - Fransa XİN
04 May 2024 | 16:22
Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanan idmançılarla görüşdü - FOTO
04 May 2024 | 16:16
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMA + FOTO
04 May 2024 | 16:10
Azərbaycan şahmatçıları 125 min dollar qazana bilər
04 May 2024 | 16:05
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” reqatası başa çatdı
04 May 2024 | 16:00
"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"
04 May 2024 | 15:55
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
04 May 2024 | 15:50
XİN: "NATO proqramına qoşulmağımız ölkəmizin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür"
04 May 2024 | 15:45
Rusiyada güclü qar: Bəzi şəhərlər işıqsız qaldı - FOTO/VİDEO
04 May 2024 | 15:40
Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq
04 May 2024 | 15:35
Azərbaycan Karate Federasiyasında yeni TƏYİNATLAR - FOTO
04 May 2024 | 15:30
Sabah bu küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq
04 May 2024 | 15:25
Həmkəndlisini qətlə yetirən Maştağa sakini həbs edildi
04 May 2024 | 15:24
Xəzər rayonunda avtoqəza: Xəsarət alan var
04 May 2024 | 15:20
Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmasına kömək edəcək”
04 May 2024 | 15:15
Keçmiş məhkumlar narkotiklə tutuldular
04 May 2024 | 15:15
“Problem bu ölkəni Rusiyaya doğru aparan “Rusiya” hökumətindədir”...”
04 May 2024 | 15:10
PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”
04 May 2024 | 15:05
COP29 zamanı fəaliyyət göstərəcək dövlət və özəl xəstəxanaların ilkin siyahısı müəyyənləşib
04 May 2024 | 15:01
"Əməkdar artist almağıma əngəllər var" - VİDEO
04 May 2024 | 14:57
Dövlət Xidmətindən XƏBƏRDARLIQ - FOTO
04 May 2024 | 14:52
Sürücülərin kabusuna çevrilən minarə, cənnət və cəhənnəm arasında “8 qapı” - VİDEO
04 May 2024 | 14:46
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclası keçirildi - FOTO
04 May 2024 | 14:40
“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib
04 May 2024 | 14:36
Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət edib: COP29-u dəstəkləməyə hazırıq
04 May 2024 | 14:31
Növbəti rəqəmsal SAT imtahanı keçirilib
04 May 2024 | 14:29
Azərbaycanda zəlzələ olub
04 May 2024 | 14:28
Niyə Amerika Azərbaycana sanksiya tətbiq etmək istəyir?
04 May 2024 | 14:25
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
04 May 2024 | 14:20
Bayden "ağır artilleriyanı" Qahirəyə göndərdi - HƏMAS-la sövdələşmədə sıçrayış baş verəcək?
04 May 2024 | 14:14
Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ
04 May 2024 | 14:11
Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT
04 May 2024 | 14:09
Xankəndi Şəhər Prokurorluğu yaradıldı - SƏRƏNCAM
04 May 2024 | 14:05
Kamilla Vaaden: "Ümid edirəm ki, Azərbaycana minatəmizləmə prosesində yardım göstəriləcək"
04 May 2024 | 13:59
FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır
04 May 2024 | 13:55
İntihar adı ilə aradan çıxan “NKVD” rəhbəri – onun axtarışlarına Stalin şəxsən nəzarət edib...
04 May 2024 | 13:50
Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
04 May 2024 | 13:47
Türkiyəli azarkeşlər İkardinin həyat yoldaşını təhqir etdilər
04 May 2024 | 13:45
Əlimərdan bəy Topçubaşovun doğum günüdür
04 May 2024 | 13:44
Səhiyyə siyasətinin mühüm prioriteti, əhalinin qocalması, COP29... - Nuran Abdullayev yazır 
04 May 2024 | 13:39
Tullantılardan sənət əsəri yaradan, şöhrəti sərhədləri aşan Siyəzən sakini - VİDEO
04 May 2024 | 13:35
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
GÜNLÜK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı
HƏFTƏLİK
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
29 Apr 2024 | 07:21
Ermənistan polisi hökumət binası yanında separatçı rejimin “bayrağı”nı qaldıran gənci saxladı...-VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
28 Apr 2024 | 14:42
27 il yerin altında qalan şaxtaçı sağ çıxarılıb, o siçovullarla qidalanıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
AYLIQ
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
04 May 2024 | 09:41
"O gün avtobusdakı sıxlıqdan qızın ürəyi getdi, nə qədər yerə müraciət etsək də...”-Saray sakinlərinin avtobus problemi
04 May 2024 | 07:11
Qaraciyər üçün ən təhlükəli və təhlükəsiz güclü  alkoqollar açıqlandı
04 May 2024 | 06:09
"Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək..." - "NYU-YORK-TAYMS"
04 May 2024 | 10:21
Xalq artisti onları tənqid etdi: “Villaları, maşınları, qızılları efirdə reklam etməyin, gözə soxmağın nə mənası var ki?”
04 May 2024 | 11:14
“İdman müəllimləri uşaqlarla aqressiv davranır, bu sahəyə ləkə gətirmək olmaz” - ARAŞDIRMA+FOTO
04 May 2024 | 10:53
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
04 May 2024 | 09:58
“Sözlərinin yanına o qədər sual işarələri qoyaram ki, başını itirərsən, özünü tapa bilməzsən”
04 May 2024 | 08:50
“WhatsApp” bəzi istifadəçiləri bloklayacaq
04 May 2024 | 06:42
Qızılcadan ölənlərin sayı 40-a çatdı