İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı Moderator.az-a açıqlamasında vətənpərvərlik və onun mahiyyəti ilə bağlı maraqlı fikirlər səsləndirib:
“İnsanlar həqiqi vətənpərvərlik
təfəkkürünə də İslam dinimizin buyurduqlarını öyrənib, əməl etməklə yetişə və qərarlaşa
bilir. Vətənpərvərlik
təfəkkürü isə indiki reallıqda cəmiyyətimizin bütün xəstəliklərinin müalicəsidir.
Hər bir vətandaş bu təfəkkürə yetişməsi üçün axtarışda olub, lazım olan bilgilərə,
əqidə və etiqada yiyələnməlidir ki, cəmiyyətimiz üçün istənilən və ya arzu edilən
yerdə dursun. Ən azından cəmiyyətimizə və dövlətimizə zərər vurmasın və ya
başqalarının (güclərin) əlində dövlətimizi, millətimizi vurmaq üçün kötək
olmasın. Hətta hər kəs bu mənəvi işi özünə vəzifə borcu kimi qəbul etməlidir. Vətənpərvərlik
təfəkkürü hədəf deyil, nəticədir. Yəni, insan ruhən böyüdükcə daha böyük məqsəd
və hədəflər üçün mübarzə aparmaq niyyətində olur və bu onun haqqıdır. İslam
dinimiz isə insanın ictimayyətin içərisində olmağı təlqin edir, bir şərtlə ki, qəlbi Allahla əlaqəli (bağlı) olsun
və həddini aşmasın. Ona görə ki, vətəni, milləti, dövləti və milli dəyərləri
sevmək, onu qorumaq və bu yolda canından keçmək Allaha xatir olmayanda riyadır
və azacıq insanın maraqlarına zidd və ya canına xəta gələndə düşmən olur. Bu isə
bağışlanılmaz və ağır nəticələrə aparıb çıxara bilir...
Bizim milli ideologiyamız keçmişimizin, bu günümüzün və gələcəyimizin
tələb və ehtiyaclarını ödəyə bilir. Belə ki, bu ideologiya bizləri həmişə bütün
dövrlərdə ciddi düşündürüb, məsuliyyətli edir ki, ömrümüzü bərəkətli keçirək, hər
addımımızda vətandaş olaraq ölkəmizə aid olan bütün dəyərlərə sahib duraq və
yaxamızı kənara çəkməyək. Bu isə o deməkdir ki, hər bir vətəndaşın təfəkküründə,
hər üç təfəkkür; İslam, milliyətçili (ülgüçülük) və müasir çağdaşçılıq iqtidar
olmalıdır. Ayrı-ayrılıqda bu təfəkkürlər dəyərli olsalar da, ötən 10 illiklər
bunun acı nəticəsini bizlərə dadızdırıb. Bizim gələcəyimiz özümüzün əlimizdə
olması üçün milli
ideologiyamıza sahib durub, onun təbliğat və təşviqat maşınını durmadan işə
salmalıyıq. Əks təqdirdə daha ağır bəla və imahanlarla üzlşəndə möhtəşəm
birlikdən əsər əlamət qalmayacaq. Həmin
vaxt, eləcə indi də ümüdlərini kümlərəsə
bağlamaq, cəmiyyətimiz və dövlətimiz üçün fəlakət və faciədən başqa bir şey
deyildir...”