Moderator.az xəbər verir ki, Türkiyənin tanınmış simaları Kitab Fuarında “Karabağ hikayeleri”nin tanıtım və imzalanmasına qatılıblar.
Türkiyənin Malatya şəhərində
keçirilən və ən böyük kitab fuarlarından biri olan Malatya Kitab Fuarında millət
vəkili Qənirə Paşayeva və araştırmaçı-yazar İmdat Avşarın hazırlayıb tərtib
etdikləri “Karabağ hikayeleri” kitabının Türkiyə türkcəsində təqdimatı və
imzalanma mərasimi olub. Kitabın təqdimat və imzalanma mərasimində yüzlərlə
insan, özəlliklə gənclər qatılıb. Malatya valisi, Malatya İ.İnönü
Universitetinin rektoru və universitetin bir çox alimləri, bələdiyyə
başqanları, millət vəkilləri, o cümlədən Türk dünyasından bir çox insanlar da
“Karabağ hikayeleri”nin imzalanmasına
qatılıblar və bu kitabın çox önəmli olması barədə fikirlərini bölüşüblər.
Türkiyə KİV-lərinin geniş iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva və
araştırmaçı yazar İmdat Avşar kitabda əsas məqsədin Türkiyədə və Türkiyədən kənarda
yaşayan türk diaspor təşkilatlarına Qarabağ həqiqətləri ilə bağlı daha geniş
bilgi vermək olduğunu bildirib. “Kitabda yer alan bir-birindən dəyərli hekayələrin,
Azərbaycanın haqq səsini, öncə qardaş Türkiyədə və türk dünyasında, sonra da
bütün dünyada əks etdirəcəyinə inanırıq.” Tanıtım və imzalanma mərasimində millət
vəkili Qənirə Paşayeva və araştırmaçı yazar İmdat Avşar mərasimə qatılanların
Qarabağ mövzusu ilə bağlı suallarını da cavablandırıblar. Millət vəkili Qənirə
Paşayeva Qarabağ münaqişəsi ilə bağlı konfrans da verib. Qeyd edək ki, “Qarabağ
hekayələri” adlanan bu kitabda Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Qənirə
Paşayeva, Əjdər Ol, Aqil Abbas, Günel Anarqızı, Novruz Nəcəfoğlu, Pərvin Nurəliyeva,
Elçin Hüseynbəyli, Məqsəd Nur, Aydın Tağıyev, Aslan Quliyev, Yaşar Əliyev,
Eyvaz Zeynalov, Afaq Şıxlı, Narıngül Nadirqızı, Kamran Nəzirli, Əkbər Qoşalı,
Akif Əli, İmdat Avşar, Mahir Qabiloğlu kimi ədiblərin Qarabağ mövzusunda ağrı,
nisgil dolu hekayələri yer alıb. Bu əsərlər iyirminci yüzildə dünyanın
gözləri önündə tarixin canlı olaraq qeyd etdiyi ən qanlı, ən ağır soyqırıma, qətliamlara
məruz qalan, minillik ata yurdlarından didərgin salınan Azərbaycan türklərinin
ağrı-acılarını əks etdirir. Qeyd edək ki, Türkiyənin “Kun” kitab evində çıxan
kitab Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Avrasiya Beynəlxalq Mətbuat
Fondunun dəstəyi ilə işıq üzü görüb.