Yay aylarında kirayə bazarında dəyişiklik olacaqmı?
Cəmiyyət
Oxunub: 1711
15 Jun 2024 | 11:10
Yay aylarında kirayə bazarında dəyişiklik olacaqmı?
Adətən yay aylarında tədris ilinin başa çatması ilə bağlı Bakının kirayə mənzil bazarında ucuzlaşma qeydə alınırdı. Lakin son illərdə bu tendensiya zəifləyib. Ekspertlər bu yay da ciddi ucuzlaşma proqnozlaşdırmırlar. 
 
Paytaxtın kirayə mənzil bazarında qiymətlər “əl yandırır”. Şəhərin mərkəzində birotaqlı mənzillərin qiyməti 600-800 manatdan başlayır. Elə ərazilər də var ki, orada ümumiyyətlə, kirayə götürmək üçün boş ev tapmaq qeyri-mümkündür. Amma tələbələrin yay tətilinin başlaması ucuz qiymətə kirayə mənzil axtaranları sevindirə bilər. Ekspertlərin fikrincə, tələbələrin tətilə yollanması bazarda qiymətlərlə bağlı dəyişikliyə səbəb olacaq. Bəs, görəsən, tələbələrin gedişi bazarda ciddi ucuzlaşmaya gətirib çıxaracaqmı? Hazırda paytaxtın daha çox hansı ərazilərində kirayə mənzillərə tələbat var? Mənzillər və bağ evləri aylıq neçəyə təklif olunur?
 
“Kirayə mənzil bazarının təklif portfeli azalıb”
 
“Azərbaycan Rieltorlar Assosiasiyası”nın direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib ki, əslində son illərdə kirayə mənzil bazarının təklif portfeli xeyli azalıb. Bunun başlıca səbəbi Bakı şəhərində pilot layihələr üzrə söküntü işlərinin aparılmasıdır: “Ötən illərə qədər tələbələrin yay tətilinin başlaması kirayə mənzil bazarına daha ciddi təsir göstərirdi. Bazarda boş evlərin sayı artır, qiymətlər əvvəlki aylara nisbətdə xeyli ucuzlaşırdı. Amma Bakı şəhərində pilot layihələr üzrə söküntülərə başlandıqdan sonra vəziyyət tamamilə dəyişib. MTK-lar köhnə çoxmənzilli binalarda yaşayan sakinlərə yeni tikili binalardan mənzillər təhvil verilən günə qədər, yəni ortalama iki il müddətində kirayə pulu verirlər. Evləri plana düşən sakinlər kirayə üçün uzunmüddətli mənzillər götürürlər. Bu da bazarın təklif portfelinə istər-istəməz təsir göstərir. Bu baxımdan tələbələrin gedişi bazarda maksimum 15-20 faiz ucuzlaşmaya gətirib çıxara bilər”.
 
 
Tələbələr daha ehtiyatlı davranırlar 
 
Ekspertin sözlərinə görə, bazarda təklif portfelinin azalması tələbələri də bir qədər ehtiyatlı davranmağa vadar edib: “Müşahidələr göstərir ki, hansı tələbələr növbəti tədris ilində Bakıda qalacaqsa, onlar adətən kirayə yaşadıqları ev sahibi ilə razılığa gəlirlər. Məsələn, qiymətin yarısını ödəməklə yay aylarında da evi saxlayırlar. Nəticədə həmin evlər boş qalmır. Əvvəllər belə hallar olmurdu, tələbələrin çoxu evləri boşaldıb tətilə yollandığından qiymətlər düşürdü. Avqust-sentyabr ayına doğru isə tələb artırdı və qiymətlər yüksəlirdi. İndi isə evlər boş qalmadığı üçün kirayə mənzil bazarında ciddi qiymət azalması müşahidə olunmur".
 
Bakıətrafı ərazilərdə bağ evlərinə tələbat artacaq
 
E.Azadov bu yay Bakıətrafı ərazilərdə yerləşən bağ evlərinə tələbatın yüksək olacağını da bildirib. Onun sözlərinə görə, Qəbələ və İsmayıllı istiqamətində yol təmiri bu zonalara getmək istəyənlərin sayını azaldacaq. Nəticədə Bakıətrafı ərazilərdə aktivlik müşahidə ediləcək: “Bu gün bazarda hər qiymətə bağ evləri mövcuddur. Qiymətlər tələbata uyğun tənzimlənir. Əslində pandemiya dövründə qapanmaya görə bağ evləri daha çox kirayə götürüldüyündən bir çox iş insanı bu sahəyə investisiya yatırmağa başladı. Bunun nəticəsində kirayə verilən bağ evlərinin sayı 25-30 faiz artdı. Eyni zamanda, bahalı evlərin sayı da çoxaldı. Amma bazarda təklif portfelinin artmasına baxmayaraq, qiymətlər ucuzlaşmadı. Çünki tələbat yüksəkdir. Təklif olunan bağın dənizə yaxınlığı, infrastrukturun yaxşılığı, hovuzun olması isə artıq üstünlük deməkdir. Hazırda bazardakı evlərin əksəriyyətinin aylıq kirayəsi 3 000-9 000 arasında dəyişir. Hətta elə evlər var ki, aylıq15 000-20 000 manata təklif olunur. Müştərilər Mərdəkan, Şüvəlan, Bilgəh və Naradaran kimi ərazilərə daha çox üstünlük verirlər”.
 
 
Ötən ay bazarda qiymət artımı qeydə alınıb
 
"MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib ki, ötən ay kirayə bazarına təklif edilən mənzillərin sayı 944 ədəd olub: “Bu, aprel ayı ilə müqayisədə 0,11 faiz artım deməkdir. Ötən ilin eyni dövrü ilə müqayisədə 7,64 faiz artım müşahidə olunub. Qiymətlərə gəlincə, ümumi mənzil hesabı ilə orta qiymət 853 manatdan artaraq 859 manat olub. Başqa sözlə, ay ərzində 0,7 faiz artım qeydə alınıb. İl ərzində isə 0,82 faiz artım baş verib. O cümlədən birotaqlı mənzillərdə ay ərzində 3,32 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 4,94 faiz azalma qeydə alınıb. İkiotaqlı mənzillərdə 4,53 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 10,14 faiz artım müşahidə olunub. Üçotaqlılarda ay ərzində 6,64 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 4,44 faiz artım baş verib. Dörd və daha çox otaqlılarda ay ərzində 6,3 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə 2,02 faiz artım qeydə alınıb”.
 
Ekspertin fikrincə, tələbələrin gedişi kirayə mənzil bazarında qiymətlərə ciddi təsir göstərməyəcək. Onların əksəriyyəti mənzilləri boşaltmadığından bazarda maksimum 1-2 faiz ucuzlaşma qeydə alına bilər. N.İbrahimov iyunun sonundan başlayaraq kirayə mənzil bazarında qiymət artımının müşahidə olunacağını da qeyd edib.
 
 
“Yasamal, Nəsimi bazarı istiqaməti aktiv zona sayılır”
 
Rieltor Mülkədar Rüstəmov isə vurğulayıb ki, son iki ildə kirayə mənzil bazarında qiymətlər təxminən 20 faizə yaxın artıb. Onun sözlərinə görə, hətta elə ərazilər var ki, kirayə mənzil tapmaq müşkülə çevrilib. Ekspert qeyd edib ki, son vaxtlar yeni tikilən çoxmənzilli binalarda təklif edilən kirayə evlərə tələbat artıb: “Köhnə binalarda şərait yaxşı olmadığından kirayə mənzil götürmək istəyənlər daha çox yeni binalardakı təkliflərlə maraqlanırlar. 2000-ci ildən sonra tikilən, mərtəbə sayı az olan binalarda mənzil axtaranlar daha çoxdur. Hazırda Yasamal zonası, xüsusilə metronun “Elmlər Akademiyası” stansiyasının ətrafı, Nəsimi bazarı istiqaməti aktiv zona sayılır. Tələbat daha çox 2-3 otaqlı mənzillərədir. Qiymətlərə gəlincə, yerləşdiyi ərazidən asılı olaraq, hazırda birotaqlı mənzillərin aylıq kirayəsi 350-400, ikiotaqlı 500-650, üç otaqlılar isə 700 manatdan başlayır”.
 
M.Rüstəmov son illər çoxmənzilli binalarla yanaşı, bağ evlərində də kirayə qiymətində artımın müşahidə edildiyini bildirib: “Bağ evləri təxminən 10 faiz bahalaşıb. Bakıətrafı ərazilərdən daha çox Novxanı, Mərdəkan, Buzovna bağlarına tələbat var. Mərdəkan və Buzovna ilə müqayisədə Novxanıda qiymətlər nisbətən ucuzdur. Hazırda qiymətlər günlük 50-100 manat arası dəyişir. Amma elə ərazilər də var ki, günlük kirayə qiymətlər 150-200 manatdan başlayır”.
 
Sevinc Abbasova 
Oxşar xəbərlər
08:18, Bu gün
Ən yüksək maaş alan dövlət rəhbərləri - SİYAHI
08:11, Bu gün
İsrail ordusu bu qəsəbəyə hücum etdi
07:57, Bu gün
Ermənistanda prokurorluğa məmurlarla bağlı cinayət işləri təqdim ediləcək
07:32, Bu gün
Livandan açılan atəş nəticəsində İsraildə 10 nəfər yaralanıb
07:18, Bu gün
İlin hansı fəslində qadınlar kişiləri daha çox cəlb edir? – Araşdırma
07:07, Bu gün
Ən çox maaş alan dünya lideri açıqlandı - 1,69 milyon dollar
00:24, Bu gün
"Kamala Harrisin qələbəsi ABŞ-ın sonu olacaq"
00:16, Bu gün
Zaura 50 minə toy danışan Xatirə imiş - FOTO
00:14, Bu gün
"Hizbullah" yaraqlıları İsrail ərazisinə sızmaq istəyərkən öldürüldülər
06 Oct 2024 | 23:39
Homsda güclü partlayış baş verdi
06 Oct 2024 | 23:11
Aysel və Safuradan maraqlı paylaşım - VİDEO
06 Oct 2024 | 23:07
Netanyahu Makronu öncə təhqir etdi, sonra telefonla danışdı
06 Oct 2024 | 23:00
Zurabişvili baş nazirliyə namizədini müəyyən etdi
06 Oct 2024 | 22:52
Gürcüstan həbsxanalarında yeni ANTİREKORD
06 Oct 2024 | 22:44
Rumıniya Ali Məhkəməsi onun prezidentlik yolunu BAĞLADI
06 Oct 2024 | 22:35
"Efirdə kimə gəldi sənətkar deyilir"
06 Oct 2024 | 22:26
Kitab sərgisi və xoruzdöyüşdürmə tamaşası
06 Oct 2024 | 22:24
“Günlərlə tiktokda üzdən iraqlara baxanlar bu filmi Azərbaycana yaraşdırmırlar?”- Mehriban Xanlarova “SAHİLSİZ GECƏ”-dən danışdı
06 Oct 2024 | 22:17
Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib
06 Oct 2024 | 22:16
Bu məktubla ABŞ Dövlət Departamentini ifşa etdilər
06 Oct 2024 | 22:06
Bayden və Şolts ayda nə qədər maaş alır? - Siyahı
06 Oct 2024 | 22:05
Valideynlər uşaqlarına nəyi qadağan etməməlidir? - Psixoloqdan 13 qayda
06 Oct 2024 | 21:57
40 yaşından sonra necə düzgün makiyaj etmək olar?
06 Oct 2024 | 21:49
Almaniya uzun illərdən sonra Türkiyəyə BUNU ETDİ
06 Oct 2024 | 21:41
Ermənistanda hakimiyyət əleyhinə aksiya keçirilir
06 Oct 2024 | 21:17
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
06 Oct 2024 | 21:17
Bərxudarovun yerinə təyin edilən general kimdir?
06 Oct 2024 | 21:09
Ceyhun Bayramov Rusiyaya işgüzar səfərə yola düşüb
06 Oct 2024 | 20:57
Yeni ölümcül xəstəlik yayılır: artıq 4 nəfər ÖLÜB
06 Oct 2024 | 20:48
Qazaxıstan Rusiyadan yanacaq almayacaq
06 Oct 2024 | 20:40
Göygöldə avtomobillər toqquşub, xəsarət alanlar var
06 Oct 2024 | 20:31
Köçəryan və Sərkisyan Bakıya verilir? - Karapetyandan SENSASİYA
06 Oct 2024 | 20:26
Limon duzundan istifadə etməyin 3 YOLU: ev, bağçılıq və gözəllik üçün
06 Oct 2024 | 20:19
“Küçələrimiz bərbad gündədir, evlərimiz nəmişlik olur, hara müraciət ediriksə...” - GƏNCƏdən şikayət - FOTO
06 Oct 2024 | 20:17
“Nə qazanıram ki, vergi də verim, hərə bir hava çalır”
06 Oct 2024 | 20:09
İran oktyabrın 7-si səhərə qədər uçuşları ləğv edib
06 Oct 2024 | 20:00
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" "Zirə"yə qalib gəlib
06 Oct 2024 | 19:52
Qəzzadakı döyüşdə yaralanan İsrail əsgəri dörd ay sonra dünyasını dəyişib
06 Oct 2024 | 19:41
Bu ölkədə AES tikintisinə dair səsvermə başa çatdı
06 Oct 2024 | 19:28
Taksi sürücüləri üçün növbəti imtahanda 1 735 namizəd uğur qazanıb - YENİLƏNİB
06 Oct 2024 | 19:20
Drenaj ailə üzvlərinin sağlamlığını pisləşdirə bilər - EKSPERTLƏR
06 Oct 2024 | 19:12
Orban İtaliya və Macarıstanın Brüsselə təslim olmayacağını bildirib
06 Oct 2024 | 19:05
“Çox yaşamaq üçün gec evlənin” - Azərbaycanın 104 yaşlı kişi pensiyaçısının sirri
06 Oct 2024 | 18:55
Pulu düzgün köçürə bilməyiblərmiş
06 Oct 2024 | 18:43
Britaniyanın Baş naziri çoxsaylı qalmaqallara görə aparat rəhbərini dəyişib
06 Oct 2024 | 18:42
Ən çox maaşı onlar alır -SİYAHI
06 Oct 2024 | 18:34
İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın 150-yə yaxın hədəfinə hücum edib
06 Oct 2024 | 18:26
Şəmkirdə 35 yaşlı kişi Kür çayında boğulub
06 Oct 2024 | 18:25
Bakıda 26, rayonlarda 28 dərəcə isti olacaq
06 Oct 2024 | 18:17
Pezeşkian özünə müavin təyin etdi
06 Oct 2024 | 18:09
Fitso Qərbin Ukraynada münaqişənin davam etməsini istədiyini bildirib
06 Oct 2024 | 17:59
Ermənistanda hərbçi güllə yarasından ölüb
06 Oct 2024 | 17:57
Bu sənədləri təqdim edənə 6 min manat veriləcək
06 Oct 2024 | 17:49
Azərbaycan millisi “U-16 Türkdilli Ölkələr Turniri”ndə sonuncu oyununu keçirib
06 Oct 2024 | 17:41
Çanaqqala sahilində zəlzələ olub
06 Oct 2024 | 17:40
Üç BÜRC üçün inanılmaz xoşbəxt bir mərhələ başladı
06 Oct 2024 | 17:32
Güclü maqnit qasırğası davam edir
06 Oct 2024 | 17:24
“Qarabağ” Avropa kubokunda III mərhələyə yüksəlib
06 Oct 2024 | 17:16
İsraildə silahlı hücum nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb
06 Oct 2024 | 17:08
Putin ad gününü necə keçirəcək?
06 Oct 2024 | 17:07
Bakıda Asiya Hekayəçilik Komitəsinin 16-cı iclası baş tutub
06 Oct 2024 | 16:57
Dumana görə yollarda görünüş MƏHDUDLAŞACAQ
06 Oct 2024 | 16:50
Günün ən xoşbəxt BÜRCÜ
06 Oct 2024 | 16:47
"Lukaşenkonun istənilən varisi onu 100 faiz həbsə atacaq" - Belarus müxalifətçisi
06 Oct 2024 | 16:44
Uzun illər gəncliyin qorunmasına kömək edəcək meyvə
06 Oct 2024 | 16:35
İsrail Livanı vurdu: 23 ölü, 93 yaralı
06 Oct 2024 | 16:25
Hansı bibər daha yaxşıdır - sarı, yaşıl və ya qırmızı?
06 Oct 2024 | 16:11
Bu böcək 50 il yaşayır
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
06 Oct 2024 | 15:56
7-13 oktyabrda... - Müdafiə Nazirliyindən xəbərdarlıq
06 Oct 2024 | 15:46
"İrana sərt cavab veriləcək, Makron isə rüsvay olacaq"-Netanyahu
06 Oct 2024 | 15:31
Mayis Bərxudarov komandan vəzifəsindən çıxarıldı
06 Oct 2024 | 15:18
Ukrayna səfiri: Azərbaycanlı tərəfdaşlarımıza göstərdikləri davamlı dəstəyə görə minnətdarıq
06 Oct 2024 | 15:08
İsmayıl Qaani ilə bağlı SENSASİON İDDİA – Öldürülüb?
06 Oct 2024 | 15:00
Mənzil almaq istəyənlərin yeni ümidi: 2025-ci ildən...
06 Oct 2024 | 14:49
Bu şəxslər valideynlik hüququndan məhrum edilir - QANUN
06 Oct 2024 | 14:36
Peşə tanınması üzrə imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib
06 Oct 2024 | 14:24
Elektrikli avtomobillərlə bağlı dəyişiklik – Yanvarın 1-dən…
06 Oct 2024 | 14:18
Vətəndaşların dərmanları pulsuz almaları üçün apteklər nə etməlidirlər? - VİDEO
06 Oct 2024 | 14:14
İsrail Ordusu İranın ballistik raket hücumuna cavab hazırlayır: “AĞIR OLACAQ…”
06 Oct 2024 | 13:54
Donetsk vilayətində Rusiyanın gözəgörünməz "Oxotnik" PUA-sı məhv edilib
06 Oct 2024 | 13:46
Tanınmış aparıcı "ARB"dən getdi - FOTO
06 Oct 2024 | 13:20
"Müharibə suverenliyimizlə, ərazilərimizlə heç bir alver edilmədən sona yetməlidir" - Zelenski
06 Oct 2024 | 13:15
"Bayden Putinin nüvə silahını tətbiq edə biləcəyindən əndişələnir" -  Uesli Klark
06 Oct 2024 | 13:07
Mumbayda bir ailənin 7 üzvü mağaza binasında baş vermiş yanğında həlak olub
06 Oct 2024 | 12:54
Nigeriyada ştat əhalisi daşqın səbəbindən təxliyə edilib
06 Oct 2024 | 12:38
Sabah 28 dərəcə isti olacaq
06 Oct 2024 | 12:28
"Liverpul"un baş məşqçisi klubu adına yeni rekorda imza atıb
06 Oct 2024 | 12:17
Qırğızıstan Prezidenti Rusiyaya səfər edəcək
06 Oct 2024 | 12:12
Uqledarda Rusiyanın artilleriya qurğuları Ukraynanınkından 10 dəfə çox olub...
06 Oct 2024 | 12:04
Abortlarla bağlı dəhşət saçan statistika: Hansı məsuliyyət var?
06 Oct 2024 | 11:55
Qeyri-iş günlərində çalışan işçilərə bu qədər pul veriləcək? - Hesab qaydası
06 Oct 2024 | 11:44
Ukraynada sülh yalnız bu şərtlə olmalıdır - Zelenski
06 Oct 2024 | 11:32
İran bu ölkə ilə sərhədi BAĞLADI
06 Oct 2024 | 11:24
Azərbaycanda rəhbər vəzifədə çalışan qadınların sayı azalıb - Statistika
06 Oct 2024 | 11:18
Bu məhsulların idxalı və satışı daha 2 il ƏDV-dən azad edilir
06 Oct 2024 | 11:06
Oktyabrın 6-7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ
06 Oct 2024 | 10:56
İran ordusu döyüşə hazır vəziyyətə gətirildi – Oktyabrın 9-dək…
06 Oct 2024 | 10:49
Azərbaycanda bu maşınlar ucuzlaşdı – Bazarda mövcud vəziyyət
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
GÜNLÜK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
06 Oct 2024 | 09:30
Duşdan sonra bu vərdiş insanın aşağı intellektini GÖSTƏRİR 
06 Oct 2024 | 10:49
Azərbaycanda bu maşınlar ucuzlaşdı – Bazarda mövcud vəziyyət
06 Oct 2024 | 09:21
Bu qan qrupu olan valideynlər ən istedadlı uşaqları DÜNYAYA GƏTİRİR 
06 Oct 2024 | 11:06
Oktyabrın 6-7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ
06 Oct 2024 | 10:25
“Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
06 Oct 2024 | 08:57
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
06 Oct 2024 | 09:46
“Mən hara, rayon hara?” - 2 mindən artıq müəllim yeri 3 ildən artıqdır niyə seçilmir?
06 Oct 2024 | 09:55
Əxlaqsız məclislərə gedən məşhurların adları açıqlandı: "Arxa otaqlarda..." 
HƏFTƏLİK
30 Sep 2024 | 12:04
Pensiyalarda artım bu qədər olacaq: 600-650 manat... - Meyarlar AÇIQLANDI
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
30 Sep 2024 | 15:00
Azərbaycanda son günlər yayılan virus nədir? - İNFEKSİONİST AÇIQLADI
02 Oct 2024 | 00:59
“ “Unibank” məni aldatdı, krediti ödəməkdən imtina etmişəm, nə istəyirlər etsinlər” - ŞİKAYƏT
03 Oct 2024 | 09:05
Unversitetdə "FSB" agenti olan müəllimə saxlanıldı...- FOTO
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
03 Oct 2024 | 08:41
Quranda da “Vəd edilmiş torpaqlar” var: mənası... - Xəritə
01 Oct 2024 | 22:21
İran İsrailin 20-dən çox F-35-ni məhv etdi
AYLIQ
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
06 Oct 2024 | 09:30
Duşdan sonra bu vərdiş insanın aşağı intellektini GÖSTƏRİR 
06 Oct 2024 | 10:49
Azərbaycanda bu maşınlar ucuzlaşdı – Bazarda mövcud vəziyyət
06 Oct 2024 | 09:21
Bu qan qrupu olan valideynlər ən istedadlı uşaqları DÜNYAYA GƏTİRİR 
06 Oct 2024 | 11:06
Oktyabrın 6-7-si ilə bağlı əhaliyə RƏSMİ XƏBƏRDARLIQ
06 Oct 2024 | 10:25
“Deyir efirdə muğam oxuma, bəs məni niyə çağırmısan?” - Əməkdar artist gileyləndi
06 Oct 2024 | 08:57
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz
06 Oct 2024 | 09:46
“Mən hara, rayon hara?” - 2 mindən artıq müəllim yeri 3 ildən artıqdır niyə seçilmir?
06 Oct 2024 | 09:55
Əxlaqsız məclislərə gedən məşhurların adları açıqlandı: "Arxa otaqlarda..."