“Ermənistan konstitusiyası bütün region ölkələri üçün təhdid mənbəyidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, Ermənistan konstitusiyasında qonşu ölkələrə qarşı açıq-aşkar ərazi iddiaları yer alıb ki, bu da gələcək münaqişələr üçün ciddi təməldir:
“Ermənistan konstitusiyası dünyada yeganə konstitusiyadır ki, orada qonşu ölkələrə qarşı ərazi iddiası açıq şəkildə yer alır. Konstitusiyadakı bu müddəalar erməni xislətinin mahiyyətindən, onun digər xalq və dövlətlərə olan münasibətindən xəbər verir. Bu konstitusiya, həm də gələcək münaqişələr üçün təməl rolunu oynayır. Təsadüfi deyil, Prezident İlham Əliyev öz açıqlamasında qətiyyətlə bəyan etdi ki, Ermənistan konstitusiyasından ərazi iddiaları ilə bağlı müddəalar çıxarılmayacağı təqdirdə, sülhün əldə edilməsi mümkün deyil.
Ermənistan sülh istəyirsə, o zaman hüquqi sənədlərdə, eləcə də konstitusiyada lazımi dəyişikliklər etməli, beynəlxalq hüququn prinsiplərini nəzərə almalıdırlar. İrəvan Aərbaycan və digər ölkələrə qarşı ərazi iddialarından imtina etməlidir. Yalnız belə olduğu təqdirdə Ermənistan region üçün təhlükə kəsb etmədiyi həqiqətinə dünyanı inandıra bilər”.
Seymur ƏLİYEV