Dondurulmuş ətlərə möhtac qala bilərik: İstehsalın azalma səbəbləri
Cəmiyyət
Oxunub: 1983
08 Sep 2024 | 15:47
Dondurulmuş ətlərə möhtac qala bilərik: İstehsalın azalma səbəbləri
Azərbaycanın ətlə təminatında idxaldan asılılıq artır. Bunu rəsmi rəqəmlər də təsdiqləyir. Məsələn, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dollar təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton (26,7 faiz), dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46 faiz) çoxdur.
 
Hazırda ət idxal etdiyimiz əsas ölkələr Rusiya, Gürcüstan və Qazaxıstandır. Ekspertlər ət idxalının artmasını müxtəlif səbəblərlə izah edirlər. Mütəxəssislərin fikrincə, son illər ölkəmizdə örüş sahələrinin azalması, yem komponentlərinin bahalaşması heyvandarlığın inkişafına mənfi təsir göstərib. Həm iri, həm də xırdabuynuzlu heyvanların saxlanılmasına çəkilən xərclərin 2-3 dəfəyə qədər artması bu sahə ilə məşğul olan sahibkarları profillərini dəyişmək məcburiyyətində qoyub. Bəs görəsən, Azərbaycanın ətlə təminatda idxaldan asılılığın artması risk yaradırmı?
 
Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.
Adambaşına illik 42 kiloqram ət
 
Rəsmi statistikaya görə, ölkəmizdə adambaşına düşən illik ət və ət məhsulları 42 kiloqrama yaxındır. Hesablamalara əsasən, bunun 16 kiloqramı mal ətinin payına düşür. Bundan əlavə, qoyun və keçi əti istehlakı adambaşına 9 kiloqram, quş əti isə 15,4 kiloqram təşkil edir. Bu da dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə aşağı göstərici sayılır. Belə ki, Azərbaycan dünyanın bir çox inkişaf etmiş ölkələrindən ət istehlakına görə, təxminən 40 faiz geri qalır. Adambaşına düşən illik ətin 75-80 faizinin yerli istehsal hesabına qarşılandığı bildirilir.
 
Yeri gəlmişkən, son illər heyvandarlığa marağın azalması iri və xırdabuynuzlu heyvanların baş sayının azalmasına da səbəb olub. 2024-cü ilin ilk 6 ayında Azərbaycanda inək və camışların, qoyun və keçilərin sayında azalma qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1,6 faiz, onlardan inək və camışların sayı 1,1 faiz, qoyun və keçilərin sayı 2,6 faiz azalıb. Azərbaycanda quşların sayında da azalma olub. İlin ilk 6 ayında ölkədə 12 milyona yaxın quş olub, bu, ötən illə müqayisədə 0.5 faiz azdır.
 
Otlaq sahələri azalıb
 
İqtisadçı-ekspert Cəfər İbrahimli bildirib ki, heyvandarlığın inkişafı Azərbaycan üçün prioritet sahələrdəndir.
 
Onun sözlərinə görə, 2010-cu ildən etibarən bu sahədə xaricdən asılılığın azaldılması əsas hədəf kimi qoyulub:
 
"İndiyədək bu istiqamətdə azalmaya nail ola bilməmişiksə, deməli, risklər mövcuddur. Əslində 2010-cu ildən dövlət damazlıq heyvanların ölkəyə gətirilməsinə və intensiv təsərrüfatların yaradılmasına xüsusi vəsait ayırıb. Böyük intensiv təsərrüfatlara iri həcmli kreditlər verilib. Yəni, dövlət üzərinə düşən öhdəlikləri yerinə yetirib. Bu məsələdə əsas problem örüş və otlaq sahələri ilə bağlıdır. Demək olar ki, mövcud infrastruktur yox olmaq həddindədir. Torpaq sahələrinin bitki örtüyünün yaxşılaşdırılması istiqamətində heç bir iş aparılmır. Bütün bunlar əsasən, xırdabuynuzlu heyvanların saxlanılmasında ciddi çətinliklər yaradır. Fermerlər məcburi olaraq yarıyemləmə üsulundan istifadə edirlər. Bu da onların xərcini artırır".
 
Ekspertin sözlərinə görə, hazırda işğaldan azad olunmuş ərazilərdə yeni örüş sahələri açılıb. Həmin ərazilərdən effektiv istifadə olunarsa, heyvandarlığın inkişafında müsbət dönüş əldə oluna bilər. Mövcud imkanlar hesabına ət idxalını 50-60 faiz azaltmaq mümkündür.
 
2018-ci ildən bəri ət istehsalı ilbəil azalır
 
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli qeyd edib ki, Azərbaycanda 2018-ci ildən bəri ət istehsalı ilbəil azalır:
 
"Son üç ildə bu sahədə antirekord qeydə alınıb. Adətən yay aylarında bir qayda olaraq ətə tələbat azaldığına görə qiymətlər aşağı düşürdü. Çox təəssüf ki, 2023-cü ilin yayından bu ənənə pozuldu. Ət yay aylarında da bahalaşır. Bu il də analoji vəziyyətdir".
A.Nəsirlinin sözlərinə görə, kənd yerlərində örüş yeri olmadığından heyvanlar ancaq tövlələrdə bəslənilir:
 
"Bu da məhsulun maya dəyərini artırır. Təbii ki, əksər kənd adamları da rəqabətə tab gətirə bilmədilər, heyvanlarını dəyər-dəyməzinə satdılar. Nəticədə istehsal ciddi şəkildə azaldı. Ona görə də əhalinin qırmızı ətə olan ehtiyacı bu gün daha çox idxal hesabına ödənilir. Yəqin ki, ət idxalı artacaq. Bir müddət sonra idxal ətlərini kütləvi şəkildə görəcəyik. Hətta vəziyyət bu şəkildə davam edərsə, 90-cı illərdə olduğu kimi dondurulmuş ətlərə möhtac qala bilərik".
 
İstehsalın stimullaşdırılmasına ehtiyac var
 
A.Nəsirli hesab edir ki, ət idxalını azaltmaq üçün yerli istehsalı stimullaşdırmaq lazımdır:
 
"Hər bir kənd üçün örüş yerləri yaradılmalıdır. Rentabelsiz sahələrə diqqət azaldılmalıdır. İşğaldan azad olunmuş ərazilərin imkanlarından da istifadə edilməlidir. Bildiyimiz kimi, tarixən Laçın, Kəlbəcər yaylaqları heyvandarlıq üçün əlverişli ərazilər olub. Ən azından ilin 3-4 ayını insanlar öz heyvanlarını yaylaqlarda açıq örüşlərdə bəsləyirdi. Həmin örüş sahələri yenidən dövriyyəyə qaytarılsa, əminəm ki, yerli istehsal artacaq".
 
Turizm sektorunun canlanması ətə olan tələbatı artırıb
 
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Mircavid Həsənov isə hesab edir ki, ölkəyə idxal olunan ətin həcminin artması istehsalın azalması ilə bağlı deyil. Onun fikrincə, bu məsələyə turizm sektorunun canlanması da təsir göstərib:
 
"Əslində bizdə kifayət qədər istehsal var. Sadəcə, son illər ölkəmizdə ətə olan tələbat artıb. Ət idxalının artmasında turizm sektorunun canlanmasının da xüsusi rolu var".
Ekspert bildirib ki, Azərbaycan ət idxalını artırmaqla yanaşı, ixracı da artırıb:
 
"Bu gün Ərəb ölkələrinə, Dubaya ət ixrac edirik. Məsələn, Hacıqabulda bir təsərrüfat var ki, onun steyk üçün istehsal etdiyi ət ərəb ölkələrinə ixrac edilir".
Oxşar xəbərlər
14:15, Bu gün
“Qardaşımı bıçaqlayan şəxsin bacısının toyunda oxumuşam” - VİDEO
14:10, Bu gün
Bakıda dörd milyon dollarlıq müqavilə imzalandı - FOTO
14:05, Bu gün
Öz evində arvadını başqa kişi ilə tutdu: "Gördüm divanda..." - VİDEO
13:59, Bu gün
Əhməd Əhmədovun məhkəməsində şok ifadələr: "Xəstə olması..."
13:53, Bu gün
Bakının mərkəzindəki restoranda müştərinin pulqabısı oğurlandı - VİDEO
13:48, Bu gün
Azərbaycanda istilik mövsümü nə vaxt başlayacaq? - AÇIQLAMA
13:42, Bu gün
Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq
13:37, Bu gün
Vladimir Putin Rusiyanın ABŞ-dəki səfirini vəzifəsindən azad etdi
13:32, Bu gün
"Ukrayna Silahlı Qüvvələri bir zərbə ilə Rusiyanın 400 "Shahed" dronunu məhv edib" - "Forbes"
13:27, Bu gün
Artan cərimələr: Məmur övladı qaydaları pozsa, cəzalanmasa...
13:22, Bu gün
Həmkarlarını RÜSVAY ETDİ: “O xalq artistləri striptiz klublarda oynasınlar” - VİDEO
13:16, Bu gün
İcra başçısının müavininə hücum edildi - Rəsmi açıqlama
13:10, Bu gün
Azərbaycan və Malayziya arasında əlaqələr genişlənir - FOTO
13:04, Bu gün
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - SABAHIN HAVASI
12:59, Bu gün
Elza Seyidcahan Roza Zərgərlini məhkəməyə VERDİ
12:54, Bu gün
Sərhədi pozan 6 əcnəbi SAXLANILDI - FOTO
12:48, Bu gün
3 bürcə ŞAD XƏBƏR: Payızın sonuna qədər varlanacaqsınız
12:42, Bu gün
“Qızım intihar etməyib, anasına zəngində öldürüləcəyini deyib” - FOTO
12:30, Bu gün
Fuad Nəcəflinin qəbul otağına qəfil zəng – Deputat Ramiz Məmmədov özünü itirib və...
12:25, Bu gün
Əhməd Əhmədov cinayət məsuliyyətindən azad edildi - ŞOK QƏRAR + FOTO/VİDEO
12:19, Bu gün
Xocalıya videoqrafların infoturu təşkil olunub - VİDEO
12:13, Bu gün
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirildi - FOTOLAR
12:08, Bu gün
Bu hərbçilərin maaşları dəyişdi - RƏSMİ
12:04, Bu gün
"Qarabağ" dünya reytinqində gerilədi
12:00, Bu gün
Elçin Əmirbəyovdan SENSASİON MÜSAHİBƏ: "Top Ermənistanın tərəfindədir" - VİDEO
11:58, Bu gün
“Xarici siyasətdəki səhvlər bir gün mütləq daxili siyasətə də mənfi təsirini göstərməlidir...”
11:55, Bu gün
Paşinyan Azərbaycanla bağlı sənədi imzalamayıb - Şok
11:49, Bu gün
"Taksi xidmətində 5.25 milyon sərnişin azalması qeydə alınıb"
11:47, Bu gün
Bu dövlət komitəsi zənglərin yarıdan çoxuna cavab verməyib - MONİTORİNQ + FOTO
11:44, Bu gün
Bakı ilə bağlı bu təklif xalqımızın tarixi fədakarlığına verilən qiymətdir
11:43, Bu gün
Azərbaycanda heç vaxt gün düşməyən yer - VİDEO
11:40, Bu gün
İlham Əliyev: Azərbaycan iqlim dəyişmələri ilə bağlı çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır
11:30, Bu gün
Zahiri görünüşə böyük əhəmiyyət verən bürclər - Görüşə gedəndə diqqət edin ki...
11:25, Bu gün
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNİB
11:20, Bu gün
Hadrutda möhtəşəm taktika: alovun imitasiyası... - VİDEO
11:17, Bu gün
Şuşa uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan Vətən Müharibəsi Qəhrəmanı
11:03, Bu gün
“Kimin nəyinə lazımdır ki, sənin toyuna kim nə qədər pul yazdırıb?”-Əməkdar artistdən ETİRAZ
11:02, Bu gün
Mədəniyyət Nazirliyinin yaddan çıxartdığı görkəmli sənətkarın məzarı: “Gönü qalın adamları bizləmək lazımdır”-UNUDULMUŞ MƏZARDAN REPORTAJ...
10:53, Bu gün
Beynəlxalq Qarabağ Təşkilatı BU QƏRARLARI VERDİ 
10:45, Bu gün
Bu maşınları alanlara güzəşt ediləcək - QİYMƏTLƏR UCUZLAŞACAQ
10:38, Bu gün
BMT Baş katibinin müavini COP29 sədrliyinə təşəkkür etdi
10:30, Bu gün
Nazir: Universitetlərin 70 faizində süni intellekt tədris olunacaq
10:23, Bu gün
AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb
10:16, Bu gün
Əhaliyə XƏBƏRDARLIQ: oktyabrın 10-12-də...
10:08, Bu gün
Arvadını öldürməmişdən öncə internetdə axtarışa vurduğu söz DƏHŞƏTƏ GƏTİRDİ - FOTO
09:55, Bu gün
Millimiz finala doğru
09:50, Bu gün
Yarım milyon sənədsiz evin taleyi necə olacaq?
09:48, Bu gün
“Valideynlərimin ölümünə görə “HƏMAS”ı bağışlayıram...”- Günahkar öncə İsrail hökumətidir...”-Yəhudi
09:33, Bu gün
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı başlayıb
09:25, Bu gün
Röya o qədər şəffaf geyindi ki, bütün bədəni göründü - VİDEO
09:19, Bu gün
İsrail İranın zavoduna zərbə endirdi - Yanğın oldu
09:08, Bu gün
Təzə mövsüm, təzə yoluxma - Azərbaycanda COVID19-un yeni variantı yayılıb?
08:58, Bu gün
Şampunlardakı gizli təhlükə: Ürəkdə aritmiya yaradır
08:55, Bu gün
Netanyahu, Bayden və Harris arasındakı 50 dəqiqəlik söhbətdə nələrdən danışıldı?.. -RƏSMİ
08:50, Bu gün
15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verildi
08:40, Bu gün
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri nədədir?
08:32, Bu gün
“Stalin öləndən sonra Babam Bakıya qayıdır”- Şüvəlan qəbirstanlığındakı 8 məzar Xurşidbanu Natəvanın nəvə-nəticələridir?-AÇIQLAMA+ÖZƏL
08:26, Bu gün
Avtomobildə yanacağa qənaət etmək üçün qeyri-adi üsul: Folqa kağızı - FOTOlar
08:11, Bu gün
Bürclər necə yuxuya gedir: Əkizlər və Xərçəng
08:00, Bu gün
Qasırğa qocalar evinin sakinlərinin ölümünə səbəb oldu
07:32, Bu gün
Rusiyada İran dronlarının daha iki anbarı vuruldu...-"Demilitarizasiya plan üzrə gedir...  
02:08, Bu gün
“Sülh kəsişməsi” projesi “Spitak kimi” batır
00:36, Bu gün
Pentaqon: Rusiyanın dərinliklərində zərbələrə qoyulan məhdudiyyətlər qüvvədə qalacaq
00:34, Bu gün
45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırıb, təcavüz etdi
00:28, Bu gün
MEDİA: "EekadFacts" internet resursunda ölkəmiz barədə məlumat reallığı əks etdirmir"
00:23, Bu gün
Alimlər cazibədarlığın sirrini açıb: insanlar ilk növbədə nəyə diqqət yetirir?
00:22, Bu gün
İsrailin müdafiə naziri: "İrana ölümcül və gözlənilməz zərbə endirəcəyik"
00:13, Bu gün
Kimlərə müəllim deyilməlidir?
09 Oct 2024 | 23:26
MDB dövlət başçıları İkinci dünya savaşının başa çatmasının 80 illiyi ilə bağlı müraciət qəbul edib
09 Oct 2024 | 23:15
Merih Demiral onlara ayfon bağışladı - VİDEO
09 Oct 2024 | 22:53
Azərbaycanda polis zabiti faciəli şəkildə həlak oldu
09 Oct 2024 | 22:47
"ABŞ İranla Yaxın Şərqdə hərtərəfli atəşkəslə bağlı gizli danışıqlar aparır" - İsrail mətbuatı
09 Oct 2024 | 22:44
Zelenskinin "qələbə planı": növbəti səfər bu ölkəyədir
09 Oct 2024 | 22:36
Şantajda ittiham olunan sayt rəhbəri HƏBS EDİLDİ
09 Oct 2024 | 22:30
120 yaşa qədər yaşamaq indi də mümkündür
09 Oct 2024 | 22:25
Sabah bu ərazilər də işıqsız qalacaq
09 Oct 2024 | 22:17
İsrail MN: İrana hücumumuz ölümcül, son dərəcə dəqiq və gözlənilməz olacaq
09 Oct 2024 | 22:09
"Ölkənizi neçəyə satmısınız?" : Fransada Orbana hücum cəhdi edilib
09 Oct 2024 | 22:08
Ermənistan ordusunun hərbi qulluqçusu həbs edilib
09 Oct 2024 | 22:00
Bakı hərbi yola əl atacaq, çünki hüququ var - Ovannisyan
09 Oct 2024 | 21:53
COP29 Yaşıl Zona üzrə media akkreditasiyası portalı istifadəyə verilib
09 Oct 2024 | 21:45
İsrail Livandan gələn PUA-nı bu raketlə vurdu
09 Oct 2024 | 21:38
Ankarada TDT-nin xarici işlər nazirlərinin müavinləri səviyyəsində çoxtərəfli siyasi məsləhətləşmələr keçirilib
09 Oct 2024 | 21:30
Danışıqlardan qaçan Ermənistan - İrəvanın saxta sülh ritorikası
09 Oct 2024 | 21:25
Bu, Bakıya çox güclü təzyiqdir: Onlar kimlərdir?
09 Oct 2024 | 21:20
Azərbaycanın U-23 millisi dünya çempionatının yarımfinalına yüksəlib
09 Oct 2024 | 21:13
Ukrayna Rusiyanın iştirakı ilə ikinci sülh sammiti keçirmək istəyir
09 Oct 2024 | 21:05
“Neftçi” onu da göndərdi
09 Oct 2024 | 21:00
Bayden Netanyahu ilə danışdı: təfərrüat açıqlanmadı
09 Oct 2024 | 20:55
Ermənistanda Nikol Paşinyana qarşı cinayət işinin açılması tələb edilir
09 Oct 2024 | 20:48
Bayramov BMT Baş katibinin müavinini qəbul edib -FOTOLAR
09 Oct 2024 | 20:40
Zelenski müharibənin bitəcəyi tarixi açıqladı
09 Oct 2024 | 20:32
Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı
09 Oct 2024 | 20:31
Bu ölkə raketdən “divar hörəcək”
09 Oct 2024 | 20:27
Bakıda intihar edən şəxs müəllim imiş
09 Oct 2024 | 20:23
ABŞ-da 1700-dən çox uçuş təxirə salındı
09 Oct 2024 | 20:17
Niyə pişiklər sahiblərini dişləməyi sevirlər? - Əsas səbəblər
09 Oct 2024 | 20:17
""Oxotnik" dronunun vurulması Rusiya Hərbi-Kosmik Qoşunları üçün ən böyük rüsvayçılıqdır" - "Forbes"
09 Oct 2024 | 20:09
AYNA-dan Ədalət Şükürova CAVAB: Əməkdar artist quruma dəvət olunur
09 Oct 2024 | 20:08
Bakıda sürücü "Prius"u səki ilə sürdü - VİDEO
GÜNLÜK
09 Oct 2024 | 17:53
İlham Əliyev Keri Makkartini qəbul etdi - YENİLƏNİB
09 Oct 2024 | 18:10
Bakıda 34 yaşlı müəllim direktor təyin edildi - FOTO
09 Oct 2024 | 16:23
"Ona görə Türkiyə Respublikasını nüvə silahı yaratmağa çağırmışam" - Qüdrət Həsənquliyev
09 Oct 2024 | 16:52
COP 29 bizə hansı ümidləri verir? -EKSPERT AÇIQLADI 
09 Oct 2024 | 22:30
120 yaşa qədər yaşamaq indi də mümkündür
09 Oct 2024 | 17:03
Prezident daha bir qəbul keçirdi - YENİLƏNİB
09 Oct 2024 | 14:55
"NATO Ukraynaya daha çox yardım etməlidir və edəcəkdir" - Mark Rütte
09 Oct 2024 | 14:42
Putinin bir milyardlıq sarayı yerlə-yeksan edildi: Sui-qəsd planı? - FOTO/VİDEO
09 Oct 2024 | 16:08
İlham Əliyev ABŞ Prezidentinin baş müşavirini qəbul etdi - YENİLƏNİB
09 Oct 2024 | 14:37
Salyanda 45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırdı, onunla... – TƏFƏRRÜAT
HƏFTƏLİK
06 Oct 2024 | 09:08
Ekspertlər ən yaxşı kərə yağlarının ADLARINI AÇIQLADI
06 Oct 2024 | 10:40
Bakının bu ünvanında binalar sökülür, sakinlərə pul veriləcək- FOTO
08 Oct 2024 | 07:55
Canan Karatay ən faydalı turşunun ADINI AÇIQLADI 
07 Oct 2024 | 16:32
“Bağırovun məhkəməsi o vaxtkı SSRİ rəhbəri Xruşovun əmri ilə təşkil olunmuş oyun idi...”
04 Oct 2024 | 08:45
“Kənddən gəlmiş müəllimi şəhərdə qiymətləndirmək ədalətli deyil...”-MİSİR MƏRDANOV+ÖZƏL
08 Oct 2024 | 17:40
Lavaş çörəkdən daha faydalıdır? - MÜTƏXƏSSİSLƏR AÇIQLADI 
03 Oct 2024 | 22:30
Həkim narın gözlənilməz faydalarından danışıb
06 Oct 2024 | 16:03
7,8 bal gücündə zəlzələ gözlənilir – SON DƏQİQƏ
08 Oct 2024 | 23:42
Prezident İlham Əliyev Moskvada "Rossiya-1" televiziya kanalına müsahibə verib
09 Oct 2024 | 00:02
MSK-nın sədri vəfat etdi - Son Dəqiqə
AYLIQ
09 Oct 2024 | 17:53
İlham Əliyev Keri Makkartini qəbul etdi - YENİLƏNİB
09 Oct 2024 | 18:10
Bakıda 34 yaşlı müəllim direktor təyin edildi - FOTO
09 Oct 2024 | 16:23
"Ona görə Türkiyə Respublikasını nüvə silahı yaratmağa çağırmışam" - Qüdrət Həsənquliyev
09 Oct 2024 | 16:52
COP 29 bizə hansı ümidləri verir? -EKSPERT AÇIQLADI 
09 Oct 2024 | 22:30
120 yaşa qədər yaşamaq indi də mümkündür
09 Oct 2024 | 17:03
Prezident daha bir qəbul keçirdi - YENİLƏNİB
09 Oct 2024 | 14:55
"NATO Ukraynaya daha çox yardım etməlidir və edəcəkdir" - Mark Rütte
09 Oct 2024 | 14:42
Putinin bir milyardlıq sarayı yerlə-yeksan edildi: Sui-qəsd planı? - FOTO/VİDEO
09 Oct 2024 | 16:08
İlham Əliyev ABŞ Prezidentinin baş müşavirini qəbul etdi - YENİLƏNİB
09 Oct 2024 | 14:37
Salyanda 45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırdı, onunla... – TƏFƏRRÜAT