Türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərinə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Şuşada tarixi məkanlarla, həmçinin burada aparılan bərpa-quruculuq işləri ilə tanış olurlar.
14:19
Azərbaycanda səfərdə olan türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqlar Xankəndi şəhəri ilə tanış olacaqlar.