Dövlət İnvestisiya Şirkəti haqda ŞOK HESABAT: pulları BELƏ BATIRIBLAR...
Gündəm
Oxunub: 2943
17 Apr 2024 | 10:50
Dövlət İnvestisiya Şirkəti haqda ŞOK HESABAT: pulları BELƏ BATIRIBLAR...
Şirkətin saytında yerləşdirilən məlumatdan aydın olur ki, 18 ildə cəmi 22 layihəyə 184,6 milyon dollar yatırım edilib
 
Hesablama Palatası Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətini audit edib və çoxsaylı nöqsanlar aşkarlayıb. Palatanın açıqladığı audit qiymətləndirməsindən aydın olur ki, AİŞ 2021-2022-ci illər üzrə riskli və səriştəsiz yatırımlar edib. Yatırım etdiyi şirkətlər sırasında cəmi bir şirkət divident ödəyib. 
 
Şirkətin rəsmi səhifəsində göstərilib ki, AİŞ-in prioritet vəzifələri Azərbaycanda həyata keçirilən əlverişli layihələrə investisiya qoymaq, birbaşa investisiyalar, istedad və texnologiyaların Azərbaycana cəlb edilməsi üzrə katalizator olmaq, qeyri-neft sektorunun inkişafına töhfə vermək, iqtisadiyyatın inkişafına, habelə iqtisadi diversifikasiya və idxal əvəzləyici proseslərə dəstək verməkdir. 
 
Hesablama Palatası isə açıqlayıb ki, AİŞ bütün bunları nəzərə almayıb və əsas istiqamətini asan gəlir yeri kimi qiymətli kağızlara yönəldib: “AİŞ-in idarə olunan aktivlərinin böyük hissəsini dövlət və korporativ istiqrazlar təşkil edib, auditlə əhatə olunan dövrdəki gəlirlərinin əsas hissəsi bu qiymətli kağızlar üzrə ödənilmiş faizlər hesabına formalaşıb. Belə ki, auditlə əhatə olunan dövrün sonuna AlŞ-in idarə olunan aktivlərinin 60,1 faizini onun istiqraz portfeli təşkil edib, ümumiyyətlə, AİŞ-in 2021-ci ildə əldə etdiyi gəlirlərin 69,4 faizini, 2022-ci ildə isə 83,2 faizini istiqrazlardan gəlirləri təşkil edib”. 
 
Palata həmçinin əlavə edib ki, AİŞ “Bakı Gəmiqayırma Zavodu” MMC-yə və ona məxsus qiymətli kağızlara nizamnamə kapitalının 64,8 faizi həcmində investisiya edib. Bu da portfelin böyük hissəsinin bir aktivə yatırılması ilə bağlı konsentrasiya riski yaratmaqdadır.
 
Aşkar edilən nöqsanlar bununla da yekunlaşmır. 2022-ci ildə “Azərbaycan Biznesin İnkişafı Fondu”nun yaradılması təmin edilmədiyindən onun üçün nizamnamə kapitalı kimi nəzərdə tutulmuş 43 milyon manat AİŞ-in nizamnamə kapitalına yönəldilib. AİŞ isə bir gün sonra həmin vəsaitin 46,5 faizini dövlət qiymətli kağızlarına yatırıb.
 
Qeyd edək ki, Azərbaycan İnvestisiya Şirkəti  Prezidentin müvafiq sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur. Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədi Azərbaycanın qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır. 
 
Şirkətin saytında yerləşdirilən məlumatdan aydın olur ki, 18 ildə cəmi 22 layihəyə 184,6 milyon dollar yatırım edilib. 
 
Hesablama Palatası qeyd edir ki, auditlə əhatə olunan dövrdə “Azərbaycan İnvestisiya Şirkəti”nin (AİŞ) gəlirlilik göstəricilərinin əvvəlki dövrlərlə müqayisədə artması və likvid vəsaitlərin idarəolunması istiqamətində pozitiv dəyişikliklər fonunda, əvvəlki illərdə investisiya yönəldilmiş portfel şirkətlərin maliyyə vəziyyəti əsasən qənaətbəxş olmayıb, bəzi layihələrin AİŞ-in maliyyə hesabatlarında əks olunan ədalətli dəyəri həmin layihələrin nominal dəyərindən aşağı olub. Həmçinin portfel şirkətlərin satışından gəlirlər həmin gəlirlərin əldə edilməsi üçün çəkilən xərclərdən dəfələrlə az olub.
 
AİŞ-in 01.01.2021-ci il tarixə ümumi portfelinin həcmi 338 milyon 270 min 542,4 manat təşkil edib. Portfelin 64.236.143,2 manat və ya 19,0 faizini AİŞ-in səhmlər və nizamnamə kapitalında iştirak payı, 145.742.400,0 manat və ya portfelinin 43,1 faizini istiqraz portfeli, 27.450.000,0 manat və ya 8,1 faizini depozit porfeli, 8.060.455,2 manatı və ya 2,4 faizini cari bank hesablarının qalığı, 92.781.544,0 manatı və ya 27,4 faizini isə sənaye məhəllələrinin yaradılması üçün ödənilmiş vəsait təşkil edib.
 
İki il sonra 01.01.2023-cü il tarixə AİŞ-in ümumi portfelinin həcmi 294.650.963,5 manat olub. Portfelin 69.723.912,2  manat və ya 23,6 faizini  AİŞ-in səhmlər və nizamnamə kapitalında iştirak payı, 176.994.670,0 manat və ya portfelinin 60,1 faizini istiqraz portfeli, 6.450.000,0 manat və ya 2,2 faizini depozit porfeli, 41.482.381,3 manatı və ya 14,1 faizini cari bank hesablarının qalığı təşkil edib. Göründüyü kimi, iki ildə istiqraz yatırımlarının payında 17 faizdən çox artım olub. 
 
Palata qeyd edir ki, AİŞ-in auditlə əhatə olunan dövrdə investor cəlb etmə sahəsində fəaliyyətinin nəticəliliyinin  aşağı  olması  səbəbindən  AİŞ-in  auditlə  əhatə  olunan  dövrdə  aktiv  olan  12 layihəsindən 6-sı eyni tərəfdaşlarla icra edilib: “Bunu da investorlarla, yaxud bir portfel şirkətlə bağlı yarana biləcək risklərin eyni investorun cəlb olunduğu digər portfel şirkətə də təsir etməsi baxımından risk amili hesab edirik;
 
Layihələrin qiymətləndirilməsi mərhələsində investorların layihəyə marağının və xarici faktorların təsirinin düzgün qiymətləndirilməməsi nəticəsində 2021-ci ildə AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilmiş 2 layihənin icrası qısa müddət sonra təmin edilə bilməyib, nəticədə həmin layihələrdə iştiraka dair qərar ləğv edilib.
 
“AİŞ-in strategiya sənədi”ndə müəyyən edilmiş strateji sənaye sahələri tam əhatə olunmadan AİŞ-in 3 kənar sahədəki layihədə iştirakı olmuş, habelə təşəbbüs daxil olmadığı əsas göstərilməklə AİŞ-in iştirakı nəzərdə tutulan və müvafiq sərəncamlarla təsdiq edilmiş dövlət proqramlarında əks olunan sahələrdə layihə icra olunmamışdır".
 
 
Müəyyən olunub ki, AİŞ-in investisiya yatırdığı bəzi layihələrin bazar dəyərinin azalması səbəbindən onların auditlə əhatə olunan dövrdəki konsolidə edilmiş maliyyə hesabatlarında əks olunan ədalətli  dəyəri  AİŞ-in  həmin  layihələrə  yatırdığı  investisiyanın  nominal  dəyərindən  aşağı olub. Bundan əlavə, AİŞ-in portfel şirkətlərindən olan “Səba” ASC-nin auditlə əhatə olunan dövrdə AİŞ-ə təqdim etdiyi və ictimaiyyətə açıqladığı maliyyə hesabatlarının göstəricilərinin, o cümlədən mənfəət və zərər məbləğlərinin, habelə hesabatlara rəy verən audit şirkətlərinin və onların yanaşmalarının fərqli olması “Səba” ASC-nin maliyyə hesabatları ilə bağlı ciddi risklərin, habelə AİŞ-in bu istiqamətdəki nəzarət fəaliyyətində boşluqların mövcud olmasına dair ehtimalları şərtləndirir".
 
AİŞ-in maliyyə hesabatlarında əvvəlki illərdə investisiya olunan portfel şirkətlərin maliyyə vəziyyəti əsasən qənaətbəxş olmasa da, auditlə əhatə olunan dövrdə onların mənfəət/zərər göstəricilərində müsbət dinamika qeydə alınıb.
 
Ümumilikdə AİŞ-in portfel şirkətləri üzrə 2021-ci ildə ümumi zərər məbləği 72.142,0 min manat, 2022-ci ildə isə 4.611,0 min manat təşkil edib. Ümumi zərər məbləğində ildən-ilə azalma, əsasən, “Bakı Gəmiqayırma Zavodu” MMC-nin maliyyə hesabatlarında əks olunan göstəricilərin    yaxşılaşması,    habelə “Səba” ASC-nin    AİŞ-ə    təqdim    edilən    maliyyə hesabatlarındakı göstəricilərin ictimaiyyətə açıqlanan göstəricilərə nisbətən daha qənaətbəxş olması ilə bağlıdır.
 
Palata qeyd edir ki, icrası ölkə xaricində həyata keçirilən və Azərbaycan iqtisadiyyatının inkişafına verəcəyi töhfə dəqiq ifadə olunmayan, habelə AİŞ-in birbaşa deyil, etibarnamə əsasında başqa müəssisə vasitəsilə idarəetmə orqanlarında təmsil olunduğu və layihələrin qiymətləndirilməsinin AİŞ tərəfindən deyil, tərəfdaş şirkət tərəfindən aparılaraq AİŞ-ə təqdim olunduğu layihələrə investisiya yatırılması barədə 2022-ci ildə qərar verilib və bu istiqamətdə bir neçə layihənin icrasına başlanıb: “Tərəfdaş şirkətlə bağlanmış müqavilənin şərtlərinə əsasən,  uzunmüddətli  dövr  ərzində  say  baxımından  bu  cür  layihələr  AİŞ-in  səhm  və  pay qoyuluşu portfelinin əhəmiyyətli hissəsini təşkil edə bilər. Həmçinin qeyd edilən investisiyaların obyekti hər hansı istehsal müəssisəsi deyil, müxtəlif investorlardan investisiya qoyuluşlarını cəlb edərək başqa şirkətə yatırmaq məqsədilə qurulmuş vasitəçi şirkətlərdir (Special Purpose Vehicle - SPV). Qeyd edilən halları nəzərə alaraq AİŞ-in öz üzərinə götürdüyü risk səviyyəsini yüksək qiymətləndiririk.
 
Həmçinin qeyd edilməlidir ki, bu layihə “Xəzər Beynəlxalq İnvəstisiya Şirkəti” QSC-dən sonra AİŞ-in investisiya qoyuluşlarını  birbaşa deyil, vasitəçi şirkət vasitəsilə həyata keçirdiyi ikinci investisiya layihəsidir".
 
Auditin əhatə etdiyi dövrdə AİŞ-in  səhm  və  pay  qoyuluşu  portfelinin  satışından  gəlirləri  çəkilən  xərclərdən dəfələrlə az olub. 
 
2021-2022-ci illərdə əvvəlki maliyyə illərinin nəticələrinə görə AİŞ-in Müşahidə Şurası tərəfindən bölüşdürülməmiş mənfəətin bölüşdürülməsi barədə qərar qəbul edilməyib, o cümlədən Dövlət Neft Fonduna divident ödənilməyib.
 
AİŞ tərəfindən 2022-ci il ərzində xərc edilmiş vəsaitin faktiki məbləği həmin il üçün Müşahidə Şurasına təsdiq edilmək üçün təqdim olunan xərclər smetasındakından artıq olub ki, Palata bu halı AİŞ-in xərcləri barədə hərtərəfli məlumat əldə etməyə, vəsaitlərin icrasında şəffaflığın təmin olunmasına və xərclər smetasının əks etdirdiyi məlumatların həqiqiliyinə dair tam əminlik yaratmağa maneə hesab edir.
 
AİŞ tərəfindən 2021-2022-ci illərdə icra edilən satınalma məbləğinin 76,6 faizi bir mənbədən satınalma proseduru əsasında icra edilib, həmin satınalmalar üzrə ehtimal olunan qiymətlər müəyyən edilməyib, satınalma müqavilələri nümunəvi formaya uyğun tərtib edilməyib, bir mənbədən satınalma prosedurunun tətbiqinə dair razılıqlar müvafiq icra hakimiyyəti orqanından birbaşa deyil, dolayı yolla alınıb və sair. 
 
Qanunvericilikdə müvafiq  tələb qoyulmasına baxmayaraq, AİŞ Açıq Səhmdar Cəmiyyət olaraq öz illik hesabatını və maliyyə hesabatlarını, habelə bir sıra digər məlumatları dərc etmir ki, bu da AİŞ-in fəaliyyətinin şəffaflığını, ona ictimai nəzarəti təmin etməyə imkan vermir. 
 
Rəşad Həsənov
 
İqtisadçı-ekspert Rəşad Həsənova görə, AİŞ-in fəaliyyəti uğurlu olmayıb: “Burada şirkətin idarəçiliyinin, həm də real iqtisadiyyatın tələbinin rolu var. Real iqtisadiyyatdan tələb olmadığı şəraitdə investisiya yatırımından uğur əldə etmək mümkün deyil. Bundan əlavə, AİŞ-in fəaliyyəti ilə bağlı şəffaflıq baxımından ciddi dəyişikliklərə ehtiyac var. Şirkətin investisiya yatırdığı bir sıra şirkətlər kifayət qədər böyük bazar payına və maliyyə sabitliyinə malik şirkətlərdir. Onların gəlir əldə edə bilməməsi, AİŞ-ə divident ödəməməsi xeyli şübhəli görünür. Bu baxımdan, düşünürəm ki, şirkətin payçı olduğu müəssisələrin fəaliyyətində şəffaflığa nail olmaq üçün ciddi addımlar atmasına ehtiyac var”. (Musavat.com)
Oxşar xəbərlər
23:07, Bu gün
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
22:37, Bu gün
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
22:34, Bu gün
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
22:34, Bu gün
Magistraturaya qəbul imtahanında ölkə birincisi bəlli oldu
21:43, Bu gün
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
21:42, Bu gün
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
21:41, Bu gün
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
21:26, Bu gün
Dünyanın ən uzun aclığı: 382 gün
21:25, Bu gün
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
21:23, Bu gün
İmtahandan əvvəl bunları YEYİN
21:20, Bu gün
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
21:18, Bu gün
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
21:14, Bu gün
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
21:13, Bu gün
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
21:11, Bu gün
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
21:10, Bu gün
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
21:08, Bu gün
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
20:57, Bu gün
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
20:51, Bu gün
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
20:44, Bu gün
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
20:42, Bu gün
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
20:37, Bu gün
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
20:23, Bu gün
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
20:09, Bu gün
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
20:06, Bu gün
Litva Ukraynaya radar sistemləri verəcək
19:58, Bu gün
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:56, Bu gün
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
19:50, Bu gün
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
19:47, Bu gün
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
19:46, Bu gün
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
19:42, Bu gün
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
19:37, Bu gün
Robin Van Persinin yeni komandası bəlli oldu
19:37, Bu gün
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
19:27, Bu gün
Putinin potensial varisi AÇIQLANDI
19:16, Bu gün
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
19:15, Bu gün
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
18:56, Bu gün
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
18:56, Bu gün
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
18:46, Bu gün
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
18:37, Bu gün
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
18:24, Bu gün
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
18:13, Bu gün
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
18:08, Bu gün
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
18:07, Bu gün
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
18:03, Bu gün
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
18:02, Bu gün
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17:57, Bu gün
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17:55, Bu gün
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
17:52, Bu gün
Əməkdar artist müğənnini LAĞA QOYDU: "Hissdir, kömürdür bilmirəm..." - VİDEO
17:50, Bu gün
Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR
17:47, Bu gün
Lerikdə dağ uçqunu olub, bir kəndin yolu bağlanıb - YENİLƏNİB + FOTO
17:46, Bu gün
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17:44, Bu gün
Gəncədə oğurluq etməkdə şübhəli bilinən bacı-qardaş saxlanılıb
17:41, Bu gün
"Kiyev ABŞ və Avropa ölkələrini Rusiya ilə böyük savaşa sürükləyir" - Volodin
17:39, Bu gün
Ramin Əliyev saxlanıldı
17:35, Bu gün
"Siyasi partiyaların mütləq əksəriyyəti dialoq proseslərinin fəal iştirakçılarıdır"
17:31, Bu gün
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
17:28, Bu gün
Koreyanın ölkəmizdəki səfiri ADU-nun qonağı olub - FOTOLAR
17:26, Bu gün
Mədəniyyət naziri idarə rəisini işdən çıxarıb yüksək vəzifə verdi - FOTO
17:25, Bu gün
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17:22, Bu gün
Ayda 376 manata mənzil almaq istəyənlərin nəzərinə: Seçim turunun vaxtı açıqlandı
17:21, Bu gün
Peter Dunai: “Macarlar şərq xalqıdırlar, həm türklərlə, həm də azərbaycanlılarla qohumdurlar” - MÜSAHİBƏ
17:19, Bu gün
Aprelin 21-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub
17:15, Bu gün
Nüvə doktrinasını dəyişmək İrana nə verəcək? - VİDEO
17:10, Bu gün
Həmid Həmidovla “Danışaq?” layihəsi: Peyvəndlər, cəfəng diaqnozlar, təhlükəli xəstəliklər - VİDEO
17:06, Bu gün
Müğənnini sevgilisi döyüb öldürdü - FOTO
17:03, Bu gün
Arterial hipertoniyanın müalicəsi necə aparılır? - Həkim AÇIQLADI - FOTO
16:58, Bu gün
Sergen Yalçının “Beşiktaş”ı çalışdırmaq üçün şərtləri bəlli olub
16:56, Bu gün
Qadınlar niyə boşanmağa can atırlar? - VİDEO
16:54, Bu gün
Ukrayna Novorossiysk, Tuapse və Sevastopol şəhərlərini güclü hücuma məruz qoyub
16:52, Bu gün
Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlərin NƏZƏRİNƏ
16:48, Bu gün
Azərbaycanın turizm imkanları Çində sərgilənir - FOTO
16:44, Bu gün
2023-cü ildə Azərbaycanda qeydə alınan abort sayı açıqlandı
16:40, Bu gün
İdarəetmədən çıxan avtomobil “Maklerlər bağı”na girdi - VİDEO
16:35, Bu gün
"İqlim dəyişiklikləri gözlənildiyindən daha sürətlə baş verir" - Umayra Tağıyeva
16:31, Bu gün
Nikaraquada vulkan püskürdü: Kül buludu sərhəd bölgələrə yayılır - FOTO/VİDEO
16:29, Bu gün
Azərbaycan çempionlarına veriləcək yeni kubok və medallar Türkiyədə hazırlanıb
16:25, Bu gün
Azərbaycanda hakimlərin maaşına yenidən baxıla bilər
16:24, Bu gün
"Buna görə çox peşmanam"
16:20, Bu gün
"Ailə qurmasaydım, çox böyük nəticələrim olardı" - VİDEO
16:19, Bu gün
Slovakiyanın güllələnən baş naziri yenidən əməliyyat olundu
16:15, Bu gün
Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik etdi - FOTO
16:12, Bu gün
Polisi öldürən şəxsin ömürlük cəzası dəyişdirildi
16:10, Bu gün
Əri Rusiya gözəlini şantaj edir – “İndi öldürün” - FOTO
16:04, Bu gün
Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO
15:59, Bu gün
Şuşaya aparan tikilməkdə olan yoldakı tunelin daxilindən ilk görüntülər - VİDEO
15:56, Bu gün
Milli Teatrda “İblis və...” tamaşasının məşqlərinə başlanılıb - FOTOLAR
15:54, Bu gün
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
15:52, Bu gün
Magistratura imtahanının yekun nəticələri AÇIQLANDI
15:48, Bu gün
DİM və Dövlət Məşğulluq Agentliyi DOST TV-də birgə layihəyə başlayıb
15:45, Bu gün
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
15:43, Bu gün
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
15:38, Bu gün
Qərb Gürcüstanı yenidən rəngli “bataqlığa” sala biləcəkmi? - VİDEO
15:33, Bu gün
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
15:28, Bu gün
“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək
15:25, Bu gün
Səməd Seyidov: “Fransa Ermənistanı da bir müstəmləkə kimi nəzərdən keçirir”
15:19, Bu gün
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
15:08, Bu gün
Ekspert: "Qazaxıstan platforması Bakı ilə İrəvan arasında danışıqlar üçün əsas ola bilər"
15:03, Bu gün
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
15:00, Bu gün
Avropada baş nazirlərə sui-qəsdlər: Dinə aidiyyəti olmayan cinayətlər - TƏHLİL + FOTO
GÜNLÜK
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
11 May 2024 | 11:10
“Müşahidələrimizə görə Azərbaycanda 8 bəbir var”-Kameralara düşən MARAQLI-FOTO+ÖZƏL
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
10:44, Bu gün
Bu rayonlarda insan alveri qurbanlarının sayı daha çoxdur -Gəncə, Sumqayıt... 
08:29, Bu gün
SON DƏQİQƏ -  Ermənistan Təhlükəsizlik Şurasının katibi: "4 obyekt Azərbaycana keçir"
16 May 2024 | 23:36
Putin ərəblərə Fələstin probleminin ədalətli həllini vəd edib
00:21, Bu gün
Uşaqlarınızı bu oyuncaqlardan uzaq tutun
16 May 2024 | 23:38
Zelenski: “Rusiyanı ədalətli sülhə məcbur etməliyik”
11:35, Bu gün
Ukrayna tərəfdə döyüşən rus taborları nələrsə planlaşdırırmı?- Azərbaycanlı hərbi ekspert
16 May 2024 | 23:34
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
00:19, Bu gün
Yeni Kaledoniya xalqının azadlıq mübarizəsi Makronun ambisiyalarına qarşı
09:03, Bu gün
Mətanət İsgəndərli: “Qardaşımın ayağı bu gün amputasiya olunmalı idi, ürəyi partladı keçindi”-ÖZƏL
07:08, Bu gün
Şəkəri nə azaldır? - Qan şəkərini tənzimləyən 15 qida