“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
Oxunub: 1968
29 Mar 2024 | 15:50
“Meta” səsimizi dinləyirmi? - Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ
Londonun “Kings Kross” stansiyası yaxınlığında çoxmərtəbəli bir binaya daxil oluram. Londonun bu hissəsi başları səmaya dəyən yüksək binalarla doludur. Binaya girər-girməz narıncı və ağ rəngdə neon pilləkənlər, açıq plan lift qapıları və rəngli divanlar məni qarşılayır. Bir neçə dəqiqə sonra koridorlarda uğultu başlayır, nahar fasiləsidir. Özü də iki saatlıq…
 
Dünyanın ən məşhur şirkətlərindən biri olan “Instagram”, “WhatsApp” və “Facebook” şirkətlərini özündə birləşdirən “Meta” şirkətinin London ofisindəyik. Bu gün demək olar ki, yüz milyonlara insan “Meta”nın sahib olduğu platformaların ən azından birini işlədir. Müsahibimiz Aygün Zərbəliyeva iki ildir “Meta” şirkətində çalışır.
 
AZƏRTAC-ın London bürosu olaraq, onu “Meta”ya aparan yollar, işlədiyi layihələr, belə böyük bir şirkətdə çalışmağın məsuliyyətləri, həmçinin Azərbaycanın məşhur müğənnilərindən Aygün Kazımovanın oğurlanan instaqram səhifəsinin açılmasında göstərdiyi köməklik barəsində danışdıq.
 
- Bizə “Meta”da gördüyünüz işlər haqqında məlumat verə bilərsinizmi?
 
- Mən artıq iki il yarımdır ki, “Meta” şirkətində reklamlara cavabdeh olan departamentdə biznes mühəndisi kimi çalışıram. Bundan əvvəl Azərbaycanda yaşamışam. Müxtəlif İT və telekomunikasiya şirkətlərində çalışmışam. Hansısa bir məqamda qərar verdim ki, yeni bir ölkə və şirkətdə özümü yoxlayım. Beləliklə “Meta” şirkətinə keçdim. Hazırda “Meta”nın reklam texnologiyaları sferasında çalışıram. Məsələn, siz instaqram səhifənizdə vaxt keçirirsiniz və ayaqqabı reklamı görürsünüz. Fikirləşirsiniz ki, mən son zamanlarda məhz belə ayaqqabılar axtarırdım. Bunun arxasında bir məntiq, böyük bir infrastruktur dayanır. Və yaxud reklamları şəkil, video, kataloq, anket kimi formatlarda görürsünüz. Bizim şöbə o texnologiyaları mükəmmələşdirmək və müştərilərə daha yüksək səviyyədə çatdırmaqla məşğuldur.
 
- Bəzən mənə elə gəlir ki, “Meta” mənim ağlımdan keçənləri də oxuyur. Ümumiyyətlə, “Meta” bizə qulaq asırmı, bizi dinləyirmi?
 
- Çox adam soruşur ki, “Meta” sanki bilir ki, bizə nə lazımdır, nə axtarırıq, nə barəsində danışırıq, nə barəsində ümumiyyətlə fikirləşirik. Necə olur ki, biz instaqramı açan kimi bunları reklam olaraq görürük? Təbii ki, “Meta” səsə qulaq asmır, fikirləri oxumur. Sizə lazım olan reklamlar sizin axtarış tarixiniz əsasında, oradakı məlumatlara əsaslanaraq sizə göstərilir. Siz brauzerə daxil olub nəyisə axtaranda, hər hansı bir məhsula, hotelə baxanda, müxtəlif xidmət növlərinə axtarış verəndə bu məlumat piksel vasitəsilə sizin brauzerdan “Meta”nın sistemlərinə ötürülür. Siz bunu, öz axtarış tarixçənizə uyğun məlumatı reklam olaraq görmək istəmirsinizsə, bunu girib parametrlər bölməsindən söndürə bilərsiniz.
 
“Həyat məni özü yönləndirdi ki, mən bu sahədə irəli gedim”

- Aldığınız təhsilin indiki səviyyəyə çatmaqda necə bir rolu oldu?
 
- Təhsilin ilk növbədə mənə verdiyi ən böyük fayda düşdüyüm ətraf mühit baxımından oldu. Ətrafımdakı insanların mənimlə eyni maraqlarının olması mənə çox kömək etdi. Həm də informatikanın əsaslarını öyrənmək baxımından rolu oldu. Qrup yoldaşlarımdan kimsə informatikadan maraqlı məsələlər gətirirdi, biz hamımız onun üzərində işləyərdik. Mən universiteti bitirməmiş bu sahədə çalışmağa başladım. Sonra işdə maraqlı proyektlər üzrə işləmək fürsətim oldu. Həyat məni özü yönləndirdi ki, mən bu sahədə irəli gedim. Sonra həmən qrup yoldaşlarımla ömürlük dostlar olaraq qaldıq. Mənim təhsil aldığım dövrdə internetdeki resurslar indiki qədər əlçatan deyildi. İndi istədiyiniz bir sahəyə marağınız varsa, hətta marağınız olmasa da, sadəcə özünüzü yoxlamaq istəsəniz belə sizin qarşınızda sonsuz sayda imkanlar var. Kurslar götürə bilərsiniz, vebinarlara baxa bilərsiniz. Baza təhsiliniz fərqli olsa belə, həqiqətən də digər sahəyə marağınız varsa, internetdən siz bu sahəyə keçid üçün lazımi təhsili ala bilərsiniz.
 
- Londonda yaşamaq, “Meta” kimi çox böyük və tanınmış bir şirkətdə çalışmaq bir çoxlarının yəqin ki, xəyalıdır. Necə oldu ki, Londona köçmək qərarına gəldiniz və nəyə görə “Meta”nı seçdiniz?
 
- Mən Azərbaycanda 8 ildən çoxdur ki, “Simbrella” şirkətində çalışırdım. Bir gün anladım ki, Azərbaycanda çata biləcəyim ən pik nöqtəyə; öz ambisiyalarıma çatmışam, sevdiyim şirkətdə çalışıram, hər şey mənim üçün burda yaxşıdır. Bu məqamda düşündüm ki, başqa nə edə bilərəm. Onda qərara gəldim ki, özümü xarici şirkətlərdə sınayım. Xarici ölkə deyəndə həmişə Böyük Britaniya haqqında düşünmüşəm. Həyat yoldaşımla birgə fikirləşmişik ki, ya biz Azərbaycandan Britaniyaya köçəcəyik, ya da həmişə Azərbaycanda qalacağıq. Niyə məhz “Meta”nı seçdim? Mən ilk növbədə şirkətlərin mədəniyyəti ilə maraqlanıram. “Simbrella”da öyrəşdiyim dostluq və bir-birinə kömək üzərində qurulmuş mədəniyyəti istəyirdim ki, növbəti işlədiyim şirkətdə də hiss edim. Təbii ki, şirkətin böyük olmağı da önəmli amildir. Çox böyük kütlələrin, çoxsaylı insanların gündəlik həyatına təsir edən prokeytlər üzərində işləmək çox həyəcanlı bir şeydir. Mən də bir neçə böyük şirkətə müraciət etdim və təklif aldım. Bu təkliflər arasında mənə ən yaxın “Meta” oldu. Bura köçdükdən bir il sonra əkiz uşaqlarım oldu. Öz çətinlikləri olan maraqlı bir dönəm idi. Bizim Bakıda öyrəşdiyimiz komfortlu həyatın tam əksi olan bir həyat tərzinə keçdik. Çətinlikləri olsa da bizim üçün çox maraqlı dəyişikliklər oldu.
 
- “Meta”da iş müsahibəsi prosesi necədir?
 
- İş müsahibəsi (intervyu) çox rahatdır və axımlıdır. Qarşına məqsəd qoyduqdan sonra gerisi çox rahatdır. Sizi işə götürən insanlar sizin üçün hər şeyi çox asan və əlçatan edirlər. Siz sənədlərinizi verdikdən sonra sizə zəng gəlir. Onlar bilmək istəyir ki, siz həqiqətən də burda çalışmaq istəyirsinizmi, siz nə ilə maraqlanırsınız, nəyə görə “Meta”nı seçmək istəyirsiniz. Ümumi suallar verirlər. Birinci texniki mərhələ olur və çox da çətin olmayan alqoritmik suallar verirlər. Siz onu 45 dəqiqə ərzində həll edirsiniz və onu keçdikdən sonra sizinlə bir daha görüşürlər. Sizə çoxlu sayda resurslar təklif olunur ki, siz növbəti mərhələyə hazırlaşasınız. Hansı kitabları oxumalı olduğunuzu, harada məsələlər həll etməli olduğunuzu sizə məsləhət görürlər. Son mərhələ bir neçə, adətən beş mərhələdən ibarət olur. Bu mərhələlərdən biri sizin davranış intervyunuzdur. Sizin köhnə proyektləriniz, müxtəlif situasiyaları necə həll etməyiniz ilə maraqlanırlar. Növbəti iki mərhələdə sizə sistem verilir. Məsələn, “Meta”nın “Messenger”in sistemini və ya “Instagram”ı necə dizayn edərdiniz, kimi suallar verilir. Əlbəttə, 45 dəqiqə içində “Instagram”ı dizayn etmək mümkün deyil. Onlar sadəcə sizin məsələyə yanaşmanıza baxırlar. Müxtəlif problemli situasiyaları hansı texniki fəndlərlə necə həll etməyiniz, sizin düşüncə tərziniz onlar üçün çox maraqlıdır. Təbii ki, alqoritmik mərhələlər də olur ki, sizə lap birinci intervyunuzda olduğu kimi alqoritmik məsələlər təqdim olunur və siz onları verilmiş zaman çərçivəsində həll edirsiniz.
 
- Şirkətdə neçə azərbaycanlı çalışır və xaricilər sizin Azərbaycandan olduğunuzu biləndə necə reaksiya verirlər?
 
- “Meta” şirkətində dünya üzrə təxminən 20 nəfər azərbaycanlı çalışır və London ofisində hal-hazırda səhv etmirəmsə 4-5 azərbaycanlı var. Bizim çox gözəl münasibətimiz var. Biz çoxumuz Azərbaycandan bir-birimizi tanıyırıq. Xaricilər bizim ölkənin adını eşidəndə yeməklərlə maraqlanırlar. Son illərdə Azərbaycanla bağlı çoxlu maraqlı verilişlər var, “YouTube”da kanallar var və bizim mətbəximiz çox gözəl nümayiş olunur. Həmin yerlərə turlar götürmək haqqında soruşurlar. Məsələn, Azərbaycanın şimal bölgəsinə. Bakını çox yaxşı tanıyırlar. Alov qülləsini, onun fonundakı Bakı qalasını tanıyırlar, bu görüntünü çox sevirlər. Çox xoş olur ümumiyyətlə. Sadəcə söz xətrinə yox, həqiqətən də ölkənin mədəniyyətini bilirlər, xoş yanaşırlar.
 
- “Meta”da çalışmağın üstünlükləri nələrdir?
 
- Şirkətin öz işçilərinə olan münasibəti çox gözəldir. Hər cür rahatlıqla, o cümlədən 3 dəfə pulsuz yeməklə təmin olunmuş ofislərdən işləmək imkanı var. Yüksək səviyyəli sığorta xidməti, ev tapmaq, uşaq baxımı, idmanla məşğul olmaq və s. kimi bir çox şəxsi məsələlərinizi həll etməniz üçün güzəşt paketləri verilir. Azərbaycandan relokasiya edən zaman bütün işləri şirkət öz boynuna götürür və siz bu prosesi demək olar ki, hiss etmirsiniz. Əgər sizin sağlamlığınızla yaxud mental durumunuzla bağlı çətinliyiniz varsa siz bu barədə danışıb ehtiyacınız olan qayğını alırsınız, psixoloqlarla danışmaq imkanınız olur.
 
- Səhv etmirəmsə bir neçə ay öncə Aygün Kazımovanın instaqram hesabı oğurlananda səhifənin açılması üçün ona kömək etmişdiniz. Hətta o, öz səhifəsində sizin haqqınızda paylaşım edərək, sizə təşəkkür də etmişdi…
 
- Təxminən dekabr ayında “Instagram”a daxil olanda təsadüfən Aygün xanımın profili rastıma çıxdı. Mən heç vaxt onun profilinə baxmamışdım, izləmirdim. Ancaq onun səhifəsini görəndə, profilini çox bəyəndim... Elə mən onun səhifəsini bir neçə həftədir izləyirdim ki, birdən qarşıma bir video çıxdı və gördüm ki, bu onun postu deyil. Başa düşdüm ki, böyük ehtimalla kimsə səhifəni sındırıb. Çox pis oldum, çalışdım ki, onunla əlaqə saxlayım. Onun videolarının altındaki şərhlərin birində teleaparcımızın şərhini gördüm və ona yazdım. Onun sayəsində Aygün xanımla əlaqə qurduq. Bundan sonra mənə detalları, səhifədə nə baş verdiyini dedilər. Mən də məsələni öz şirkətimizin daxilində qaldırdım ki, belə bir problem var. Azərbaycanın bu dərəcədə tanınmış, sevilən bir ulduzunun profili belə bir problemlə üzləşib. Şirkətdə çoxlu sayda insanlara yazdım. Bəzi komandalar Hindistan ofisimizdə otururdu, bəzi komandalar Dublin, ABŞ ofisində otururdu. Mənim günüm bütün zaman qurşaqlarına uyğunlaşmaqla keçirdi ki, görüm hansı zaman qurşağında çalışan iş yoldaşımla bu problemi həll edə biləcəyik. Bir qədər stresli və uzun yazışma tələb edən proses oldu.
 
- Çoxları da iddia edirdi ki, bu bir piar idi, reklam xarakteri daşıyırdı...
 
- Elə bir şey yox idi, mən bu problemi özüm gördüm. Bu, onun komandası və hamı üçün stresli bir dövr idi. Heç kes başa düşmürdü ki, hadisələr necə baş verdi, bunu kim edib. Hamı çox istəyirdi ki, bu profil açılsın. Mən bunun şahidiyəm ki, bu piar addımı deyildi.
 
- Sizin yolunuzla getmək istəyən gənclərə nə məsləhət verərdiniz?
 
- Mənim “Meta”da və ya texnologiya şirkətlərində işləmək üçün ən böyük maneələrimdən biri bu idi ki, düşünürdüm burada işləmək xüsusi istedad tələb edir və bu istedad məndə yoxdur. İlk növbədə bunun öhdəsindən gəlməyi məsləhət görərdim. Azərbaycanda hər hansı bir şirkətdə işləyib ozünüzü göstərə bilmisinizsə, bu baza ilə hansısa böyük xarici şirkətdə çalışmaq imkanınız da olacaq. Gənclərə ilk növbədə məsləhətim özlərinə inanmalarıdır. Ondan sonrası isə asandır. “Meta”da çalışmaq rahatdır. Əgər kimsə burda çalışmağı düşünürsə və bilmirsə buna nədən başlasın, çox asanlıqla internetdə resursları tapıb, o resurslar üzrə hazırlaşa bilər.

Müsahibədən sonra Aygün xanım məni “Meta”nın gündə üç dəfə pulsuz yemək verilən mətbəxinə aparır, birgə yemək yeyirik.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Oxşar xəbərlər
01:04, Bu gün
UEFA Çempionlar Liqası: "Real" "Bavariya" üzərində əzmkar qələbə qazanıb
00:22, Bu gün
Putin Paşinyanla görüşdü
00:17, Bu gün
"Azərbaycanla arası pis olan ana müxalifət partiyası ola bilməz" - Özgür Özəl
00:16, Bu gün
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
00:16, Bu gün
Faşizm üzərində qələbədən 79 il ötür
00:13, Bu gün
CHP-nin sədri Azərbaycana səfər edəcək
08 May 2024 | 23:51
Qubada çörək sexində YANĞIN - FOTO
08 May 2024 | 23:42
"Təxribat və eskalasiya: nədən Litva Ukraynaya əsgər göndərmək niyyətindədir?" - "Financial Times"
08 May 2024 | 23:40
İsveç daxili sərhədində müvəqqəti sərhəd nəzarətini noyabr ayına qədər uzadıb
08 May 2024 | 23:22
Hikmət Hacıyev BMT Baş katibinin köməkçisi ilə görüşüb - FOTO
08 May 2024 | 22:59
Gürcüstanda güclü yağışlar ağır fəsadlarla nəticələndi: Kəndlər su altında qaldı - FOTO
08 May 2024 | 22:39
Amerikanın Qəzza üçün müvəqqəti limanı hazırdır, amma problem var
08 May 2024 | 22:38
Canlı yayımda polisə etiraz edib, başını qırxan qadın kimdir?
08 May 2024 | 22:36
Əhaliyə üzücü xəbər: Bu qərardan sonra qiymətlər kəskin artacaq
08 May 2024 | 22:34
Məşhur həkim Mircəlal Kazıminin adı cinayət dosyesində - Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar
08 May 2024 | 22:25
İsrail XİN-in siyasi direktoru Albert Aqarunovun məzarını ziyarət edib
08 May 2024 | 22:20
Tanınmış jurnalistə vəzifə verildi
08 May 2024 | 22:00
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
08 May 2024 | 21:59
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
08 May 2024 | 21:56
Belarusda taktiki nüvə silahının qəfləti yoxlanılmasına başlanılıb
08 May 2024 | 21:34
Gürcüstan bu il turizmdən 4,5 milyard dollar əldə edəcək
08 May 2024 | 21:31
Kapital Bank hər kəsə 200 AZN verir? - Açıqlama
08 May 2024 | 21:29
İnsan alverinə görə axtarışda olan qadın həbs edildi
08 May 2024 | 21:24
Zinəddin Zidan Olimpiya ocağını yandıracaq
08 May 2024 | 21:22
“Azərbaycan əsarət altındakı bütün xalqlar üçün ilham mənbəyidir”
08 May 2024 | 21:22
Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən qovur - Zaxarova "adekvat cavab" vəd edir
08 May 2024 | 21:16
Kim Çen In lideri kədər içindədir...
08 May 2024 | 21:14
İranda “əxlaq” polisi hicablı qadınları da həbs edir - VİDEO
08 May 2024 | 21:07
Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq yüksək vəzifəyə təyinat üçün təşkil edilib - FOTO
08 May 2024 | 20:56
Şəhid anası: “İtkin oğlumun sümüklərinin tapılmasına sevindim” - VİDEO
08 May 2024 | 20:55
“Sədərək”in sahibinin oğlunun evindən külli miqdarda oğurluq edildi - MƏHKƏMƏ
08 May 2024 | 20:21
Azərbaycan və Türkiyənin yanlış savaşlardan keçərək möhkəmlənən qardaşlığı...
08 May 2024 | 20:03
10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...
08 May 2024 | 19:54
Özünü qazi kimi təqdim edən şəxs SAXLANILDI
08 May 2024 | 19:52
DİQQƏT: Dönərxanalarla bağlı genişmiqyaslı tədbirlərə BAŞLANILDI - VİDEO
08 May 2024 | 19:51
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakdan imtina etdi
08 May 2024 | 19:41
Aslan Abaşidze Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdi
08 May 2024 | 19:39
“Afrikada ağlayan uşaq görmədim...” - Azərbaycan dövlət xadimi
08 May 2024 | 19:30
Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil olunub - FOTOLAR
08 May 2024 | 19:17
Məşhur aktyorun oğlu anasını döyüb - FOTO
08 May 2024 | 19:14
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
08 May 2024 | 18:59
Braziliyalı futbolçu Adriano işgəncələrə məruz qalıbmış
08 May 2024 | 18:48
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
08 May 2024 | 18:37
Şəhidin qardaşı: “Atam son nəfəsində onun şəklini qucaqlayıb dünyadan köçdü”
08 May 2024 | 18:35
Bakıda İran vətəndaşının narkokuryerləri həbs olunub
08 May 2024 | 18:35
Qatil “müqəddəslər”, yaxud qan içindəki "cənnət"...
08 May 2024 | 18:21
Rusiya səfiri Britaniya Xarici İşlər Nazirliyinə çağırıldı
08 May 2024 | 18:06
Paşinyan üçün gecikmiş dərketmə: İrəvan kəskin dönüşə hazırdır? - ŞƏRH + FOTO
08 May 2024 | 18:04
İstidən sərinləmək üçün suya girdi
08 May 2024 | 17:59
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB + FOTO
08 May 2024 | 17:56
Sahibə Qafarova Bolqarıstan Prezidenti ilə görüşdü - FOTO
08 May 2024 | 17:56
İsraildən Livanın cənubuna hava zərbəsi: Ölən və yaralananlar var
08 May 2024 | 17:53
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı - FOTO
08 May 2024 | 17:49
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI + FOTO
08 May 2024 | 17:45
"Qahirədəki danışıqlar İsrail üçün girovların sağ qalmasının son şansıdır" - HƏMAS 
08 May 2024 | 17:43
DTX-nin Akademiyasında “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda konfrans keçirildi
08 May 2024 | 17:40
İsmail Serageldin “Prezidentin fəxri diplomu” ilə təltif edildi
08 May 2024 | 17:36
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
08 May 2024 | 17:33
Cəbrayıllılara şad xəbər: Az qaldı… - VİDEO
08 May 2024 | 17:28
Sakinlərin məşğulluqla bağlı müraciətlərinin artmasına səbəb nədir? - VİDEO
08 May 2024 | 17:24
“Rusiya-Ukrayna savaşının III Dünya müharibəsinə gətirib çıxaracağının yetərli əlamətləri hələ görünmür...”
08 May 2024 | 17:23
Kral Şahzadə Harri ilə görüşdən imtina edib
08 May 2024 | 17:19
Polis Bakıda narkotiklərin satışı ilə məşğul olan şəxsləri saxladı - VİDEO
08 May 2024 | 17:13
Həftəsonu 25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
08 May 2024 | 17:10
Lerikdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 17:07
Əli Əsədov Cevdet Yılmazla 44 günlük müharibənin nəticələrini müzakirə edib
08 May 2024 | 17:05
12 il öncə azarkeş idi, indi baş məşqçi - FOTOLAR
08 May 2024 | 17:00
"Putin Qərblə genişlənən münaqişə fonunda and içib" - "Bloomberg"
08 May 2024 | 16:56
Zaqatalada baş verən kütləvi zəhərlənmənin səbəbi məlum oldu
08 May 2024 | 16:55
Atatürk Mərkəzində “Ulu Öndər Heydər Əliyev və Qərbi Azərbaycan” mövzusunda elmi seminar keçirilib
08 May 2024 | 16:51
“Virtual Qərbi Azərbaycan” platforması təqdim edilib - FOTO
08 May 2024 | 16:46
"Həyatımda biri var, narahat olmayın, o, əriniz deyil" – VİDEO
08 May 2024 | 16:43
İmran Xanın həyat yoldaşı cəzasını əri ilə eyni həbsxanada çəkəcək
08 May 2024 | 16:40
Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxarır
08 May 2024 | 16:37
Bakının mərkəzi küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
08 May 2024 | 16:35
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub - FOTOLAR
08 May 2024 | 16:32
“Asobu Mikayıl”ın həbsxanadan verdiyi sifarişlə həkimin evi əlindən alınıb - Şok detallar  
08 May 2024 | 16:26
“Sədərək Yusif”in evindən oğurluq edən qadınla bağlı - Yeni qərar
08 May 2024 | 16:21
Bu taksi şirkəti qiymətləri ARTIRDI
08 May 2024 | 16:15
Ölkədə müşahidə olunan faktiki hava açıqlandı
08 May 2024 | 16:15
Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların l sinfə qəbulu üçün müsahibələr davam edir
08 May 2024 | 16:10
Heydər Əliyevin irsi və müasir Azərbaycanın inkişafında onun rolu
08 May 2024 | 16:07
Lənkəranın Şağlasər kəndində Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
08 May 2024 | 16:05
MİQ-in elektron sənəd qəbulu mərhələsi BAŞLAYIR
08 May 2024 | 16:02
İlham Əliyev Rumen Radevi COP29-a dəvət etdi
08 May 2024 | 16:00
Azərbaycan və İsrail XİN arasında məsləhətləşmələr olub - FOTO
08 May 2024 | 15:58
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
08 May 2024 | 15:55
Saxta spirtli içkilər hazırlayan dəstə üzvləri saxlanıldı - FOTO/VİDEO
08 May 2024 | 15:52
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
08 May 2024 | 15:49
Azərbaycanda hidrometeoroloji şəbəkə intensiv surətdə modernləşdirilir
08 May 2024 | 15:46
Bir qrup hərbi qulluqçuya ev verildi - FOTO/VİDEO
08 May 2024 | 15:35
Peskov Putin və Paşinyanın görüşündən danışdı
08 May 2024 | 15:31
Xaməneinin zəvvarlara çağırışı: Tehranın müsəlmanlara liderlik xülyası - ANALİZ + FOTO
08 May 2024 | 15:25
Eddi İsrafilov “Neftçi”dən ayrılır
08 May 2024 | 15:20
Bakıda bərbərxanada FACİƏ: ölən var
08 May 2024 | 15:16
Bolqarıstan prezidenti və xanımının şərəfinə rəsmi nahar verildi
08 May 2024 | 15:12
Qaziz Abişev: “Almatı danışıqlar üçün optimal yerdir” - MÜSAHİBƏ
08 May 2024 | 15:08
İsmayıllıda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - FOTO
08 May 2024 | 15:05
Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub - FOTO
08 May 2024 | 14:59
AFFA İntizam Komitəsi “Kəpəz”i cəzalandırdı
GÜNLÜK
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
07 May 2024 | 14:16
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
07 May 2024 | 13:27
"Təqribən 4500 nəfər müharibə veteranı kimi tanınmır" - Qüdrət Həsənquliyev
AYLIQ
08 May 2024 | 09:38
Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR- EKSKLÜZİV GÖRÜNTÜLƏR
08 May 2024 | 08:59
Pənahəli xanın varisi: “İspaniyanın Qranada şəhərində anadan olsam da Şuşada..."
08 May 2024 | 06:26
Genlərimiz səsləri eşidə bilir...-ARAŞDIRMA
08 May 2024 | 10:55
Şuşalı jurnalist: "Qələbədən sonra Şuşanın işğal tarixinə qayıtmaq istəmirəm"
08 May 2024 | 07:32
Beyons ombasını nümayiş etdirdi
08 May 2024 | 07:11
Qəbizlikdən xilas edən  5 möcüzəli məhsul
08 May 2024 | 07:12
Rusiya Ukrayna əsgərlərini səngərlərdən çıxarmaq üçün kimyəvi silahdan istifadə edir...
08 May 2024 | 08:25
Bu günlə bağlı XƏBƏRDARLIQ - RƏSMİ
08 May 2024 | 08:45
Məktəblərdə "bullinq" tüğyanı: -Professordan TƏHSİL NAZİRİNƏ ÇAĞIRIŞ
08 May 2024 | 08:00
Şuşa Zəfərimizin rəmzi, tacıdır