“Parlament seçkilərinin favoriti YAP-dır”
Oxunub: 5876
17 Mar 2015 | 08:10
“Parlament seçkilərinin favoriti YAP-dır”

Moderator.az bir müddət öncə təsis olunan "Azadlıq 2015" Seçki Blokunun təsisçilərindən olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin “Reytinq”ə müsahibəsini təqdim edir:

 

"Azadlıq 2015" Seçki Bloku quruculuq mərhələsindədir. Nəzərə almaq lazımdır ki, siyasi təsisat bəyanatından keçən müddət böyük deyil. Bu format bizim üçün təmamilə yenidir. Digərləri də , inanıram ki, belə düşünür. Belə heyətlərin tam gücü ilə işləməsi üçün zamana ehtiyac var.

 

 - Bu birlikdə müxalifətin geniş spektri təmsil olunmadı. Sizcə, bu faktor dezavantaj deyilmi?

 

- Azərbaycanın siyasi həyatında yeni dönəmin başlanma ehtimalı yüksəkdir. Hamı bunun fərqindədir. İstər dünya düzənindəki trend, istərsə də ölkənin daxilindəki oturuşmuş dəngə əsaslı olmasa da, müəyyən ciddi dəyişikliklərə məruz qalacaq. Prosesləri dərindən analiz edən siyasi isteblişmaent bunu duyur. Ölkənin siyasi fakturası mütləq dəyişəcək. Ola bilər ilkin mərhələdə bu kövrək dəyişiklik olsun. Lakin əminəm ki, dünyada başlamış proseslər zamanında Azərbaycanın siyasi dizaynına köklü təsir göstərəcək. Biz rəvan və məxməri dəyişiklikləri tərciyə edən siyasi qüvvəyik. Hesab edirəm ki, "Azadlıq 2015" seçki blokunda yer almış bütün təşkilatlar bu mübarizə üsuluna-təkamülə istinad edən partiyalardir. Lakin Azərbaycanda mümkün dəyişiklik variantlarının digər versiyalarına üstünlük verən təşkilatlar da kifayət qədərdir. Bütün siyasi partiyalar tendensiyanı duyurlar. Kimlərsə fərqli dəyişiklik ssenarilərinə etibar etdiyindən, fərqli performans sərgiləyirlər. Bu onların taktiki seçimidir. İnanmaq istəyirəm ki, bütün siyasi təşkilatlar, onların təmsil olunduğu birliklər, ölkəni irəli aparmaq uğrunda mübarizə aparır

 

- Bu günə kimi müxalifətin avanqardı olan Müsavatla AXCP-nin bu formatda olmaması narazı elektoratın böyük hissəsinin səsini itirmək deyilmi?

 

- Mənə elə gəlir ki, müxalifətin seçkidə vahid cəbhədən çıxış etməməsi bütövlükdə müxalifət düşərgəsi üçün dezavantajdır. Ancaq nə etmək olar? Bu təəssüf doğurucu hal düşərgəmizin acı reallığıdır. Bütöv səngər alınmadıqda, fəaliyyətin koordinasiyası variantı qalır. Çalışacağıq buna nail ola bilək. Müxalifətin bu günə formalaşmış, hətta proqnoz edilən heç bir formatında geniş spektr təmsil olunmur.

 

- Nəyə görə hər kəs bu çətir altında birləşmədi, sizi bəyənmədilər, yoxsa bu formatda perspektiv görmədilər?

 

- Cəmiyyətə sırınan qəliblərdən imtina etməyin vaxtı çatıb. Artıq nə Müsavat, nə də AXCP müxalifətin avanqardı sayıla bilməz. Müsavat ən yaxın keçmişdə öz kadr potensialının əhəmiyyətli hissəsindən məhrum olub. AXCP-nin vitrinini göz önünə gətirin. Cəmiyyəti idarə etmək gücündə olan neçə şəxsin adını çəkə bilərsiz? Yaxud hər 2 partiyanın ötən ilin sonlarında keçirdikləri mitinqləri yada salın. 1000 nəfərə qədər tərəfdarı olmayan partiyaların avanqard missiyası bitmiş sayılmalıdır. Onların düşdükləri bu vəziyyəti dənəmək niyyətim, yaxud səbəblərini araşdırmaq niyyətim yoxdur. Onların acınacaqlı durumu da məni sevindirmir. Lakin fakt ortadadır. Görünür onların yaşadıqları müstəsnalıq sindromu köhnə mətbuat qvardiyasının nümayəndəsi kimi Sizə də, Zaur bəy, sirayət edib. Lakin ölkədə yeni reallıqlar formalaşıb. 20-ci əsrdən 21-ciyə keçmək zamanıdır. Təmamilə yeni nəsil formalaşıb. Bu nəsil əsasən fəal siyasi həyata baş vurmasa da, onun təqibçisidir. YAP nəzarətində olan xeyli sayda insan böyük kapital sahibinə çevrilib. İş dünyasını siyasi faktor olaraq, görməmək siyasi korluqdan başqa bir şey deyildir. Hakim zümrənin daxilində bütün infrastruktura-kadr potensialına, maliyyə və iqtisadi imkanlara, fiziki gücə malik güc mərkəzləri oturuşmuş sayılmalıdır. Belə reallıqlar içində 20-ci əsr sonlarının nostaljisi ilə yaşamaq yanlışdır. Baxışlarında əsaslı transformasiya etməyənlər inkişaf edə bilməzlər. Ukraynanı yada salın. Qərb kimin hakimiyyətə gəlməsini dəstəklədi? Ənənvi Timoşenkonu, yoxsa Poroşenkonun, Kolomoyski, Yatsenyukun timsalında oliqarxiyanı? Gürcüstanda hamının gözü öyrəşdiyi Burcanadze haradadır? Bu siyasi texnologiyadır. Partiya liderlərimiz bu gerçəklərdən xəbərdardır. Sadəcə olaraq özlərinin meydan ömürlərini uzatmaq üçün həqiqət barədə susurlar. Sual oluna bilər ki, onda müxalifət partiyaları lazım deyilmi? Şəksiz lazımdır, hətta zəruridir. Sadəcə olaraq siyasi partiyalar yeni reallıqlara transfer etməyi bacarmalıdırlar. Özlərinə, auralarına söykənib siyasət yürütməməlidirlər. Biznes mühitində özlərinə ortaq axtarmalı, yeni formalaşan 21-ci əsr gəncliyini yanına almağa çalışmalıdırlar. Təmamilə yeni təfəkkürə malik, kapitalizm münasibətlərinin beyinlərinə nüfuz etdiyi gənclik yetişib. Onları yeni tezislələ siyasətə gətirməyə təşəbbüs edilməlidir. Bunun üçünsə müxalifət liderləri həyata fərqli baxmalı, cəlbedicilik əmsalı dəyişilməlidir. Əgər siyasi lider öz səhvləri ucbatından təhlükə ocağına çevrilibsə, onun yanında inkişaf yox, həbs reallığı mğvcuddursa, praqmatik düşüncə ora gəlişə imkan yaratmayacaq. Mən bu reallığın səbəblərinə enmək istəmirəm. Lakin əminəm ki, ölkədə Müsavat və AXCP-nin kirəcləşmiş inqlabi nəzəriyyəsinə fərqli yol təklif etmək lazımdır. Əminəm ki, cəmiyyətdə xeyli etiraz potensialı mövcuddur ki, onlar inqlab istəmir, təkamül tərəfdarıdırlar. Biz təkamül tərəfdarları hakimiyyətin yürütdüyü bir çox idarəçilik və davranış üslublarını qəbul etmir, onlara qarşı mübarizəmizi aparırıq. Bundan sonra da mübarizəmizdə ardıcıl olacayıq.

 

- Deyirlər ki, “Azadlıq-2015" də fikir ayrılığı yaranıb. Bəzi partiyalar seçki bloku, bəzi partiyalar isə məşvərət məclisi ideyasını dəstəkləyir. Siz nə deyirsiz və ən yaxşı yol hansıdır?

 

- Aramızda heç bir fikir ayrılığı mövcud deyil. Xüsusən fəaliyyət forması aramızda müzakirə olunmur. Seçki ilində seçki blokunda əməkdaşlıq ən düzgün seçimdir.

 

- “Azadlıq-2015"in perspektivini necə görürsünüz?

 

- Perspektivi ümüdverici kimi qiymətləndirərdim. İnanıram ki, mexanizmlərimizi uzlaşdıra, vahid idarəçilik mərkəzi yaratmağa müvəffəq olsaq, blok parlament təmsilçiliyinə nail ola biləcək.

 

- O fikirlər də səslənir ki, sizin blok hakimiyyətin projesidir. Yəni, sözəbaxan müxalifət kimi parlament seçkilərinə vahid komanda kimin getməyinzi hakimiyyət istəyir, hətta sonda bir neçə mandat da verəcək. Bu iddialar barədə nə deyə bilərsiniz?

 

- Bu əsas məsələ haqda köhnə melodiyadır. Şəxsən bizi o bloka heç kəs göndərməyib. Bilirsiniz ki, bizim blokda təmsilçiliyimiz nizamnamə problemimizlə baş tutub. Apreldə Məclisimiz, nəzəri baxımdan belə baxaq ki, blokda olmağımızın məqsədəuyğun görməsə, onda nə deyiləcək? Blokdakı münasibətləri qənaətbəxş sayırıq və hesab etmirik ki, orada kimsə hakimiyyətdən idarə olunur, bunun əlaməti yoxdur. Seçkinin yekunu üzrə sıralarımızdan kimsə seçkini udarsa, bu qələbə tanınarsa, burada nə qəbahət vardır. Blokumuzun ayrı-ayrı nümayəndələri ölkənin əsas siyasətçilərindədir. Seçkidə onların qələbə potensialı nədən şübhə altına alınmalıdır? İstənilən dairədə istənilən müxalifət və iqtidar namizədi ilə mübarizəyə hazıram. Kim mənim qələbəmə şübhə ilə yanaşa bilər? Belə fikirləri cəmiyyətə pərçim etmək istəyənlərdən fərqli olaraq, bizim qələbimizə daima hakimiyyət mane olub. Amma YAP hakimiyyəti bu fikir müəlliflərini vaxtaşırı olaraq, haqları olmadığı halda belə Parlamentə də buraxıb, başqa fəaliyyət şəraitləri də formalaşdırıb. İndi məntiqi sual yaranır- hakimiyyət statusu sözə baxana verər, yoxsa hərəkətlərinə arxayın olmadığına? İndi digər sual çıxır ortaya- sözəbaxan Parlamentə buraxılan, istifadəsinə pul və mətbuat veriləndir, yoxsa bu "üstünlüklərdən " məhrum edilmiş bizlər? Lazım gələrsə dediklərimi faktlarla möhkəmləndirə bilərəm.

 

- Qeyd etdiyim iddiaları arqumentləşdirən məqamlardan biri də odur ki, bu blokda olanlar hakimiyyətlə dialoqa gedir. Bu dialoq isə Azərbaycan cəmiyyətinə hər hansı töhvə vermir. Bu barədə nə deyə bilərsiniz?

 

- Dialoqa getmədə nə pis iş var? Danışıq müasir dünyanın problemləri çözmə vasitəsidir. Dünyadan bir misal göstərilsin ki, münasibətlərində müşkülü olan tərəflər əlaqə saxlamır, danışıq aparmır. Son təmas nümunələri- 37 il diplomatik münasibətləri olmayan İran-Qərb İsveçrədə 3 gün əvvəl razılaşma imzaladılar; Ukrayna problemi ilə bağlı Normand 4-lüyü müxtəlif səviyyələrdə mütəmadi təmas qurur; Kolumbiya höküməti 50 il savaşdığı terrorçu sol qruplaşmalarla razılaşma əldə etmək üçün danışıq aparır; İsrail-Fələstin daşıqları 50 ilə yaxındır davam edir. Gələk ölkəmizin daxilinə- düşmən tərəflə, beynəlxalq təşkilatlarla təmasda nə anlaşılmazlıq vardır? İşğalçı ilə danışdığımız halda dövləti idarə edən hakimiyyətlə şəffaf danışıqlarda nə qeyri müəyyənlik var? Görünür gizli danışıqlara vərdiş etmişlər üçün bu forma uyğun deyil. Bunlara bağlı qapı arxasında danışıqlar lazım imiş. Başqa izah tapa bimirəm. Öz yanlışlarının əsiri olanlarınmı ağlı ilə hərəkət etməliyik? Yoxsa hakimiyyətə hasar dibindən Molotov kokteylimi atmalıyıq? Bu bizim yolumuz deyil. Nə gizli siyasi möhtəkirlik, nə də küçə savaşları. Biz dialoqa siyasi açılım perspektivi ilə yanaşırıq. Təbii ki, hakimiyyət əldə etdiyi, hərb dili ilə, yüksəklikləri sadə əldən verməyəcək. Heç biz də verməzdik. Onları anlamaq lazımdır. Onları bu aşırı üstünlüklərdən imtina etməyə dəvətin yolu təmaslardan keçir. Zatən də radikalların üsulları ilə heç nə dəyişmir və dəyişməz də. Biz inanırıq ki, ölkənin yaxınlaşdığı siyasi mərhələ bu dəyişiklikləri şərtləndirir. Hər 2 tərəf siyasi yetkinlik nümayiş etdirsə qarşıda bizi gözləyən siyasi qasırğanı ötüşdürə biləcəyik. Qlobal siyasətdə baş verən dəyişiklikləri, onun Azərbaycana göstərəcəyi təsirləri görməyənlər və yaxud göz ardı edənlərin yeri siyasət deyil. Onlar başqa işlə məşğul olsalar ölkəyə fayda vermiş olarlar. Dialoqun töhvəsinə gəldikdə isə onu deyə bilərəm ki, cəmi 2 görüşümüz baş tutub. Uzun illər təmassız və ünsiyyətsiz şəraitdə mövcud olmuş münasibətlərdən qısa vaxtda böyük nəticələr gözləmək düz deyil. Eyni zamanda hesab etmirəm ki, hakimiyyət bizim siyasi narahatlığımızı ehtiva edən bütün məsələrdə güzəşt edəcək. Bu uzunmüddətli evalüsion proses kimi görülməlidir. Biz mümkün olanların həllini istəmişik. İlk məsələ siyasi məhbus məsələsidir. Hesab edirəm ki, hörmətli Prezident Əliyevin dekabrda imzaladığı əfv fərmanı ilkin addım kimi qiymətləndirilməlidir. İnanıram ki, Novruz bayramında da amnistiya aktı Parlament tərəfindən qəbul edilə bilər. Kimsə aldadıcı olaraq, bu təmaslardan hakimiyyətə gəlişi gözləyirsə, cəmiyyəti də, özünü də aldadır. Dialoq hakimiyyətlə aramızda illər ərzində yaranmış siyasi yarğan üzərindən keçid formalaşdırmaq cəhdidir. Hesab edirik ki, Dövlətin müqəddarıtına cavabdehlik daşıyan siyasi qüvvələr arasında mövcud olan bugünkü dərin uçurum yolverilməzdir, təhlükədir, mütləq aradan qaldırılmalıdır. Kimin nə deməsindən asılı olmayaraq biz VİP olaraq gedən bu unikal prosesə dəstək verəcəyik, ictimai etimadın artmasına çalışacayıq.

 

- Parlament seçkilərində favorit qüvvə hansı tərəfi görürsüz?

 

 - Ölkədə fors-major yaşanmasa, seçkinin favoriti YAP-dır. Mövcud reallıqlar bunu diktə edir. Müxalifət fraksiya yaradacaq qədər təmsilçilik uğrunda mübarizə aparmalıdır. Hakimiyyət mövcud təsiri saxlamaq üçün kosmetik dəyişikliklərə çalışacaq. Biz isə çalışmalıyıq ki, dəyişikliklər kosmetik deyil, real xarakter daşısın.

Oxşar xəbərlər
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:19
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 22:39
Cənubi Afrikada bina çökdü: 59 nəfər dağıntılar altında qala bilər
06 May 2024 | 22:31
"Avropa öz müdafiə gücünü artırmalıdır" - Kuleba
06 May 2024 | 22:05
DƏHŞƏTLİ QƏTL: İngilis dili müəllimi güllələnərək ÖLDÜRÜLDÜ
06 May 2024 | 22:04
Azərbaycanda məşhur hoteldə külli miqdarda YEYİNTİ - FOTO
06 May 2024 | 22:03
Çində mutant Ebola virusu yaradıldı
06 May 2024 | 22:02
Türkiyədə İŞİD-ə qarşı antiterror əməliyyatı - VİDEO
06 May 2024 | 21:38
Dünya birliyi İsrailin Rafahda hərbi əməliyyatına qarşı çıxıb
06 May 2024 | 21:23
Arni Slotun “Liverpul”u çalışdıracağı təsdiqləndi
06 May 2024 | 21:18
HƏMAS İsraillə atəşkəsə razılaşdı
06 May 2024 | 20:35
10 gündür evdən qaçan 18 yaşlı gəncin GÖRÜNTÜLƏRİ - YENİLƏNİB + FOTO/VİDEO
06 May 2024 | 20:04
Bu xəstəxananın direktoru tanınmış cərrahı işdən çıxardı, cərimələndi - SƏBƏB - AÇIQLAMA
06 May 2024 | 20:02
Sərnişinin bu hərəkətinə görə qatar xətdən çıxarıldı
06 May 2024 | 19:49
Rusiya Böyük Britaniyanın hərbi obyektlərinə zərbələr endirəcəyi ilə rəsmən təhdid edib
06 May 2024 | 19:38
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 19:34
Bakıda 50 yaşlı qadını avtomobil vurdu - TƏBİB-dən AÇIQLAMA - FOTO
06 May 2024 | 19:32
General Elçin Quliyev bu ölkənin kralına bahalı rəsm əsəri hədiyyə edib - FOTOLAR
06 May 2024 | 19:27
“Xarıbülbül” festivalı bu il Şuşa və Laçında keçiriləcək
06 May 2024 | 19:27
BDU-da Əməkdar artist Azad Şükürovla görüş...
06 May 2024 | 19:24
BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim
06 May 2024 | 19:22
Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
06 May 2024 | 19:21
Şolts: Ukraynanın daha çox hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var
06 May 2024 | 19:20
Bəzi rayonlara yağış yağıb, Xəzərdə dalğanın hündürlüyü 3.4 metrə çatıb - FAKTİKİ HAVA
06 May 2024 | 19:19
Sürətlə çəki itirirəm, qorxmalıyammı?  - Açıqlama
06 May 2024 | 19:18
Türkiyə MSK bələdiyyə seçkilərinin yekun nəticələrinə açıqlayıb
06 May 2024 | 19:16
İsrailin hərbi hökuməti Rəfahın tutulmasına razılıq verib
06 May 2024 | 19:13
Rusiya XİN Qərbə xəbərdarlıq edib
06 May 2024 | 19:11
Qol altında tərləməni, qoxunu və qaralmanı yox edən  - ZƏY DAŞI
06 May 2024 | 18:55
“Onlarla xoşluqla ayrılmağın özü böyük siyasi məharət tələb edir”
06 May 2024 | 18:54
Bakıda külək güclənəcək, yağış intensivləşəcək - XƏBƏRDARLIQ
06 May 2024 | 18:49
Sosial şəbəkələrdə avtoxuliqanlıq videoları paylaşanlara nəzarət edilirmi? - VİDEO
06 May 2024 | 18:43
Putin Paşinyanla görüşəcək
06 May 2024 | 18:09
Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb
06 May 2024 | 18:05
“Qadınlar ona görə tanınmaq istəyir ki, ərinin…” - Qalmaqallı sözlər
06 May 2024 | 18:00
FIFA ilk dəfə futzal üzrə milli komandaların reytinq siyahısını AÇIQLADI
06 May 2024 | 17:56
"Bizim Rafahda hərbi əməliyyat keçirməkdən başqa seçimimiz qalmayıb" - İsrail müdafiə naziri
06 May 2024 | 17:52
Slovakiyanın Baş naziri Azərbaycana gəlir
06 May 2024 | 17:48
Hesablama Palatası DSMF-də yoxlama aparır
06 May 2024 | 17:44
Xumar Qədimova: “Məndə hər şey təbiidir”
06 May 2024 | 17:40
“Bakı KOB evi”ndə sahibkarlara 8 minə yaxın B2B xidmət göstərilib
06 May 2024 | 17:36
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH + FOTO
06 May 2024 | 17:30
Bakı dünyanın “İdman paytaxtı” seçildi
06 May 2024 | 17:25
Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”
06 May 2024 | 17:23
Əhaliyə ŞAD XƏBƏR: Bu məhsullar kəskin ucuzlaşacaq
06 May 2024 | 17:20
Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL + FOTO
06 May 2024 | 17:17
ABŞ səfiri: “Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndik” - YENİLƏNİB + FOTO
06 May 2024 | 17:16
“O, Azərbaycan dövlətçiliyini klassik imperiya səviyyəsinə yüksəltdi...”-Tariximizə fərqli baxış...
06 May 2024 | 17:15
Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib
06 May 2024 | 17:10
ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
06 May 2024 | 17:05
DSMF Kembric İslam Maliyyə Qurumu tərəfindən liderlik mükafatına layiq görülüb
06 May 2024 | 17:00
ADNSU-da Heydər Əliyevə həsr olunmuş Respublika Elmi Konfransı keçirilir - FOTOLAR
06 May 2024 | 16:55
Daha bir səfir Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 16:50
Rezidenturaya qəbulun nəticələri AÇIQLANDI
06 May 2024 | 16:45
Beynəlxalq kateqoriyalı güləş hakimlərimizin sayı artdı
06 May 2024 | 16:40
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı - FOTO
06 May 2024 | 16:34
Oğlanlar niyə evlənmək istəmirlər? - VİDEO
06 May 2024 | 16:28
Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb - FOTOLAR
06 May 2024 | 16:23
Almaniyada erməni və azərbaycanlı ekspertlər görüşdü: nələr müzakirə olundu?..
06 May 2024 | 16:22
Fərid Qayıbov Ülviyyə Fətəliyevanı qəbul etdi - FOTO
06 May 2024 | 16:16
Şəkidə təhlükəyə çevrilən SAHİBSİZ İTLƏR: “Artıq təsərrüfatlara da hücum edirlər” - FOTO
06 May 2024 | 16:10
Koçaryanla kilsənin hədəfi: Paşinyandan əvəzçıxma cəhdi - ŞƏRH + FOTO
06 May 2024 | 16:05
Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verildi
06 May 2024 | 16:00
Bu dərman vasitəsinin bütün seriyaları geri çağırılıb - FOTO
06 May 2024 | 15:56
Rusiya nüvə silahını tətbiq etməklə hərbi təlimlər keçirəcək
06 May 2024 | 15:50
Azərbaycan qılıncoynadanı: "Zədələnməsəydim, olimpiadaya lisenziya qazana bilərdim"
06 May 2024 | 15:46
İranda molla hicaba görə qadına hücum edib - VİDEO
06 May 2024 | 15:40
“Futbolçularımız yeniyetmə olmalarına baxmayaraq, artıq mühüm uğurlara imza atıblar” - “Crystal FC” uşaq futbol klubunun baş məşqçisi
06 May 2024 | 15:35
Avropa İttifaqı “Telegram”ı nəzarətə götürdü
06 May 2024 | 15:30
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
06 May 2024 | 15:25
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
06 May 2024 | 15:20
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
06 May 2024 | 15:15
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
06 May 2024 | 15:10
Almaniya Rusiyadakı səfirini geri çağırdı
06 May 2024 | 15:05
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
06 May 2024 | 15:00
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
06 May 2024 | 14:56
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
06 May 2024 | 14:54
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
06 May 2024 | 14:52
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
06 May 2024 | 14:49
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
06 May 2024 | 14:46
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
06 May 2024 | 14:44
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
06 May 2024 | 14:38
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
06 May 2024 | 14:34
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
06 May 2024 | 14:30
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
06 May 2024 | 14:26
Ülviyyə Fətəliyevaya mahnı həsr edildi - VİDEO
06 May 2024 | 14:23
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
06 May 2024 | 14:19
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
06 May 2024 | 14:12
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
06 May 2024 | 14:10
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
06 May 2024 | 14:05
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
06 May 2024 | 14:00
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
06 May 2024 | 13:56
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
GÜNLÜK
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
06 May 2024 | 08:48
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
06 May 2024 | 06:00
"Rusiyanın "5-ci kolonu"a “Qarabağ- 2” əməliyyatını həyata keçirmək tapşırılıb və..."
06 May 2024 | 08:02
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
06 May 2024 | 09:20
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
06 May 2024 | 07:04
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
06 May 2024 | 08:32
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
06 May 2024 | 07:14
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
06 May 2024 | 08:00
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
06 May 2024 | 07:19
Ağrı yoluxucudur – ARAŞDIRMA
06 May 2024 | 09:00
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər