Yaxın Şərqdəki ingilis oyunlarını necə durdurmalı?
Köşə
Oxunub: 5316
16 Mar 2015 | 23:54
Yaxın Şərqdəki ingilis oyunlarını necə durdurmalı?



Tarix  bizə deyir ki, hədəfi dünya ağalığı olan əksər dövlətlər Misirdən  Əfqanıstana  uzanan  bu  strateji coğrafiyaya  hökm  etmək  üçün can atarlar. Açığı, son dövrlər Türkiyədə bəzi müxalif çevrələrin AKP iqtidarını  tənqid  etmək  üçün  “Yaxın Şərq  bataqlığına  girməməli idi” kimi arqumentlər gətirmələrini anlamaqda çətinlik çəkirəm. Osmanlının əski hakimiyyət sahəsi olan bu coğrafiya heç bir zaman bölgəyə  iddialı hər hansı dövlətin belə, gündəmindən düşmədi. 

Yaxın Şərqin önəmi

Afrika və  Avrasyanın  qovşaq  nöqtəsində yerləşən Yaxın Şərq, İstanbul  boğazı, Mərmərə  dənizi, Çanaqqala  boğazı və  Egey dənizi yoluyla  Ukraynadan Ağ dənizə uzanan su yolu baxımından da çox mühüm bir məkandır. Orta Asya, Avropa və Afrika ticarəti üçün "olmazsa  olmaz",  strateji  bir  coğrafiya  olduğuna  görə də  bu bölgənin min illərdir xarici müdaxilə və təsirlərdən kənar dönəmi olmamışdır. Dünyanın neft rezervlərinin yarıdan çoxuna sahib olan Yaxın Şərq əhalisinin böyük əksəriyyəti isə müsəlmanlardan ibarətdir. Ərəbcə, türkcə və farsca bu coğrafiyanın əsas ünsiyyət dilidir. Elə Osmanlıca  da  bu  üç dil - "sac ayağı"  üzərində yüksələn bir türk ləhcəsi, ümməti  birləşdirən bir dildir. 

Türkiyəni Birinci Dünya müharibəsindən sonra bu bölgədən çıxardılar  və  o  gündən bu  günə, bölgə həqiqi  sükunətə qovuşmadı. Dünyanın  üç  səmavi  dininin beşiyi  olan  Yaxın Şərq,  Yunan  və  Roma  mədəniyətinin, İran, Turan,  Mesopotomiya kimi qədim kültürəl  mirasın da  çuğlaşdığı  bir  məkandır. Bu gün Avropa  geyimdən yeməyə, inanca, elmə  qədər  bir  çox sahədə Yaxın Şərq  kültürünə borcludur. Dünyanın strateji  dəngələrinin şəkilləndiyi  bu  coğrafiyaya  Türkiyə  kimi bir  dövlətin ilgisiz  qalması  mümkündürmü? Əslində, burada həyata keçirilmək  istənən  ən strateji  planlar  imperialistlərin  Lozannada  qazana  bilmədiklərini əldə etmək,  yarımçıq qalmış müstəmləkəçilik planlarını tamamlamaq  üçün deylmi? Hədəf  yenə  Türkiyə və  özlərinə  təhdid olaraq gördükləri  İslami  yüksəlişdir.

Bəs, Türkiyənin Yaxın Şərqdəki hədəfləri nədir?

 

Əlbəttə ki,  AKP iqtidarının Suriya, Quzey  İraq   məsələsi  kimi  bir  sıra  məsələlərdə  formalaşdırdığı  siyasət  müzakirə  və  tənqid  edilə  bilər. Ancaq  AKP-dən öncə  bölgədə  bir  nizamlama  prosesi vardı. Türkiyənin strateji maraqları  baxımından  Körfəz  müdaxiləsi sırasında  rəhmətlik Özalın Mosulu və Kərkükü  almaq  istədiyini  də  bilirik. Bu  gün baş  verən  hadisələri  anlamaq  üçün son iki  yüz  ildə  Ortadoğunun,  Osmanlının  tarixində  baş  verən   hadisələri anlamaq  vacibdir. Onda  görərik ki,  bütün  bu baş verənlər  əslində  Türkiyəni  birbaşa  maraqlandırmaqdadır.

Strateji dəngələrin dəyişməsi, bölgənin taleyi, dünya ağalığının  davamlılığı baxımından ingilis-Amerikan  ittifaqının lehinə işləyən ən  müəyyənedici proseslər Birinci Dünya savaşıyla  başladı və İkinci Dünya muharibəsi  sonrasında  inkişaf edərək yeni  miqyas qazandı. Böyük  dövlətlərin birləşərək Osmanlıya qarşı başlatdıqları  yeni "səlib yürüyüşləri"ylə Yaxın Şərqdəki  Osmanlı  hakimiyyətinə son verilmiş oldu.

 

Yaxın Şərqdə ingilis hegemonluğu

 

Burada  Osmanlının dağılmasına  gətirib çıxardan yüzillik  prosesləri  təhlil  etmədən,  üç  qitəyə hökm etmiş  müsəlmanların son cahan dövlətinin  çöküşünün  daxildən  qaynaqlanan  obyektiv və subyektiv səbəbləri  üzərində  durmadan, sadəcə,  onu  deyə  bilərəm ki,  artıq  1914 -cü  illərə  gəldiyimizdə  Yaxın Şərq  coğrafiyası  da  daxil,  bütün   Osmanlı   coğrafiyasını   dərin bir ingilis,  Avropa  təsiri sarmışdı. Birinci Dünya  müharibəsi  öncəsi  və sonrasında Ərəbistan  hardasa  ingilis  hakimiyəti  altına  girmişdi. Anadolu  və  Orta  İran  müvəqqəti  olaraq   bu  təsirdən qurtulmuş  bir bölgə  olsa  da,  imperialist  Britaniya oraları  da  öz  müstəmləkə  sahələri  olaraq  görməkdə və  zamanı gələndə  o  coğrafiyalarda   yatmış antitürk  hücrələrinin oyandırılmasına  hazırlaşmaqdaydı. 

Daha  sonra  Anadoluda  başlayan erməni  üsyanlarında Qərbin bu coğrafiyalara  açıq  müdaxilə  etdiyini gördük. Əslində, Birinci  Dünya  müharibəsi  dövründə  müttəfiq  dövlətlər aralarındakı gizli  bir  anlaşmayla  İstanbul və boğazları  Çar  Rusyasına, Qərbi   Anadolunu  İtalya  və Fransaya,  Ərəbistan  və  Orta  İranı  da  ingilis  müstəmləkəçiliyinə  daxil  etmək  haqqında  razılığa  gəlmişdilər. Anadoludakı Türk  varlığı da böyük  təhlükə  altındaydı.

Yaxın Şərqdəki  Britanya  təsirindən danışarkən, əlbəttə  ki,  Birinci  Dünya  savaşı  sırasında  şəkillənən  geoplitik şərtləri  anlamaq  lazımdır.  1917 - ci  il  İnqilabı   Rusyanı Yaxın Şərq uğrundakı  mübarizədən müvəqqəti  olaraq  uzaqlaşdırdı və beləliklə, Britanyanın  bölgə  üzərindəki  hakimiyyətinin önündəki  bütün əngəllər də  qalxmış  oldu. 

Geopolitik tarazlığı nə dəyişdirdi?

 

Ancaq   Anadolu  Türklüyünün  yenidən  ayağa  qalxaraq  külləri  üzərində yeni  bir  qurtuluş   və  diriliş  mübarizəsinə  başlaması, Rusyada  baş verən inqilabla  dəyişən  geopolitik  şərtlər  Birinci  Dünya  müharibəsi  dövründə müttəfiqlərin  gizli müstəmləkəçi  anlaşmalarının həyata  keçirilməsinə  imkan verməsə  də, Ərəbistan coğrafiyası, faktiki  olaraq, ingilislərin təsiri  altına  girdi. Ruslar  bu  paylaşım  müzakirələrindən çıxsalar  da, Türkiyəyə  məcburən  qəbul  etdirilmək istənilən "Sevr  anlaşması"yla Avropa  boğazlara nəzarəti  ələ  keçirməyi, Şərqi  Anadoluda  Ermənistan  və  Kürdüstan  dövlətləri  qurmağı, İzmiri, Trakyanı, İstanbulu  öz  şəhərləri  halına gətirməyi  düşünürdülər. Türkiyəylə  Sovet  Rusyası  arasında  əldə  edilən anlaşmayla anti - Avropa  ittifaqının  şəkillənməsi  və  qurtuluş  savaşının qəhrəmanlıqlar  və  fədakarlıqlarla  dolu  heykayəsi  ingilislərin  bütün Yaxın Şərqi  əhatə  edən  müstəmləkəçi  planlarının  həyata keçməsinə  imkan vermədi.

Ancaq  Lozanna  anlaşmasıyla çizilən  süni  sərhədlər, Mosul ”“ Kərkükün , Quzey  İraq  və  Suriyadakı  kürd-türkmən  bölgələrinin yeni  Türkiyə  Cümhuriyətinin milli  sərhədlərinə  daxil  edilməsinə ingilislərin qəti  etirazı  sonradan  bölgə  üzərindəki  müstəmləkəçi əməllərdə  "kürd  kartı"nın önəmli  bir silah  olacağını  göstərirdi. Quzey  İraqda  de-fakto  bir  kürd  dövlətinin  qurulması,  Eynəl- ərəbə (Kobaniyə) Amerikan  silah  yardımı bu həqiqəti  ortaya  qoydu.

İnglislər  Türkyənin  bir  dövrdən sonra  təkrar  güclənərək  bütün  Yaxın Şərqdə,  Ərəbistanda  ingilis   ağalığına  mane  ola  biləcəyi  ehtimalını  göz  önündə tutaraq, Türkiyəyə  qarşı  belə  bir  kartı  əllərində  tutmağa  qərar  vermişdilər. Sonrakı  dövrlərdə  baş  verən  proseslər  bir daha  bu  İngilis ağalığının  planının qüvvədə  olduğunu göstərdi.

 

Tükiyə Mosul və Kərkükü almalıdır

 

 

Bu  gün  Türkiyənin  yeni  imperial  vizyonla inglis-Amerika  ittifaqının əlində  daimi  bir  kart  olan "kürd  kartı"nı  onların əlindən almağa  çalışmasını da  bu  kontekstdə  anlamaq  lazımdır.  Türkiyənin  bütün Yaxın Şərqdə  varlığının bir  daha  ortaya  qoyması  üçün  Mosul  və  Kərkükə  tam hakim  olması  lazımdır.  Ankaranın kürdlərin içindəki  xarici  təsirləri  deşifrə  edərək  minillik  qədər  qardaşlığını qorumaq  yönündəki  fəaliyyətləri də  bütün bu  tarixi  proseslərin, planlamaların kontekstində  daha  yaxşı  anlaşılmaqdadır.

Yaxın Şərq  uğrundakı  əsrarəngiz  mübarizəyə  İkinci  Dünya  müharibəsi  sonrası  qurulmuş  olan  İsrail  dövləti ilə yanaşı, İraq, Səudiyə Ərəbistan və Küveyt kimi ölkələrdə  çıxarılan neftlə yeni çalarlar  da əlavə  olundu.  Əslində, bütün  bu  proseslər  həm də  Osmanlının çöküşü  sonrası  bölgədə  başlayan planlı  proseslərin də  davamıydı.  Zatən, neft  və  yəhudi  amili  Osmanlıya  qarşı  başlayan  yürüşün də  əsas  təməl  faktorlarındandı.

Bir  ingilis vətəndaşının  İran  hökümətindən icazə  alaraq Yeni Şərqdə  ilk  neft  kəşfiyyat  işlərinə  başlaması  da hər  halda  təsadüf  ola  bilməz.  Ancaq 1951- ci ildə Böyük Britaniyayla  İran arasında  İran neftinin  bölüşdürülməsi mövzusunda  ixtilaf  çıxdıqdan sonra (İngilislər neft gəlirin yarısına  sahib olmaq istəyirdilər) ingilis-İran  neft  şirkətinin fəaliyətlərinə son  verildi və  Ərəbistan  neftinin  əhəmiyyəti  artmağa başladı. 1950-ci ildə  ərəb-Amerika neft şirkəti  ("Aramca") Səudiyyə Ərəbistanıyla  neft  gəlirlərinin  yarı-yarıya bölüşdürülməsi  məsələsində  bir anlaşma  imzalamış  oldu. Ərəb  neftinin  çıxarılması işində  ildən-ilə  baş  verən  artım Səudiyyə  krallığı  kimi  fərqli ərəb  xanədanlıqlarını  gücləndirməklə  yanaşı,  bölgəni  bir  ingilis- Amerika bazası  halına  da  gətirdi.

“Yaşıl İslam” ”“ yeni təhdid ünsürü

 

Bu  gün bölgədə baş  verən hadisələrin pərdə  arxasını  anlamaq  üçün  tarixi  proses  boyu  inkişaf edən  ingilis  müstəmləkəçiliyinin  sərhədlərini  də  anlamaq  lazımdır.  Sovet  dövlətinin  dağılmasıyla  neft,  İsrailin təhlükəsizliyi, kürd  faktoruyla  yanaşı,  imperialist mərkəzlərdə Yaxın Şərqin mərkəzinə daha  bir  təhdid faktoru oturduldu: artıq NATO-nun  öncəlikli  təhdid  sıralanmasında  düşmən  olaraq  “Yaşıl İslam” da  vardı.

Buna  uyğun olaraq  da  “İslam terroru” və  ünsürləri  də  formalaşdırılmağa  başlandı. Bölgə ağalığı, İsrailin  təhlükəsizliyi,  neft  hakimiyəti,  yüksələn  Türkiyənin  yenidən  köhnə  mədəniyyət  və hakimiyyət  coğrafiyasına ”“ Yaxın Şərqə  dönüşünü əngəlləmək, İslam birliyi  fikrini  baltalamaq  və  müsəlmanlar arasında  özlərinə  güvən hissinə, mötədil  yüksəlişə mane olmaq üçün də İslam  adına  qan və cəhalət  istehsal edən belə  bir  anlayışdan  yaxşı  silah ola bilməzdi.  Məncə,  belə   radikal anlayışlara  münbit  zəmin  formalaşdırmaq  üçün  öz for-postları olaraq  gördükləri Ərəb ölkələrində  ənənəvi  İslam anlayışlarını  baltalayan  təlimlərin  yayılmasına, Türkiyənin təbii təsir  coğrafiyalarında  bu cərəyanların  güclənməsinə  də  planlı  bir  şəkildə  şərait  yaratdılar.  Həm  də  fərqli  bölgələrdə fərqli  dövlətlərə qarşı yeni  geopolitik  nizamlamalarda aktiv istifadə  etmək  üçün İŞID tipli təşkilatlara  əsgər  toplamaq   lazımdı.  Konkret halda İŞID hücumları Yaxın Şərqdə İraq  və  Suriyanın faktiki  olaraq  parçalanmasına, kürd  milli  kimliyinin, birlik  arayışlarının  qüvvətlənməsinə  səbəb oldu,  bütün dünyada  antiİslam  dalğasını  bərabərində  gətirdi, Türkiyəni  bəzi  çətin suallar  qarşısında  qoydu.  Yəni, "bir  daşla  bir  neçə  quş vurmaq" siyasətiydi  bu.

Türkiyə, Rusiya və İranın planları

 

Əlbəttə,  bütün bu  planlara  qarşı  Türkiyənin,  Rusya  və  İranın  da  planları  vardır.  İlk  öncə, İŞID  sıradan  çıxarılmalıydı  ki,  bölgə  ölkələrinin  parçalanması  zəminini hazırlayan şərtlərdən  biri  ortadan qalxsın. Bu  məsələdə  razılaşma  mümkündür ki, İraq  və  Suriyanın idarə  edilməsində, bu ölkələr  üzərindəki  təsirlərin  balanslaşdırılmasında  razılıq  olmadığı  üçün  proseslər kontrol  altına  alına  bilmir.  İran və  Səudiyyənin bölgə  üzərindəki  məzhəb  təməlli  qarşıdurması  da  planlayıcı  üst ağlın  maraqlarına  xidmət  etməkdədir.  Belə  bir  şəraitdə  irəlidə  baş  verəcək  prosesləri proqnozlaşdırmaq  çətin olsa  da, Yaxın Şərqdə oynanılan  çirkli  oyunların ancaq  İslam  ölkələrinin  Suriya  və  İraqın gələcəyiylə  bağlı  anlaşma  əldə etməsiylə  durdurulması  mümkündür.

Artıq  tarix  belə  bir anlaşmanı  diktə  edir.                    

 

Telman Nüsrətoğlu

İstanbul Universiteti araşdırmaçısı


Oxşar xəbərlər
22:27, Bu gün
Gecə yarısı “avtoş”luq edib, Bakını bir-birinə qatdı - ANBAAN VİDEO
22:18, Bu gün
"Hazırda ölkəmizi yalançı, oğru və qatil idarə edir" - Yuliya Navalnaya
22:14, Bu gün
Dieqo Maradonanın "Qızıl top"u hərraca çıxarılacaq
22:13, Bu gün
Xırdalanda “fond pulu” tələb edən bağça müdirinin səlahiyyətləri başqasına həvalə olundu - VİDEO
21:57, Bu gün
Ermənistan-Azərbaycan sərhədi yaxınlığında zəlzələ olub
21:27, Bu gün
Azərbaycanda dönərdən kütləvi zəhərlənmə: Aralarında tələbələr də var - YENİLƏNİB
21:25, Bu gün
Təhsil İdarəsində yeni TƏYİNATLAR
21:24, Bu gün
"Allah eləsin ki, əsrin sonu elə Sizin hakimiyyətinizin sonu olsun" - Patriarx Kirill 
21:23, Bu gün
BMT baş katibi İsrailə təcili müraciət ünvanlayıb
21:21, Bu gün
Dünyada neft bazarında ciddi qıtlıq yaşanır
20:55, Bu gün
Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?
20:15, Bu gün
Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər”
19:48, Bu gün
Azərbaycanda faciəli şəkildə ölən prokurorun FOTOsu
19:23, Bu gün
Ankara şəhərində keçirilən beynəlxalq mədəniyyət festivalında Azərbaycan da təmsil olunub
19:11, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - YENİLƏNİB + FOTO
19:05, Bu gün
ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII Beynəlxalq konfrans keçirilib
18:59, Bu gün
“Ən pis işləri yaxşı şüarlar altında görmək lazım deyil”
18:55, Bu gün
Türkiyə Futbol Federasiyası derbi ilə bağlı qərar qəbul edib
18:25, Bu gün
Komitə sədri vətəndaşların növbəti qəbulunu keçirib - FOTOLAR
18:20, Bu gün
Nazirlik üzrə 120-dən çox əməkdaşa YAP-ın üzvlük vəsiqələri təqdim olunub - FOTOLAR
18:16, Bu gün
Xumar Qədimova: "Elit ailə olmuşuq, atam polis olub" - VİDEO
18:12, Bu gün
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərildi - FOTOLAR
18:08, Bu gün
Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib - FOTO
18:08, Bu gün
Məhkəmədən obyektiv araşdırma – Oğurluqda ittiham olunan şəxs bəraət aldı
18:05, Bu gün
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
18:03, Bu gün
Dağıstanlı məşqçinin vəhşicəsinə döydüyü azyaşlı Azərbaycan idmançısıdır? - RƏSMİ AÇIQLAMA + VİDEO
18:00, Bu gün
Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanıldı - VİDEO
17:59, Bu gün
“O, bir çiçəkdə bütün təbiəti görə bilirdi...”
17:55, Bu gün
Tehranda gənc qızın qətli ilə bağlı paylaşıma görə bir neçə jurnalistə cinayət işi açılıb - FOTO
17:50, Bu gün
Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?
17:45, Bu gün
Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib - FOTO
17:40, Bu gün
Elza: “Məni parodiya edərək böyük aktyor olub”
17:35, Bu gün
27 yaşlı oğlan qəfil öldü - FOTO
17:30, Bu gün
Bakıda fantastik qiymətə ev kirayə verilir - FOTO
17:26, Bu gün
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət etdi - FOTO
17:23, Bu gün
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
17:20, Bu gün
İƏT-dən tarixi qərar: Qərbi Azərbaycan məsələsi ilk dəfə beynəlxalq müstəvidə - ŞƏRH + FOTO
17:15, Bu gün
Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi - AÇIQLAMA + FOTO
17:12, Bu gün
Səhhəti ilə bağlı Nadirdən açıqlama - VİDEO
17:10, Bu gün
Zəm-Zəm suyunun sirlərinin açılması istiqamətində azərbaycanlı alimin elmi kəşfi
17:05, Bu gün
Bədii gimastımız Dünya Kubokunda iştirak edəcək
17:00, Bu gün
Azərbaycan və Rusiya iqlim dəyişikliyi sahəsində əməkdaşlığı müzakirə etdi - FOTO
16:55, Bu gün
"İsrailin zirehli texnikası Rafaha daxil olub, bölgə sakinləri Misirə can atır..." - FOTO
16:50, Bu gün
Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu
16:45, Bu gün
“Tərtər işi” ilə bağlı ittiham olunan şəxslərə cəza istənilib
16:40, Bu gün
ABŞ səfirinin Şuşaya səfəri: Demaqogiyaya qoyulan nöqtə - ANALİZ + FOTO
16:35, Bu gün
Slovakiyanın baş naziri Şəhidlər xiyabanını ziyarət etdi - FOTO
16:30, Bu gün
“EFES - 2024” təliminə cəlb edilən növbəti heyət Türkiyəyə yola düşdü - VİDEO
16:27, Bu gün
Bakının məşhur bazarı sökülür? - RƏSMİ AÇIQLAMA + FOTO
16:25, Bu gün
Hoteldə ölənlər qidadan zəhərlənib? - RƏSMİ AÇIQLAMA
16:22, Bu gün
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb
16:20, Bu gün
"Onu dünyanın ən böyük siyasətçiləri ilə müqayisə etmək olar" - Sahibə Qafarova
16:16, Bu gün
Bolqarıstan Prezidenti Azərbaycana gəldi
16:12, Bu gün
Rusiya səfiri Fransa XİN-ə çağırılıb
16:09, Bu gün
Bakı funikulyorunda gediş haqqı artırılıb? - RƏSMİ CAVAB + FOTO
16:09, Bu gün
“Demarkasiya nəticəsində bir santimetr torpaq da Azərbaycan tərəfə keçmir...” – Kirantsın inzibati rəhbəri...
16:05, Bu gün
Azərbaycanda kişilərin ömrünü azaldan səbəblər: Həkim şok faktlar açıqladı
16:03, Bu gün
Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO
16:00, Bu gün
Türkiyə millisinin almaniyalı sabiq çalışdırıcısı millimizin sükanı arxasına keçə bilər
15:57, Bu gün
Keçmiş baş nazir vəzifəsindən azad edildi
15:56, Bu gün
Paşinyan Rusiyanın TV kanallarını yayımı dayandırmaqla hədələdi
15:50, Bu gün
Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edildi  - VİDEO
15:45, Bu gün
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatla çıxış etdi - YENİLƏNİB + FOTO
15:41, Bu gün
İtkin şəhidin anası: "Balam tapılandan sonra gözüm yoldan yığıldı"
15:40, Bu gün
4 terrorçu zərərsizləşdirilib
15:36, Bu gün
Nadir Qafarzadə xəstəxanaya yerləşdirildi - VİDEO
15:32, Bu gün
Kevin Medinanın “Qarabağ”dakı taleyinə aydınlıq gətirildi
15:28, Bu gün
Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verildi
15:25, Bu gün
Prezidentin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB + FOTO
15:21, Bu gün
Xəzərdə dalğanın hündürlüyü 4,4 metrə çatıb - FAKTİKİ HAVA 
15:19, Bu gün
UNEC-in professoru vəfat etdi - FOTO
15:15, Bu gün
"ABŞ Putini Rusiyanın prezidenti kimi tanıyır, amma..." - Dövlət Departamenti
15:12, Bu gün
Paşinyan Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tarixi barədə DANIŞDI
15:10, Bu gün
Afaq Bəşirqızı: "Mən parka, gəzintiyə həsrətəm" - VİDEO
15:08, Bu gün
Bakıda vəzifəli şəxslər oteldə zəhərləndi, 2 nəfər öldü - Araşdırma başladı
15:05, Bu gün
Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış oldu - YENİLƏNİB + FOTO
15:04, Bu gün
Bakının məşhur bazarı söküləcək – AÇIQLANDI
14:59, Bu gün
Şagirdin öldüyü məktəbin direktorundan açıqlama- VİDEO
14:55, Bu gün
Əlikram Bayramovdan ETİRAZ: “Nazir bu barədə fikirləşməlidir”
14:53, Bu gün
Xaçmazda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn olunub - YENİLƏNİB + FOTO
14:52, Bu gün
Şəhidin yeganə qardaşı vəfat etdi - FOTO
14:50, Bu gün
ABŞ-nin Rusiyadakı səfiri ölkəni tərk etdi
14:47, Bu gün
Dünya çempionunun müəmmalı qətli – sifarişçilər arasında DTK əməkdaşlarının adları da hallanıb
14:45, Bu gün
Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”
14:43, Bu gün
AzTV-nin aparıcısı meyxanaçı Pərvizlə evlənir - FOTO
14:40, Bu gün
Slovakiyanın Baş naziri: “Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq”
14:38, Bu gün
Azərbaycan COP29-un timsalında dünyaya yeni əxlaqi-siyasi mədəniyyət təqdim etdi
14:37, Bu gün
İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”
14:34, Bu gün
Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI
14:31, Bu gün
Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”
14:28, Bu gün
İnternat evlərindən olan 45 nəfərə İKT üzrə təlimlər həyata keçirilib
14:26, Bu gün
Paşinyan Azərbaycanla sərhədin delimitasiyası prosesini dayandırmayacağını bəyan etdi
14:24, Bu gün
Slovakiya Qərvənd kəndinin yenidən qurulmasında iştirak edəcək
14:20, Bu gün
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin ediləcək - FOTO
14:17, Bu gün
Tarixdə bu gün: 7 May Nasist Almaniyası təslim olur
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
14:15, Bu gün
"Rusiyalılar Putinin Ukraynadakı müharibəsi ilə barışıb" - "Bloomberg"
14:11, Bu gün
Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı AÇIQLANDI
14:08, Bu gün
Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı yeni açıqlama
14:07, Bu gün
Azay Quliyev: "Dünyadakı həqiqəti söyləyən, cəsarətli dostlarımızı müdafiə etməliyik"
GÜNLÜK
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
03 May 2024 | 13:41
“Gürcüstandakı “Xarici agentlər” qanun layihəsi məlum ABŞ qanunuyla müqayisə edilə bilməz...”
03 May 2024 | 15:48
"Qərb ölkələri hərbçilərinin Ukraynaya göndərilməsi istisna edilmir" - Makron
AYLIQ
06 May 2024 | 23:30
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
14:16, Bu gün
Şuşadakı binanın İLK ŞANSLI SAKİNİ: "Şuşadan çıxanda..." 
07:28, Bu gün
Qonşu ölkə silkələndi- ZƏLZƏLƏ 
06 May 2024 | 23:17
Şəhərdə taksilər niyə yoxa çıxdı? - Taksi sürücüləri şirkətlərdən narazıdır - VİDEO
00:43, Bu gün
Çəkisi 317 kq olan kişinin anası onu dəfn edə bilmir
06 May 2024 | 23:35
"Avropa İttifaqı Çinlə ticarət müharibəsinə başlamağa hazırdır" - Ursula fon der Lyayyen
06 May 2024 | 23:17
Məhəmməd Salah Runinin tarixi rekorduna şərik oldu
06 May 2024 | 23:44
İsrail Rəfahda əməliyyatla bağlı qərar verdi
06 May 2024 | 23:20
“Fənərbaxça” növbəti dəfə xal itirib
06 May 2024 | 23:42
Şolts: 35 min hərbçimiz Avropanın müdafiəsinə kömək etməyə hazırdır