Allahın ümidinə qalan Suriya...
Oxunub: 5195
06 Mar 2015 | 09:44
Allahın ümidinə qalan Suriya...

Savaşdan qaçanların yanından keçib, savaşan ölkənin paytaxtına gedən qəzetçinin gördükləri və çəkdikləri... 

Reportajı önəmli bir qeydlə başlamaq istəyirəm. Sosial şəbəkədə Suriyaya səfər edəcəyim haqqında status yazanda qəribə mənzərə ilə üzləşdim. Kimsə quruma rəhbərlik edən Vətən Partiyasının sədri Doğu Perinçeki PKK-lı adlandırdı, başqa birisi gedişimizin Türkiyə və Səudiyyə Ərəbistanında Azərbaycana qarşı qıcıq yaradacağı haqda yazdı, dostlar riskli olduğu üçün yoldan qayıtmağı məsləhət bildilər. Sələfi mediası da o gün-bu gün bizi hədəfə götürüb...



Düşünürəm, cövhərində xəbəri tapmaq, görmək istəyi olan heç bir qəzetçi belə bir şansı əldən verməzdi. Öncə onu deyim ki, heyətdə fərqli siyasi görüşlü insanlar birləşmişdi - Rusiya ilə İranı Türkiyə siyasətində gözardı etməyin doğru olmadığını düşünən Doğu Perinçek, CHP-nin İzmir millət vəkili seçilən, bir neçə ay öncə partiyadan istefa verən, atatürkçü professor Birgül Ayman Gülər, Türkiyə ordusunun sabiq kəşfiyyat rəisi general İsmayıl Haqqı Pekin, AKP-nin 3 qurucusundan biri, Ərdoğan və Abdulla Gülün israrla partiyada qalma təkliflərini rədd edərək AKP-dən istefa verən baş nazirin keçmiş müavini, keçmiş maliyyə naziri Abdullatif Şener, müdafiə naziri Barlas Doğu, Türkmən Məclisinin sədri professor Ümit Akkoyunlu, dünyaya daha çox iqtisadı çıxarlar gözü ilə baxan antalyalı iş adamı Mehmet Ali, əsas problemi Suriyadakı 2 min hektar torpağını İraq kürdlərindən təmizləmək olan kürd əşirət ağası Abdulkadir Yıldız... 

Necə deyərlər, 4 tərəf xəbər qaynayır. Belə bir heyətlə yola çıxmaqdan imtina edən, məncə, qələmi qoysun, başqa işə keçsin. Səfərin Türkiyə və  Səudiyyə Ərəbistanında qıcıq yaradacığına gəlincə, bu, tam mümkün məsələdir. Onların işi qıcıqlanmaq, bizim işimiz isə gördüyümüzü yazmaqdır. Risk və təhlükə haqqında xəbərdaqlıqların nə qədər yerində olduğunu isə Bakıya döndükdən sonra daha yaxşı anlamağa başlamışam... Niyəsini deyəcəm.
İstanbulda Dəməşqə birbaşa reyslə gedəcəyi qərarlaşdırılsa da son gün plan dəyişdi - hava limanında bir neçə terrorçu yaxalandığı üçün. Heyəti dəvət edən Suriya prezidenti Bəşər Əsəd Livan prezidenti Tammam Salamdan Türkiyə heyətinin təhlükəsizliyi üçün yardım istədi. 

Uçuşdan qabaq İstanbulun Atatürk Hava Limanında brifinq keçirən heyət VİP salonda sürpriz bir qonaqla - İranın sabiq  prezidenti Mahmud Əhmədinejadla qarşılaşdı. Əhmədinejad Türkiyənin keçmiş baş naziri Nəcməddin Ərbakanın vəfat ildönümünə görə İstanbula gəlibmiş. 20 dəqiqə davam edən səmimi söhbətdən, xatirə şəkillərindən sonra hərə öz yoluna davam etdi.


Axşam saatlarında Beyruta enən heyəti Bəşər Əsədin xüsusi mühafizə dəstəsinin üzvləri ilə yanaşı, Livanın təhlükəsizlik qüvvələrinin nümayəndələri qarşıladı. 

Hər maşında 2 heyət üzvü şofer də daxil, 4 silahlı mühafizəçi olmaqla yola çıxırıq. Kartejin önündə “miqalkası və sirenası” 2 saatlıq yol boyu heç sönməyən polis maşını, ondan sonra mühafizəçilərin zirehli maşını, yola düzəldik. Livanla Suriyanı ayıran Bekaa vadisindən keçərkən səfərin həyəcanlı bölümü artıq başlamışdı. 

Bu ərazilərdə də silahlar illərdir susmur. “”Hizbullah" olmasaydı, İŞİD bu bölgələri də “qılıncdan keçirmişdi”, deyirlər. Hökumət qüvvələrinin və “Hizbullah”ın nəzarət etməsinə baxmayaraq, vadidəki yollar çox təhlükəli sayılır. Hər tərəf Suriyadan gələn qaçqınların çadırları ilə doludur. 


İŞİD-in belə nəzarətsiz, dağınıq yerlərə keçməsi, hətta tərəfdar toplaması o qədər də çətin deyil, deyirlər. Maşınların təhlükəli dağ keçidlərini belə saatda 170-180 km sürətlə keçməsi, pəncərələrimizin qara şüşələri, üstəlik, gecənin qaranlığı ətrafı aydın seçməyə, kameranı işə salmağa imkan vermir. Sürətdən şikayətimiz də qəbul olunmur, ərəb qardaşlar deyir ki, sürət bizim təhlükəsizliyimiz üçündür - təhlükəli yolları tez keçməliyik. Təxminən 70 kilometrlik, aşırımları heç bitməyəcək kimi uzanan dağ yolunun sonunda Bekaaya enirik. Hollivud filmlərindəki sürət səhnələrini yaşadıq deyə bilərik. Hələlik bitən aşırımlardı, yol da, sürət də yerindədi. Vadidən Suriya sərhədinə təxminən 40 dəqiqəyə çatdıq. Sərhədin VİP salonunda bizi Suriya xarici işlər nazirinin müavini qarşıladı. Yarıyolun həyəcanını murra - suriyalıların gələnəksəl içkisi ilə unutdurmağa çalışırlar. Balaca fincanın dibində təxminən 2 qurtumluq qaynanmış və çoxlu ədviyyat qatılmış qəhvədi murra. Burada pasportlarımızla 3 günlük vidalaşırıq.


Sərhəddə kilometrlərlə uzanan avtomobil növbələri var. İŞİD təhlükəsindən qaçan insanların bir hissəsi də Livana sığınır. Böyük yük maşınları ilə gedənlər nisbətən imkanlı və hələ işğal edilməmiş ərazilərin adamlardır - əşyalarını çıxarmağa zamanları olub. Üstüaçıq yük maşınlarında nazik geyimli, his-pas içərisində xeyli qadın və uşaq görürük. 

Onlar savaşdan qaçanlardır. Kişilər cəbhədə qalıb. Qadınlar və uşaqlar Livana  - BMT-nin çadır şəhərciklərinə göndərilir. Köhnə, sınıq salxaq   avtomobillər də qadınlarla, uşaqlarla doludur. 4-5 nəfərlik maşınlara az qala 10 nəfər minib. Maşınları görəndə “sosdemlər”in keçmiş liderləri Zərdüşt Əlizadə yadıma düşür. Bu yaxınlara qədər onun da belə bir avtomobili vardı. Ötən əsrin 80-ci illərində SSRİ-nin Suriya böyükelçiliyində işləyəndə almışdı. O zaman Suriya bölgənin ən inkişaf etmiş, sakit ölkələrindən sayılırdı... 


Öyrənirik ki, bu qış Suriyanın Livandakı qaçqınları üçün son dərəcə ağır keçib. Aclıq və səfalətdən ölənlərin sayı çoxalıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının büdcəsi azaldıldığından bütün qaçqınları  yedizdirməyə, geyindirməyə, müalicə etməyə yetməyib. Söylədiyimiz rəsmi xəbər olsa da suriyalılar bunu daha çox bəhanə sayır. 

Onların fikrincə, dünya sadəcə Suriyanı təkləmək, nə yolla olur-olsun Bəşər Əsədi devirmək istəyir. Bunun üçün də silah səslərindən, qan-qadadan baş götürüb qaçdıqları bölgələrə terrorçu göndərir, insanlar faktiki olaraq təbiətin ümidinə buraxılır. Milyardlarla pulu “təşkilati xərclər” adı ilə havalara sovuran humanitar qurumlar onlara ən çox ehtiyacı olan insanlara yiyə durmur. 


Bu gün Ərəbistan yarımadasında minlərlə suriyalı var ki, onları ancaq günəş qızdırır, yağış çimdirir, torpaq öz ot-ələfi ilə yemləyir. Bu sözləri insan haqqında yazmaq çox acı və ağrıdıcıdır. Ancaq gerçək budur. Bir Əsədi devirmək üçün milyonlarla insan zülmə məhkum edilib. Son xəbərlərə görə, savaş başlayandan 6 milyon insan ölkədən gedib. 23 milyonluq bir ölkə üçün böyük rəqəmdir. Təxminən hər 4 insandan biri Vətəndən getməyə məcbur olub. Ölkə içərisində 4 milyon yarım insansa yaşayış yerini dəyişmək məcburiyyətində qalıb. Savaşda ölənlərin sayı 300 minə yaxındır. İtkinlərin sayı hər gün artır... Suriyanın qapısında öyrəndiyimiz bu xəbərlər ölkədə necə böyük bir fəlakət yaşandığını sübut edən ilk faktlardır.


***

Yenidən yol... Dəməşqə, türklərin Şam dediyi tarix incisinə yaxınlaşırıq. Bir zaman ərəb dünyasının göz bəbəyi, mədəniyyət abidələri ilə zəngin, nağıllar şəhəri Dəməşqin miskin görüntüsü ürək ağrıdır. Hər tərəf iç savaşın nişanlarını daşıyır. Yarıuçuq binalar, yolların ortasında bombaların açdığı xəndəklər, mərkəzə yaxınlaşdıqca yolların hər kilometrində qurulan beton maneələr. Betonları ziqzaq keçib hotelə doğru şütüdükcə hər məhəllədə qum torbaları, ələ keçən daş, taxta parçaları ilə qurulan istehkamları görürük. Hər istehkamın yanında 4-5 silahlı var. Aralarında qadınlar da görünür. İndi Suriyada hər kəs öz evini, məhəlləsini qoruyur. Suriyalı mühafizəçilərimiz küçələrdə şəkil və video çəkməmək üçün xəbərdarlıq edir və bunun xahiş yox, tələb olduğunu bildirirlər. Onların sözlərinə görə, Suriyadan yeni şəkillər yayıldıqca Dəməşqi yaxşı tanıyan İŞİD-çilərin köməyi ilə blok-postlar müəyyən edilir və raket atəşinə tutulur.


Dəməşqin bu gün yeganə bəzəyi prezident Bəşər Əsədin şəkilləridir. Ərəblərin təbirincə desək, rəisi-cümhurun atası Hafiz Əsədlə çəkdirdiyi şəkillər, general formasında gözlüklü pozaları, gülümsəyən və əl eləyən rəsmləri böyüdülüb Dəməşqin küçələrinə vurulub. Gecə saatları olsa da mərkəzdə həyat canlıdır. Dükanlar açıq, avtobuslar işləyir, insanlar yollarda, hərə öz işində-gücündə. Şəhərdə ilk baxışda heç bir gərgin hava yoxdur. Sanki savaş bitib, sadəcə, şəhər bərpa edilməyib. Ancaq bu, ilk baxışda belədir... Qısa aralıqlarla polis və təcili yardım maşınlarından gələn “sirena” səsləri, şəhərin üzərindən uçan hərbi vertolyotlar, küçələrdə silahlı şəxslərin çoxluğu barış və təhlükəsizliyin bu torpaqlardan hələ çox uzaqda olduğunu bildirir.


***
Bizi Dəməşqin rəsmi qonaqlarının yerləşdirildiyi “Dama Rose” hotelinə gətirirlər. Ana yoldan dönüb binaya aparan 150 metrlik küçədə 2 yerdə beton maneələr qurulub, binanın ətrafı sərhədlərdə gördüyümüz elektrikli naqillərlə hasarlanıb. Hotelin sahibi Türkiyədən gələn heyəti şəxsən qarşılayır. Qonaqlara  qızılgül şərbəti paylanır. Otaqlarımıza yerləşdirilərkən, təhlükəsizlik üçün binadan çıxmamağımız tapşırılır. Səhər 9-da hazır olmalıyıq, “Suriyanın YAP-ı”na - BAAS Partiyasına baş katiblə görüşə gedəcəyik.

(davamı var...)

“Yeni Müsavat”

Oxşar xəbərlər
15:30, Bu gün
Azərbaycanın millisi Qazaxıstanla qarşılaşacaq
15:25, Bu gün
ABŞ səfiri: "Şuşada olduğuma görə xoşbəxtəm" - VİDEO
15:20, Bu gün
Azərbaycan üzgüçüləri Rusiyada keçirilən yarışda 9 medal qazanıblar - FOTO
15:15, Bu gün
Yasamalda əməliyyat: Saxlanılanlar var - FOTO/VİDEO
15:10, Bu gün
Almaniya Rusiyadakı səfirini geri çağırdı
15:05, Bu gün
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıb
15:00, Bu gün
Qorbaçovun 3 milyon davası – Çernenkonun həyat yoldaşı həmin məbləği qaytarmağa məcbur olub
14:56, Bu gün
Hüseyn Həsənov 153 milyon borcundan DANIŞDI - FOTO
14:54, Bu gün
Azərbaycanlı şəhid ailələrinin Çanaqqala və İstanbula səfəri təşkil edilib
14:52, Bu gün
Britaniyanın Moskvadakı səfiri Rusiya XİN-ə çağırıldı
14:49, Bu gün
Mayın 8-i geomaqnit qasırğası gözlənilir
14:46, Bu gün
Şəxsiyyəti müəyyənləşən 4 itkin şəhid sabah dəfn ediləcək
14:44, Bu gün
İstehsal ilə məşğul olan sahibkarlara dəstək: KOB Model Müəssisəsi - MÜSAHİBƏ + FOTO
14:41, Bu gün
ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb - YENİLƏNİB + FOTO
14:38, Bu gün
Qubadlı və Ağdərədə sümük fraqmentləri aşkarlandı - YENİLƏNİB
14:34, Bu gün
İctimai fəalın avtomobilinə həbs qoyulacaq?
14:30, Bu gün
“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTO
14:26, Bu gün
Avropa çempionu olan həmyerlimizə mahnı həsr edildi - VİDEO
14:23, Bu gün
Hitlerin keçmiş Baş Qərargahında insan cəsədlərinin qalıqları aşkar edilib - FOTO
14:19, Bu gün
Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş - VİDEO
14:15, Bu gün
Vilayət Eyvazov keçmiş rəisin oğluna yüksək vəzifə verdi
14:12, Bu gün
“Bu təklif dövlətimizin sülhpərvər siyasətinin təsdiqidir”
14:10, Bu gün
Kənddə biabırçılıq: Ərli qadına cinsi əlaqədə olmaq üçün pul verdi, sonra isə... – Şok təfərrüat
14:05, Bu gün
Lüks avtomobillərindən 2000 və 6000 AZN oğurlanan MƏŞHURLAR - VİDEO
14:00, Bu gün
“Bavariya” yeni mövsüm üçün formasını təqdim etdi - FOTO
13:56, Bu gün
Vəfa kəmər taxmadığını etiraf etdi: Qoy bir “Qelik” alım - VİDEO
13:52, Bu gün
Azərbaycan Avropa çempionatlarında 22 samboçu ilə təmsil olunacaq
13:48, Bu gün
Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı
13:44, Bu gün
İrəvan və Tehran arasında hərbi ittifaq mümkün olacaqmı? - MÜSAHİBƏ
13:41, Bu gün
Gənc rəssam Fidan Əmirovanın sərgisi keçirilib – FOTO
13:37, Bu gün
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
13:34, Bu gün
Ramin Allahverdiyev: “Adamın ailəsi dağılıb, evi yoxdur, amma biz ona deyirik ki, iradəli ol” - MÜSAHİBƏ
13:30, Bu gün
Səhiyyə naziri elektron reseptlə bağlı əhaliyə çağırış edib - VİDEO
13:27, Bu gün
Tolikin bu görüntüləri hər kəsi təəccübləndirdi - Makiyajlı... + VİDEO
13:24, Bu gün
İrəvan 106 il yox, 197 il əvvəl əldən gedib – Bir mübahisəyə dair qeydlər
13:23, Bu gün
Cəsarət Valehova vəzifə verildi
13:20, Bu gün
Kriştianu Ronaldo Lionel Messi ilə arasındakı qol fərqini 40-a yüksəldib
13:17, Bu gün
“Bəs Gürcüstan suverenliyini itirsə, Azərbaycanı hansı problemlər gözləyir?..”
13:15, Bu gün
İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul etdi - YENİLƏNİB + FOTO
13:06, Bu gün
Putin tapşırıq verdi: Qeyri-strateji nüvə silahları üzrə təlimlər başlayır
13:03, Bu gün
1700 il əvvəl batan Roma gəmisi: İçindən möhürlü küplər çıxdı
12:58, Bu gün
Azərbaycan Britaniya kralına gümüş alətlərin təsvir olunduğu rəsm əsəri hədiyyə edib - FOTO/VİDEO
12:55, Bu gün
İlham Əliyev bu sazişi təsdiqlədi
12:52, Bu gün
Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırıldı
12:49, Bu gün
Qarabağ Universitetinin fəaliyyətə başlaması üçün işçi qrupları yaradılıb
12:45, Bu gün
Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilib
12:42, Bu gün
DİN: “Ötən ay 6,5 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb” - VİDEO
12:40, Bu gün
Ermənistanla Azərbaycan arasındakı şərti sərhəddə yerləşən kənddə delimitasiya prosesi start götürdü
12:39, Bu gün
Zərərçəkənin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq
12:36, Bu gün
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
12:32, Bu gün
Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı - SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR 
12:27, Bu gün
“Telefon xidmətlərinə görə əlavə ödənişlər tələb edilir” - XƏBƏRDARLIQ
12:23, Bu gün
Renat Dadaşovun çıxış etdiyi komanda futbolçulara beş aydır boyat çörək verir
12:19, Bu gün
Bu həftə 4 gün ardıcıl qeyri-iş günü olacaq?
12:14, Bu gün
Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcək
12:11, Bu gün
“Azərlotereya” “Bakı Marafonu-2024”də - FOTO
12:08, Bu gün
Sahibsiz itlər Xırdalanda sakinə hücum etdilər - FOTO/VİDEO
12:05, Bu gün
Məhkəmə Anar Məmmədli barədə qərar verdi
12:04, Bu gün
Vətən Müharibəsi Qəhrəmanının qardaşı vəfat etdi
12:00, Bu gün
Azərbaycanda hər il neçə qız qaçırılır? - Rəsmi STATİSTİKA
11:57, Bu gün
Binəqədidə tapança satmaq istəyən şəxs saxlanıldı
11:53, Bu gün
Rühəngiz Musəvi: “İkinci ərimdən mənə ev qalıb” - VİDEO
11:49, Bu gün
DYP əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
11:45, Bu gün
ŞİKAYƏT:  “Luxe Home” tikinti şirkəti evimi uçurdur, başımıza armatur, mismarlı taxta düşür"
11:35, Bu gün
“Qarabağ” 25 illik rekordu qırdı, “Neftçi” antirekordu təkrarladı
11:32, Bu gün
UNEC rektoru İzmirdə işgüzar səfərdə olub - FOTO
11:28, Bu gün
Bu şəxslərə 1380 manat ödəniş edilir - Deputat AÇIQLADI
11:28, Bu gün
EKSPERTDƏN ETİRAZ: “Qızlara oğlan rəqsləri öyrədib, hər tin başında..."
11:24, Bu gün
Könül Kərimovanın oğlu bu qızla sevgilidir? - Səmimi görüntüləri yayıldı - VİDEO
11:20, Bu gün
14 bıçaq zərbəsi vurulan həkimin vəziyyəti AÇIQLANDI
11:17, Bu gün
Cəlilabad sakini itkin düşüb
11:15, Bu gün
ABŞ-də Ukraynaya qoşun yeridilməsi istisna edilməyib
11:11, Bu gün
Qazaxın Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb
11:07, Bu gün
Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün vaxtı açıqlanıb
10:59, Bu gün
Üzeyir Mehdizadənin atası GÖRÜN KİM İMİŞ 
10:55, Bu gün
İlk dəfə ZƏM-ZƏM quyusunun dibinə endilər - Görün nə tapdılar - VİDEO
10:50, Bu gün
Beşinci mərtəbədən yıxılan qadın sağ qaldı - VİDEO
10:45, Bu gün
Xalq artisti ilk dəfə Oqtay Əliyevin öldüyü qəzadan DANIŞDI - VİDEO
10:40, Bu gün
Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı yazıları - Nəsiman Yaqublunun araşdırması
10:36, Bu gün
Azərbaycanda bu şəxslər pensiyaya daha tez çıxacaqlar - AÇIQLAMA
10:30, Bu gün
Abituriyentlərin NƏZƏRİNƏ: Qəbul imtahanına qeydiyyat başa çatır
10:24, Bu gün
Azərbaycanda 1,6 milyonluq şirkətin rəhbəri istefa ərizəsi yazdı
10:17, Bu gün
Güney Azərbaycanda meyvə satıcıları AYAĞA QALXDI 
10:00, Bu gün
Buraxılış və qəbul imtahanlarının nəticələri bu həftə açıqlanacaq - RƏSMİ
09:56, Bu gün
Netanyahu xalqa müraciət etdi: "Qəbilələrin vədlərinə etibar edə bilmərik"
09:45, Bu gün
Rusların kabusuna çevirilən QARAÇI DÜŞƏRGƏSİ
09:36, Bu gün
Laos Prezidenti Rusiyaya səfər edəcək
09:30, Bu gün
Psixikamıza ən yaxşı təsir edən  QİDALANMA NÖVÜ
09:20, Bu gün
Əhməd Cavadın nəticəsi: “Şükriyyə nənəmə bu sualı verdiyim üçün hələ də özümü bağışlaya bilmirəm”
09:10, Bu gün
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?
09:00, Bu gün
Elza Seyidcahan əkizlərə: Adam öz tayıyla zarafat edər 
08:53, Bu gün
Parklardakı attraksiyonlar nə dərəcədə təhlükəsizdir? - VİDEO
08:48, Bu gün
Bakı dünyada 100 şəhər arasında İLK ÜÇLÜKDƏ - VİDEO
08:32, Bu gün
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
08:02, Bu gün
Bu dövlətlər Putinin andiçmə mərasiminə qatılmayacaqlarını bəyan etdi...
08:00, Bu gün
Səhərlər niyə yorğun oyanırıq?  - 5 əsas səbəb
07:29, Bu gün
Maduro ABŞ-nin Qayananı Venesuelaya hücum etməyə hazırladığını açıqlayıb
07:19, Bu gün
Ağrı yoluxucudur – ARAŞDIRMA
07:14, Bu gün
ABŞ Gürcüstan hakimiyyətinə “xarici agentlər” haqqında qanunla bağlı çağırış etdi...
07:04, Bu gün
Bürcün ən zərərli kişiləri: Hansı yerdəsiniz?
GÜNLÜK
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO
HƏFTƏLİK
04 May 2024 | 08:12
Araik 10 milyon dollarlıq şərab zavodunu satmaq məqsədi ilə rusların bazasından çıxıb...-“Past”
03 May 2024 | 16:47
"Moskvadan gələn qonaq ölkə rəhbəri ilə Kəlbəcər İstisuyuna, sonra da Göygölə getdi..."
02 May 2024 | 15:50
"Gürcüstanda milli-azadlıq hərəkatının yeni mərhələsi başlayıb" - Saakaşvili
30 Apr 2024 | 16:06
AzTV-nin keçmiş aparıcısı illər sonra etiraf etdi: "Aygün Bəylər zəng vurub dedi ki..." - VİDEO
30 Apr 2024 | 18:06
“Dronlar Rusiyanı dağıda bilməz..."
02 May 2024 | 22:38
Türkiyə İsraillə bütün ticarət əlaqələrini dayandırıb
01 May 2024 | 19:18
"Bu haqda heç kəs konkret fikir söyləyə bilməz" - DİM rəsmisi
03 May 2024 | 16:48
Bakıda sevdiyi qıza görə özünü yandıran şəxslə bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO
03 May 2024 | 16:39
Kəlbəcərdə ağır qəza: Xəsarət alan hərbçilərimizdən biri vəfat etdi - YENİLƏNİB + VİDEO
03 May 2024 | 05:57
Rusiyadan Gürcüstan prezidentini aradan götürmək çağırışı gəldi...
AYLIQ
05 May 2024 | 18:55
Fransa Ukraynaya əsgər göndərdi - III Dünya Müharibəsi başlayırmı?
05 May 2024 | 19:17
Stalinin ruhunu çağırmaq üçün kütləvi dini ayin keçiriləcək - Hər kəs dəvətlidir
05 May 2024 | 22:51
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - 99 MANAT 
05 May 2024 | 15:45
"Avropada Rusiyanın diversiyalar törətmək təhlükəsi getdikcə güclənir" - "Financial Times"
05 May 2024 | 16:26
Paşinyanla Köçəryan yenidən üz-üzə - TƏHLİL + FOTO
05 May 2024 | 16:30
Bakıda 28 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb
05 May 2024 | 16:39
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
05 May 2024 | 16:28
İsraildə “Əl-Cəzirə” rəsmən bağlandı
05 May 2024 | 18:19
Telefondan çox istifadə edənlərə pis xəbər - Bu xəstəliklərə səbəb olur
05 May 2024 | 20:07
“Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin maarifləndirilməsi” mövzusunda konfrans keçirilib - FOTO