VİP salonlarında xidmət göstərilməsi qaydasıxa0dəyişdi
Cəmiyyət
1625
20 Nov 2023 | 16:24

VİP salonlarında xidmət göstərilməsi qaydasıxa0dəyişdi

Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VIP salonlarından istifadə edəcəklər.
 
Moderator.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı qərar verib.
 
İndiyə qədər Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VIP salonlarından istifadə ediblər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər