Putinin İrəvandakı milyarder desantı məhkəmə önünə çıxarıldı...+VİDEO
Ekskluziv
408
10:54, Bu gün

Putinin İrəvandakı milyarder desantı məhkəmə önünə çıxarıldı...+VİDEO

Bir müddət öncə "Güclü Ermənistan" partiyasının lideri,  rusiyalı iş adamı, Putinin Ermənistandakı "milyarder desantı" sayılan Samvel Karapetyan İrəvanda korrupsiyaya qarşı mübarizə məhkəməsinə gətirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə news.am nəşri məlumat yayıb.
 
Müxbirlərin Karapetyandan "Məhkəmədən nə gözləyirsiz" sualına o,  cavab verməyib,  sadəcə "Salam, keçək" deyərək məhkəmə zalına daxil olub.
 
Daha əvvəl bildirimişdi ki, on aylıq istintaqdan sonra Samvel Karapetyanın məhkəməsi cinayət mənşəli vəsaitlərin leqallaşdırılmasından tutmuş hakimiyyəti ələ keçirmək üçün ictimai çağırışlara qədər bir neçə maddə ilə başlayır.
 
İlk dinləmədən əvvəl Karapetyanların vəkilləri məhkəməyə vəsatət təqdim edərək hakimdən Samvel Karapetyanın ev dustaqlığından azad edilməsi məsələsinə prioritet verməsini xahiş ediblər.
 
Vəkil Aram Vardevanyan bir gün əvvəl bildirib: "21 apreldə "Güclü Ermənistan" partiyası qurultay çağırıb və bu qurultaydan əvvəl Samvel Karapetyanın siyasi prosesdə tam iştirak etmək imkanına malik olması vacibdir. Rəqabət, bərabərlik və seçki prosesinin təminatları baxımından bu, açıq-aydın bir zərurətdir, ümid edirik ki, bu, təmin olunacaq. Vəkil xatırladıb ki, Mərkəzi Seçki Komissiyası artıq siyasi qüvvələrdən ərizələri qəbul edir, siyahılar tərtib edir və bu proses aprelin 23-dək davam edəcək.

 

S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər