FİBA Avropa Kuboku: “Sabah” müntəzəm mövsümdə ilk qələbəsini qazanıb
İdman
1622
08 Nov 2023 | 21:00

FİBA Avropa Kuboku: “Sabah” müntəzəm mövsümdə ilk qələbəsini qazanıb

“Sabah” basketbol klubu FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

Azərbaycan təmsilçisi dördüncü matçda Monteneqro “Mornar”ını qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 81:74 hesablı qələbəsi ilə bitib. Bununla “Sabah” müntəzəm mövsümdə ilk qalibiyyətini əldə edib.

Qeyd edək ki, “Sabah” qrup mərhələsində keçirdiyi ilk üç oyunda müvafiq olaraq Monteneqro “Mornar”ına (75:80), Türkiyə “Bağçaşəhər”inə (65:83) və Çexiya “Nimburk”una (61:95) məğlub olub.

Link kopyalandı!
Son xəbərlər